Məhkəmə qərarları › İş №2-1(102)-1123/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1123/2023

14.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1123/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə T əyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyası təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)1013/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2196/2016 saylı - xx.xx.2016-ci il tarixli qərarı və həmin qərarın nəticə hissəsində xx.xx.2016-cı il tarixli yanlışlığın düzəldilməsi barədə qərardadına əsasən: “İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 i yun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1№-li Siyahısına uyğun olaraq (kod 12100000-19906) xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, iddiaçıya xx.xx.2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdəki qanunvericiliyə əsasən 2004-2005ci illərin əmək haqqı əsas götürülməklə təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğindəki fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur.”

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 oktyabr 2016-cı il tarixli 2-1(103)-2184/2016 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərarı - “İddiaçıya ödəniləcək pensiya məbləğ inin birdəfəyə ödənilməsi” hissəsində ləğv edilməsi, iddiaçının tələbinin həmin hissədə təmin edilməməsi, qərarın icrası qaydasının müəyyən edilərək, İddiaçı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan məbləğin 2 (iki) il ərzində hissə-hissə, onun pensiyasına əlavə olunmaqla ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə olunmuşdur.”

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 2-1(102)-677/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdıdır. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarı xx.xx.2017-ci il tarixli məktubla icra olunması üçün DSMF-nin Nizami rayo n şöbəsinə göndərilmişdir.

5. DSMF-nin Nizami rayon şöbəsi 2 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsinə ünvanladığı xx.xx.2017-ci il tarixli 15/1904 saylı məktubunda bildirmişdir ki, qərar icra olunaraq İddiaçı hüququ yarandığı gündən əmək pensiyası təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarlarının icrasını təmin etmək üçün tədbir görülməsi və ona pensiya ödənişini dayandırıldığı vaxtdan bərpa edilərək, davam etdirilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Sosial Müdafiə Fonduna və Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına icrası məcburi olan göstəriş verilməsi barədə qərarda d çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə məhkəmə qərarları qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və pensiya ödənişi faktiki olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təmin edilmişdir. Lakin 2020-ci ilin sentyabr ayından ona pensiya ödənişi dayandırılmış, bundan sonra, o bir neçə ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əməkdaşları ilə danışıqlar aparmış, pozulmuş hüququnun bərpa edilməsini tələb etmiş, lakin danışıqların faydasız olduğuna əmin olduqdan sonra, 29 yanvar 2021-ci il tarixli şikayətlə müvafiq instansiyalara müraciət etmişdir.

8. Bakı İnzibati Məhkəməsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünva nlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-1(82)-2196/2016 saylı qərarının icra olunaraq görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi tələb olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsinə görə İPM-nin 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcəyi bildirilmişdir.

9. Daha sonra, məhkəmə tərəfindən iddiaçının məhkəmənin qərarını icrasının təmin edilməsi barədə ərizəsinə baxılması üçün xx.xx.2022-ci il tarixinə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasına iddiaçı gəlsə də, məhkəmənin qərarının icrasının təmin olunması üçün 15 gün müddət təyin edilərək, həmin müddət ərzində qərar icra edilmədiyi t əqdirdə, İPM-in 120-ci maddəsinin tələbləri qaydasında cavabdehə cərimə ediləcəyi barədə xəbərdar edilmiş, lakin tərəfindən qərar icra olunmamış, bununla bağlı təyin olunmuş məhkəmə iclasına da gəlməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı xx.xx.2022-ci il qərardadı ilə (hakim-N.Abıyev) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(82)2196/2016 saylı, 13 iyul 2016-ci il tarixli qərarının icrasını təmin etmədiyinə görə AR ƏƏSMN DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 500 (beş yüz) manat məbləğində cərimə təyin edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh, Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmaqla, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün 15 gün müddət təyin edil məklə, cərimə olunacağı barədə xəbərdarlıq edilsə də müsbət nəticəsi olmadığından cavabdehə 500 manat məbləğində cərimə tətbiq olunmuşdur.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və 500 (beş yüz) manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1013/2023 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – C.Yusifov, hakimlər – P.Hüseynov və Ş.Məmmədova ) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2196/2016 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

14. Apellyasiya instansi yası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətinin dəlilləri işin halları və apelyasiya şikayətinin məzmunu ilə oxşardır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formad a təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən ed ilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. İş üzrə apellyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqey i

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərardad qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxl anılmalıdır.

22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə ü zrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli məktub ünvanlanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarının icra olunması və görülmüş icra tədbirlərin nəticəsi barədə 15 (on beş) gün müddətində məhkəməyə məlumat verilməsi tələb olunmuş və əks təqdirdə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edilməməsinə görə İPMnin 120-ci maddəsinin tələblərinə əsasən onlara 50.000 manatadək məbləğdə cərimə tətbiq oluna biləcə yi barədə xəbərdarlıq edilmişdir.

28. Lakin buna baxmayaraq cavabdeh məhkəmənin xəbərdarlıq məktubuna, heç bir münasibət bildirməmiş və iddiaçının pensiyası bərpa olunmamışdır.

29. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı, məhkəmənin xx.xx.2017-ci il tarixli məktubu ilə icra olunması üçün DSMF-nin Nizami rayon şöbəsinə göndərilmiş və Nizami rayon şöbəsi tərəfindən həmin qərar icra olunaraq, bu barədə xx.xx.2017-ci il tarixli 15/1904 saylı məktubla məhkəməyə məlumat verilmişdir.

30. Konkret halda, iddiaçının qeyd olunan ərizəsindən də göründüyü kimi, məhkəmənin qərarı qanuni qüvvəsini aldıqdan və icraya yönəldildikdən sonra, ona faktiki olaraq 52 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təmin edilərək əmək pensiyası ödənilmiş, lakin 2020-ci ilin sentyabr ayından pensiya ödənişi dayandırılmış, bundan sonra cavabdehə və müxtəlif orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, pensiya ödənişi bərpa olunmamışdır.

31. Bundan başqa cavabdeh özü də təsdiq edir ki, DSMF-nin Nizami rayon şöbəsi tərəfindən qərar icra edilərək iddiaçıya əmək haqqı əsasında təyin edilmiş yaşa görə əmək pensiyası üzrə ödənişlər, müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından dayandırılmışdır.

32. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarının icrasının 2020-ci ilin sentyabr ayından etibarən cavabdeh tərəfindən dayandırılaraq icra olunmadığı işin mübahisələndirilməyən hallarını təşkil edir.

33. Məhkəmə kollegiyas ı bununla bağlı aşağı instansiya məhkəmələrinin məhkəmə qərarının faktiki olaraq icra olunmaması ilə bağlı mövqeyini əsaslı hesab edir.

34. Belə ki, məhkəmə qərarı aidiyyəti şəxslər, o cümlədən cavabdeh tərəfindən vaxtında və məzmununa uyğun şəkildə, mütənasiblik prinsipi nəzərə alınmaqla icra olunmalıdır. Məhkəmə qərarının qeyd olunan qaydada icra olunmaması (eləcə də onun icrasından əsassız yayınma) şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması kimi qiymətləndirilməli və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqini şərtləndirməlidir. Əks təqdirdə məhkəmə qərarı şəxsin hüququnun praktik müdafiəsi baxımından səmərəsiz və əhəmiyyətsiz olar, hüquqi müdafiə aktı qismində öz mahiyyətini itirərdi. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “ İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ həmçinin inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunmasını da ehtiva edir.

35. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsinin müddəalarına görə, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın i crası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının icrasının təminatı qismində həmçinin Cinayət Məcəlləsində 306-cı maddə nəzərdə tutulmuşdur. Həmin norma ilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının qərəzli olaraq icra edilməməsinə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti müəyyən olunur. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyə n edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür.

38. Həmçinin qeyd edilməlidir ki, İPM-in 120.1-ci maddəsi inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasını təmin etmək məqsədlərinə xidmət edir. Bu mənada nəzərə almaq lazımdır ki, məhkəmə qərarının aid olduğu iddianın növü həmin normanın qeyd olunan məqsədləri və məhkəmə qərarının icrasının təmin edilməsini zəmanət altına alan yuxarıda istinad olunan norma və prinsiplər baxımından hər hansı əhəmiyyət daşımır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, inzibati proses hüququ doktrinasında öhdəliyin icrası haqqında iddia növü ümumi anlayışdır və həm məcburetmə haqqında, həm də öhdəliyin icrası haqqında iddiaları özündə birləşdirən öhdəliyin icrası haqqında ümumi iddia kimi qəbul olunur. Başqa sözlə, həm ö hdəliyin icrası haqqında, həm də məcburetmə haqqında iddialar öhdəliyin icrası haqqında ümumi iddia növünə aiddir.

39. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati məhkəmə icraatı çərçivəsində cavabdehə münasibətdə öhdəlik nəzərdə tutan məhkəmə aktı - məhkəmə qərardadı və ya qərarı İPM-in 120-ci maddəsinin təsir dairəsinə aid edilməlidir. Bundan fərqli yanaşma və həmin maddənin bu yanaşmadan fərqli təfsiri qeyd olunan məzmunlu məhkəmə qərarının və ya qərardadının icrasının cavabdehin iradəsindən asılı vəziyyətə salınması kimi qiymətləndirilməlidir. 40. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 12 0.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.

41. Bəhs olunanlara əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 fevral 2023-cü il tarixli, 2-1(103)-1013/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar