Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1123/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi; N994-cü il N2 may tarixindən sonra... döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan iba rət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adə və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-N(N03)-2397/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.N997-ci ildən xx.xx.2002-ci ilə kimi Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində müdavim, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissədə rabitə tağım komandiri, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə qədər N saylı hərbi hissədə radiomaneə tağım komandiri, xx.xx.2005-ci ildən xx.xx.20N0-cu il tarixədək Azərbaycan Ali hərbi Təyyarəçilik Məktəbində tağ ım komandiri müəllim köməkçisi, xx.xx.20N0-cu il tarixdən xx.xx.20N2-ci il tarixədək N saylı hərbi hissədə ZRD QR kom-kəşfiyyat və rabitə rəisi, xx.xx.20N2-ci il tarixdən xx.xx.20N4-cü il tarixədək N saylı hərbi hissədə RB İE məntəqə rəisi, xx.xx.20N4-cü il tarixdən xx.xx.20N5-ci il tarixədək N saylı hərbi hissədə ƏB rəisi - qərargah rəisinin köməkçisi, xx.xx.20N5-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək N saylı hərbi hissədə ƏN-nin KMM üzrə müavinin baş köməkçisi, xx.xx.20N8-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissədə kəşfiyyat idarəsinin baş zabiti vəzifələri üzrə xidmət etmişdir. xx.xx.2020-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N57-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə ARSQ-də həqiqi hərbi xidmətdən is tefaya buraxılmışdır.
2. İddiaçı xx.xx.202N-ci il tarixdə ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.
3. İddiaçıya ünvanlanmış xx.xx.202N-ci il tarixli, N/g-N0297 nömrəli imtina məktubunda bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış, barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. xx.xx.2020-ci il tarixdə 05N nömrəli hərbi hissədə döyüş əməliyyatları aparılmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir.
4. İddiaçının cavabdehə eyni məzmunlu müraciətinə xx.xx.2022-ci il tarixli, 4/3-33 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və 768 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ər izəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N997-ci ildə C.Naxçıvanski adına hərbi liseyi və 2002-ci ildə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbini bitirmişdir. Hərbi xidmət keçdiyi dövrdə xx.xx.20N0-cu il tarixdən xx.xx.20N2-ci il tarixədək Ağcabədi rayonun cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə kəşfiyyat və rabitə rəisi kimi hərbi xidmət keçmişdir. xx.xx.20N8-xx.xx.2020-ci illərdə N saylı hərbi hissənin kəşfiyyat idarəsinin baş zabiti olaraq hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 53 nömrəl i əmri ilə o, döyüş bölgəsində yerləşən 05N nömrəli hərbi hissədə kəşfiyyatçı kimi ezamiyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. Bundan sonra N saylı hərbi hissəyə müraciət etmiş və burada ona “koronar sindrom” diaqnozu təyin edilərək yardım göstərilmiş və N nömrəli hərbi hissəyə təxliyə edilmişdir. Buradan isə XN Mərkəzinə təxliyə edilmiş və burada müayinə zamanı “Sol mədəciyin ön zirvə-yan divarlarının kəskin miokard infarktı diaqnozu təyin edilmiş və bir ədəd stend implantasiyası” cərrahi əməliyyatı icra edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci illərdə müayinə və müalicə olunmuş, Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2020-ci il tarixli, N787 saylı “Xəstəlik haqqında Şəhadətnaməsi” üzrə diaqnoz və xəsarətin səbəbli əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı aşağıdakı kimi olmuşdur: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ (üçüncü) funksional sinif aorta, tac arteriyalarının aterosklerozu. Sol mədəciyin keçirilmiş kəskin transmural infarktına (xx.xx.2020) görə aparılmış koronar angioplastika +PTCA+N ədəd stent implantasiyası əməliyyatından (xx.xx.2020) sonrakı post infarkt iriocaqlı və aterosklerotik kardiosklero İİİ (üçüncü) funksional sinif ürək çatışmazlığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bu xəsarətlə əlaqədar xx.xx.2020-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin N57-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) əsasən polkovnik-leytenant rütbəsində istefaya buraxılmışdı r. xx.xx.202N-ci il tarixdə o, müharibə veteranlarına güzəşt və imtiyazlardan, müharibə veteranı təqaüdündən istifadə etmək üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Ona xx.xx.2022- ci il tarixli, 4/3-33 saylı cavab məktubu ilə cavab verilərək müraciətinin qəbul edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubunu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehin etirazları:
7. İddia tələbinə qarşı etirazın dəlillərinin əsasını imtinana məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN2)-758/2022 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, hərbi qulluqçuya N994-cü il N2 may tarixindən sonra müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün: N. o, döyüş zonasında hərbi xidmət keçməli, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olmalı, yaxud bilavasitə döyüş əməliyyatlarında iştirak etməli; 2. həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almalıdır.
10. İşdən görünür ki, iddiaçı bu tələblərdən hər ikisini ödəyir. Belə ki, iddiaçının 05N saylı hərbi hissəyə ezam olunarkən döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-5366 saylı məktubunda qeyd edilmişdir ki, 05N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməmişdir.
11. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-7954 nömrəli məktubundan görünür ki, xx.xx.N994-cü il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatları aparmış hərbi hissə və bölmələrin, habelə həmin hərbi hissə və bölmələrin döyüş əməliyyatlarında iştirak etdikləri dövrlərə dair cədvəldə (xx.xx.202N-ci il tarixli N6/0425 nömrəli Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsi rəisinin İdarə heyəti və qərargah bölüyünün məktubu ilə komissiya daxil olmuşdur) 05N nömrəli hərbi hissənin iddiaçının xəsarət al dığı dövrdə deyil, xx.xx.20N6-cı il tarixdən xx.xx.20N6-cı il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi göstərilmişdir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 05N nömrəli hərbi hissənin özü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 440 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə 05N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. İddiaçının göndərildiyi Tərtər rayonundakı bölmə döyüş əməliyyatları aparan bölmə hesab olunmuşdur.
13. Göründüyü kimi, iddiaçının 05N nömrəli hərbi hissəyə ezam olunduğu dövrdə həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak etməsə də, iddiaçının həmin hərbi hissədən ezam olunduğu Tərtər rayonundakı hərbi bölmə d öyüş əməliyyatları aparan bölmə olmuşdur.
14. Bundan əlavə, işdə olan xx.xx.2020-ci il tarixli, N787 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N5/689 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamənin 8-ci hissəsində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:25 radələrində xəstə N nömrəli hərbi hissəyə müraciət etmiş, "Kəskin koronar sindrom" diaqnozu təyin edilərək yardım göstərilmiş və xəstənin vəziyyəti stabilləşdikdən sonra N nömrəli hərbi hi ssəyə təxliyə edilmişdir (əsas N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli ambulator çıxarış). xx.xx.2020-ci il tarixdə xəstə N nömrəli hərbi hissədən XN Mərkəzinə təxliyə edilmiş, müayinə zamanı "Sol mədəciyin ön-zirvə-yan divarlarının kəskin miokard infarktı" diaqnozu təyin edilmiş, koronar angioqrafiya müayinəsi aparılmış, LAD proksimal N00% darlıq (trombotik) aşkar edilərək, LAD damarına təcili angioplastika qərarı verilərək “Koronar angioplastika və bir ədəd stent implantasiyası" cərrahi əməliyyatı icra edilmişdir. Müalicəni davam etdirmək üçün xəstə hərbi hissə komandiri tərəfindən SQ BKH-na göndərilmiş və xx.xx.2020-N9 03.2020-ci il tarixədək BKH-da “Ürəyin işemik xəstəliyi. Sol mədəciyin ön-zirvə-yan divarlarının transmural miokard infarktı (xx.xx.2020), yarımkəskin dövr Ko ronar angioplastika+PTCA+N ədəd stent implantasiyası cərrahi əməliyyatı (xx.xx.2020) Aorta, tac arteriyalarının aterosklerozu Aterosklerotik kardioskleroz" diaqnozu ilə stasionar müalicə almış və “Xəstəliklər cədvəli”nin 48 maddəsinin İİİ qrafasına əsasən şəhadətləndirilərək 30 (otuz) gün müddətinə məzuniyyət verilmişdir. Stasionar və daimi ambulator müalicə almasına baxmayaraq, yuxarıda göstərilən şikayətlərin davam etməsi, davamlı xarakter daşıması, xəstəliyin tədricən proqressivləşməsi ilə əlaqədar xidməti vəzifələrinin icrasında çətinlik çəkməsi ilə bağlı və xəstəliyə görə Ordu sıralarından tərxis olunması məqsədəuyğun sayılaraq hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün hərbi-həkim komissiyasına göndəriş verilmişdir. Təqdim olunmuş hərbi hissə ko mandirinin xx.xx.2020-ci il tarixli N5/744 nömrəli arayışında iddiaçı hal-hazırda tutduğu vəzifə “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti" subyektlərinin siyahısına daxil edilməsinin göstərilməsi, komandanlığın müvafiq əmrinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə bağlı döyüş bölgəsinə ezam edilməsi, döyüş bölgəsində olaraq ezam müddətində kəskin xəstəliyin alınması və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndinin tələbləri nəzərə alınaraq aldığı xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilməsinə əsas verir.
15. Şəhadətnamənin N2-ci bəndinə əsasən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardıyası İİİ (üçüncü) funksional sinif Aorta, tac arteriyalarının aterosklerozu. Sol mədəciyin keçirilmiş kəskin transmural infarktına (xx.xx.2020) görə aparılmış koronar angıoplastika+PTCA+N ədəd stent implantasiyası əməliyyatından (28.02 2020) sonrakı postinfarkt irtocaqlı və aterosklerotik kardioskleroz. İll (üçüncü) funksional sinif ürək çatışmazlığı. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.
16. Şəhadətnamənin N3-cü bəndinə əsasən HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılığı haqqında qərarı: “Xəstəliklər cədvəli"nin 44a maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetininxx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqınd a Əsasnamə"yə qoşma) əsasən, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.
17. Göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə ezamiyyətdə olarkən xəsarət almış və bu xəsarətin şəhadətləndirilməsi zamanı onun komandanlığın müvafiq əmrinə əsasən hərbi xidmət vəzifələrinin icrası ilə bağlı döyüş bölgəsinə ezam edilməsi, döyüş bölgəsində olaraq ezam müddətində kəskin xəstəliyin alınması müəyyən edilərək aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi qiymətləndirilmişdir.
18. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir.
19. Beləliklə, istinad olunanlara əsasən iddiaçının 05N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən göndərildiyi Tər tər rayonundakı bölmənin döyüş əməliyyatları aparan bölmə olması və iddiaçı həmin bölmədə xidmət keçərkən xəsarət alması iş materialları ilə tam təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçı Nazirlər Kabinetinin 2N6 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-N(N03)-2397/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN2)-758/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi bir inci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
23. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
24. Məhkəmə tərəfindən prosessual və maddi normaların pozulması düzgün olmayan qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin müddəaları nəzərə alınmadan qərar qəbul edilmişdir.
25. Apellyasiya şikayətində xüsusi olaraq göstərilənlərə, işin nəticəsinə əhəmiyyətli dərəcədə təsir edən dəlillərə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilməmişdir. 26. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Müharibə veteranı sayılırlar. İddiaçı, xəstəliyinin kəskinləşdiyi vaxt (xx.xx.2020-ci il ezamiyyətin ikinci günü), döyüş əməliyyatlarında iştirak etməmişdir.
27. Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının 4/3-5366 №-li məktubuna əsasən, 05N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməyib, (məktubu n surəti əlavə olunur).
28. Məhkəmə “iddiaçının ezam müddətində kəskin xəstəliyin alınmasını”, həmçinin xəstəlik haqqında şəhadətnaməyə istinad edərək iddiaçının "... xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:25 radələrində xəstə N nömrəli hərbi hissəyə müraciət etmiş, “Kəskin koronar sindrom” diaqnozu təyin edilərək yardım göstərilmişdir...” sözlərini qərarında qeyd etsə də buna zidd olaraq onun “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini təmin etmişdir.
29. Halbuki, yuxarıda qeyd olunanlar biri digərini inkar edir, psixoemosional gərginlik insanın öz daxili aləmi ilə bağlıdır və həmin gərginliyin nəticəsində xəstəliyin k əskinləşməsi, qəti olaraq məhz döyüş əməliyyatlarında iştirak etməsi, və ya orada travma alması ilə eyni anlayış deyil. Səbəbləri müxtəlif olar bilər.
30. Həmçinin, onu da bildirmək lazımdır ki, MN MHHK tərəfindən İddiaçıya verilmiş “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarın verilməsinə əsas verən səbəblər müxtəlif ola bilər (məsələn, xəsarət xidməti vəzifələrini yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alınmışsa və s.).
31. Həmin əsaslar daha ətraflı Bakı Apellyasiya Məhkəməsinin qərarında (səh. 67) (“Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinə istinad olunaraq) göstərilmişdir.
32. Məhkəmə qərar qəbul edərkən aşağıdakıları nəzərə almamışdır: Birincisi. - iddiaçı döyüş əməliyyatlarında iştirak etməmiş dir, İkincisi. - iddiaçının xəstəliyi bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar travma alması ilə bağlı olmayıb. Hətta bunu sübut edən dəlillər şəhadətnamənin 8-ci hissəsində aydın göstərilmişdir, Belə ki, İddiaçı deməsinə görə o, bir neçə ildir ürək nahiyəsində ağrılardan əziyyət çəkir. (Məhkəmə qərarı, səh. 5). Üçüncüsü. - iddiaçının 05N nömrəli ezamiyyətdə olduğu dövrdə (27-xx.xx.2020-ci il) həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməmişdir. (Əsas: xx.xx.2022-ci il tarixli 4/3-7954 №-li məktubu).
33. Bununla bağlı onu bildirmək lazımdır ki, məhkəmə (qərarı, səh. 5) yuxarıda qeyd olunmuş məktubdan sonra xx.xx.2023-cü il tarixli məktubu göstərsə də, orada yazılanları təhrif olunmuş formada göstərmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edi lir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən: - müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahid lərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi hald a), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
37. İnzibati Prosessual Məcəllə: Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tut ulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayət i vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
39. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
43. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmu ş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
44. Şikayətin dəlillərinə görə, Müdafiə Nazirliyinin veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyasının 4/3-5366 №-li məktubuna əsasən, 05N nömrəli hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməyib.
45. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05N nömrəli hərbi hissəsinin özü tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 440 nömrəli məktubu ilə təsdiq edilir ki, iddiaçının xx.xx.2020-ci il tarixdən ezam olunduğu və göndərildiyi hərbi hissənin Tərtər rayonundakı bölməsi döyüş əməliyyatları aparan bölmə hesab olunmuşdur.
46. Şikayətin digər dəlilinə görə, məhkəmə “iddiaçının ezam müddətində kəskin xəstəliyin alınmasını ”, həmçinin xəstəlik haqqında şəhadətnaməyə istinad edərək iddiaçının "... xx.xx.2020-ci il tarixdə cəbhə bölgəsində ezamiyyətdə olarkən psixoemosional gərginlikdən sonra ürək nahiyəsində güclü ağrılar, soyuq tərbasma əmələ gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 03:25 radələrində xəstə N nömrəli hərbi hissəyə müraciət etmiş, “Kəskin koronar sindrom” diaqnozu təyin edilərək yardım göstərilmişdir...” sözlərini qərarında qeyd etsə də buna zidd olaraq onun “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbini təmin etmişdir. Halbuki, yuxarıda qeyd olunanlar biri digərini inkar edir, psixoemosional gərginlik insanın öz daxili aləmi ilə bağlıdır və həmin gərginliyin nəticəsində xəstəliyin kəskinləşməsi, qəti olaraq məhz döyüş əməliyyatlarında iştirak etməsi, və ya orada travma almas ı ilə eyni anlayış deyil. Səbəbləri müxtəlif olar bilər. Həmçinin, onu da bildirmək lazımdır ki, MN MHHK tərəfindən İddiaçıya verilmiş “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarın verilməsinə əsas verən səbəblər müxtəlif ola bilər (məsələn, xəsarət xidməti vəzifələrini yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alınmışsa və s.).
47. Məhkəmə kollegiyası şikayətin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək üçün yaradılmış səlahiyyətli orqanın qərarına əsaslanmışdır.
48. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən xx.xx.2020-ci il tarixli N787 saylı şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir.
49. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2N(N03)-2397/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.