Məhkəmə qərarları › İş №2-1(102)-1123/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1123/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1123/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin məhkəmə prosesinə cəlb edilməsi əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kad astrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 saylı qərardadından X12 Söhraz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, ümumi sahəsi 191.3 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı adına daşınmaz əmlakın dö vlət reyestrində qeydə alınması və həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim X1) iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 191.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçıadına eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini n 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

3. Qərardan şikayət verilmədiyindən qanuni qüvvəsini alaraq icra edilməsi üçün 23 oktyabr 2020-ci il tarixdə cavabdehə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. X12 Söhraz oğlu məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3843/2019 saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3843/2019 saylı qərarı inzibati məhkəmə icraatına cəlb olunmamış Əliyev Sahib Söhraz oğlunun maraqlarına tox unur. Məhkəmə qərarından yalnız İddiaçı cavabdeh Əliyev Sahib Söhraz oğluna qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair kommersiya işi üzrə iddia qaldırıldığını bilən kimi tərəfindən göndərilmiş vəkil sorğusuna verilmiş cavabdan sonra məlumatlı olmuşlar. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı adına ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən qeydiyyata alınmışdır. Qeyd edir ki, İddiaçı adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsi X5 məxsus olan qeyri-yaşayış sahəsi ilə üstüstə düşür. Tərəflər arasında qeyd olunan əmlakla bağlı 2012-ci ildə Yasamal Rayon Məhkəməsin də mübahisə olmuş və İddiaçı direktoru X4 həmin işdə iddiaçı qismində iştirak etmiş və yekun nəticədə məhkəmə qərarı Sahib Əliyevin xeyrinə yekunlaşmışdır. Hazırda həmin mülki işin materialları ilə tanış olmaq üçün vəsatət verilmişdir. Sənədlər əldə edildikdən sonra məhkəməyə təqdim ediləcəkdir. Onu da, qeyd edir ki, Sahib Əliyevə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsində yerləşən qeyri-yaşayış sahəsi uzun müddətdir ki, kafe kimi fəaliyyət göstərir və İddiaçınə məxsus olan digər.qeyri-yaşayış sahəsi ilə qonşuluqda yerləşir. Məhkəmə qərarı çıxarılarkən ən azı yerli baxış keçirilsəydi, o zaman iddia tələbində hüquqlarının təmin olunması xahiş edilən qeyriyaşayış sahəsinin Sahib Əliyevin sahiblik və istifadəsində olması müəyyən olunacaqdı. Bundan başqa, Sahib Əliyevin adı nda kommunal xərclərin ödənilməsinə dair müqavilələr yenilənmiş (həmin müqavilələr 30 ildir ki Sahib Əliyevlə bağlanır) və hazırda məhkəməyə təqdim olunur. Həmçinin, qeyri-yaşayış sahəsinin layihəsi də təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İPM-nin 28ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İPM-nin 28.1 -ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin, məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Qeyd edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış üçüncü şəxs Əliyev Sahib Söhraz oğlu 1 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(81)3843/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının mövcudluğundan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan sonra məlumatlı olmuşdur. Deməli, İddiaçı direktoru X4 2019-cu ildə məhkəməyə müraciət etməklə Sahib Əliyevlə aralarında olan Yasamal Rayon Məhkəməsindəki mübahisəni gizlətmiş və məhkəməni aldadaraq mülkiyyət hüququnun tanınmasına nail olmuşdur. Azərbaycan Respublikası İPM-nin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

6. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3843/201 9 saylı, 11 sentyabr 2024-cü il tarixli qərardadı ilə (hakim X2) ərizə təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımalı olmayıb, maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədini daşımalı olduğundan, hazırki mübahisədə isə X12 Söhraz oğlunun hüquqlarının və qanunla qorunan maraqlarının pozulması və ya əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilmədiyindən ərizə əsassız hesab edilməklə təmin edilmə məlidir.

8. X12 Söhraz oğlu apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 nömrəli qərardadı (hakimlər X8 (məruzəçi), X9 və X11) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. X12 Söhraz oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə təzələn məsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. X3 Məcəlləsinin 90-96-cı maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır.

13. Belə ki, məhkəmə qərarı ilə İddiaçı adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin Əliyev Sahib Söhraz oğluna məxsus olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşməsi artıq təsdiqini tapır. Sahib Əliyevə məxsus olan Bakı şəhəri Yasamal rayonu Xiyabani küçəsində yerləşən qeyri-yaşayış sahəsi uzun müddətdir ki, kafe kimi fəaliyyət göstərir və İddiaçınə məxsus olan digər qeyri-yaşayış sahəsi ilə qonşuluqda yerləşir. Məhkəmə tərəfindən yerli baxış keçiriləndə də bu hal müəyyən olunmuşdur. Lakin, məhkəmə bu halı Sahib Əliyevin işə üçüncü şəxs qismində cəlb edilməsi üçün kifayət sayılmamışdır. Məhkəmənin qənaətinə görə Sahib Əliyev bu barədə məhkəməyə hər hansı hüquqmüəyyənedici sənəd təqdim etməli idi. Məhkəmə nəzərdən qaçırmışdır ki, Sahib Əliyev mübahisəli əraziyə dair hər hansı hüquqmüəyyənedici sənədi (dövlət reyestrindən çıxarış, sərəncam, qərar və s.) hazırda təqdim edə bilmir, çünki istifadəsində olan həmin ərazi qanunsuz olaraq məhkəmə qərarı ilə "Elnur” Kiçik Müəssisəsinin adına rəsmiləşdirilmişdir (Sahib Əliyevin istifadəsində olduğu dövrdə), hansı ki, Sahib Əliyev həmin qərarı hazırda mübahisələndirir.

14. Daha sonra qeyd edilmişdir ki, Sahib Əliyevin adına kommunal xərclərin ödənilməsinə dair müqavilələr yenilənmiş və məhkəməyə təqdim edilmişdir. Yəni qeyriyaşayış sahəsinin Sahib Əliy evin istifadəsində olan hissəsinə dair onun adına kommunal müqavilələr bağlanmışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və iş ə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Ma ddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

17. Kassasiya şika yəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

23. Kassasiya şikayətinin dəlillərindən görünür ki, ərizəçi Sahib Əliyevin hüquqi marağı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə yönəlmişdir. O, cəlbin hüquqi əsası kimi məhkəmə qərarı ilə iddiaçının adına rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin bir hissəsinin uzun müddət onun faktiki istifadəsində olmasını, həmin qeyriyaşayış sahəsi ilə bağlı kommunal xidmətlərə görə (Yasamal rayon Sukanal İdarəsi, "xxxx" ASC) müqavilə bağlamasını qeyd etmişdir. 24. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir: “İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır”.

25. Konstitusiya Məhkəməsinin mövqeyindən də anlaşılır ki, şəxs məhkəmə icraatına cəlb edilməsini tələb edirsə, bu halı əsaslandırmalıdır.

26. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı hüquqlarının (sahiblik, istifadə, sərəncam) olması iş materialları ilə müəyyən edi lmir.

27. Ərizəçinin istinad etdiyi kommunal xidmətlərlə bağlı müqavilələrə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, həmin müqavilələr daşınmaz əmlak üzərində ərizəçinin hüququnun mövcudluğu faktını təsdiq etmir.

28. Bundan əlavə ərizəçi Sahib Əliyev Bakı Apellyasiya Məhkəməsinin 2(103)557/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə istinad edərək bildirmişdir ki, həmin qətnamə ilə mübahisəli qeyri-yaşayış sahəsinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 22 iyun 1992-ci il tarixli sərəncamı ilə İddiaçı tikintisinə icazə verilmiş tikili olması sübutlarla təsdiqini tapmadığı müəyyən olunmuşdur. Halbuki həmin sərəncamın arxiv kötüyü, ümumiyyətlə belə bir sərəncamın mövcud olub-olmaması araşdırılmamış və bu barədə heç bir müvafiq orqana sorğu göndərilməmişdir. Qanuni qüvv əsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, sözügedən vaxt müəssisinin direktorunun mübahisələndirdiyi Əliyev Sahib Söhraz oğlunun istifadəsində olan ünvan 4 ünvanında yerləşən mübahisəli tikilinin Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə ünvan 4 ünvanında tikintisinə icazə verilmiş tikili olması işdə olan sübutlarla təsdiq olunmamışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin Apellyasiya Məhkəməsinin 2(103)557/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsinə istinad etməkdə məqsədi preyudisiallıqla bağlı məsələyə diqqət yönəltməkdən ibarətdir.

30. Lakin qeyd etmək lazımdır ki, hazırkı iş üzrə preyudisiallıq halı mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən olunmuş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyektiv tərkibinin eyniliyini şərtləndirir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin istinad etdiyi qətnamədə hazırkı iş üzrə cavabdeh olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəf kimi çıxış etməmiş və maraqlı şəxs kimi cəlb olunmamışdır. Bu səbəbdən də həmin qətnamə hazırki iş üzrə preyudisial xarakter daşımır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin hüquqi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi” məqsədi ilə (İPM-in 98-1-ci maddəsi) qəbul etdiyi “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 №-li qərardadında ətraflı şəkildə şərh edilmişdir.

33. Həmin kollegial qərardadda göstərilmişdir ki, hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qa nunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxsl ərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur k i, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ərizəçinin hər hansı qanunla qorunan maraqlarına toxunması və ya pozması halı müəyyən edilməmişdir. Bu baxımdan, ərizəçinin vəsatətinin rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: X12 Söhraz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2-1(103)-4045/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar