Məhkəmə qərarları › İş №2-1(102)-1124/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1124/2019

06.03.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı X1 cavabdeh AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı ilə)iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı X1 cavabdeh AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı ilə) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 01 noyabr 2018-ci il tarixli, 2-1 (103)2364/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 06 mart 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun evi uzun illərdir ki, məcburi köçkünlər tərəfindən zəbt edilmişdir. Onun iddiaçı qismində cavabdehlər X8, X9, X6 qarşı ona məxsus xxxdən çıxarılmalarına dair Binəqədi rayon Məhkəməsində iddia tələbi təmin edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti onun evini zəbt etmiş məcburi köçkünlərin çıxarılmasını və yerləşdirilməsini təmin etməli olduğu halda indiyə qədər qətnamənin icrasını və onun dəfələrlə müraciət etməyini, ailəsinin iki üzvünü itirməsini nəzərə almamışdır. O artıq iyirmi üç ildir ki, halal evinə Şuşadan ola n həmin məcburi köçkünlərin ucbatından girə bilmir. O, nəmişlik, şəraitsiz evlərdə kirayələrdə sürünməkdən cavan həyat yoldaşını, 15 yaşlı məktəbli qızını itirmişdir. 1993-cü ildən o, öz mülkiyyətindən məhrum yaşamışdır. Onun Konstitusiya hüququ pozulmuşdur. Dəfələrlə İcra Hakimiyyətinə, Qaçqın və X7 üzrə Dövlət Komitəsinə müraciətlər ünvanlamışdır. İş Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra olunmamışdır. Səbəb də gətirirlər ki, Binəqədi rayon İcra Hakimiyyəti yerlə təmin etmir. Kirayələrdə itirdiyi pullar, çəkdiyi mənəvi iztirablar, evindən məhrum, ailəsinin məhvinə görə Binəqədi rayon İcra Hakimiyyəti nəinki kompensasiya ödəməmiş, hətta müraciətlərinə belə cavab verməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilməmişdir. Onun və ailəsini n çəkdiyi iztirabların əvəzini kompensasiya ilə ödəməyə cavabdeh qurum borcludur və cavabdehdir. Onun həyat yoldaşı evinə köçməməsi səbəbindən dünyasını dəyişmişdir. Ailəsinin qazanc gətirəni idi, körpə uşaqları var idi. O, onları zülmlə böyütmüş, işləmək məcburiyyətində qalmışdır. Qızı 15 yaşında idi, əlindən tutan, köməyinə çatan yaşına çatdırmışdır. Şəraitsizlik, yarımzirzəmi evlərdə kirayə yaşamaq ailəsinin axırına çıxmışdır. İndi oğlu da özü də xəstədir. Ailə başçısı evin dayaq sütunudur. Evlərinin qazancını o gətirirdi. Sənətkar idi, ev təmirində ona çatan yox idi, Moskva-Bakı Qatarında bələdçi işləsə də, boş vaxtlarında ev təmir edirdi. Onun ölümü ilə hər ay ***-**** ABŞ dolları aylıq gəlirdən məhrum olmuşlar. İllərlə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. 1996-cı ildən 2000 -ci ilin dekabr ayına kimi 50 dollar kirayə pulu sonra isə 100 dollar kirayə pulu ödəyərək özgə evlərdə yaşamışdır. O, göstərdiklərini nəzərə alaraq ona 500000 ABŞ dolları maddi ziyanın ödənilməsini tələb etmişdir. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Binəqədi rayon İcra Hakimiyyətinin iştirakı ilə) qarşı cavabdehdən ərinin ölümü ilə aylıq qazancdan məhrum olduğuna və kirayələrdə pul ödəməklə yaşadığına görə çəkdiyi maddi 500000 ABŞ dolları, həyat yoldaşı və 15 yaşlı qız övladının itkisinə, həmçinin şəxsi evi ola-ola, dar, şəraitsiz evlərdə kirayə yaşamasının iztirabına görə ona mənəvi 500000 ABŞ dolları pulun tutularaq ödənilməsibarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci inst ansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 24 may 2018-ci il tarixli iş № 2-1(81)933/2018, (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianınrədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 24 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 01.11.2018-ci il tarixli iş № 2-1(103)-2364/2018 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və M.Məmmədov) qərarı ilə birinci instansiya məhkəməsinin 24 may 2018-ci il tarixli qərarının dəyişdiri lmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, onun evini uzun illərdir ki, məcburi köçkünlər zəbt etmişdir. İddiaçı qismində cavabdehlər X8, X9, X6 qarşı ona məxsus Bakı şəhəri, Naxçıvani küçəsi, ev 39 b-də yerləşən 27 saylı mənzildən çıxarılmalarına dair Binəqədi rayon Məhkəməsində iddia tələbi təmin olunmuşdur (iş № 2-506 1998). Binəqədi rayon İcra Hakimiyyəti onun evini zəbt etmiş məcburi köçkünlərin çıxarılmasını və yerləşdirilməsini təmin etməli halda indiyə qədər qətnamənin icrasını və onun dəfələrlə müraciət etməyini, ailənin iki üzvünü itirməyini nəzərə almır. O, halal evinə Şuşadan olan həmin məcburi köçkünlərin ucbatından girə bilmir. Artıq iyirmi üç ildir. On lar çox şey əldə etdilər, o isə nəmişlik, şəraitsiz evlərdə kirayələrdə sürünməkdən cavan həyat yoldaşını, 15 yaşlı məktəbli qızını itirdi. 1993-cü ildən o öz mülkiyyətindən məhrum yaşayır. İş-məhkəmə qətnaməsi Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilmir və edilə bilmir. Ailəsində baş verənlər, itirdikləri təbii ki, heç bir kompensasiya ilə əvəz edilə bilməz, buna baxmayaraq itirdikləri və çəkdiyi iztirabların əvəzini kompensasiya ilə ödəməyə cavabdeh qurum borcludur və cavabdehdir. O, bütün çəkdiyi iztirablara görə ərinin və qızının ölümünə, kirayələrdə şəraitsiz yaşamağı iztirabına görə 500000 ABŞ dolları mənəvi ziyanın ödənilməsini tələb edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 noyab r 2018-ci il tarixli, 2-1(103)2364/2018 saylı qərarını ləğv edərək iddia tələbinin təmin olunmasına dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçı kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsin i də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 01 noyabr 2018-ci il tarixli, 21(103)-2364/2018 saylı qərarla, apelyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-933/2018 saylı, 24 may 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 62.3, 82-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə istinad etməklə, belə hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla məhkəmə qərarının ləğvi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kasasiya şikayətində göstərdiyi dəlilləri əsassızdır. Belə ki, ilk öncə qeyd edilməlidir ki, iddiaçı kasasiya şikayətinin elə əvvəlində öz ü bildirir ki, iddiaçının evini uzun illərdir ki, məcburi köçkünlər zəbt etmiş, o bununla əlaqədar məhkəməyə iddia ilə müraciət etmiş və sözügedən 3 köçkünün iddiaçıya məxsus Bakı şəhəri, Naxçıvan küçəsi, ev 39 B-də yerləşən 27 saylı mənzildən onların çıxarmalarına dair Binəqədi rayon məhkəməsində iddiaçının tələbi təmin olunmuşdur (iş № 2-506-1998). Daha sonra iddiaçı kasasiya şikayətində yazır ki, Binəqədi rayon İcra Hakimiyyəti iddiaçının evini zəbt etmiş məcburi köçkünlərin çıxarılmasını və yerləşdirilməsini təmin etməli halda indiyə qədər qətnamənin icrasını və iddiaçının dəfələrlə müraciət etdiyini, ailəsinin iki üzvünün itirilməsini nəzərə almır. Məhkəmə kollegiyası iddiaçının bu dəlilini əsassız sayır, əvvəla iddiaçının da bildirdiyi kimi bu məsələ ilə əlaqədar qanuni qüvvəyə minmi ş Binəqədi rayon Məhkəməsinin 2-506-1998 saylı işi vardır ki, məlum olduğu kimi isə “İcra haqqında” qanunun “Məcburi icra orqanları” adlanan 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanlarının qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (Qanunun 2.1-ci maddəsi). Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi ilə Binəqədi rayon İcra Hakimiyyəti deyil, “İcra haqqında” Qanunla müəyyən edilmiş məcburi icra orqanı icra məmurları, konkret halda Binəqədi rayon İcra və Probasiya şöbəsi məşğul olur. İddiaçının kasasiya şikayətindən görünür ki, iddiaçı bundan məlumatlıdır, belə ki, iddiaçı kasasiya şikayətində yazır ki, iş – məhkəmə qətnaməsi Binəqədi rayon İcra Şöbəsi tərəfindən icra edilmir və edilə bilmir. Lakin buna baxmayaraq iddiaçı kasasiya şikayətində bu baş verənlərdən cavabdehi məsuliyyətli tutur və göstərir ki, “Ailəmdə baş verənlər, itirdiklərim təbii ki, heç bir kompensasiya ilə əvəz edilə bilməz, buna baxmayaraq itirdiklərim və çəkdiyim iztirabların əvəzini kompensasiya ilə ödəməyə cavabdeh qurum borcludur və cavabdehdir”. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili də əsassızdır, belə ki, yuxarıda artıq göstərildiyi kimi, hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və bu qətnamənin icrası ilə “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq icra məmurları məşğul olmalı, bu onların vəzifə borclarıdır, sözügedən məsələ cavabdeh Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin səlahiyyətində deyildir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı X3 məhkəməyə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir Tələbinin əsasları ilə bağlı sübutetmə yükünün daşıyıcı kimi iddiaçı ona zərərin vurulması hallarını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüq uqu pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri- əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”n ın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan də yişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxun kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 01 noyabr 2018-ci il tarixli, 21(103)-2364/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar