Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt Baş Gömrük İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər:( gömrük orqanının hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Sumqayıt Baş Gömrük idarəsinə qarşı gömrük orqanının təqsiri üzündə n vurulmuş ziyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-598/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Sumqayıt Baş Gömrük idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən ona vurulmuş ziyanın 11.125,36 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Azərbaycan Respublikası ərazisində qanunla icazə verilən fəaliyyət növləri ilə məşğuldur və xaricdən şüşə məmulatları da idxal edir. 2014-cü ilin noyabr ayında müvafiq sənədlərə əsasən iddiaçının ünvanına Belarus Respublikasından 2 vaqon şüşə məmulatı daxil olmuşdur. İddiaçı lazımi sənədləri cavabdehə təqdim edərək daxil olan malın əlavə dəyər vergisini ödəmişdir. Lakin uzun müddət cavabdeh tərəfindən vaqonların boşaldılmasına əsassız olaraq icazə verilməmişdir. Nəticədə, vaqonlar uzun müddət Sumqayıt dəmir yolu stansiyasında saxlanılmaqla, vaqonların boş dayanmasına görə MMC “xxxx” QSC-yə 11.125,36 manat məbləğində cərimə ödəmişdir. Həmin cərimə cavabdeh gömrük orqanının qeyri-qanuni hərəkətləri nəticəsində yaranmışdır. Məsələ ilə əlaqədar iddiaçı daxil olunan malın gömrük rəsmiləşdirilməsinin təcili olaraq aparılması xahişi ilə 2014-cü il 5 noyabr tarixdə cavabdehə məktubla, 2014-cü il 6 noyabr tarixdə Dö vlət Gömrük Komitəsinə, 2014-cü il 12 noyabr tarixdə teleqramla və məktubla Sumqayıt Gömrük İdarəsinə müraciət etmişdir. Lakin bu günə qədər müraciətlərə heç bir cavab verilməmişdir. Göstərilən hal iddiaçının fəaliyyətini iflic vəziyyətə gətirib çıxarmışdır. Belə ki, həm külli miqdarda ödənilmiş cərimənin məbləği, həm də daxil olan məmulatların əvvəlcədən bağlanmış müqavilələr əsasında alıcılara vaxtında çatdırılmaması müştərilərin itirilməsinə gətirib çıxarmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 aprel tarixli 2-1(85)-87/2016 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının ünvanına göndərilmiş yükün cavabdehə 2014-cü il 31 oktyabr tarixdə daxil olmasına baxmayaraq, iddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsinin a parılması üçün gömrük qanunvericiliyində müəyyən edilmiş müddət, yəni mal gəldikdən sonra bir saatdan gec olmayaraq onun rəsmiləşdirilməsi üçün müraciətin edilmə müddəti pozularaq, 2014-cü il 5 noyabr tarixdə müraciət olunmuş, həmin müraciət cavabdeh tərəfindən 2014-cü il 5 noyabr tarixdə qeydə alınmışdır. Belə olan halda, iddiaçının onun adına göndərilmiş yükün məhz cavabdehin təqsiri üzündən gec rəsmiləşdirilməsi və nəticədə cərimə edilməsi ilə bağlı gətirdiyi dəlillər iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 2-1(105)262/2016 nömrəli qərardadı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamı şdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 15 fevral tarixli 2-1(102)-307/17 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2016cı il 18 oktyabr tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cü il 3 iyul tarixli 2-1(105)-264/2017 nömrəli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-ci il 01 noyabr tarixli 2-1(102)-1735/2017 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının 2017-cü il 3 iyul tarixli 2-1(105)-264/2017 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 aprel tarixli 2-1(105)-96/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 26 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 31 iyul tarixli 2-1(102)-1388/2018 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 3 aprel tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 2019-cu il 6 mart tarixli 2-1(105)-15/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu tarixli 2-1(102)-2029/2019 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 06 mart tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-598/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2016cı il 26 aprel tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Sumqayıt Baş Gömrük İdarəsindən vurul muş ziyanın əvəzi olaraq 11.125,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı onun adına göndərilmiş yükün məhz cavabdehin təqsiri üzündən gec rəsmiləşdirilməsi və nəticədə cərimə edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həminqərarın ləğv edilməsini və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə geri göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, xx xxxxxxx 2014-cü il tarixdə Belarus Respublikasından 'İdd iaçı” MMC-yə məxsus, yer sayı 68 olan, 13751.64 kv.m. “şüşə" yükü gömrük ərazisinə gətirilmişdir. Gətirilmiş yükün gömrük bəyannaməsi xx xxxxxx 2014-cü il tarixdə tərtib olunmuşdur. Yükün gömrük ödənişləri isə xx xxxxxx 2014-cü il tarixdə ödənilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilmiş etiraz və mülahizələrdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 100/143 saylı xx xxxxxxx 2014 tarixli “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyyələrinin təsdiqi haqqında” Sərəncamına əsasən, iddiaçı tərəfindən təqdim edilən bəyannamənin 20-ci qrafasında ("çatdırılma şərtləri”) “100” kodu qeyd edilmişdir, yəni malın dəyəri əvvəlcədən ödənilmişdir. Bu zaman gömrük orqanı tərəfindən bank hesab laşma sənədləri tələb olunmuşdur. Lakin bəyannaməçi (iddiaçı) tərəfindən qeyd olunan sənədlər təqdim edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin qərarında qeyd edilənin əksinə məhkəməyə ünvanlanmış iddiaya münasibətlə etiraz və mülahizələr arasında hər hansı fərqli mövqe olmamışdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 121-ci maddəsinə əsasən, mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir. Digər məhkəmə proseslərində də cavabdeh göstərmişdir ki, yük xx xxxxxxx 2014-cü il tarixdə gömrük ərazisinə gətirilməsinə baxmayaraq, idxalatçı (iddiaçı) yükün rəsmiləşdiriməsının başa çatdırı lması hissəsində hərəkətsiz qalmışdır. Dəfələrlə əlaqə saxlanılıb rəsmiləşdirilmənin başa çatdırılması üçün Baş İdarəyə dəvət olunsa da buna məhəl qoymamışdır. Nəhayət xx xxxxxx 2014-cü il tarixdə, müraciət etmişdir. Yük xx xxxxxxx 2014-cü il tarixdə gəlməsinə baxmayaraq iddiaçı tərəfindən gömrük bəyannaməsi xx xxxxxx 2014-cü il tarixdə, yəni qanunvericilikdə qeyd edilən müddət ötdükdən sonra təqdim edilmişdir. Yükün gömrük ödənişləri xx xxxxxx 2014-cü il tarixdə həyata keçirilmiş və yüklər həmin gün buraxılmışdır. Daha sonra qeyd edilir ki, işlə bağlı məhkəmə prosesinin gedişində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına Baş İdarə tərəfindən analoji bəyannamələr təqdim edilmişdir. Həmin bəyannamələr mübahisənin predmeti olan bəyannamənin Baş İdarəyə təqdim edildiyi tarixə yaxın zaman ərzində, müxtəlif tarixlərdə eyni idxalatçı (İddiaçı MMC) tərəfindən, eyni ölçüdə, eyni yer sayında, eyni ölkədən idxal olunmuş, eyni malları əks etdirir. Baş İdarə apelyasiya məhkəməsinin qərarında qeyd olunduğu kimi qərəzli mövqe tutmuşdursa, bu mövqeyini digər rəsmiləşdirmələrdə də davam etdirməli idi. Lakin digər rəsmiləşdirmələrin hər hansı birində analoji hal baş verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qə rar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarına əsasən, iddiaçı 2014-cü ilin noyabr ayında ünvanına gələn, içərisində şüşə məmulatı olan 2 vaqonun cavabdeh tərəfindən boşaldılmasına əsassız olaraq icazə verilmədiyini, nəticədə vaqonların uzun müddət Sumqayıt dəmir yolu stansiyasında saxlanılmaqla, gömrük orqanının təqsiri üzündən vaqonların boş dayanmasına görə “xxxx” QSC-yə 11.125,36 manat məbləğində cərimə ödədiyini əsas gətirərək, vurulmuş zərərin ödənilməsi məqsədilə, həmin həçmdə məbləğin cavabdehdən tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə iddianı təmin etməmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının onun adına göndərilmiş yükün məhz cavabdehin təqsiri üzündən gec rəsmiləşdirilməsi və nəticədə cərimə edilməsi ilə bağlı gətirdiyi dəlillər iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. İddiaçı isə bu mövqeyi o əsasla mübahisələndirmişdir ki, iddiaçı yük daxil olduqdan bir saat sonra bütün sənədlərlə birgə Sumqayıt Baş Gömrük İdarəsinə şifahi formada müraciət etmişdir. Lakin İdarədə onun sənədlərini qəbul etməkdən və gömrük rəsmiləşdirilməsini aparmaqdan imtina etmişlər. Belə olduğu təqdirdə İdarəyə yazılı ərizə ilə müraciət edilmiş, yenə də ərizə qəbul edilməmişdir. Yalnız bundan sonra müəssisə rəhbərliyi məcbur qala raq xx xxxxxx 2014-cü il tarixdə poçt vasitəsilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin preambulasında qeyd edilib ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8-ci maddəsində gömrük orqanlarının vəzifələri qeyd edilmişdir. Gömrük orqanlarının vəzifələrinə gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək (8.0.5); mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək (8.0.6.); malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq (8.0.8.); gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək (8.0.17.); dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək (8.0.27.) aiddir. 40.4-cü maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gö mrük rəsmiləşdirilməsinə dair ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. 70.1-ci maddəsinə əsasən, şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər. Yəni, qanunvericilikdə gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən fiziki şəxslərə məlumat v ermək, rəsmiləşdirilməsi üzrə əməliyyatların həyata keçirilməsində onlara yardım etmək, bu prosesin sürətləndirilməsi üçün şərait yaratmaq, sənədlərdə çatışmazlıq olduqda isə yazılı bildiriş göndərilərək müvafiq sənədləri tələb etmək gömrük orqanlarının vəzifələrinə aid edilmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hələ mallar ölkəyə daxil olmadan xx xxxxxxx 2014-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinin hesabına idxal əməliyyatları üçün 9940 manat əlavə dəyər vergisi və 200 manat gömrük əməliyyat haqqı ödəmiş, mallar gömrük ərazisinə daxil olduqdan sonra isə sənədlərlə birgə gömrük rəsmişləşdirilməsi üçün İdarəyə müraciət etsə də, cavabdeh tərəfindən qanunun istinad olunan normalarının tələbləri pozularaq iddiaçıya məxsus malların gömrük rəsmilə şdirilməsi həyata keçirilməmiş və keçirilməməsinin səbəbləri iddiaçıya bildirilməmişdir. İddiaçının müraciəti cavabsız qaldığından, xx xxxxxx 2014-cü il tarixdə o, poçt vasitəsilə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət edərək xx xxxxxx 2014-cü il tarixdən Belarus Respublikasının Qomel şəhərindən 2 vaqon cilalanmış pəncərə şüşəsinin idarənin ünvanına daxil olduğunu, lazımi sənədlər təqdim olunduğu və malın ƏDV-nin ödənildiyini, lakin gömrük rəsmiləşdirilməsinin aparılmadığını bildirmiş və rəhbərlikdən bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Həmin məktubun məzmunundan da göründüyü kimi, həmin məktub onun ilkin müraciətini (məlumatını) deyil, onun əvvəlki müraciətinin (məlumatının) gömrük orqanı tərəfindən qəbul və icra edilmədiyini, “2014-cü il 3 noyabr tarixdə qəbul edilmiş, la zımi sənədləri təqdim olunmuş və ƏDV-si ödənilmiş” yüklərin gömrük rəsmiləşdirilməsinin aparılmadığından (gömrük orqanının hərəkətsizliyindən) şikayəti ifadə etmişdir. Lakin bu müraciətə cavab verilməmiş, daha sonra iddiaçı 2014-cü il 6 noyabr tarixdə Dövlət Gömrük Komitəsinə, 2014-cü il 12 noyabr tarixdə teleqramla və məktubla Sumqayıt Gömrük İdarəsinə eyni məzmunlu müraciət etsə də, həmin müraciətlərə də heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 48.1-ci maddəsinə əsasən, gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. 48.3-cü maddəsinə əsasən, bu Məcəllə də başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. İstinad olunan normalara əsasən cavabdeh, iddiaçının müraciətini cavabsız qoymaqla həm Gömrük Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 146 və xx.xx.2014-cü il tarixli 155 saylı hesab vərəqələrindən görünür ki, İddiaçı MMC-nin ünvanına daxil olmuş 2 vaqon şüşə üçün müvafiq olaraq boşdayanmaya görə MMC-yə 4.046,98 manat və 7.078,38 manat olmaqla, ümumilikdə 11.125,36 manat məb ləğində cərimə hesablanmışdır. Eləcə də işdən görünür ki, iddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Baş Gömrük İdarəsinə və Dövlət Gömrük Komitəsinə edilmiş müraciətlərinə baxılanadək xx xxxxxx 2014-cü il tarixdə İddiaçı MMCnin ünvanına Belarus Respublikasından, “xxxx” MMC-dən daxil olmuş, Sumqayıt Dəmir yolu stansiyasında saxlanılan 68622969 və 68570761 saylı vaqonlardakı şüşə məmulatların vaqonlardan boşaldılaraq saxlanması üçün İddiaçı MMC-yə təhvil verilməsini xahiş etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-1510/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli Aktdan görünür ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il ta rixli qərardadı icra edilmiş, vaqonlar boşaldılaraq iddiaçı müəssisənin rəhbərinə təhvil verilmişdir. xx xxxxxx 2014-cü il tarixdə yük cavabdeh tərəfindən buraxılmışdır. Cavabdehin iddiaçıya məxsus malları rəsmiləşdirməməsi ilə bağlı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh xx xxxx 2015-ci il tarixli iddiaya münasibət, eləcə də xx xxxxxx 2019-cu il tarixli etiraz və mülahizə təqdim etmişdir. Lakin hər iki münasibətdə cavabdeh fərqli mövqelər nümayiş etdirmişdir. Belə ki, cavabdehin məhkəməyə ünvanlanmış iddiaya münasibətindən görünür ki, ilkin olaraq cavabdeh gömrük bəyannaməsi idarəyə təqdim edildiyi vaxtdan yükün gömrük rəsmiləşdirilməsinə başlanıldığını, idxalatçı tərəfindən yükün boşaldılması gecikdiyindən rəsmiləşdir ilmənin başa çatmadığını bildirmişdir.(iş materiallarının 1-ci cildi səhifə 31). Lakin etiraz və mülahizələrdən isə görünür ki, cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə malların gömrük ərazisinə gətirildiyini, gətirilmiş yükün bəyannaməsinin xx xxxxxx 2014-cü il tarixdə tərtib olunduğunu, yükün gömrük ödənişlərinin isə xx xxxxxx 2014-cü il tarixdə ödənildiyini, gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılışının həyata keçirildiyini, yükün gec rəsmiləşməsinin, iddiaçıya dəymiş maddi ziyanın, yəni Dəmiryol QSC tərəfindən cərimə edilməsinin səbəbinin gömrük orqanlarının deyil, iddiaçının hərəkətsizliyindən qaynaqlandığını, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məqsədilə iddiaçı məktubla müraciət etsə də, gömrük orqanına gəlmədiyini, hətta bu barədə ona dəfələrlə xəbərdarlıq edi lsə də, buna məhəl qoymadığını bildirmişdir, (iş materiallarının 2-ci cildi, səhifə 27). Cavabdehin iddiaya olan ilkin münasibəti ilə bağlı məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Gömrük Məcəlləsinin 121.5-ci maddəsinə əsasən, gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər. Göründüyü kimi, qanunvericilikdə malların boşaldılmasının yalnız gömrük orqanlarının icazəsi ilə həyata keçirildi yi təsbit edilmişdir. Hazırki halda isə cavabdeh iddiaçıya, malların boşaldılması üçün vaxtında icazə verdiyini, lakin iddiaçının yükləri boşaltma prosesini ləngitdiyini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, yuxarıda da qeyd edildiyi kimi, iddiaçıya məxsus mallar cavabdehin bilavasitə iradəsi ilə deyil, məhz məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən boşaldılmışdır. Belə olduğu təqdirdə kollegiya, cavabdehin ilkin etirazındakı, yəni yükün boşaldılması gecikdiyindən rəsmiləşdirilmənin başa çatmadığı barədə dəlili iş materialları ilə təkzib olunduğundan əsassızdır. Cavabdehin bəyannamənin xx xxxxxx 2014-cü il tarixdə tərtib olunmasına baxmayaraq yükün gömrük ödənişlərinin xx xxxxxx 2014-cü il tarixdə ödənildiyini, gömrük ödənişləri ödənildikdən sonra yükün buraxılış ının həyata keçirilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, yuxarıda da qeyd edildiyi kimi işdən görünür ki, iddiaçı tərəfindən gömrük ödənişləri hələ mallar ölkəyə gəlməmişdən öncə, yəni xx xxxxxxx 2014cü il tarixdə ödənilmişdir. İşdən də görünür ki, xx xxxxxx 2019-cu il tarixli iclasda iştirak edən cavabdehin nümayəndəsi sədrlik edənin suallarına cavabında xx xxxxxx 2014-cü il tarixdə bəyənnamə verilməsinə baxmayaraq, malların 28 noyabr tarixdə məhkəmə qərardadına əsasən boşaldılmasına səbəb kimi bəyənnamə ilə hesab faktura arasında fərq yarandığını, yəni ödəniş şərtləri ilə bağlı uyğunsuzluq olduğu açıqlamasını vermişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “G ömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İstinad olunan normanı işin hallarına tətbiq edən apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, əgər iddiaçının ödədiyi ödəniş gömrük rəsmiləşdirilməsi üçün yetərli deyildisə və ya hər hansı uyğunsuzluq yaranmışdırsa, cavabdeh gömrük dəyərinə düzəliş edilməsi barədə iddiaçıya yazılı bildiriş verməli idi. Lakin cavabdehin iddiaçıya bu məzmunda hər hansı bildiriş verməsi məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eləcə də cavabdeh, iddiaçını “g ömrük orqanına gəlməsi barədə dəfələrlə xəbərdar etmiş”, lakin məhz iddiaçının təqsirli hərəkətsizliyindən gömrük rəsmiləşdirilməsinin gecikdiyini bildirsə də, göstərilən faktın həqiqətən də baş verdiyini təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh əsassız olaraq öz vəzifəsindən - gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirməkdən yayınmış, iddiaçı tərəfindən gətirilmiş malların səbəbləri bildirilmədən cavabdeh tərəfindən rəsmiləşdirilməsi aparılmamış, bu isə öz növbəsində vaqonların uzun müddət Sumqayıt dəmir yolu stansiyasında saxlanılmaqla boş dayanmasına səbəb olmuş, nəticədə iddiaçıya cərimələr yazılmış, iddiaçı ilkin təcili tənzimləmədən istifadə edib müvəqqəti xarakterli ərizə ilə məhkəməyə müraciət edərək m alların ona təhvil verilməsinə nail olmuş, iddiaçıya məxsus mallar cavabdehin bilavasitə iradəsi ilə deyil, məhz məhkəmənin qanuni qüvvəyə minmiş qərardadına əsasən boşaldılmış, yalnız bundan sonra yük cavabdeh tərəfindən buraxılmış və beləliklə də iddiaçıya, cavabdeh tərəfindən zərər vurulmuşdur. Belə ki, işə əlavə edilmiş 106715 və 106714 saylı dəmiryolu nəqliyyat sahəsində xidmətə görə yığımlar qəbzinin kötüyündən görünür ki, “xxxx” MMC şirkəti tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 496,10 manat və 3009,22 manat ödənilmişdir. Eləcə də, işə əlavə edilmiş xx xxxxxx 2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2014-cü il tarixli hesab faktura üzrə İddiaçı MMC şirkəti tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 541.66 manat ödənilmişdir ki, bu da topl am olaraq 4.046,98 manat edir. Habelə, işə əlavə edilmiş 107214 saylı dəmiryolu nəqliyyat sahəsində xidmətə görə yığımlar qəbzinin kötüyündən görünür ki, İddiaçı MMC şirkəti tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 155 və 156 nömrəli hesab fakturalar əsasında 12.014,57 manat pul ödənilmişdir.(Yuxarıda qeyd edildiyi kimi, xx.xx.2014-cü il tarixli, 155 nömrəli hesab faktura əsasında iddiaçıya 7.070, 38 manat cərimə hesablanmışdır). Beləliklə də müəyyən olunur ki, iddiaçı hazırki mübahisə üzrə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına gömrük orqanının təqsiri üzündən vaqonların boş dayanmasına görə 4.046,98 manat və 7.078,38 manat olmaqla, ümumilikdə 11.125,36 manat cərimə ödəmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 90-cı maddəsində deyilir ki, gömrük nəzarəti həyat a keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin 1100-ci maddəsində qeyd edilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, iddiaçı onun adına göndərilmiş yükün məhz cavabdehin təqsiri üzündən gec rəsmiləşdirilməsi və nəticədə cərimə edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 34.1-ci maddəsinə əsasə n, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkan ına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)598/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1124/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1124/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver