Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.06.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fili alı) qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-841/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2019-cu il 17 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 57 yaşı tamam olduğu 2019-cu il 18 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 oktyabr tarixli, 21(81)-4205/2019 saylı qərarı ilə iddia təmin edilmi ş, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən -2019-cu il 18 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 21 yanvar tarixli, 2-1(103)-253/2020 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 21 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 12 iyun tarixli, 2-1(102)1088/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. Cavabdeh 2020-ci il 02 noyabr tarixdə Bakı İnzibati Məhkəməsinə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4205/2019 saylı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişdir. Cavabdehin əsaslandırması:
6. Ərizə onunla əsaslandırılmışdır ki, qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç şərt müəyyən olunmuşdur - yaş, ümumi və güzəştli iş stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən isə 2006-cı il 01 yanvar tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gö rə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.8-ci maddə ilə 9.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə yalnız yaş və stajla bağlı əvvəlki qanunvericiliyə əsaslanmaqla güzəşt müəyyən olunmuş, pensiya kapitalı tələbinin aradan qaldırılması ilə bağlı heç bir qeyd nəzərdə tutulmamışdır. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 45600,00 manat təşkil edir. Lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41502,73 manatdır. Bu səbəbdən də ona cavabdeh tərəfindən əmək pensiyasının təyin olunması mümkün deyildir. İddia üzrə hər üç məhkəmə instansiyasının qərarlarına baxarkən məlum olmuşdur ki, işə mahiyyəti üzrə baxılarkən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması ümumiyyətlə araşdırılmamış, nə cavabdeh qismində cəlb olunmuş inzibati orqan, nə də məhkəmələr tərəfindən sözügedən məsələyə heç bir münasibət bildirilməmişdir. Bununla da iş üzrə bütün hallar araşdırılmamış, maddi hüquq normaları pozulmuşdur. Bu səbəbdən də iddiaçıya pensiya təyin edilməsi ilə bağlı qərar qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin qərarın icrası mümkün olmamışdır. Əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli, 2-1(81)-4205/2019 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh əhalinin əmək pensiyaları ilə təyinatının və ödənişlərinin aparılması sahəsində müvafiq səlahiyyətli qurum kimi ərizədə yeni açılmış hal kimi təqdim olunmuş “iddiaçının tələb olunan pensiya kapitalına malik olmaması”na dai r əsasın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması, sonradan aşkar olunması inandırıcı və məntiqli qəbul edilə bilməz. Məhkəmə mübahisəsindən əvvəl aparılmış inzibati icraatda işin hallarının hərtərəfli araşdırılması da inzibati orqanın vəzifəsidir. Cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı inzibati icraatın nəticəsi olaraq iddiaçıya 2006-cı il 01 yanvar tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsini əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmiş və hazırki ərizəsində qaldırdığı məsələyə ümumiyyətlə toxunmamışdır. Belə olan halda məhkəmə ərizəçinin gətirdiyi dəlilləri yeni açılmış hal kimi qiymətləndirməmişdir və bu halı əsas götürülməklə icraatın təzələnməsini məqsədəmüvafiq hesab etməmişd ir. Məhkəmə hesab etmişdir ki, icraatın təzələnməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təmin edilməməlidir.
9. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-841/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 25 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmı şdır.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizədə göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etm işdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və y a halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
102. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla b ağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə gör ə təmin oluna bilməz.
20. İPM-in yuxarıda istinad edilən 100-cü maddəsinin tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
21. İşdən göründüyü kimi ərizəçinin istinad etdiyi hallar və faktlar işə mahiyyəti üzrə baxılıb həll edilərkən mövcud olmuş, məhkəmə araşdırması zamanı həmin hallardan məhz işə aid olanı nəzərə alınmışdır. Digər tərəfdən, ərizədə göstərilən məlumatlar icraat zamanı bilavasitə cavabdeh inzibati orqanın sərəncamında olmuşdur.
22. Ha zırkı ərizədəki istinadlar yeni açılmış hallar kimi təqdim edilsə də, əslində məhkəmə araşdırmasının predmeti olmuş hallara istinad etməklə cavabdeh məhkəmənin qərarını mübahisələndirir. Belə ki, ərizəçi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinadla qeyd edir ki, həmin maddə ilə 9.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə yalnız yaş və stajla bağlı əvvəlki qanunvericiliyə əsaslanmaqla güzəşt müəyyən olunmuş, pensiya kapitalı tələbinin aradan qaldırılması ilə bağlı heç bir qeyd nəzərdə tutulmamışdır. İddiaçı isə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir.
23. Məhkəmə kollegiyası iddiaçıya əmək pensiyasının təyin olunması üçün pensiya kapitalının tələb olunduğuna dair ərizənin dəlillərini əsassız hesab edir. Belə ki, ərizədə də qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 2006-cı il 01 yanvar tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı işdə də iddiaçının təhsil və hərbi xidmət müddətləri nəzərə alınmaqla, 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq ümumi və xüsusi stajının olduğu məhkəmə qərarları ilə müəyyən olunmuşdur. Bu isə, o deməkdir ki, iddiaçıya əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Başqa sözlə, “pensiya kapitalı”na dair şərt iddiaçıya münasib ətdə tətbiq oluna bilməz. Çünki iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün əvvəlki qanunda nəzərdə tutulmuş şərtləri həmin qanunun qüvvədə olduğu 2006-cı il 01 yanvar tarixədək ödəmiş və tələb olunan yaş həddinə çatdıqda məhz həmin şərtlərə uyğun pensiya təyin olunması haqqını qazanmışdır.
24. Məhkəmələr də mübahisəni “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin məhz həmin tələbinə uyğun həll etmiş, ərizədə yeni açılmış kimi təqdim olunan halların tətbiqi üçün əsaslar olmamışdır.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-1(103)-841/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.