Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin yerinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşın maz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı “Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(107)-118/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında (şi fahi məhkəmə baxışı keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 31 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 3,94 ha torpaq sahəsinə dair JN-113 Kod 90104028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib edilmiş, həmin dövlət aktının “Torpaq sahəsinin qaiməsi (sertifikatı)” hissəsində torpaq sahəsinin ölçüsü 39396.0 kv.m göstərilmişdir.
2. Yevlax rayonu, Balçılı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 0.44 ha torpaq sahəsi üzərində 5 noyabr 2019-cu il tarixdə iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən A 429973 nömrəli (******* ***22 reyestr nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” verilmiş, plan və ölçünün tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən **********40 nömrəli, 30 mart 2015-ci il tarixli çıxarış olmuşdur. 3. 8 noyabr 2019-cu il tarixdə Yevlax rayonu, Balçılı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 0.44 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydə alınmış və iddiaçıya ********** qeydiyyat, **********22 reyestr nömrəli çıxarış verilmişdir.
4. İddiaçının, bələdiyyənin və qonşu mülkiyyətçilərin iştirakı ilə yerində müayinə aparılaraq, iddiaçın ümumi birgə mülkiyyətində olan 3.9396 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri elektron baza məlumatlarına əsasən ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X4 tərəfindən təy in olunaraq təhvil verilmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 sentyabr 2020-ci il tarixli, **********71 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir.
5. İddiaçı ona məxsus 0,44 ha torpaq sahəsini zəbt etmiş cavabdeh X1 həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin 15 yanvar 2021-ci il tarixli mütəxəssis rəyi alınmışdır. Mütəxəssis rəyinə əsasən cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları iddiaçının **********22 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatların hüdudlarından kəna rda yerləşir. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(039)-152/2021 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair iddiası rədd edilmişdir.
6. İddiaçı ona məxsus pay torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi faktının araşdırılması, bununla bağlı məhkəməyə yanlış rəy verilməsi və torpaq sahəsinin geri qaytarılması məsələsinə köməklik göstərilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir.
7. Cavabdehin 17 may 2021-ci il tarixli, **********83 nömrəli cavab məktubunda göstərilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(039)2077/2020 nömrəli qərardadı əsasında mübahisəli əraziyə baxış keçirilərək ölçmə işləri aparılmış, qərardadda qoyulmuş suallarla bağlı mütəxəssis rəyi və sxem hazırlanaraq 15 yanvar 2021-ci il tarixli, **********81 nömrəli məktubla Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Ərizə müəllifinə qeyd edilən məsələ ilə bağlı təkrar ekspertizaya müraciət etmək hüququnun olması bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax rayonu Balçılı kəndində yerləşən, RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyu lması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Sonradan iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı məhkəməyə yeni iddia ərizəsi təqdim edərək Yevlax rayonu Balçılı kəndində yerləşən, RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi hüquqları n dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin dəqiq yerini müəyyən edə bilmir. Həmin torpaq sahəsi tam qanuni əsaslarla ona məxsusdur. Torpaq sahəsinin planı və ölçüsünə əsasən Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasına baxmayaraq torpaq sahəsinin harada yerləşdiyini bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçı və Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən 6 aprel 2021-ci il tarixli, 5 may 2021-ci il tarixli 260 nömrəli məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə zəbt olunmuş torpağın qaytarılması və Yevlax rayonu, Balçı lı kəndində yerləşən 0,44 ha torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə arayış təqdim edilməsi xahiş olunmuşdur. Qeyd olunan müraciətlərə aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidmətinin tabeliyində olan "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-də baxılaraq 17 may 2021-ci il tarixli **********83 nömrəli və 31 may 2021-ci il tarixli **********71 nömrəli məktublarla müvafiq münasibət bildirilmişdir. Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(039)-2077/2020 nömrəli müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və hazırlanmış mütəxəssis rəyi Xidmətin 15 yanvar 2021-ci il tarixli **********81 nömrəli məktubu ilə məhkəməyə təqdim edil mişdir. Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən mübahisəli torpaq sahəsinin naturada tanıdılması ilə bağlı məktubu ilə əlaqədar bildirilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirildiyi üçün müraciətdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin müddəalarına uyğun olaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilməsi məqsədəuyğundur.
12. Cavabdehin 3 sentyabr 2021-ci il tarixli, **********84 nömrəli məktubuna əlavə edilmiş eyni tarixli, 393 nömrəli arayışa əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrində **********22 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla göstərilən 0,44 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilmiş, sahəsi və koordinatları əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
14. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi iddia tələbinə yazılı münasibətində bildirmişdir ki, iddiaçının müba hisələndirdiyi “RX 1294777” nömrəli hüquqların dövlət reyestrindən çıxarış iddiaçıya yox, başqa rayon sakinin mülkiyyətində olan daşınmaz əmlaka məxsus sənəddir. İddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir, ona məxsus torpaq sahəsi yerində tanıtdırılaraq mövcud vəziyyətdə göstərilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yaranmış mübahisə torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər.
15. Şəki İnzibati Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadı (hakim F.S.İsmayılzadə) ilə iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında izahatında Yevlax rayonu, Balçılı kəndində yerləşən, mülkiyyətində olan 0,44 ha to rpaq sahəsinin yerinin koordinatlar üzrə ona iki dəfə tanıdıldığını bildirmiş, iddiaçının vəkili maraqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etmişdir. İddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. Cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuş və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmamışdır.
17. İddiaçı həmin qərardaddad apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 2-1(107)-118/2022 nömrəli qərardadı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və R.R.Rəfiyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 3 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
20. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
21. İddiaçı hesab edir ki, Yevlax rayonu, Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri ndən seriya RX ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin dəqiq yerini müəyyən edə bilmir. Həmin torpaq sahəsi tam qanuni əsaslarla ona məxsusdur. Torpaq sahəsi çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, o, torpaq sahəsinin harada yerləşdiyini bilmir. Yevlax Rayon Məhkəməsinə cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək onun torpağının zəbt edilməsi, yəni 0,44 hektar torpaq sahəsinin cavabdeh tərəfindən tutulmasını bildirmişdir. Məhkəmənin 12 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Məhkəmə iddianın təmin edilməməsinin səbəbini, ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi t ərəfindən torpaq sahəsinə dair 5 dekabr 2019-cu il tarixli A № 429972 saylı torpaq sahəsinin olan ölçü sənədi əsasında rəy verilmişdir. Ancaq rəy verilərkən, məhkəmə tərəfindən torpaqlar düzgün müəyyən edilməmişdir, daha doğrusu ekspert qarşısında qoyulan koordinatlar düzgün göstərilməmişdir. Bu səbəbdən Yevlax Rayon Məhkəməsi iddianı təmin etməmişdir. İnzibati məhkəmədə isə araşdırılarkən məlum olmuşdur ki, koordinatlar düzgün verilmədiyinə görə rəy əsaslı ola bilməzdi. Buna görə inzibati məhkəməyə müraciət etmiş, məhkəmə prosesində bu hallar aydınlaşdırılmış, ancaq məhkəmə araşdırma müddətində gördüyü halları qərardadda göstərməyərək torpaq sahəsinin yerinin guya göstərilməsini əsas göstərərək işə xitam vermişdir. Eyni zamanda, Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixində idd ianın təmin edilməməsi barədə qətnaməni hakim Günay Cavadova qəbul etmişdir və Apellyasiya Məhkəməsində də işə baxılanda, həmin hakim tərkibdə olmuşdur. Eyni hakimin tərkibdə olması pozuntudur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 261-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
18. Hakim tərəfindən işə baxılmasına yol verilməməsi 18.0. Hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir: 18.0.1. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda; 18.0.2. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa; 18.0.3. bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda; 18.0.4. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda. Maddə
19. Hakimə etiraz olunması üçün əsaslar 19.1. Hakimə aşağıdakı hallarda etiraz oluna bilər: 19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda; 19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə; 19.1.3. o, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxış ından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə); 19.1.4. o, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi və ya vəkili olduqda; 19.1.4-1. o, məhkəmədə baxılan inzibati mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.5. o, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
67. İddiaçının tələblərinin təmin olunması 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati ak t qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin ma hiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin ed ilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı büt övlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiya məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin mülkiyyət hüququnun pozulmasına dair təkrar dəlili ilə bağlı qeyd edir ki, iddiaçının mübahisələndirdiyi 0,44 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınaraq dövlət reyestrində qeydə alınmış, iddiaçıya həmin torpaq sah əsinin yerləşdiyi yer və koordinatlar göstərilməklə təhvil verilmişdir. Bu xüsusat iş materialları ilə yanaşı iddiaçının iddia ərizəsində, izahatlarında, habelə kassasiya şikayətində öz əksini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin mülkiyyət hüququnun pozulması ilə bağlı dəlilinin heç bir hüquqi əsası mövcud deyil.
31. Bundan başqa, kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin məhkəmə tərkibində olan hakim X3 Rayon Məhkəməsində işə baxılan zaman da hakim olması ilə bağlı göstərdiyi xüsusatla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 18-19-cu maddələrində hakim tərəfindən işə baxılmasının yol verilməməsi və hakimə etirazların əsasları göstərilmişdir. İddiaçının qeyd etdiyi xüsusatla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamış, habelə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 18-19-cu maddəsində göstərilən hallardan hər hansı biri olmamışdır.
32. Eləcə də, iş materialları ilə müəyyən edilir ki, işə apellyasiya instansiya məhkəməsində baxılan zaman məhkəmə tərkibinə (hakimlərə) etiraz etmə hüquqları iddiaçıya və vəkilinə izah edilmiş, nə iddiaçının, nə də vəkilinin məhkəmə tərkibinə, eləcə də, hakim Günay Cavadovaya hər hansı etirazı olmamış, bununla bağlı məhkəməyə yazılı etiraz təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhkəmə tərkibində olan hakimlə bağlı kassasiya şikayətində qeyd etdiyi dəlili əsassızdır.
33. İddiaçının Yevlax rayonu, Balçılı kəndində yerləşən, mülkiyyətind ə olan torpaq sahəsinin hansı ərazidə yerləşməsi ilə bağlı iddia tələbinə qarşılıq olaraq cavabdeh tərəfindən həmin torpaq sahəsinin yerləşdiyi ərazinin müəyyən edilərək sahəsi və koordinatları əlavə edilmiş yerquruluşu planında göstərilməsi, eləcə də, iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatında torpaq sahəsinin iki dəfə ona göstərilməsini qeyd etməsi iş materialları ilə müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının apellyasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılması əsaslı olmuşdur.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolleg iyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 mart 2022-ci il tarixli, 21(107)-118/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.