Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1124/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; qaynaqçı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edil məsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1761/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2001-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasında xx.xx.1999-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Caspian Shipyard" LLC, ’’Olimp” MMC və "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Qeyd olunanları nəzərə al araq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə yuxarıda qeyd olunan müvafiq məlumatları özündə əks etdirən iş yerinin arayışı təqdim edildikdən sonra baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya xx.xx.2021-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək p ensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-cu il tarixdən xx.xx.1983-cu il tarixədək İmişli rayonunun Bəcraca kəndində Nizami adına kolxozda kolxozçu işləmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Peşə məktəbində əl ilə qaynaqçısı və quraşdırıcı kimi təhsil almış, xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci tarixədək "Bakı Dərin Özüllər” zavodunda müxtəlif ixtisaslar üzrə işləmişdir. 6. xx.xx.1993-cu il tarixdən xx.xx.1994-cu il tarixədək Müdafiə Nazirliyinin tərkibində hərbi zavodda əl ilə qaynaqçı, xx.xx.1996-ci il tarixdən “Dərin Özüllər” Zavodunun ərazisində “Makşelf” xarici şirkətdə işə başlayaraq xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əl ilə qaynaqçı, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikasının Elmlər Akademiyasının aspirantların ümumi yataqxanasının idarəsində 4-cü dərəcəli əl ilə qaynaqçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək “X1”də əl ilə qaynaqçı, xx.xx.2011-cu il tarixdən xx.xx.2012ci il tarixədək "xxxx" MMC-də əl ilə qaynaqçı, xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "Bakı Gəmiqayırma zavodu” MMC-də əl ilə qaynaqçı peşəsi üzrə işləmişdir. xx.xx.2017-ci il tarixdən "xxxx" MMC-də “quraşdırıcı köməkçis i”, xx.xx.2019-cu il tarixdən “Gəmi gövdəsi quraşdırıcısı” vəzifəsinə keçirilərək xx.xx.2021-ci il tarixədək işləmişdir.
7. Ümumilikdə 34 il iş stajı, zərərli iş üzrə isə 17 il iş stajı mövcuddur.
8. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi üçün cavabdehə müraciət etsə də, müraciətin təmin olunmasından imtina edilmişdir.
9. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 33-cü bəndinə əsasən qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur. Cavabde h imtina məktubunda iddiaçının ixtisasının qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olub-olması barədə hər hansı sənəd təqdim edilmədiyini bildirsə də, iddiaçının cavabdeh orqana sürətini təqdim etdiyi sonuncu zərərli iş hesab olunan (əl ilə qaynaqçı işləməyi barədə) "xxxx" MMC-dən aldığı arayış nəzərə alınmamışdır. Digər işlədiyi müəssisələrdən də bu barədə arayış almağı mümkün olmasa da, əmək kitabçasında əl ilə qaynaqçı kimi işləməyi əks olunmuşdur. Cavabdehin etirazları:
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur.
11. İddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 11 ay 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir.
12. İddiaçı nın xx.xx.2001-ci il tarixli A3E ******* nömrəli əmək kitabçasında xx.xx.1999-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “Caspian Shipyard” LLC, ’’Olimp” MMC və "xxxx" MMC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Əlavə olaraq iddiaçının 2006-cı ilə olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20.309,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 62.055,54 manat olmaqla, cəmi pensiya kapitalı 82.364,82 manat təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5090/2022 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2017-ci il tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi nəzərdə tutulmuşdur.
16. İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə əl ilə qaynaqda elektrik qaynaqçısı – 7 ay 14 gün, xx.xx.1995-xx.xx.1996-cı illərdə mexaniki–quraşdırma sexində dördüncü dərəcəli elektrik qaynaqçısı - 1 il 2 ay, xx.xx.1999-xx.xx.2000-ci illərdə “X2” şirkətində qa ynaqçı - 1 il 25 gün, xx.xx.2001-xx.xx.2007-ci illərdə “X2” şirkətində qaynaqçı 5 il 4 ay 17 gün, xx.xx.2007-xx.xx.2009-cu illərdə “X2” şirkətində qaynaqçı - 1 il 9 ay, xx.xx.2009-xx.xx.2010-cu illərdə “X2” şirkətində qaynaqçı - 6 ay, xx.xx.2011xx.xx.2012-ci illərdə "xxxx" MMC-də qaynaqçı - 1 il 26 gün, xx.xx.2012-xx.xx.2017-ci illərdə "Bakı Gəmiqayırma zavodu” MMC-də qaynaqçı - 4 il 6 ay 13 gün işləməklə, ümumilikdə 15 il 7 ay 18 gün xüsusi iş stajını toplamışdır. Göründüyü kimi iddiaçı tələb olunan 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır.
17. Bundan əlavə, məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmə mişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir.
18. İddiaçının sonuncu işəgötürəni olan "xxxx" MMC-nin 021 saylı xx.xx.2021-ci, 053 saylı xx.xx.2022-ci il tarixli eyniməzmunlu arayışlarından da göründüyü kimi iddiaçı xx.xx.2012-xx.xx.2017-ci illərdə "Gəmi gövdəsi qaynaqçısı (əl ilə qaynaq)" vəzifəsində çalışmışdır. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR”-ın xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “X1” Şirkətinin arxiv sənədləri saxlanılmadığından tələb olunan məlumatın təqdim edilməsi imkan xaricindədir. Bu məsələ ilə bağlı “X1" Şirkətinə müraciət etməyi məqsədəmüvafiqdir. Lakin göstərilən müəssisəyə göndərilən sorğular cavabsız qalmışdır. Odur ki, əmək kitabçasındakı qeydlər iddiaçının xeyrinə şərh edilməlidir.
19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1761/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikay əti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5090/2022 saylı qərarı ləğv edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş stajı ümumiləşdirildikdə, 2006-cı ilə qədər ümumi stajı 25 ildən az, yəni, 23 il 3 ay 22 gün toplanır (xx.xx.2017-ci ilə kimi 32 il 3 ay 16 gün təşkil edir). 23. 2006-cı ilə qədər qüvvədə olan pensiya qanunvericiliyinin tələbinə görə isə, 57 yaşından güzəştli şərtlərlə pensiya təyinatı aparılması üçün şəxs azı 25 il ümumi, 12 il 6 ay güzəştli staja malik olmalıdır.
24. İddiaçının 2006-cı ilə qədər əl ilə ele ktrik qaynaqçısı kimi güzəştli stajı 12 il 6 aydan az - 10 il 1 ay 8 gün təşkil edir.
25. Göründüyü kimi, 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün iddiaçının qanunla tələb olunan həm ümumi, həm də güzəştli stajı tamamlanmır. Lakin onun 2017-ci ilə kimi əmək fəaliyyəti tam hesablandıqda, 25 ildən çox ümumi, 12 il 6 aydan çox əl ilə elektrik qaynaqçısı kimi xüsusi stajı yığılır.
26. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
27. Həmin Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyası Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1dən 200 manat məbləğində müəyyən olunurdu (“2019-cu il 1 oktyabr tarixindən 200” sözləri “2022-ci il ya nvarın 1-dən 240 sözləri ilə əvəz olunmuşdur).
28. Belə olan halda, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixinə 144 ay pensiya ödənişi müddəti üçün 28.800 manat məbləğində pensiya kapitalı toplaması tələb olunurdu. Cavabdehin iddia ərizəsinə etirazına və apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, işlədiyi dövrlərdə cəmi 82.364,82 manat pensiya kapitalı toplamışdır. Göründüyü kimi, ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən olunan şərtlər mövcuddur.
29. İddiaçının işlədiyi sonuncu Bakı Gəmiqayırma Zavodu” MMC-nin 26 fevral 2021-ci il tarixli 021 nömrəli güzəştli arayışından iddiaçının xx.xx.2012-ci ildən xx.xx.2017-ci il tarixinədək (5 il) həmin zavodda əl ilə qaynaqçı işlədiyi və həmin peşənin Azərbaycan Respublikası Nazir lər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bölməsinə (ümumi peşələr) uyğunluq təşkil etdiyi göstərilmişdir.
30. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının 2012-ci ilə qədər işlədiyi digər müəssisələr üzrə arxiv məlumatları saxlanılmadığından onun əl ilə elektrik, və ya qaz qaynaqçısı olmasını müəyyən etmək mümkün deyil. Lakin hər bir halda, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bölməsində həm əl ilə elektrik qaynaqçıları, həm də qaz qaynaqçıları, hər iki peşənin güzəştli pensiya hüququ verən peşələr olduğu təsbit olu nmuşdur.
31. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 i l sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin İşlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
33. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə.
34. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir.
35. Həmin Qanunun 9.1-ci m addəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
36. Az ərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın, Ümumi peşələr bölməsində (35) qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları nəzərdə tutulmuşdur.
37. İş materiallarına əsasən iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 24 il 11 ay 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.1999-xx.xx.2000-ci il, xx.xx.2001xx.xx.2006-cı il tarixləri arasındakı dövrləri ) təşkil edir.
38. İddiaçı xx.xx.2001-ci il tarixli A3E ******* nö mrəli əmək kitabçasında xx.xx.1999-xx.xx.2017-cİ il tarixləri arasındakı dövr ərzində “Caspian Shipyard" LLC, "xxxx" MMC və "Bakı Gəmiqayırma Zavodu” MMC-də qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə aid olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.
39. Əlavə olaraq bildiririk ki, iddiaçının 2006-cı ilə olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20.309,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alınan 62.055,54 manat olmaqla cəmi pensiya kapitalı 82.364,82 manat təşkil edir.
40. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
41. Lakin məhkəmə öz qərarında iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olduğu halda, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normaya istinad etmiş və xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı və pensiya kapitalı olmadığı halda nəzərə almışdır. Həmçinin iddiaçı xx.xx.2017-ci il tarixdən sonra qüvvədə olan normaya əsasən 60 yaşı olmalıdır. Halbuki məhkəmə qeyd edilən halların heç birini nəzərə almamış və araşdırmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
42. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 43. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayara q yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyu n 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları
45. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiy ası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
46. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
47. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxıl an zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsəl əni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
51. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən çoxdur.
52. Güzəştli iş stajına gəldikdə isə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 – XXXİİİ. Ümumi peşələr. 23200000—11620 qaz qaynaqçıları; 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələrdir. Belə olan halda, hər bir halda iddiaçının əmək kitabçasında qaynaqçı vəzifəsinin qeyd edilməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üç ün yetərli olduğundan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh haqlı olmamışdır.
53. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, iddiaçı isə öz növbəsində iddia tələbini dəyişdirmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin üzərinə iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2021-ci il tarixdə, yəni iddiaçının 60 yaşının tamam olduğu gündə qüvvədə olan redaksiyasına uyğun olaraq əmək pensiyasının təyin edilməsi öhdəliyi qoymuşdur. Cavabdeh şikayətini əsaslandırarkən həmin xüsusatları nəzərə almamışdır.
54. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1761/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.