Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1125/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1125/19 Bakı şəhəri 10 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən T.İbrahimov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2710/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətlərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdi rilməsi barədə ərizə ilə müraciət edərək, müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1991-1994-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisi istiqamətində Azərbaycan Respublikasının suverenliyi, müdafiəsi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona, 02 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikası Müharibə Veteranı” vəsiqəsi verilmişdir. İddiaçı cavabdehə müvafiq sənədləri təqdim etməklə müraciət edərək müh aribə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətlərin ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh formal əsaslara istinad etməklə, müavinətlərin vəsiqənin iddiaçıya təqdim olunduğu 02 fevral 2018-ci il tarixdən ödənilməsi nəticəsinə gəlmişdir. İddiaçı hesab etmişdir ki, müharibə veteranı adını döyüş əməliyyatlarında iştirak etdiyinə görə əldə etdiyindən, qanunvericiliklə nəzərdə tutulmuş müavinətlər ona vəsiqənin təqdim olunduğu tarixdən deyil, “Müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi 01 avqust 2005-ci il tarixdən hesablanaraq ödənilməlidir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, qanunvericilik müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin verilməsini nəzərdə tutmuşdur. Veteranlıq statusunu təsdiq edən sənəd veteran vəsiqəsidir. İddiaçıya veteran vəsiqəsi 02 fevral 2018-ci il tarixdən təqdim olunduğundan, qanunvericiliklə nəzərdə tutulmuş müavinət də həmin tarixdən təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2-1(82)3208/2018 saylı qərarı ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı 1991-1996-cı illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, lakin uzun müddət müraciət etməsinə baxmayaraq ona müharibə veteranı statusu tanınmamış, yalnız müvafiq məhkəmə qərarına əsasən onun müharibə veteranı statusunun tanınması v ə vəsiqənin verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Bu səbəbdən, iddiaçının müharibə veteranı statusu artıq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdən yaranmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2710/2018 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Şərafət Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, iddiaçıya sosial müavinətin, o nun hüququnun yarandığı 02 fevral 2018-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi üçün qanuni əsaslar mövcud olmuşdur. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Dəlillərin hüquqi əsası kimi cavabdeh “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçıvəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏS ASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxx 1959-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli, 21(82)-5067/2017 saylı qərarına əsasən ona “Müharibə veteram” statusu və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V seriyalı, 059924 nömrəli vəsiqənin surətinə əsasən iddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı ona müharibə veteranı üçün nəzərdə tutulmuş lakin ödənilməmiş müavinətin, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş,cavabdeh isə onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, veteran vəsiqəsi iddiaçıya 02 fevral 2018-ci il tarixində təqdim edilmiş, həmin tarixdən müavinət təyin edilmişdir. Halhazırda ödəniş davam etdirilir. İddiaçıya müharibə veteranı vəsiqəsi 02 fevral 2018-cı il tarixdə verilmiş, bu səbəbdən də Azərbaycan Respublikasi Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında» Azərbaycan Respublikasi Prezidentinin Fərmanını 1.1.7-ci bəndində göstərilmiş müavinəti almaq hüququ yaranmış və təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan, iddiaçıya sosial müavinətin təyin edildiyi 02 fevral 2018-ci il tarixdən əvvəlki 3 il üçün müavinəti ödəməkdən imtina etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Apellyasiya məhəməsinin mövqey inə görə, iddiaçı 02 fevral 2018-ci il tarixdən müharibə veteranı addı və vəsiqəsi əldə etsə də, qanunvericilik onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün də sosial müavinətin hesablanıb ödənilməsi hüququnu tanıyır. Bu mövqeyi mübahisələndirən cavabdeh hesab etmişdir ki, iddiaçının müharibə veteran adı və vəsiqəsi aldığı tarixdən etibarən sosial müavinət və güzəştlər əldə etmək hüququ vardır. Həmin tarixdən əvvəlki dövr üçün sosial müavinətin ödənilməsi qanunsuzdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən dəlillə razılaşmadığını qeyd edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.0.1.6–ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər t əyin edilir; - 7.0-ci maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6.müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; - 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənə dək; - 10.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3-cü maddəsinə əsasən, aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; - 7-ci maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən ediməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. İddiaçıya müharibə veteranı vəsiqəsi 02 fevral 2018-ci ildə verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvələ, yəni 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ged ən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Belə ki, Azərbaycanın Dağlıq Qarabağ vilayətinin və daha 7 rayonun erməni işğalçılarından azad edilməsi ilə və aparılan döyüş əməliyyatları ilə bağlı 1994-cü il may ayından tərəflər arasında atəşkəs razılaşması əldə edilməsi hamıya bəlli olan haldır. İddiaçılar da məhz həmin tarixədək olan döyüşlərdə iştiraklarına görə müharibə veteranı adı və vəsiqəsi almışlar. Bu halda iddiaçının yuxarıda istinad edilmiş qanunvericiliyin müddəalarına əsasən, cavabdehə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün müavinətin hesablanıb ödənilməsi hüququ yaranmış olur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə ed ilir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbə r tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən T.İbrahimov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2710/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1125/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1125/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver