Məhkəmə qərarları › İş №2-1(102)-1125/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1125/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1125/2020 10.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı hüquqi varisi X10 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinə çıxarışın verilməsindən imtina, "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatların həqiqətə uyğun olmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətan ət İsa qızının katibliyi ilə, İddiaçı hüquqi varisi X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0.14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (iddiaçı) öz adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (cavabdeh) təqdim edərək, həmin sənəddə göstərilən 0.14 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2018-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Mingəçevir şəhərinin elektron xəritə bazasında JN-556A nömrəli torpaq sahəsi öz əksini tapmamış, elektron adlı siyahıda İddiaçı adı qeyd edilməmiş, Mingəçevir şəhərinin torpaq şəhadətnamələrinin qeydiyyatı kitabında İddiaçı adına JN-556A nömrəli şəhadətnamənin olması barəd ə məlumat qeyd olunmamışdır. Bundan başqa, sözügedən şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil, eləcə də, həmin torpaq sahəsinin dövlət torpaqlarına aid olması, ərazidə yeraltı kanalizasiya vannalarının və təmizləmə qurğularının mövcud olması müəyyən edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0.14 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, həmin torpaq sahəsi dövlət torpağı ola bilməz. Cavabdeh bunu desə də, bu faktı təsdiq edən sübutu ortaya qoya bilmir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirm işdir ki, sözügedən sənədlə bağlı texniki məsələlər də meydana çıxmışdır. Belə ki, tərtib olunmuş şəhadətnamədə qeyriqanuni dəyişiklik də edilmişdir. İdarənin elektron xəritə bazasında torpaq sahəsinin konfiqurasiyası ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü bir-birindən çox fərqlidir. Şəhadətnamədə torpaq sahəsinin planında döngə nöqtələrinin literləri göstərilmədiyi halda, həmin səhifənin aşağı hissəsində qonşu torpaqlar olan hissədə həmin literlər qeyd olunmuşdur. Qonşu torpaqlar yazılan hissədə, həmçinin döngə nöqtələrinin literləri arasında yerləşən və adına şəhadətnamə olduğu qeyd olunan mülkiyyətçilərin adları eyniadlı siyahıda qeyd olunan adları ilə tamamilə fərqlidir. Şəhadətnamənin iki nüsxədən ibarət tərtib olunduğu, həmçinin onun kitabda 1605 nömrəsi ilə qeydə alındığı göstərilməsinə baxmayaraq, şəhadətnamənin ikinci nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Şəhadətnamələrin qeydiyyatı kitabının 53-cü səhifəsinin 1605 nömrəsində X5 adına 3712A nömrəli şəhadətnamənin verilməsi qeyd olunmuşdur. İddiaçı iddianı məhkəməyə verdikdən sonra xx.xx.2019-cu ildə vəfat etdiyinə görə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadına əsasən, o, hüquq varisi X15 ilə əvəz edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-323/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına olan JN-556A, kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş məlumatlar həqiqətə uyğun olmadığından idd ia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-37/2020 saylı qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-323/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçının hüquqi varisi apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəb ul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Şəki İnzibati-iqtisadi Məhkəməsi eyni tələb, eyni predmet üzrə bu tip işlərə baxaraq iddia tələblərini təmin etmiş və yuxarı instansiyalar həmin qərarı qüvvədə saxlamışdır. Belə olduğu halda sual yaranır ki, məhkəmə hansı məqsədi güdür ki, eyni tələb, eyni predmet üzrə bu tip işləri təmin edir, lakin hüquqi bərbərlik prinsipini pozaraq iddiaçının iddia tələbini rədd edir. Bu isə iddiaçının Konstitusiya ilə qorunun hüquqlarını pozur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında i ştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmiş dir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Belə ki, hazırki mübahisənin əsasını iddiaçıya verilmiş JN-5556A saylı, 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” təşkil edir. İddiaçı hesab edir ki, cavabdeh orqan əsassız olaraq ona mübahisə edilən torpaq sahəsinə çıxarış verilməsindən imtina etmiş, birinci və apelyasiya instansiyası məhkəməsi isə inzibati orqanın bu qanunsuz mövqeyi ilə razılaşmışdır. Qeyd edilən arq umenti əsassız hesab edən məhkəmə kollegiyası müvafiq qanunvericilik aktlarına istinad etməklə kassasiya şikayətinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının xx xxxx 1996-cı il tarixli Qanununa müvafiq olaraq torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahə lərinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. (maddə 9, 10) Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı il ə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torp aq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə, əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamışdır. Göründüyü kimi, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir, bir şərtlə ki, onlar tərəfindən ərizə və həmin sahənin qanuni istifadəsində olunmasını təsdiq edən sənədin surəti təqdim edilsin. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sadalanan normalardan görü ndüyü kimi, torpaq islahatı zamanı torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilə bilməsi üçün həmin torpaq sahəsinin islahatdan əvvəl onun qanuni istifadəsində olması tələb olunur. Lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi torpaq islahatından əvvəl onun qanuni istifadəsində olmamışdır. Məhkəmə tərəfindən iddiaçının hüquq varisinə belə bir sənəd vardırsa məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin o, xx.xx.2019-cu il tarixli ərizəsində belə bir sənədin olmadığını bildirmişdir. Belə olan halda, qeyd olunan 0.14 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ yarana bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinə təqdim olunmuş JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də aşkar edilmi ş aşağıdakı uyğunsuzluqları da müəyyən edilmişdir. Belə ki, həmin şəhadətnamədə onun 1605 nömrə ilə kitabda qeydə alındığı yazılsa da, müəyyən edilmişdir ki, şəhadətnamələrin qeydiyyatı kitabında həmin nömrə altında olan qeydiyyat X12 adlı başqa bir şəxsə 3712A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin verilməsi barədədir. İddiaçı adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" həmin kitabda qeydə alınmamışdır. Bundan başqa, İddiaçı adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də "Torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" səhifəsində döngə nöqtələrinin literləri göstərilmədiyi halda, həmin səhifənin aşağı hissəsində qonşu torpaqlar olan hissədə literlər qeyd olunmuşdur. Həmin s əhifədə torpaq sahəsinin planında 556A nömrəli torpaq sahəsinin qonşusu kimi 533A, 561A və 557A nömrəli torpaq sahələri göstərilmiş, eyni zamanda səhifənin aşağı hissəsində iddiaçının torpaq sahəsinin qonşu torpaqların mülkiyyətçiləri kimi X11, X6 və X2 adlı şəxslər qeyd edilmişdir. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən cavabdehə sorğu edilərək X7, X4 və X1 adlarına olan, həmçinin 533A, 561A və 557A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lərin surətləri tələb edilmiş, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, X7, X4 və X1 adlarına "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınaraq işə əlavə edilmiş 533A, 561A və 557A nömrəli "Torpağın mülkiyyətə verilməsinə da ir şəhadətnamə"lərin surətlərindən isə görünür ki, əvvəla, həmin sənədlər X7, X4 və X1 deyil, tamamilə başqa şəxslərin adlarınadır, digər tərəfdən, həmin sənədlərin heç birində qonşu kimi nə İddiaçı adı, nə də onun adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" göstərilməmişdir. Həmin sənədlərdəki "Verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü" bölməsində olan sxemlərin heç biri iddiaçının adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dəki sxemə uyğun deyil. Göründüyü kimi, iddiaçının adına olan JN-556A kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilmiş məlumatlar həqiqətə uyğun deyil. Bu səbəbdən də həmin sənəddə göstərilən 0.14 ha torpaq sahəsinin yerinin, k oordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, 0.14 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ mövcud olmadığından cavabdehin həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaq öhdəliyi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. (maddə 67.4, 84.1) Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının tələbinin qanuni və əsaslı olmadığı barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, iddiaçı tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-37/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar