Məhkəmə qərarları › İş №2-1(102)-1125/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1125/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1125/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; torpaq sahəsinin başqa şəxsin adına yüklü olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 (xx.xx.1950-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmlak Mə sələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X28) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 21(107)-1/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X3 adına verilmiş JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə müəyyən olunmuşdur ki, Oğuz RAİK-in 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə 0,25 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Sabir İbrahimxəlilov 13 mart 2014-cü ildə ölmüş və arvadı İ ddiaçı1 onun vərəsəsi olmaqla ondan qalan miras əmlakı qəbul etmişdir.

2. X68, X36, X45 və X46 17 mart 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 27 may 2015-ci ildə Araz Haşımova satmışlar və Araz Haşımovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 12 iyun 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

3. X13, X14, X15, X7 və X16 29 mart 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 29 iyun 2016-cı ildə Araz Haşımova satmış və Araz Haşımovun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 19 iyul 2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

4. X29, X37, X30 və X27 22 sentyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyətlərində olan 0,0653 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 19 oktyabr 2015-ci ildə Araz Haşımova satmış və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına 24 oktyabr 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir.

5. X17, X8, X31 və X22 JN seriyalı 425 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş 1,88 ha torpaq sahəsin dən 1,811801 ha hissəsini X1, qalan 0,0654 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adlarına 7 aprel 2016-cı il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, 6 sentyabr 2017-ci il tarixdə X31 öz payına düşən torpaq sahəsini X4 bağışlamışdır.

6. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 5 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı X10 nümayəndəsi İddiaçı1 cavabdeh X23 qarşı qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması və ondan 4000 manat pulun alınıb ona verilməsinə dair iddiası təmin edilməmiş, X18 isə cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi, X24, İddiaçı1 və İddiaçı2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddia tələbi isə təmin edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən X5 adına verilmiş 21 oktyabr 2005-ci il tarixli JN-B nömrəli 40504018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmiş, X25, İddiaçı1 və İddiaçı2 Oğuz rayonunun Kərimli kəndi ərazisində yerləşən və X18 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalarına dair qətnaməsi İddiaçı1 apelyasiya şikayəti əsasında qismən ləğv edilmiş, Oğuz Rayon Məhkəməsinin 14 dekabr 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, X18 isə cavabdehlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayo n şöbəsi, X24, İddiaçı1 və İddiaçı2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və qeyri-qanuni zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir.

7. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli digər qətnaməsi ilə müəyyən olunmuşdur ki, Şəki Rayon Məhkəməsinin 22 noyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh X23 qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, aparılmış tikilinin sökülməsi, müdaxilələrə son qoyulması və dəymiş 11.000 min manat ziyanın, 100.000 manat mənəvi ziyanın alınıb ona ödənilməsinə dair tələbi qismən təmin etmiş, X3 mülkiyyətində olan torpaq sahəsinə cavabdeh X28 tərəfindən müdaxilələrə son qoyulması və torpaq sahəsinin boşaldılması hissəsi təmin edilmiş, aparılmış tikilinin sökülməsi, dəymiş 11.000 manat ziyanın, 100.000 manat isə mənəvi ziyanın alınıb ona ödənilməsinə dair hissəsi isə rədd edilmiş, iddiaçı Sabir İbrahimxəlilovun apelyasiya şikayəti əsasında Şəki Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilərək, iddia tələbinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin sökülməsi hissəsi təmin edilmiş, cavabdeh X28 tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin qabaq tərəfindən 1 metr, arxa tərəfindən 4 m, eni 14 m olmaqla 35 kv m iddiaçının mülkiyyətində olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi Oğuz rayon İcra Şöbəsinin böyük icra məmuru Sənan Quliyevin 25 sentyabr 2017-ci il tarixli qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Oğuz RAİK-in avqust 1998-ci il tarixli, 68 nömrəli qərarı ilə X3 mülkiyyətinə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdeh 13 iyul 2017-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi digər mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür və həmin torpaq sahələri ilə bağlı qüvvədə olan məhkəmə qərarları mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməs ində icraat

10. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 24 oktyabr 2017-ci il tarixdə Şəki İnzibatiİqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Oğuz RAİK-in 5 avqust 1998-ci il tarixli, 88 nömrəli qərarına əsasən mərhum X3 mülkiyyətinə verilmiş, Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metr sonra, keçmiş su arxından başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN - 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi c avabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

11. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, miras qoyan Sabir İbrahimxəlilovun adına hazırlanmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə yerləşir. Bu səbəbdən də hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

12. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıların Oğuz rayonunun Kərimli kə ndi ərazisində yerləşdiyini iddia etdikləri 0,25 ha torpaq sahəsi əvvəllər alqı-satqı müqavilələri və qüvvədə olan məhkəmə qərarları əsasında qanuni əsaslarla başqa vətəndaşların adlarına dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərinə düşür. Bu məhkəmə qərarları hal-hazırda qüvvədədir. İddiaçıların iddia etdiyi ərazidə naturada həyətyanı məqsədli torpaq sahəsi mövcud deyil.

13. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2-1(84)-1682/2017 nömrəli qərardadı ilə X28 iş üzrə üçüncü şəxs qismində icraata zəruri cəlb edilmişdir.

14. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 2-1(84)-56/2018 nömrəli qərardadı ilə iddia tələbinin İddiaçı3 və İddiaçı2 cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “Oğuz Rayon Aqrar İslah at Komissiyasının 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarına əsasən mərhum X3 mülkiyyətinə verilmiş, Oğuz-Yevlax şose yolu ilə Oğuz İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 m. sonra, keçmiş su arxından başlayaraq, Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m., şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m., ticarət obyektindən ayıran su arxı boyu 32 m., şose yolu ilə alma bağına doğru 31 m. ölçüdə 0,25 ha olan, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi mümkün sayılmamışdır.

15. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli, 2-1(84)-56/2018 nömrəli qərarı (hakim: X47) ilə iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Araz Haşımovun mülkiyyətinə verilmiş və onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, iddia olunan ərazidə həyətyanı təyinatlı torpaq sahəsi olmamaqla iddia olunan torpaq sahəsinin təyinatı əkindir. Belə olan halda iddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını cavabdeh orqandan tələb edə bilməz. Beləliklə, mübahisə predmeti torpaq sahəsi iddiaçının mərhum ərinin mülkiyyətinə verilmədiyindən, həmin torpaq sahəsi üzərində digər mülk iyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, habelə iddia olunan torpaq sahəsinin təyinatı həyətyanı olmadığından cavabdeh inzibati orqan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etməkdə haqlı olmuşdur.

17. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2018-ci il tarixli, 32419 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, JN seriyalı 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X3 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə-Tədq iqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret olaraq hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı təyinatlı əkin torpağı olmaqla həmin torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Araz Haşımovun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və Araz Haşımovun mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur.

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqti sadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli, 2-1(107)-320/2018 nömrəli qərarı (hakimlər: X54 (sədrlik edən və məruzəçi) X55 və X56) ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 yanvar 2019-cu il tarixli 2-1(102)-40/2019 nömrəli qərarı (hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi), X11 və X57) ilə Şəki Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 23. kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, - Oğuz rayon AİK-ın 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarına əsasən 0,25 ha torpaq sahəsi iddiaçının mərhum əri X3 mülkiyyətinə verilmiş, onun hüquqları dövlət qeydiyyatına alınaraq, koordinatları yerində göstərilməklə “Torpağın mülkiyyətə verilməsinə dair” 21 oktyabr 2005-ci il tarixli, JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamə ilə rəsmiləşdirilmiş, İddiaçı3 19 mart 2014-cü il tarixdə vəfat etmiş, 31 aprel 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhumdan miras qalmış həmin əmlakın qanun üzrə vərəsəsi sayılmış, iddiaçı mərhum ərini n vərəsəsi kimi miras əmlakını Dövlət Notariat Kontorunda qəbul edərək miras əmlakının mülkiyyətçisi olmuş, bundan əlavə iddiaçı ilə A.Haşımov arasında artıq 10 ilə yaxın davam edən torpaq mübahisələri üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə (Şəki Apellyasiya Məhkəməsinin 30 iyul 2012-ci il tarixli, 2(107)-213/2012 saylı qətnaməsi) müəyyən edilmişdir ki, cavabdeh A.Haşımov tərəfindən tikilmiş qeyri-yaşayış sahəsinin 35 kv.m hissəsinin altında yerləşən torpaq sahəsi iddiaçı Sabir İbrahimxəlilovun mülkiyyətində olan torpaq sahəsinə keçdiyindən iddiaçı tikilinin həmin hissəsinin sökülməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə müəyyən etmişdir ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri Oğuz rayonu, Kərimli kəndində yerləşməklə bir-biri ilə qonşu olan torpaq sah ələridir. Əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvədədirlər. Apellyasiya instansiyası məhkəməsi isə hazırkı iş üzrə tərəflərin də vaxtilə iştirak etdikləri, beləliklə, onlar üçün bilavasitə preyudisial qüvvəsi olan məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış, həmin mülki işləri tələb edərək onları öyrənməmiş, həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların əksinə olaraq mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmiş, bununla da MPM-nin 82.3-cü və İPM-nin 78-ci maddələrinin tələblərinə uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. - Apellyasiya məhk əməsi həmçinin mübahisəli torpaq sahəsi mərhum X3 mülkiyyətinə verilmədiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun da dövlət qeydiyyatına alına bilmədiyini, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada A.Haşımovun mülkiyyətinə verildiyini və onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirildiyini, iddia olunan ərazidə həyətyanı təyinatlı torpaq sahəsi olmamaqla iddia olunan torpaq sahəsinin əkin təyinatlı olduğunu, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum ərinin mülkiyyətinə verilmədiyini, həmin torpaq sahəsi üzərində digər mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını qeyd etməklə kifayətlənmiş, “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq Oğuz rayon AİK-ın 5 avqust 1998-ci il tarixli, 68 nömrəli qərarına və “Torpağın mülkiyyətə verilməsinə dair” 21 oktyabr 2005-ci il tarixli, JN seriyalı 265 B nömrəli (kod ********) şəhadətnamənin mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olduğunu və mübahisəli torpaq sahəsinin bu illər ərzində məhz iddiaçının istifadəsində olduğunu nəzərə almamış, iş üçün əhəmiyyətli olsa da, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillərə ümumiyyətlə hər hansı hüquqi və müfəssəl qiymət verməmiş, şikayətin bu və ya digər dəlillərini nə üçün qəbul etmədiyini öz qərarında əsaslandırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 sen tyabr 2019-cu il tarixli, 2-1(107)-245/2019 nömrəli qərarı (hakimlər: X61 (sədrlik edən və məruzəçi), X48 və X19) ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, Oğuz RAİK-in 5 avqust 1998-ci il tarixli, 88 nömrəli qərarına əsasən mərhum X3 mülkiyyətinə verilmiş, Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 metr sonra, keçmiş su arxından başlayaraq Oğuz-Qəbələ şose yolu istiqamətində kanal boyu 86 m, şose yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84,5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şose yolu ilə alma bağına doğru 31 m ölçüdə 0,25 ha olan, JN - 265 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş torpaq sa həsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri Oğuz rayonunun Kərimli kəndində yerləşməklə bir-biri ilə qonşu olan torpaq sahələridir. Əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı on ilə qədər davam edən məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvədədirlər. Ancaq birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflərin də vaxtilə iştirak etdikləri və onlar üçün bilavasitə preyudisial qüvvəsi olan məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış, həmin mülki işləri tələb edərək onları öyrənməmiş, həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların əksinə olaraq mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmiş, bununla da MPM-in 82.3-cü və İPMnin 78-ci maddələrinin tələblərinə uyğun olmayan məhkəmə qərarı qəbul etmişdir. Birinci instansiya məhkəməsi, həmçinin mübahisəli torpaq sahəsi mərhum Sabir İbrahimxəlilovun mülkiyyətinə verilmədiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun da dövlət qeydiyyatına alına bilmədiyini, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada Araz Haşımovun mülkiyyətinə verildiyini və onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirild iyini, iddia olunan ərazidə həyətyanı təyinatlı torpaq sahəsi olmamaqla, iddia olunan torpaq sahəsinin əkin təyinatlı olduğunu, mübahisəli torpaq sahəsinin iddiaçının mərhum ərinin mülkiyyətinə verilmədiyini, həmin torpaq sahəsi üzərində digər mülkiyyətçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını qeyd etməklə kifayətlənmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə uyğun olaraq, Oğuz RAİK-in xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarına və torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli JN seriyalı 265 B nömrəli 40504018 kodlu şəhadətnamənin mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas olduğunu və mübahisəli torpaq sahəsinin bu illər ərzində məhz iddiaçının istifadəsində olduğunu nəzərə almam ış, iş üçün əhəmiyyətli olsa da, iddiaçının dəlillərinə nəinki müfəssəl ümumiyyətlə hər hansı hüquqi qiymət verməmiş, iddiaçının bu və digər dəlillərini nə üçün qəbul etmədiyini qərarında əsaslandırmamışdır.

26. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli 2-1(102)-2403/2019 nömrəli qərarı (hakimlər: X38 (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslim oğlu və X32) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 28. kassa siya instansiya məhkəməsi qeyd etmişdir ki, - apellyasiya məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyinin müəyyən edildiyini bildirərkən Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 5 oktyabr 2010-cu il tarixli qətnaməsinə və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli 2(107)-213/2012 nömrəli qətnaməsinə istinad etmişdir. Lakin iş materiallarında məhkəmənin istinad etdiyi həmin qətnamələr yoxdur. - işin materiallarından müəyyən olunmuşdur ki, tərəflər arasında mülki məhkəmə icraata qaydasında baxılmış çoxsaylı məhkəmə mübahisələri olmuş və həmin işlərdə məhkəmələr tərəfindən faktlarla bağlı bəzən bir-biri ilə ziddiyyət yaradan nəticələrə gəlinmişdir. Belə ki, apellyasiya məhkəməsin in istinad etdiyi Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 5 oktyabr 2010-cu il tarixli və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 30 iyul 2012-ci il tarixli, 2(107)-213/2012 nömrəli qətnamələrində torpaq sahələrinin bir-biri ilə üstüstə düşmədiyinin müəyyən edildiyi göstərilmişdir, lakin üçüncü şəxs tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4730/2019 saylı, 24 iyun 2019-cu il tarixli qərarında torpaq sahələrinin üst-üstə düşdüyü göstərilmişdir. Beləliklə, hətta MPM-in 82.3-cü maddəsindən çıxış etməklə torpaq sahələrinin üst-üstə düşübdüşmədiyi məsələsinə qiymət verilməsi məsələsi həll edilməli olsa belə, bu halda bir-birinə ziddiyyət təşkil edən məhkəmə aktları mövcuddur. Ona görə də, torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi məsələsi işin hallarının obyektiv və hərtərəfli araşdırılmasına əsaslanan ekspertiza rəyi ilə müəyyən edilməlidir. Bu məsələ üzrə məhkəmə təkrar baxışda iş üzrə ekspertiza keçirildiyini nəzərə almaqla tərəflərlə həmin rəyi hərtərəfli tədqiq etməli, zərurət yaranarsa sahələrin üst-üstə düşməsi məsələsini dəqiq müəyyən edə bilmək üçün əlavə ekspertizanın keçirilməsini müzakirə etməlidir. - Məhkəmə iddiaçıya ayrılmış sahənin koordinatlarının göstərməklə konkret naturada harada yerləşdiyini qərarın nəticəsi hissəsində dəqiq göstərmişdir. Lakin məhkəmənin bu koordinatları haradan əldə etdiyi bəlli deyildir. İş üzrə keçirilmiş 32419 saylı, 12 mart 2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, JN-265B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X2 mülkiyyətin də olan 0,25 ha həyətyanı torpaq sahəsi elektron bazada öz əksini tapmamışdır. Buna görə də, ekspert X12 ayrılmış torpaq sahəsinin apellyasiya məhkəməsinin öz qərarında göstərdiyi ərazidə yerləşib-yerləşməməsi ilə bağlı suala cavab verməyin mümkün olmadığını bildirmişdir. Göründüyü kimi, məhkəmə xüsusi bilik tələb edən məsələ üzrə (torpağın hansı koordinatlarda yerləşməsi) hər hansı mötəbər sübuta əsaslanmadan nəticəyə gəlmişdir. e. apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

29. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 dekabr 2019-cu il tarixli, 2-1(107)-672/2019 nömrəli qərardadı ilə inzibati işin icraatı İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə, üçüncü şəxs X26 qarşı “cavabdeh tərəfindən ü çüncü şəxs X20 adına verilmiş 8 sentyabr 2008-ci il tarixli, 00110098 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 12 iyun 2015-ci il tarixli 00660000 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi qərardad da qeyd etmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi yəni JN-265B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X2 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsi müvafiq olaraq üçüncü X20 adına verilmiş torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Araz Haşımovun mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçı mübahisəli torpaq sahəsinin Araz Haşımovun mülkiyyətində olan torpaq sahəsinin çıxarışlarının əlavəsi olan plan və ölçü sənədlərini mübahisələndirir. Ona görə də qeyd edilən Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan inzibati iş üzrə qəbul edilə biləcək qərar hazırkı işin həllinə təsir edə bilər. Ona görə də qeyd e dilən iş üzrə icraatın yekunlaşması gözlənilməlidir.

31. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 yanvar 2022-ci il tarixli, 21(107)-1/2022 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qərardadda qeyd etmişdir ki, “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə, üçüncü şəxs X26 qarşı “cavabdeh tərəfindən üçüncü şəxs X20 adına verilmiş 8 sentyabr 2008-ci il tarixli, 00110098 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 27 yanvar 2015-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 12 iy un 2015-ci il tarixli, 00660000 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, 24 oktyabr 2015-ci il tarixli, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olaraq verilmiş plan və ölçü sənədlərinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2-1(102)-1810/2021 nömrəli qərarı ilə iddia tələbinin rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(107)-1/2022 nömrəli qərarı (hakimlər: X49 (sədrlik edən və məruzəçi) X58 və X69) ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 23 aprel 20 18-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, - 2-1(116)-24/2021 nömrəli inzibati işin hazırkı işlə əlaqəli şəkildə öyrənilməsi zamanı müəyyən edilmişdir ki, həmin işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 32419 nömrəli 12 mart 2018-ci il tarixli, 2-1(84)-1685/2017 nömrəli iş üzrə aparılan məhkəmə mühəndis-texniki ekspertizasının rəyində (cild 1, i/v 170) qeyd edilir ki, JN seriyalı 265 B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” X2 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsi Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığından torpaq sahəsinin sənəd üzrə konkret ha nsı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı (əkin) torpaqlarda yerləşir. İddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı əkin torpağıdır. İddiaçıların iddia etdiyi torpaq sahəsi **********31, **********06, **********41, **********42, **********99 və **********89 nömrəli çıxarışlara əsasən X18 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçıların iddia etdiyi və X18 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunur. Eyni zamanda 2-1(116)-24/2021 saylı inzibati iş üzrə birinci instansiya məhkəməsinin baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadas trı və Ünvan Reyestri Xidmətinə mütəxəssis rəyinin verilməsi üçün sorğu verilmiş və JN-265B KOD 40504018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsi ilə iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşməsi, X23 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********2006301 olan “Daşınmaz əmlakın texniki pasportu”, xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verən ilkin sənədlərdəki (aktlar və yerquruluşu) koordinatlarının üst-üstə düşməsi və iddiaçıların sənəd üzrə və faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən plan-ölçü sənədlərində qeyd olunan torpaq sahələrinin üst-üstə düşməsi, əgər düşürsə hansı hissədə üst-üstə düşməsi barədə rəy verilməsi tələb olunmuşdur. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN-265B KOD 40504018 nömrəli şəhadətnamə Mərkəzin Elektron bazasında olmadığı üçün qoyulan sualın cavablandırılması mümkün olmamışdır. X23 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********120-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələrinin koordinatları ilə onların tərtib olunmasına əsas verilən ilkin sən ədlərdəki (aktlar və yerquruluşu) koordinatlar üst-üstə düşür. İddiaçıların faktiki istifadəsində olan torpaq sahəsi ilə mübahisələndirilən X23 məxsus xx.xx.2008-ci il tarixli reyestr nömrəsi **********20-06301 olan “Daşınmaz əmlakın texniki pasportu” xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********42, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********89, xx.xx.2016-cı il tarixli reyestr nömrəsi **********31 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri çıxarışlarla üst-üstə düşür. - Azərbaycan Respublikası Ali Məhkəməsi göstərmişdir ki, hətta torpaq sahələrinin üstüstə düşməsi halı müəyyən edilərsə belə, bu halda, məhkəmə həm cavabdehin bildirdiyi, həm də ekspert rəyində göstərilən məsələlərə də qiymət verməlidir. Sözügedən məsələlər isə ondan ibarətdir ki, həmin sahə artıq üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, həmin sahəyə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış əvvəlki və sonrakı qeydiyyatla bağlı hüquq müəyyənedici sənədlər mübahisələndirilmədən iddiaçının adına eyni yerə dair qeydiyyatın aparılması vəzifəsinin cavabdehə həvalə edilməsi yolverilməzdir. Çünki iddiaçının hüquqi marağı bu halda həmin sahəyə dair öz adına qeydiyyatın aparılmasını tələb etdiyindən sözügedən qeydiyyatın aparılması üçün o, əvvəllər və hazırda mövcud olan qeydiyyatın aparılmasına əsas təşkil etmiş sənədləri mübahisələndirməlidir.

35. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

36. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, tərəflərin mülkiyyətinə verilmiş torpaq sahələri Oğuz rayonunun Kərimli kəndində yerləşməklə bir-biri ilə qonşu olan torpaq sahələridir. Əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı on ilə qədər davam edən məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr qanuni qüvvədədirlər. Ancaq apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə tərəflərin də vaxtilə iştirak etdikləri və onlar üçün bilavasitə preyudisial qüvvəsi olan məhkəmə qərarları ilə müəyyən edilmiş halları nəzərə almamış və həmin məhkəmə qərarları ilə müəyyən edilmiş halların əksinə olaraq mübahisə predmeti olan torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(107)-1/2022 saylı, 26 yanvar 2022-ci il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 mart 2018-ci il tarixli, 32419 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş, İN seriyalı 265B nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə X2 mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzinin elektron bazasında öz əksini tapmadığını, torpaq sahəsinin sənəd üzrə konkret olaraq hansı ərazidə yerləşməsini müəyyən etmək mümkün olmadığını, mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşər ək iddiaçıların iddia etdiyi torpaq sahəsinin təyinatı DWJ elektron baza xəritələrində kənd təsərrüfatı təyinatlı əkin torpağı olmaqla həmin torpaq sahəsinin **********31, **********06, **********41, **********42, **********99 və **********89 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən X18 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü, iddiaçıların iddia etdiyi və X18 mülkiyyətində olan torpaq sahəsi İddiaçı1 tərəfindən məftillə çəpərlənərək istifadə olunduğunu və bu səbəbdən də iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X18 mülkiyyətinə verildiyini və onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirildiyini, iddia olunan ərazid ə həyətyanı təyinatlı torpaq sahəsi olmadığını, iddia olunan torpaq sahəsinin təyinatının əkin torpaq sahəsi olduğu üçün iddiaçıların iddia etdiyi mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasınının cavabdeh orqandan tələb edə bilməməsi qənaətinə gəlmişdir. Halbuki əvvəllər tərəflər arasında həmin torpaq sahələrinin üst-üstə düşməsi ilə bağlı on ilə qədər davam edən məhkəmə mübahisələri olmuş, məhkəmə qətnamələri ilə həmin torpaq sahələrinin bir-biri ilə üst-üstə düşmədiyi müəyyən edilmiş və həmin qətnamələr hal-hazırda da qanuni qüvvədədirlər. Həmçinin 0,25 ha torpaq sahəsi mərhumun ərinin mülkiyyətinə vaxtilə şəhadətnamə ilə koordinatları yerində göstərilməklə verilmişdir.

37. Bundan əlavə, iş üzrə üçüncü şəxs olan Araz Həşimovla 10 ilə yaxın davam edən mübahisə üzrə çoxsa ylı qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə bir daha sübut olunmuşdur ki, yuxarıda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi mərhumun ərinin mülkiyyətində olmuş, indi isə vərəsəlik şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Qanuni qüvvəsini almış məhkəmə qətnamə və qərarları ilə müəyyən olunmuşdur ki, 0,25 ha torpaq sahəsi həmin ərazidə yerləşməklə onların mülkiyyətindədir və həmin ərazi həyətyanı torpaq sahələri kateqoriyasına aiddir. Oğuz RAİK-in 1998-ci il 5 avqust tarixli, 68 nömrəli qərarı ilə mərhum əri X3 mülkiyyətinə verilmiş 0,25 ha pay torpaq sahəsi, onun üçün tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-265B KOD 40504018 nömrəli 21 oktyabr 2005-ci il tarixli şəhadətnamə də mülkiyyət sənədi sayılmalıdır. Həmin şəhadətnamənin qanuni olması göstər ilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də bir daha sübut olunmuşdur ki, mübahisəli torpaq sahəsi qeyd olunan koordinatlar daxilində qanuni əsasla mərhum ərinin mülkiyyətinə verilmiş və halhazırda da iddiaçının mülkiyyətindədir. b. kassasiya şikayətinə etirazın dəlilləri

38. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüqu qlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərr acdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;

40. Mülki Prosessual Məcəllə: Maddə

82. Sübut etməkdən azad olmaq üçün əsaslar Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. İnzibati Prosessual Məcəllə: Maddə

78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilmə lidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır:... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

46. İşin halları ilə müəyyən olunur ki, iddiaçının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X18 mülkiyyətinə verilmiş və onun həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdiril miş, iddiaçı tərəfindən X18 adına olan çıxarışlara əlavə olaraq verilmiş plan və ölçü sənədlərini məhkəmə qaydasında mübahisələndirilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmçinin iddia olunan ərazidə həyətyanı təyinatlı torpaq sahəsi olmamaqla iddia olunan torpaq sahəsinin təyinatı əkindir. Belə olan halda iddiaçı iddia etdiyi mübahisəli torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını cavabdeh orqandan tələb edə bilməz.

47. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunverici liyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

48. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

49. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün apellyasiya məhkəməsi daşınmaz əmlak ü zərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmiş, həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2022-ci il tarixli, 2-1(107)-1/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar