Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1125/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: pensiya təyin edən orqanın qərarının ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1951-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin qərarının ləğv edi lməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-3587/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2. 2021-ci avqust ayından iddiaçının əmək pensiyasından 52 manat pul vəsaiti tutulmağa başlanmışdır. kəsilmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********0 saylı məktubla bildirmişdir ki, ona xx.xx.2014-cü tarixdə yaşa görə əmək p ensiyası təyin edilmiş, işdən çıxmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmış və 17 il 7 ay 23 gün sosial sığorta stajına uyğun olaraq onun əmək pensiyasının məbləği 265,92 manat müəyyən edilmişdir. Araşdırma ilə məlum olmuşdur ki, ilkin təyinat zamanı sosial sığorta stajı düzgün müəyyən olunmamışdır. Onun xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “Ulduz” EİB tərəfindən arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nəticədə ona xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği aşkar edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X3 Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddianın dəyişdirilərək “cavabdehin xx.xx.2021-ci il tarixli **********06 nömrəli qərarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmənin qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuş və iddianın dəyişdirilməsini qəbul edilmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1973cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Estoniya Respublikası, Tallin şəhəri, “Silikat” İB-də Yarvesk qum-əhəng kərpic sexində köməkçi işçi, xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Yarvesk qum-əhəng kərpic sexində avtoklav işçisi, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Belorusiya Respublikasının Brest şəhərində Brest Avtobazasında 3-cü dərəcəli avtoçilingər, xx.xx.1976-cı il t arixdən xx.xx.1976-cı il tarixədək həmin Brest Avtobazasında 4-cü dərəcəli avtoçilingər, xx.xx.1977-ci ildən xx.xx.1977-ci il tarixədək Ermənistanın Şorji Dəmiryol qovşağında 2-ci dərəcəli yol elektriki, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək həmin müəssisədə 3-cü dərəcəli yol elektriki, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Bakı Aqreqat Konstruksiya Zavodunda 3-cü dərəcəli təmirçiçilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək həmin zavodda 4-cü dərəcəli təmirçi-çilingər, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək həmin zavodun 33 nömrəli sexinə 4-cü dərəcəli yığıcı-çilingər, xx.xx.1980-ci il tarixdən xx.xx.1987-ci il tarixədək həmin zavodun 33 nömrəli sexində 5-ci dərəcəli yığıcı-çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il ta rixədək Bakı şəhəri, “Ulduz” Zavodunda radio armatur və cihazlar üzrə yığıcı-çilingər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək həmin zavodda çilingər santexnik, xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək həmin zavodda təmir və quraşdırma üzrə 4-cü dərəcəli çilingər santexnik, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək “Ulduz” İB-nin nəzdində “Günəş” kiçik müəssisində 4-cü dərəcəli çilingər, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Günəş” KM-dən “Texnika” KM-yə keçirilməklə 5-ci dərəcəli yığıcı-çilingər vəzifələrində işləmiş, xx.xx.2005ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
8. Bundan sonra, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Heyvanların Mühafizəsi Cəmiyyətində zootexnik, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək 1 saylı X1 3-cü Stasionar şöbəsinə sanitar, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Dəmir Yolu Liseyində elektrik montyoru vəzifələrində işləmişdir.
9. Hal-hazırda iddiaçının 71 yaşı var. xx.xx.2014-cü il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin hansısa səbəbdən 2021-ci avqust ayından onun əmək pensiyasından 52 manat pul vəsaiti kəsilmişdir. İddiaçı 2021-ci il may ayında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona verilən yaşa görə pensiyasının bərpa olunmasını xahiş etmişdir.
10. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli **********0 saylı artıq ödənilmiş pensiyasının məbləğinin tutulması haqqında məktubla məsələnin həllindən imtina edərək bildirmişdir ki, ona xx.xx.2014-cü tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir, işdən çıxmağı ilə əlaqədar əmək pensiyası yenidən hesablanmışdır və 17 il 7 ay 23 gün sosial sığorta stajına uyğun olaraq onun əmək pensiyasının məbləği 265,92 manat müəyyən edilmişdir.
11. Araşdırma ilə məlum olmuşdur ki, ilkin təyinat zamanı sosial sığorta stajı düzgün müəyyən olunmamışdır. Onun xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi “Ulduz” EİB tərəfindən arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Nəticədə ona xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği aşkar edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********6 saylı qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmişdir. Qeyd olunanları nəzərə alaraq, artıq ödənilmiş 1.789,56 manat məbləğin əmək pensiyasından tutulmasına razılıq olduğu halda, 10 gün müddətində Xətai rayon xidmət nümayəndəliyinə müraciət edilməsi və razılıq ərizəsi yazılması xahiş olunur. Əks təqdirdə, artıq ödənilmiş məbləğin tutulması «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 28.1.2, 63, 64.1 və 82-ci maddələrinə uyğun olaraq həyata keçiriləcəkdir.
12. Cavabdehin xx.xx.2021-ci il tarixli **********6 saylı qərarı ləğv edilməlidir. İddia tələbinə cavabdehin etirazı:
13. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunu n Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş pensiya məbləğinin tutulması haqqında” qərarına əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 1.789,56 manat məbləğində artıq ödənilmiş pul vəsaiti aşkar olunmuşdur. Həmin məbləğin bölünərək iddiaçının əmək pensiyasından tutulub Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunması barədə məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun hesab edir ki, artıq ödənilmiş pensiya məbləğinin tutulması ilə bağlı qərar qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir.
14. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2014-cü il ta rixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
15. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir.
16. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.
17. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar onun pensiyası xx.xx.2006-cı il tarixədək 17 il 7 ay 23 gün sığorta stajına və xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək 76,71 manat, pensiya təyin olunan tarixdən xx.xx.2020-ci il tarixədək 725,5 manat pensiya kapitalına əsəsən yenidən hesablanmış və həmin tarixdən 238,71 manat müəyyən edilmişdir. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda iddiaçıya ilkin təyinat zamanı sığorta stajının 17 il 7 ay 23 gün hesablanmalı olduğu halda 29 il 3 ay 29 gün hesablanmasını qeyd etmişdir. Eyni zamanda, cavabdeh orqan həmin məktubunda iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Ulduz” X4 tərəfindən arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyini iddia etdiyi “Ulduz” X4 ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə müvafiq sorğular ünvanlanmışdır. Qeyd olunan sorğuların müvafiq qurumlar tərəfindən cavablandırılması gözlənilir. Cavabdeh orqanın araşdırması nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək 1.789,56 manat artıq ödəmə məbləği aşkar olunmuşdur. Bu səbəbdən xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il t arixədək artıq ödənilmiş 1.789,56 manat vəsait bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunur. Göstərilənlərə əsaslanaraq, iddiaçının iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1(112)-1502/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********06 nömrəli qərarı ləğv edilmiş və iddiaçının pensiyasından həmin qərar əsasında tutulmuş 1.789,56 manat pul vəsaitinin ona qaytarılması qərara alınmışdır.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu ba rədə aidiyyəti səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, Dövlət Sosial Müdafiə Fondu orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir.
20. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı Dövlət Sosial Müdafiə Fondu orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.
21. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyasının işləməyəm əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar yenidən hesablanma zamanı xx.xx.2021-ci il tarixli **********06 nömrəli qərarla ilkin pensiya təyinatı barədə qərar ləğv edilmədən əmək pensiyası aşağı məbləğdə hesablanmış və ona 1.789,56 manat artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir.
22. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən 02.08. 2021-ci il tarixli **********06 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil.
23. Qeyd olunanlardan əlavə məhkəmə diqqətə çəkir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz.
24. Halbuki, onun sığorta stajına xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ulduz” X2 işlədiyi dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlili əsaslı deyil və məhkəmə bu mövqe ilə razılaşmır.
25. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun xx.xx.2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxiv təşkilatına təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi idd iaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır.
26. Hazırkı iş üzrə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14-cü maddəsi). Çünki, “İnzibati icraat haqqında” Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini ə saslandırmaq, daha dəqiqi sübut etmək yükü daşıyır.
27. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “Ulduz” X2 işləməsi ona məxsus əmək kitabçasında, adıçəkilən qurumun həmin dövrdə ləğv edilməməsi, yəni mövcud olması aidiyyəti təşkilat kimi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən sorğuya cavab kimi alınmış xx.xx.2023-cü il tarixli məktubunda təsdiqini tapır.
28. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında əks olunmuş 1991 – 2005-ci illər üzrə iş stajının sığorta stajına daxil edilməməsi qanuna ziddir.
29. Hətta, idd iaçıya ilkin pensiya hesablanarkən artıq pensiya məbləği kimi verilmiş məbləğlər onun razılığı olmadığı halda, pensiyasından birbaşa tutula da bilməz, məhkəmə qaydasında alına bilər.
30. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qəbul edildiyindən xx.xx.2021-ci il tarixli **********06 nömrəli qərarın qəbulu, habelə bu qərar əsasında iddiaçının əmək pensiyasından məbləğlərin tutulması hərəkətləri qanunsuzdur və bunun nəticəsində iddiaçının sosial təminat hüququ pozulmuşdur. Odur ki, iddia əsaslı sayılır.
31. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya in stansiyası məhkəməsində icraat
32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3587/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-1502/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. 34.Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
35. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul e dilməlidir.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən xx.xx.2021-ci il tarixli **********06 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Həmçinin İddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz.
37. Cavabdeh bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötür ən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur.
38. Lakin iddiaçının işlədiyini iddia etdiyi müvafiq dövrlər üzrə arxiv sənədləri təqdim olunmadığından həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamış, nəticədə əmək pensiyası artıq ödənilmişdir.
39. Eyni zamanda cavabdeh bildirir ki, məhkəmələr tərəfindən iddiaçıya münasibətdə artıq ödəmənin yaranma əsasları ilə bağlı məsələyə lazımi hüquqi qiymət vermədən, inzibati icraatla bağlı formal (prosessual) pozuntuları əsas gətirərək qərar qəbul edilmişdir.
40. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlər in, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.
41. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - İnzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
42. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. 43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və h üquqi cəhətdən etibarlı sayılır.
44. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 45. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir.
46. Qeyd olunan qanuna istinad etməklə məhkəmə iddiaçıya mü avinət təyin edilməsi barədə inzibati aktı qanunsuz əlverişli inzibati akt kimi təfsir etmiş, müvafiq qanunun 67.5ci maddəsinə istinad etməklə, qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmədiyi qənaətinə gəlmişdir. Lakin qeyd olunan maddənin mətnindən görünür ki, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. 47. “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır.
48. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ İnzibati orqanın özü tərəfindən h əll edilməli olan məsələdir.
49. Göründüyü kimi, Filial tərəfindən artıq ödənilən məbləğ iddiaçının pensiyasından tutularaq Fondun hesabına bərpa edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir.
50. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri 51.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 52.“Əmək pensiyaları haqqında” Qanun: Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının du l arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 53.“İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdir ilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması bar ədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
54. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlid ir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
55. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
56. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qər arının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
57. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
59. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
60. Qanunvericiliyin yuxar ıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir. 62. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələbl ərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
63. İşdən göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə z idd olaraq iddiaçını inzibati icraata cəlb etmədən, onun dinlənilmə hüququnu təmin etmədən, pensiyanın həqiqətən də artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini iddiaçının iştirakı ilə tədqiq etmədən artıq pensiya məbləği hesablandığı qənaətinə gəlmiş, iddiaçıya keçmiş dövr üzrə hesablanmış fərq məbləği onun razılığı olmadan pensiyasından çıxılmışdır.
64. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsinin tələbinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Başqa sözlə, hətta iddiaçıya əmək pensiyası təyin olunması barədə cavabdehin qəbul etdiyi əlverişli inzibati akt qanunsuz olduğu və “İnzibati icraat haqqında” Qanunun 67.8-ci maddəsində göstərilən əsasla ləğv edildiyi hallarda belə, həmin əlverişli inzibati akt əsasında icra edilmiş ödənişlər üzrə məbləğlər, onların ödənişinin qanunla müəyyən edilmiş qaydada dayandırılmasından asılı olmayaraq, geri tələb oluna bilməz. Bu, yalnız pensiyaçının razılığı ilə, qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən əsaslara görə ləğv edildiyi və geriyə ödənişə pensiyaçının razılığı olmadığı hallarda isə, həmçinin məhkəmə qaydasında mümkündür. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən əsaslarla aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan q aldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur.
65. Hazırkı halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, pensiyadan artıq ödəmənin tutulması üçün hüquqi əsaslar olmamışdır.
66. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri
67. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3587/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.