Məhkəmə qərarları › İş №2-1(102)-1126/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1126/2019

12.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1126/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1126/2019) Bakı şəhəri xxxx 2019-cu il Giriş hissə Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami ray on Şöbəsinə qarşı «ödənilməmiş prezident təqaüdünün hesablanaraq ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2928/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında xxxx 2008-ci il tarixli Fərmanının qanuni qüvvəyə mindiyi, yəni xxxx 2008-ci il tarixdən xxxx 2017-ci il tarixə qədər ödənilməmiş Prezident təqaüdünün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xxxx 2007-ci il tarixdə müharibə veteranı statusu verilmişdir. İddiaçı 1992-ci ildə Ağdam rayonu ərazisində döyüş bölgələrində döyüş əməliyyatlarında iştirak edən özünümüdafiə taborunda müddətdən artıq hərbi xidmətdə hərbi qulluqçusu kimi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 1992-ci ilin iyun ayında xəsarət almışdır. Yaralandıqdan sonra döyüşçü yoldaşlarının köməkliyi sayəsində ilkin tibbi yar dım göstərilərək, Mərkəzi Xəstəxanaya yerləşdirilərək orada stasionar müalicə almışdır. Döyüşlərdə aldığı xəstəliklərin fəsadlaşması nəticəsində TSEK qərarına əsasən ona İİ qrup ümumi xəstəlik ilə əlaqədar olaraq əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xxxx 2014-cü il tarixli qərarına əsasən şəhadətləndirilərək «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarı verilmiş, TSEK xxxx 2015-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsi dəyişdirilmiş «İİ qrup Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi göstərilmişdir. Müharibə əlili kimi ona pensiya təyin edilsə də, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında xxxx 2008-ci il tarixli F ərmanına əsasən ona müharibə əlili kimi təqaüdün verilməsi barədə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3593/2018 saylı, xxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında 09 sentyabr 2008-ci il tarixli Fərmanının qanuni qüvvəyə mindiyi, yəni xxxx 2008-ci il tarixdən xxxx 2017-ci il tarixə qədər ödənilməmiş Prezident təqaüdünün hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim Z.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2928/2018 saylı qərarı ilə (X2 (sədrlik edən və məruzəçi), X 1 və X3) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müharibə əlillərinə ödənilən Prezident təqaüdü əmək pensiyası hesab edilmir və həmin təqaüd dövlət büdcəsind ə nəzərdə tutulmuş sosial xərclər hesabına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Ona görə də, təqaüdlərin hesablanması və ödənilməsi qaydalarına müvafiq olaraq iddiaçının TSEK arayışına əsasən xxxx 2017-ci il tarixdə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» əlillik dərəcəsi aldığı vaxtdan etibarən müharibə əlili kimi Prezident təqaüdünün hesablanaraq ödənilməsi hüququnun yarandığını nəzərə alaraq, əsaslı olaraq ona xxxx 2008-ci il tarixdən müharibə əlili kimi Prezident təqaüdünün ödənilməsindən imtina olunmuş, məhkəmə qərarları ilə iddiaçıya xxxx 2017-ci il tarixdə təyin edilmiş əlilliyə görə pensiyanın xxxx 2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nun Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş İdarəsinə həvalə edilməsi ilə hal-hazırda ona müharibə əlili kimi Prezident təqaüdünün məhz xxxx 2008-ci ildən hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil, təqaüd müharibə əlilləri üçün Prezident təqaüdü almaq hüququ yarandığı gündən, yəni xxxx 2017-ci il tarixdən ödənilməlidir. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, t am və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2928/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 1968-ci ildə anadan olmuş İddiaçı xxxx 2007-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasının xxxx 2016-cı il tarixli, 670 saylı qərarı ilə yenidən şəhadətləndirilmiş, əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır» kimi qeyd olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona xxxx 2017-ci il tarixdə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» ikinci qrup əlillik verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(81)-6666/2017 saylı qərarı ilə iddia təmin edilmiş və İddiaçı xxxx 2017-ci il tarixdən təyin edilmiş (səbəb: Azərbaycan Respublikası müdafiəsi zamanı) əlilliyə görə pensiyanın xxxx 2007-ci il tarixdən tətbiq edilməklə yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmiş, iddiaçıya «Müharibə əlillərinə Azərbaycan Respub likası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli Fərmanına əsasən xxxx 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir, iddiaçı həmin təqaüdün 01 sentyabr 2008-ci il tarixdən xxxx 2017-ci il tarixədək olan müddət üçün hesablanaraq ona ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh xxxx 2018-ci il tarixli, **** saylı məktubla, Prezident təqaüdünü almaq hüququnun yaranması tarixi, TSEK-nin təyin etdiyi əlillik səbəbinin “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olduğunu göstərən xxxx 2017-ci il tarixli qərarının qüvvəyə mindiyi tarix hesab edildiyi üçün təqaüdün ödənilməsinin həmin tarixdən həyata keçirildiyi barədə cavab vermişdir. İddia tələbinin təmin edilməsi barəd ə məhkəmə qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçının “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli Fərmanının tələbinə müvafiq olaraq müharibə əlilli kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ cavabdeh tərəfindən mübahisələndirmir, işin mübahisələndirilən halı həmin təqaüdün hansı tarixdən hesablanmalı olmasıdır, iddiaçıya xxxx 2017-cü ildə əlillik təyin edilərkən, artıq əlilliyin yaranma səbəbləri hərbi xidmət dövründə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar baş verdiyinə görə də, iddiaçının əlilliyinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" qeydi ilə xx xx 2017-ci il tarixdə şəhadətləndirilməsi onun əlilliyinin yaranma əsaslarını, tarixini və səbəbini dəyişdirməmiş, əlilliyin əsl səbəbinin sonradan müəyyən edilmiş olması isə iddiaçının təqsiri olmamaqla bu hüququ məhdudlaşdıra bilməz, iddiaçı xxxx 2017-cü ildə yenidən şahədətləndirilsə də, onun müharibə əlili kimi əmək pensiyasının xxxx 2007-ci ildən hesablanmalı olmasına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərarı ilə də hüquqi qiymət verilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xxxx 2008-ci il tarixli, 823 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin xxxx hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə və ya 1990-cı ilin xxxx hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və Fərmanda bu təqaüdün bilavasitə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən sağlamlıqlarını itirərək əlil olan şəxslərə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə işti rak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xxxx 2017-ci il tarixdə baxılmış iş üzrə tərəf olmadığından, həmin qərarın hazırkı iş üçün preyudisiallığı apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. İş materiallarına əsasən İddiaçı xxxx 2007-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, Azərbaycan Respublikası MN Hərbi Həkim Komissiyasının xxxx 2016-cı il tarixli, 670 saylı qərarı ilə yenidən şəhadətləndirilmiş, əlilliyin səbəbi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır» kimi qeyd olunmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-So sial Ekspert Komissiyası tərəfindən ona yalnız xxxx 2017-ci il tarixdə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» ikinci qrup əlillik verilsə də, apellyasiya məhkəməsi tərəfindən işin həmin halları da düzgün qiymətləndirilməmiş, bu isə sonda düzgün olmayan məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İş materiallarından da göründüyü kimi işdə olan bütün sənədlər kserosurət olmaqla onlara sübut kimi istinad olunması qeyd edilən normaya əsasən istisna edilir. Azərbaycan Respubl ikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, hərtərəfli məhkəmə tədqiqatı aparılması, zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən maddi və prosessual hüqu q normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2928/2018 saylı qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2928/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət S osial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar