Məhkəmə qərarları › İş №2-1(102)-1126/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1126/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1126/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəhid ailəsi kimi əmək pensiyasına əlavənin hesablanaraq birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil1 oğlunun, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə (hüquqi varis i Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı) qarşı “şəhid ailəsi kimi əmək pensiyasına əlavənin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-149/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona şəhid ailəsi kimi əmək pensiyasına almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 12 dekabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirm işdir ki, iddiaçının oğluna şəhidlik statusu Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 18 may tarixli qərarına əsasən verilmişdir. Həmin tarixdən etibarən ona şəhid ailə üzvü üçün nəzərdə tutulan əmək pensiyasının baza hissəsinə 93.5 manat, əmək pensiyasının üzərinə əlavə olaraq 357.25 manat məbləğində vəsait hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 yanvar tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına çıxdığı gündən pensiyasına 93 manat 50 qəpik əlavənin 2013-cü il 07 iyun tarixdən hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi b arədə ərizə ilə məhkəməyə müraciət edərək ona şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına 2013-cü il 07 iyun tarixdən 2018-ci il 31 may tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə ərizə ilə müraciət edərək oğlu Əliyev Rövşənə görə müavinətin ona əmək pensiyası təyin edildiyi tarixdən hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən həmin əlavənin ona 2018-ci il 18 may tarixdən hesablanmağa başlanıldığı bildirilmişdir. Hesab etmişdir ki, həmin məbləğ ona əmək pensiyasına çıxdığı tarixdən etibarən hesablanıb birdəfəlik ödənilməlidir. O, müavinətin ona “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı qəbul edildiyi gündən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6129/2018 saylı 2018-ci il 31 may tarixli qərarı verilən günədək birdəfəlik verilməsi daha ədalətli olar. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli, 2-1(112)-2835/2 020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya şəhid ailəsi kimi əmək pensiyasına 2013-cü il 07 iyun tarixdən 2018-ci il 31 may tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik olaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2013-cü il 07 iyun tarixdən əmək pensiyası alır. O, şəhid ailəsidir, iddiaçının mərhum oğluna şəhidlik statusu 2018-ci ildə verilməsinə baxmayaraq, onun oğlu 1993-cü il 01 yanvar tarixdə xidməti vəzifələrini icra edərkən şəhid olmuşdur. Bu səbəbdən də, iddiaçı şəhid ailəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 19.1.1-ci maddəsində nəzərdə tutulmuş pensiyaya əlavəni onun pensiya hüququ yarandığı vaxtdan almaq hüququna malikdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərar ın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(103)-1666/2020 nömrəli qərardadı ilə Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsi, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz filialı ilə əvəz edilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-149/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli qərarı qismən – iddiaçının şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına 2013-cü il 07 iyun tarixdən 2016-cı il 06 dekabr tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə iddiaçının şəhid ailəsi kimi qanuna uyğun şəkildə əmək pensiyasına 2016-cı il 06 dekabr tarixdən 2018-ci il 31 may tarixədək almadığı əlavənin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiy anın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 2013-cü il 07 iyun tarixdən 2016-cı il 06 dekabr tarixədək almadığı əlavənin hesablanaraq birdəfəlik ödənilməsi barədə iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin 2020-ci il 02 iyun tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. iddiaçının kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı qanuna müvafiq şəkildə 2019-cu il 07 noyabr tarixdən əmək pensiyasına çıxmışdır. Lakin, şəhid anası kimi əmək pensiyama 94 manat əlavə 2019-cu il 07 noyabr tarixdən ödənilməyə başlanm ışdır. İddiaçının oğlu 1993-ci il 01 yanvar tarixdə itkin düşmüşdür və onun ölüm haqqında şəhadətnaməsində ölüm tarixi 1993-ci il 01 yanvar göstərilmişdir. Beləliklə, 77 ay ərzində iddiaçının əmək pensiyasına şəhid ailəsi kimi 94 manat əlavə edilməmişdir. Bu məbləğ 7238 manat təşkil edir. Lakin cavabdehin imtina məktubunda bildirilmişdir ki, həmin əlavə 2018-ci il 18 may tarixdən hesablanmaya başlamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ədalətsiz və əsassızdır. b. cavabdehin kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, hər bir hüquq, status onu təsdiqləyən rəsmi sənədlərlə yaranı r. İddiaçı şəhid ailələri üçün müəyyən olunmuş pensiya əlavəsinə hüququnun ona pensiya təyin edildiyi tarixdən yaranmış olduğunu iddia etmişdir. Lakin iş materiallarına əsasən, vətəndaşın da təsdiq etdiyi kimi onun şəhid ailəsi statusu Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 31 may tarixli, 2(103)-6129/2018 saylı qətnaməsi ilə öz təsdiqini tapmışdır. Şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və Dağlıq Qarabağ ərazilərində xidməti vəzifələrini yerinə yetirərkən həlak olması faktı qeyd olunan qətnamə ilə müəyyən olunmuş və 2018-ci il 15 oktyabr tarixdə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsi tərəfindən şəhid statusu ilə bağlı arayış verilmişdir. Belə ki, şəxsin şəhid ailə üzvü kimi sta tusu ölüm faktı barədə məhkəmə qətnaməsinin çıxarıldığı andan yaranmış və həmin andan şəhid ailə üzvü kimi pensiyasına əlavə təyin olunmuşdur. Qeyd olunan səbəblərə görə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Bakı Apellyasiya Məhkəməsi qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, cavabdehin şikayətinin təmin olunmamasını xahiş etdi.

18. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını, iddiaçının şikayətinin təmin olunmamasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haq qında” Qanun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 19.1.... şəhidlərin ailə üzvlərinin (bu Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 20. “Əmək pensiyaları haqqında” Qanun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada): Maddə 19.1. Əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: 19.1.1....şəhidlərin ailə üzvlərinə (b u Qanunun 14-16-cı maddələrinə uyğun olaraq) 93,5 manat məbləğində (2020-ci il 29 dekabr tarixli, 240-VİQD №-li Qanunla ləğv edilmişdir). Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəm ənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Şikayətlərdə ümumi olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. İddiaçının şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 25. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad olunan 32.1-1-ci və 37.7-ci maddələrinin tələblərindən göründüyü kimi əmək pensiyaları onu almaq hüququ yarandığ ı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

26. Məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iy ul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi də Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq yuxarıda qeyd olunan məzmunda nəticəyə gəlmişdir.

28. Cavabdehin şikayəti aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçıya şəhid ailəsi statusu 2018-ci il 30 may tarixli məhkəmə qətnaməsindən sonra verilsə də, onun oğlu 1993-cü il 1 yanvar tarixdə şəhid olmuşdur. Başqa sözlə, iddiaçıya verilən statusun faktiki əsası 1993-cü ildən yaranmışdır.

30. Cavabdeh nəzərə almalıdır ki, iddiaçıya buna səlah iyyətli olan dövlət orqanı tərəfindən “şəhid ailəsinin üzvü” statusunun və vəsiqəsinin 2018-ci ildə verilməsi iddiaçının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanundan irəli gələn hüquqlarına (hazırkı halda, sosial təminat hüququna) təsir etməli deyil.

31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur. 32.. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayətləri təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 fevral tarixli, 2-1(103)-149/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar