Məhkəmə qərarları › İş №2-1(102)-1126/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1126/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1126/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı “əmək kitabçasında qeyd olunmuş stajını və pay torpa ğına görə ödədiyi sosial sığorta haqlarını sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-46/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əmək kitabçası, hərbi bileti və diplomunun surətindən görünür ki, o, xx.xx.1972-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən, xx.xx.1975-xx.xx.1977-cı illərdə hərbi xidmətdə olmuş, 1976-1978-ci illərdə Sabirabad rayonu 135 saylı texniki peşə məktəbində təhsil almışdır. Eləcə də, iddiaçı 2012-ci ilin dekabr, 2013-cü ilin dekabr ayları üzrə pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı köçürməsi ilə bağlı qəbzlər təqdim etmişdir.

2. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin 4 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh onun müraciətini təmin etməmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövrə iddiaçının 23 il 3 ay 23 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçı 2012-ci ilin dekabr, 2013-cü ilin dekabr ayları üzrə pay torpağına görə məcburi dövlət sosial sığorta haqqı köçürməsi ilə bağlı qəbzlər təqdim etməsinə baxmayaraq, həmin dövrlər üzrə fərdi hesabında kapital toplan mamışdır. Ona görə də, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1 -ci maddəsinə əsasən, xx.xx.2018-ci il tarixinə fərdi hesabında qeydə alınmış pensiya kapitalı olmadığından və tələb edilən sığorta stajının olmaması səbəbindən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq pensiya təyin edən komissiya ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunmuş stajı və pay torpağına görə ödədiyi sosial sığorta haqları sığorta stajı kimi hesablanaraq, ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini bu q ərarın 1-2-ci bəndlərində qeyd edilən faktiki hallarla əsaslandırmış, iddianın hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 7, 21, 22-1.1-ci maddələrinə istinad etmişdir.

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda olunanlar təşkil edir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş 2012-2013-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini əks etdirən qəbzlərə münasibətdə bildirilir ki, ödənişlər “X1 Sistemi”nin “Sığorta" (Hesabat) alt sistemində əks olunmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Fondun Fərdi uçot və sosial sığorta üzrə mərkəzi filialından daxil olmuş məktuba əsasən, “X1 Sistemi”nin “Sığorta" (Monitor inq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsində İddiaçı **********6 saylı sığortaedənin uçot nömrəsi ilə xx.xx.2016-cı il tarixində uçota alınmış, xx.xx.2021-ci il tarixindən etibarən isə fəaliyyət statusu ləğv olunmuşdur.

6. İddiaçının əlilliyinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyi üçün ikinci dərəcəli əlilliyə görə əmək pensiya müddəti xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Yaşa görə pensiya hüququ xx.xx.2021 -ci il tarixdən yaranır. 7. “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində sığortaedən, İddiaçı 20122013-cü illər üçün məcburi dövlət sosial sığortası üzrə hesabatları öz əksini tapmamışdır. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi, məcburi dövlət sosial sığortasını həyata k eçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsidir. Ödəniş qəbzlərinin mötəbərliyinin yoxlanılması məqsədilə aparılan araşdırmanın nəticəsində "xxxx" ASC tərəfindən ödəniş qəbzlərinin tərtib olunma tarixindən 5 ildən çox vaxt keçdiyindən həmin qəbzlərin yoxlanılmasının mümkün olmaması bildirilmişdir.

8. Şirvan İnzibati Məhkəməsinin (hakim S.Həsənov) xx.xx.2022-ci il tarixli iclas protokolundan görünür ki, cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsinin 4 saylı regional ərazi filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialı ilə əvəz edilmişdir.

9. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 2-1(120)177/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1975 -xx.xx.1977-cı illərdə hərbi xidmətdə olduğu illəri, xx.xx.1972-ci il tarixdən xx.xx.1995-ci il tarixədək işlədiyi illəri, xx.xx.1976-ci il tarixdən xx.xx.1978-il tarixədək təhsil aldığı illəri və xx.xx.2006-cı il tarixdən sonrakı xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixlərdə ödəniş qəbzləri ilə təsdiq edilən illəri sığorta stajı kimi müəyyən edərək, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10. 1 yanvar 2006-cı ilə qədər iddiaçının 23 il 03 ay 23 gün sığorta stajı olmuşdur. Eyni zamanda iddiaçı və ailə üzvlərinin mülkiyyətində 1.7628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haqqı ödədikləri dövr barədə xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixlərdə ödənişlər etmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını 2012-2013-ci illərdə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstəri lən 1 iyul 2018-ci il tarixdək ödəmişdir. Odur ki, iddiaçının hüququ yarandığı tarixdən ona avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilməli idi. İddiaçının əlillik müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən və ikinci dərəcəli əlilliyə görə əmək pensiya müddəti xx.xx.2020-ci il tarixdən dayandırıldığından, onun pensiya hüququ xx.xx.2021-ci il tarixdən yaranmışdır. Və həmin tarixdən yaşa görə əmək pensiyasının təyin edilməli və ödənilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Allahyarov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və O.N.İsmayıl ov) 2-1(106)- 46/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-c i maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır. Maddə 21.1. qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci m addəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət.... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1- dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən eti barən sığortaolunanın 2006-cı il yanvarın 1dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 18. “Sosial sığorta haqqında” Qanun: Maddə

4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığo rta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Maddə

12. Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər - Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə iş ləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1- dən 5 il müddətində) əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığortası ilə əhat ə olunurlar. Maddə

13. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu 13.1. Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. 13.2. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyə ti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 13.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. 13.4. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya gör ə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

19. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiy ası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. X5 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Hazırkı işdə iddiaçının hüquqi marağı “əmək kitabçasında qeyd olunmuş stajını və pay torpağına görə ödədiyi sosial sığorta haqlarını sosial sığorta stajı kimi nəzərə alaraq ya şa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır.

27. Bununla bağlı, cavabdeh orqan tərəfindən 2012-2013-cü illər üzrə iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı ödənişlərini əks etdirən qəbzlər mübahisələndirilir. Belə ki, şikayətin dəlillərində qeyd edilir ki, qeyd edilən ödənişlər ‘‘X1 Sistemi”nin “Sığorta” (Hesabat) alt sistemində əks olunmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya sosial sığorta haqlarının sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsinin mövcudluğu ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları pros essual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etdiyi üçün iddiaçının 2012-2013-cü illər üzrə ödədiyi məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin ‘‘X1 Sistemi”nin “Sığorta” (Hesabat) alt sistemində əks olunmaması (cavabdehin imtinasının və kassasiya şikayətinin əsas dəlili bu barədədir) onun təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

30. İddiaçı bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etmiş, həmin qəbzlərin mötəbərliyi şübhə doğurmamış və cavabdeh də bu qəbzlərin mötəbər olmaması ilə bağlı heç bir dəlil irəli sürməmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, 1 yanvar 2006-cı ilə qədər iddiaçının 23 il 03 ay 23 gün sığorta stajı olmuşdur. Eyni zamanda, iddiaçı və ailə üzvlərinin mülkiyyətində 1.7628 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin məcburi dövlət sosial sığorta haq qı ödədikləri dövr barədə xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı məcburi dövlət sosial sığorta haqqı üzrə xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixlərdə ödənişlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2012-ci il tarixli və xx.xx.2013-cü il tarixli qəbzlərin iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqda haqlı olmuşdur. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.10-cu maddəsinə əsasən, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə etdiyi üçün məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2012-2013-cü illər onun sosial sığorta stajına daxil edilməlidir.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiaysı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Nəticə etibarı ilə mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-46/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar