Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1126/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyini, qanunun geriyə tətbiqinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2973/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.
2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 19 yanvar 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, onun sosial sığorta stajı qanunla müəyyən edilmiş müddətdən (25 il) az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1975-1979-cu illərdə V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda əyani bölmədə təhsil almışdır. xx.xx.1979-cu il tarixdə əmək fəaliyyətinə Şaumyan rayon 165 saylı uşaq bağçasında körpələr evində tərbiyəçi kimi başlamış, xx.xx.1983-cü il tarixədək orada həmin vəzifədə işləmiş, 01.031983 - xx.xx.1998-ci illərdə 208 saylı uşaq bağçası-körpələr evində tərbiyəçi işləmiş, xx.xx.2000 - xx.xx.2001-ci illərdə Uşaq və X1 işləmiş, xx.xx.2005-ci il Ceyranbatan qəsəbəsi 1 saylı körpələr uşaq bağçasında tərbiyəçi işləmiş, ümumi iş stajı 24 il 4 ay 12 gün təşkil etmişdir. xx.xx.2015 - xx.xx.2006-cı illərdə iddiaçının 57 yaşı tamam olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 12-ci maddəsinə əsasən qadınlar üçün yaşa görə pensiyanın təyin olunması üçün şərt - 57 yaşın çatması və 20 il stajın toplaması olmuşdur. Həmin Qanunun 3-cü maddəsinə əsasən əmək pensiyası almaq hüququ olan şəxslərin iş stajına müəssisələrdə, təşkilatlarda və idarələrdə işləməklə yanaşı ali məktəblərdə (əyani bölməsində) təhsil alma müddəti də daxil edilirdi. 2021-ci ilin avqust ayında əmək pensiyası almaq üçün tələb olunan 20 il stajı olmadığından yaşa görə müavinət təyin edilmiş və 62 yaşı tamam olduğu vaxtdan almadığı məbləğ də hissə-hissə ödənilmişdir. Əmək pensiyasının ona təyin olunması üçün xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, cavabdehin 19 yanvar 2023-cü il tarixli məktubu ilə ona pensiyanın təyin olunmasından imtina olunmuşdur.
6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşdan əmək pensiyasını n təyin edilməsi, qocalığa görə ona verilmiş müavinət nəzərə alınmaqla, 57 yaşı tamam olduğu vaxtdan, xx.xx.2015-ci il tarixdən bu günədək ona ödənilməmiş əmək pensiyasının məbləğinin verilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
8. Cavabdeh iddia ərizəsinə etiraz etmişdir ki, etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6671/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı ilə (hakim X2) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb edilən 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından cavabdehin imtinası qanuni olmuşdur.
11. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2973/2023 nömrəli iş üzrə 07 noyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X4 və X5) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6671/2023 saylı, 18 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və i ddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna, eləcə də Azərbaycan Respublikası Konstitusiyasına istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilmişdir.
16. Qeyd edilmişdir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinə əsasən 57 yaşdan əmək pensiyası hüququ yarandığından məhz bu normativ hüquqi akta istinad edilməklə ona yaşa görə pensiya təyin edilməlidir. Lakin məhkəmələr Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə zidd olaraq iddiaçının vəziyyətini ağırlaşdıran “Əmək pensiyaları haqqında” Qanunu hazırkı hüquq münasibətlərinə tətbiq etmişlər. Yeni qanun iddiaçının vəziyyətin ağırlaşdırdığından həmin normativ aktın hüquq münasibətinə tətbiq edilməsi qəbul edilən deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azər baycan Respublikasının Qanunu Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 27 oktyabr 2009-cu il tarix li 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 879) ilə 7-ci maddənin “5 il” sözləri “12 il” sözləri ilə əvəz edilmişdir və məzmunda “Qeyd” hissəsi əlavə edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 7-ci maddənin birinci hissəsində “62” rəqəmləri “63” rəqəmləri ilə, “57” rəqəmləri “60” rəqəmləri ilə, “azı 12” sözləri “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı ol mayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25” sözləri ilə, mötərizədə “bu Qanunun qüvvəyə mindiyi günədək” sözləri “2017-ci il iyulun 1-dək” sözləri ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə 7-ci maddənin “Qeyd” hissəsi yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
12. Yaşa gör ə pensiya təyin edilməsinin şərtləri Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər—62 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar—57 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüqu q normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. İddiaçının kassasiya şikayətində qeyd edir ki, məhkəmələ r ona münasibətdə Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndini rəhbər tutmaqla “Əmək pensiyaları haqqında” Qanunu deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu əsas götürülməli idilər. Belə ki, yeni qanun iddiaçının vəziyyətin ağırlaşdırdığından həmin normativ akt hazırkı hüquq münasibətinə tətbiq edilə bilməz.
27. İddiaçının arqumentləri ilə, yəni hüquq münasibətlərinə “Əmək pensiyaları haqqında” Qanunun deyil, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi ilə razılaşmayan məhkəmə kollegiyası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli qərarına istinad etməklə qeyd edir ki, “Konstitu siyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.... Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin əsasları daha ətraflı təhlil edilərkən, ilk növbədə, hüquq normasının zamana görə ictimai münasibətlərə təsirinin təbiətinə aydınlıq gətirilməlidir. Hüquq nəzəriyyəsində zamanın keçmiş, indiki və gələcək kəsiyinə müvafiq olaraq hüquq normalarının üç əsas tipi fərqləndirilir: geriyə təsir edən norma (olmuş, olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); təxirəsalınmaz təsir edən norma (olan və gələcəkdə yaranacaq münasibətləri tənzimləyən); perspektiv təsirli norma (gələcəkdə yaranacaq münasibətləri tənzimləyən). Hüquq normalarının zamana g örə qüvvəsinin təsnifatı, ilk növbədə, hüquq normasının ictimai münasibətlərə təsirinin hüquqi qüvvəsinin əhəmiyyətini görməyə, digər tərəfdən isə əvvəlki və yeni normalar arasında zamana görə yarana biləcək ziddiyyətləri aşkar etməyə imkan yaradır. Əksər normativ hüquqi aktların “lex retro non agit” prinsipinə əsasən geriyə qüvvəsi olmur. Həmin aktlar yalnız hüquqi qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilir. Normativ-hüquqi aktın hüquqi qüvvəsinin geriyə şamil olunmaması hüquq sistemində qayda və hüquqi təhlükəsizlik zəmanətini yaradır. Belə məhdudiyyət, ilk növbədə, qanunvericiliyin və təcrübədə normaları tətbiq edən orqanların fərdin subyektiv hüquqlarına haqqsız müdaxiləsindən qoruyur. Qanunvericilikdə hüquqi müəyyənlik, yəni yeni hüquq normasının gözlənilməsi (əvvəlcə dən gözlənilən, hüquq sisteminin dəyərləri və məntiqinə zidd olmayan) prinsipi hüquqi dövlətin əsas əlamətlərindən biridir. Hüquq normasının qüvvəsinin geriyə şamil olunmaması isə hüquqi müəyyənlik prinsipinin bir komponentidir. Hüquq normasının hüquqi qüvvəsinin geriyə şamil edilməsinə məhdudiyyətin qoyulması hüquqi məsuliyyət institutu ilə bağlıdır. Hüquqi məsuliyyət hüquq münasibətlərinin subyektləri üçün neqativ təsirlə nəticələnir. Ona görə hüquq münasibətlərinin iştirakçıları qanunvericilik səviyyəsində neqativ nəticələnən münasibətlərin formal hüquqi tərkibini aydın təsəvvür etməlidirlər. Qeyd edilənlərlə yanaşı, konstitusiya hüququ baxımından hüquq sistemində hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi istisna olunmur. Hüquq normasının qüvvəsinin geriyə şamil edilməsi əvvəl m övcud olan münasibətlərə aid edilir və bir qədər təftişedici xarakter daşıyır. Bu təsir nəticəsində yeni normativ-hüquqi aktla artıq tənzimlənmiş münasibətlər və ya faktlar yenidən nəzərdən keçirilir. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən.... Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azə rbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz”.
28. Yuxarıda qeyd edilənləri rəhbər tutan məhkəmə kollegiyası bildirir ki, iddiaçının 57 yaşdan yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2015-ci ildən yarandığından həmin dövrdə də “Əmək pensiyaları haqqında” Qanun qüvvədə olduğundan iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır və bu növ iddialar üzrə mübahisəyə baxılarkən pensiya hüququ yaranan zaman qüvvədə olan hüquq norması tətbiq edilir. Bu yanaşma həmçinin Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbinə uyğundur. Həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, hazırki normanı analogiya üzrə bu hüquqi mübahisəyə tətbiq etdikdə iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun deyil, iddiaçının pensiya hüququ yaranan zaman “Əmək pensiyaları haqqında” Qanunun mövcud olmuş müddəalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmək olur.
30. İddiaçının 57 yaşının tamam olduğu 5 yanvar 2015-ci ildə “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olmuş 7-ci maddəsinin və Qeyd hissəsinin redaksiyasına görə pensiya hüququnun yaranması üçün 12 il ümumi stajla ya naşı, 60 yaşın mövcud olması zəruri idi. Həmin vaxt iddiaçının 12 ildən çox ümumi stajı olsa da, tələb olunan pensiya yaşı, yəni 60 yaşı tamam olmamışdı. İddiaçının 60 yaşı tamam olan 5 yanvar 2018-ci ildə isə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbinə görə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda pensiya hüququ yaranmış olur. Lakin 5 yanvar 2018-ci ildə iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməmiş, bundan başqa azı 25 il sığorta stajı o lmamış, nəticədə o, yaşa görə əmək pensiyası hüququna malik olmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2973/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.