Məhkəmə qərarları › İş №2-1(102)-1127/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1127/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1127/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1127/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, iddiaçı XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 20 18-ci il tarixli, 2-1(103)-2903/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 iyul 1983-cü il tarixdən 31 oktyabr 1985-ci il tarixədək və 01 dekabr 1987-ci il tarixdən 18 aprel 1993-cü il tarixədək Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində fəhlə, 01 iyun 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işlədiyi dövrün sosial siğorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi b arədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 01 iyul 1983-cü il tarixdən 31 oktyabr 1985-ci il tarixədək və 01 dekabr 1987-ci il tarixdən 18 aprel 1993-cü il tarixədək Kəlbəcər rayonu 6 saylı Körpü Tikinti İdarəsində fəhlə və 01 iyun 1993-cü il tarixdən 30 noyabr 2004-cü il tarixədək “Ulduz” EİB-də yığıcı çilingər vəzifəsində işləmişdir. İddiaçı əmək kitabçası və arxiv arayışlarının surətini əlavə etməklə ona əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun əmək stajının qarşılıqlı yoxlanılmasının mümkün olmamasına istinad etməklə qanunsuz olaraq imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etiraz təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktya br 2018-ci il tarixli, 2-1(81)4351/2018 saylı qərarı ilə (hakim Tahirə Əsədova) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh imtinanın əsası olaraq onun sosial siğorta stajının təsdiq olunmamasına istinad etmişdir. Halbuki, əmək pensiyaları haqqında qanunvericilik əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ümumilikdə 5 ildən az olmayan siğorta stajının və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay siğorta stajının olmasını nəzərdə tutmuşdur ki, iddiaçının da tələb olunan iş stajı iş materiallarında olan arayışlarla öz təsdqini tapmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2903/2018 saylı qərarı i lə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Gültəkin Hüseynli) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının ona əlilliyin təyin olunduğu 24 sentyabr 2018-ci il tarixdə 51 yaşı tamam olduğundan, qanunvericiliyin tələblərinə əsasən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 12 il siğorta stajının olması tələb olunmuşdur. Lakin, iddiaçının ona əlilliyə görə əmək pensiyasının təsdiq edilməsi üçün zəruri olan sosial siğorta stajını təsdiq edən əmək kitabçası mövcud olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi arayışları mötəbər sübut kimi qəbul etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkə məsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 4.1, 12.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi haqsız olaraq onun arayışlarda əks olunmuş iş stajını nəzərə almamışdır. Belə ki, iddiaçı məcburi köçkün olmaqla yanaşı işəgötürən tərəfindən əmək kitabçası ilə təmin olunmamışdır. Onun əmək kitabçasının mövcud olmaması və ya işlədiyi müddətdə işəgötürən tərəfindən əmək kitabçasının tərtib olunmaması onun günahı ucbatından baş verməd iyindən onun arayışları ilə öz təsdiqini tapan işlədiyi dövr sosial siğorta stajına daxil edilməli idi. Kassasiya şikayətində göstərilən dəlilin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi haqqında Qaydalar”ın 1.3, 1.4, 3.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.2, 1.0.8, 1.0.10, 6.1, 11.1, 12.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla i şə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 01 avqust 1967-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 24 sentyabr 2018-ci il tarixli ikinci dərəcəli əlillik təyin etmişdir. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 09-2430 saylı, 01 oktyabr 2018-ci il tarixli məktubu ilə cavab verərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial siğort a stajının müəyyən olunmas, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının” 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək siğortaolunanaların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası olmadığı üçün ona əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmiş və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin mövqeyinə görə, iddiaçının əmək kitabçası olmamış, təqdim etdiyi arayışlar isə pensiyanın təyin edilməsi üçün sosial sığorta stajının mövcudluğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, məcburi köçkün olduğunda n ondan əmək kitabçasının tələb edilməsi qanunvericiliyin tələblərinə zidd olmuş və təqdim edilmiş arayışlar əsasında onun əmək stajı müəyyən edilməli idi. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən pensiya hüququnun yarandığı 24 sentyabr 2018-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun): - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiy a təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əməkpensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu şərtlərdən sosial sığorta stajı ilə bağlı şərt öz təsdiqini t apmamışdır. Qeyd edilməlidir ki, apellasiya məhkəməsi səhv olaraq zəruri sığorta stajını 12 il kimi müəyyən etmişdir. Halbuki maddənin tələblərinə görə zəruri olan sığorta stajı 9 il təşkil etməlidir (51-15=36/4=9). İddiaçının sığorta stajının təqdim etdiyi arayışları əsasında müəyyən olunmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun): - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlə rin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; - 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan (məcburi dövlət sosial sığorta haqları ödənildikdə ) ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. Bu müddətə həmçinin 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində toplanmış əmək staji daxildir və onun nəzərə alınması zamanı məcburi dövlət sosial sığorta haqları ödənilməsinə dair şərt məcburi deyildir. İşin hallarına görə qiymət verilən iddiaçının əmək fəaliyyəti 1983-cü ildən 2004-cü illəri əhatə edən dövrə aid olmuşdur. Bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə və daha sonra qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-c i maddəsinə əsasən, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı məcburi köçkün olduğundan, əmək kitabçasını təqdim edə bilməmiş, lakin əmək fəaliyyətinə dair işlədiyi müəssisələrdən arayışları təqdim etmişdir. Göstərilmiş arayışıalr əsasında sosial sığorta stajının müəyyən edilməsi qanunvericilikdə aşağıdakı qaydada tənzimlənmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etidiyi normativ aktda stajın iki hissəndən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı il ə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəy ə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçası təqdim edilmədikdə, şəxsin işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayılar əmək stajının təsdiqedici s ənədi kimi qəbul oluna bilər. Lakin məhkəmə kollegiyası apellasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə qismən razılaşaraq hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd yuxarıda qeyd edilmiş qanunvericiliyin tələbləri baxımından sübut növü kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İPM-nin: - 48.3-cü maddəsinə əsasən, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. - 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MP M-nin: - 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; - 89.3-ci maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Prosessual qanunvericiliyin tələbləri onu nəzərdə tutur ki, tərəfin təqdim etdiyi sənədin yazılı sübut kimi qiymətləndirilməsi üçün onun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir ki, məhkəmə tərəfindən həmin sənəd qiymətləndirilərkən onun mötəbərliyi şübhə doğurmasın. İddiaçı tərəfindən əmək stajına dair təqdim et diyi arayışlar surətlər olmaqla hər hansı bir qaydada təsdiq edilməmişdir. Apellasiya məhkəməsi tərəfindən isə həmin arayışlar yalnız müvafiq əmrlərin təqdim edilməməsi əsası ilə sübut kimi qəbul edilməmiş, lakin yuxarıda göstərilmiş məsələyə münasibət bildirilməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən, məhkəmə işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellasiya icraatı zamanı hər hansı bir araşdırmanı aparmamaqla, məhkəmə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində nəzərdə tutulmuş “İşin hallarının araşdırılması prinsipinə” və 58-ci maddəsində müəyyən edilmiş sübutların araşdırılması qay dasına riayət etməmişdir (məhkəmənin prosess iştirakçılarından zəruri olan sənədlərin tələb edilməsi, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni tamamlanması və s.) Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müəssisələrlə bağlı təqdim etdiyi arayışların əsli tələb edilməli, belə sənədlər təqdim edildiyi halda isə, onlar üzrə əlavə olaraq araşdırma aparılmaqla, sorğular verilməklə, onun istinad edilən müəssisələrin mövcudluğu və şəxsin orada işləməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli say da və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın qismən ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzib ati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2018-ci il tarixli, 2-1(103)-2903/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar