Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1127/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsi; prosessual müddətin bərpasına dair vəsatət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçı İddiaçı cavabdeh Cavabdehnə qarşı “evin qazlaşdırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 1-ci il 17 mart tarixli, 2-1(103)-1215/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 2020-ci il 07 fevral tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 sentyabr tarixli, 2-1(112)-3141/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 798 C ünvanda yerləşən fərdi yaşayış evinin texniki şərtlərə uyğun qazlaşdırılması öhd əliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdehin nümayəndəsi 2021-ci il 17 mart tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2020-ci il 10 sentyabr tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin cavabdehin iş yükünün çoxluğu ilə əlaqədar olaraq ötürüldüyünü və bununla bağlı şikayətin mümkün sayılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-1215/2021 nömrəli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, şikayət üzrə apellyasiya mümkün sayılmamış və şikayət in qəbulundan imtina edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı ərizənin cavabdeh tərəfindən verildiyini, istər hüquqi şəxs, istərsə də inzibati orqanın yalnız rəhbər şəxsdən ibarət olmadığını, bir deyil, bir neçə işçisinin, o cümlədən hüquqşünasının olduğunu, beləliklə, iş yükünün həmin işçilər arasında bölüşdürülmə imkanının mövcudluğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh orqanda iş yükünün çoxluğu məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb kimi qəbul edilə bilməz.
7. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi ni və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə qərardadda apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyünü, bu müddətin bərpasına dair vəsatətin verilmədiyi və bununla bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması 2021-ci il 17 mart tarixə təyin edilmiş və apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 məhkəməyə ərizə təqdim edərək, sözügedən qərardan apellyasiya şikayətinin verilməsi m üddətinin cavabdeh orqanda iş yükünün çoxluğu ilə əlaqədar ötürüldüyünü və bununla bağlı apellyasiyanın mümkün sayılmasını xahiş etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi cavabdehin nümayəndəsinin apellyasiya şikayətinin mümkün sayılması barədə xahişini nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi).
10. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İPM: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
13. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
15. İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın.
16. Məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Lakin həmin müddətdən cavabdeh istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hər hansı hal mü əyyən olunmamışdır.
17. Cavabdeh vəsatətində prosessual müddətin iş yükünün çoxluğu ilə əlaqədar ötürüldüyünü bildirsə də, həmin dəlili təsdiq edən və bunu cavabdehin iradəsindən aşkar kənara çıxan hal kimi müəyyən edən hər hansı sübut işdə yoxdur.
18. Beləliklə, prosessual müddətin buraxılmasında iddiaçının təqsirsiz olduğu müəyyən edilməmişdir.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-1215/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.