Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1128/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1128/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi XXXnın və vəkili İsmayıl Əhmədin iştirakları ilə, İddiaçı MTK-nın direktoru İ lqar Rəhimov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3135/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı MTK (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 19 yanvar 2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh vergi orqanı heç bir araşdırma aparmadan, müəssisənin işçilərinin əmək müqavilələrini yoxlamadan, müəssisə tərəfindən aparılan tikinti yerinə baxış keçirmədən yalnız Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi tərəfinfən müəssisənin barəsində tərtib edilmiş akta baxış keçirərək müəssisə tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 12 nəfər işçinin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 12.000 manat məbləğində maliyyə sanksiyasının tətbiqi barədə mübahisəli qərar qəbul etmişdir. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Vəsatətdə bildirilmişdir ki, iddiaçı hal-hazırda mübahisələndirdiyi inzibati aktı məhkəmə qaydasında ilk dəfə 19 fevral 2018-ci il tarixdə mübahisələndirmişdir. Daha sonra, iddiaçı həmin iddia ərizəsinin və ona əlavə ed ilmiş sənədlərin geri qaytarılması barədə müraciət etmiş və məhkəmə qərardadı əsasında iddia geri qaytarılmışdır. İddiaçı daha bir dəfə həmin qərarı mübahisələndirilmiş və yenə də öz ərizəsi əsasında məhkəmə qərardadı ilə iddia ərizəsi və sənədlər ona geri qaytarılmışdır. İddiaçı iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair 31 may 2018-ci il tarixli məhkəmə qərardadından şikayəti vermədən ikinci dəfə 07 iyun 2018-ci il tarixdə eyni iddia tələbi ilə məhkəməyə müraciət etməklə artıq iddia müddətini ötürmüşdür. Cavabdeh hesab etmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddətin ötürülməsinə baxmayaraq, müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən sonrakı 15 gün ərzində müddətin bərpası üçün məhk əməyə müraciət edilməmişdir ki, bununla da iddianın mümkünlük şərti pozulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2-1(81)3160/2018 saylı qərardadı ilə (hakim Miminat Hacıbəyova) iddia mümkün sayılmamışdır. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati akt barəsində məlumatlı olmuş, lakin qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüş və müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın icraata götürülərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3135/2018 saylı qərardadı ilə (s ədrlik edən Kəmalə Abiyeva, hakimlər Ülvi Mayılov və Vüqar Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüş və müddətin bərpa edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1, 32.1, 38.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın mümkün sayılması və işə mahiyyəti üzrə baxılması barədə qər ar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, onun tərəfindən 29 noyabr 2018-ci il tarixdə məhkəməyə müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmuş, lakin aşağı instansiya məhkəməli həmin ərizəyə münasibət bildirməmişdirlər. Bundan başqa, iddia ərizəsi onun tərəfindən ikinci dəfə geri götürüldükdən sonra həmin gün növbəti dəfə məhkəməyə təqdim olunmuşdur. Cavabdeh vergi orqanının mübahisəli qərarının müəssisəyə çatdırılmasına dair hər hansı sübut olmadığından iddia müddəti ötürülməmişdir və iddia mümkün sayılmalıdır. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası olaraq iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə etiraz Cavabdeh kassasiya şikayətinə etiraz təqdim etmiş və etirazda iddianın mümkün sayılmamasına dair təqdim etdiyi vəsatətində qeyd olunanları təkrarlamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respub likası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçının şikayətində də göstərildiyi kimi, cavabdehin mübahisələndirilən qərarının ləğvinə dair artıq iki dəfə iddia qaldırılmışdır. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1693/2018 saylı inzibati iş üzrə qəbul edilmiş 31 may 2018-ci il tarixli və 2-1(81)-3050/2018 saylı inzibati iş üzrə qəbul edilmiş 28 iyun 2018-ci il tarixli qərardadları ilə iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçıya onun öz ərizəsi əsasında geri qaytarılmışdır. İddiaçı tərəfindən cavabdehin 19 yanvar 2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulması haqqında qərarının ləğv edilməsi” barədə iddia ilə üçüncü dəfə 20 iyun 2018-ci ildə məhkəməyə müraciət olunarkən, 30 günlük müddət ötürülmüşdür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Kassasiya baxışının predmetini iddianın mümkünlük məsələsi təşkil edir. Azərbaycan Respublik ası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onu n hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30-gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən ver ilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin 19 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi o əsasla Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq mümkün sayılmamalıdır ki, iddiaçı tərəfindən həmin qərardan şikayətin verilməsi müddətinə riayət edilməmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, tərəflərindən 29 noyabr 2018-ci il tarixdə məhkəməyə müddətin bərpa edilməsinə dair ərizə təqdim olunmuş, lakin aşağı instansiya məhkəməli həmin ərizəyə münasibət bildirməmişdirlər. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının əsaslandığı halla bağlı Azərbaycan Respublikası İ PM-nin: - 24.1-ci maddəsinə əsaəsn, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçının bildirdiyinə münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsri olmadan büraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən birinci instnasiya məhkəməsində aparılan icraat zamanı belə ərizə təqdim edilməmiş, cavabdehin vəsatətinə əsasən iddianın mümkünülüyü məsələsi məhkəmə tərəfindən müzakirə olunaraq 20 sentyabr 2018-ci il tarixli qərardad qəbul edilmişdir. İddiaçı tərəfindən isə məhkəməyə 29 noyabr 2018-ci il tarixdə daxil olunmuş ərizə ilə “iddia müddəti ötürülmüş ols a belə onun bərpa olunaraq iddianın icraata götürülməsi” xahiş olunmuşdur. Halbuki, məhkəmə tərəfindən artıq məsələyə qiymət verilmiş və belə bir ərizənin qərardad qəbul ediləndən sonra təqdim edilməsi və onun müzakirəsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən istinad edilən ərizənin verilməsi əhəmiyyətsiz olmuşdur və düzgün olaraq məhkəmələr tərəfindən həmin ərizəyə münasibət bildirilməmişdir. Kassasiya şikayətinin digər dəlilində iddiaçı əvvəlki mövqeyinə zidd olaraq hesab etmişdir ki, tərəflərindən müddət ötürülməmiş, iddia ərizəsi ikinci dəfə geri götürüldükdən sonra həmin gün növbəti dəfə məhkəməyə təqdim olunmuş, habelə cavabdehin mübahisəli qərarının müəssisəyə çatdırılmasına dair hər hansı sübutu olmamışdı r. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir. Belə ki, apellasiya məhkəməsinin müəyyən etdiyi kimi, iddiaçı tərəfindən ilk dəfə təqdim edilmiş iddia ərizəsinin geri götürülməsi barədə qəbul edilmiş 31 may 2018-ci il tarixli qərardaddan sonra, ikinci dəfə məhkəməyə müraciət edilmiş, həmin icraatın aparıldığı dövrdə isə üçüncü dəfə məhkəməyə 20 iyun 2018-ci il tarixində müraciət olunması anlaşılmaz qəbul edilməlidir. Çünki ikinci icraat üzrə ərizənin geri götürülməsi barədə məhkəmə tərəfindən yalnız 28 iyun 2019-cu il tarixində qərardad qəbul olunmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası apellasyasiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, cavabdehin 19 yanvar 2018-ci il tarixli qərarının hazırki icraat çərçivəsində 20 iyun 2018-ci il tarixindən başlayaraq mübahisələndiri lməsi və keçmiş müddətə dair hər hansı bir əsaslı dəlillərinin bildirilməməsi – tərəflərindən müddətin ötürüldüyü kimi qiymətləndirilməlidir. Mübahisəli qərarın iddiaçıya təqdim edilməsinə dair sübutların olmaması barədə dəlili də məhkəmə kollegiyası əhəmiyyətsiz hesab edir, çünki iddiaçı tərəfindən məsələ istər birinci instansiya məhkəməsinin icraatı dövründə, istərsə də apellyasiya şikayətində mübahisələndirilməmişdir. Belə olan halda, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.3-cü maddəsinin tələblərinə görə, inzibati orqnın inzibati aktın təqdim edilməsi faktının sübut edilməsinə ehtiyac olmamışdır. Həmin maddə görə, maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifə si inzibati orqanın üzərinə düşür. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK-nın direktoru İlqar Rəhimov tərəf indən tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3135/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1128/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1128/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver