Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1128/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı iş üzrə Açar sözlər: pensiya ödənişinin dayandırılması Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi və pensiya ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-36/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı qizi xx.xx.1985-ci ildə İsmayıllı rayonun Talış kəndində doğulmudur və eyni ünvanda qeydiyyatda olmaqla orada yaşayır. İddiaçı xx.xx.1999-cu il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkrar müayinə edilməklə uşaq serebral iflicinin qalıq əlamətləri, sağ tərəfin hemiparez ağıl zəifliyi diaqnozu qoyularaq uşaqlıqdan əlil olması müəy yən edilmiş və ona əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçıya TSEK tərəfindən xx.xx.2001-ci il tarixdə müddətli, xx.xx.2001-ci il tarixdə isə ömürlük 2-ci dərəcəli əlillik verilmişdir. İddiaçı 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, habelə 2014-cü ildən 3 ay müddətində kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edərək məcburi dövlət sosial haqqı ödəmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə ona əlilliyə görə pensiya təyin edilməsi üçün ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra qərarın mətnində ixtisarla DSMF-nin İsmayıllı rayon şöbəsi və ya cavabdeh yazılacaq) müraciət etmiş və iddiaçının ödədiyi sosial sığorta haqqı nəzərə alınaraq 6 il 3 ay sosial sığorta stajı və 132,40 manat pensiya kapitalı əsas ında DSMF-nin İsmayıllı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə ona xx.xx.2017-ci il tarixdən 112,82 manat məbləğində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. DSMF-nin İsmayıllı rayon şöbəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrün araşdırılması zamanı, iddiaçı əlil olduğu halda kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə məcburi dövlət sosial sığortasına qanunazidd olaraq cəlb edildiyi müəyyən edilmiş DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamı ilə ona əlilliyə görə pensiya ödənişi dayandırılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli məktubla DSMF-nin İsmayıllı rayon şöbəsinə müraciət edərək, ona əlilliyə görə pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ** ********3 saylı, xx xxx 2019-cu il tarixli məktubla cavab verərək “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14.5.6-cı maddəsinə görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiya ödənişinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli sərəncamın ləğv edilməsi və pensiya ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaqlıqdan əlil olmaqla pensiya almışdır. 18 yaşdan 2-ci qrup əlil hesab olunmuş və sosial pensiya almışdır. 20082017-ci illərdə torpaq sahəsind ən əldə etdiyi gəlirdən məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Buna görə də ona təyin olunmuş sosial pensiya xx.xx.2017-ci il tarixdən 2-ci qrup əlilliyə görə əmək pensiyasına keçirilmişdir. Lakin cavabdehin xx xxxx 2019-cu il tarixli sərəncamına əsasən əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. Cavabdehin ona pensiya təyin etməkdən imtina etməsi əsassızdır. Cavabdehin etirazları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində əlilliyi olan şəxsin kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə görə məcburi dövlət sosial sığortasına cəlb edilərək pensiya hüququnun yaradılması əsas gətirərək, o cümlədən İddiaçı adına olan pensiya işi qanunsuz hesab edilərək pensiya ö dənişi xx.xx.2019-cu il tarixdən etibarən dayandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1072/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarı ilə (hakim R. Məcidov) iddia təmin edilərək, cavabdeh DSMF-nin İsmayıllı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının əlilliyə görə əmək pensiyası ödənişinin davam etdirilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarı onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadə edərək məcburi dövlət sosial haqqı ödədiyi 2008-2013-cü illər və 2014-cü ildə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda heç bir istisna olmamaqla mülkiyyətind ə olan torpaq sahəsindən istifadəyə görə qeyd olunan məbləğdə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayəti vermiş, qərarın ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-36/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər V.Məlikov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və G.Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan sərəncamı qəbul etməkdə haqlı olmamış və iddiaçının vəziyyətini ağırlaşdır an qanunvericilik normalarına istinad edərək pensiya ödənişini dayandırmışdır. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 21.2.10.-cu maddəsinin şərtinə əsasən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət sığortaolunanın sığorta stajına daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6- cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatı üzvlərindən, pensiyaçılardan və digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlərdən başqa) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) torpaq sahəsinin hər hektarına görə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının: torpaqların 1-ci keyfiyyət qrupu üzrə - 12 faizi; torpaqların 2-ci keyfiyyət qrupu üzrə - 8 faizi; torpaqların 3-cü keyfiyyət qrupu üzrə - 4 faizi; torpaqların 4-cü keyfiyyət qrupu üzrə - 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməsi nəzərdə tutulmuşdur. Bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflərin izahatları: Tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Əsaslandırıcı hissə Kollegiya tərəflərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Lakin kassasiya şikayəti əsaslı deyil və aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından göründüyü kimi iddiaçı ilə cavabdehin arasında yaranan mübahisə əlilliyə görə pensiya təyin olunması üzrə yaranmış mübahisədir. İddia tələbinin ümumi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu növ pensiya almaq hüququnun əsasları «Əmək pensiyaları haqqında» Qanunun 11-ci maddəsində müəyyən edilərək göstərilir ki, əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məh dudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. İş materiallarına əlavə olunmuş pensiya işindən də göründüyü kimi, iddiaçıya xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin vaxtı ona müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq əlillik müəyyən edilmiş, əmək pensiyası təyin olunması üçün 5 il sığorta stajı tələb olunduğu halda 6 ildən çox stajı olmuş, fərdi hesabın sığorta hissəsində 132,40 manat pensiya kapitalı qeydə alınmışdı. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığo rtaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi həmin dövrdə ikinci qrup əlilliyə görə pensiya təyin olunması üçün iki şərt tələb olunurdu:
1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq əlilliyin müəyyən edilməsi;
2. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. İddiaçıya xx.xx.2017-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilərkən bu şərtlər mövcud idi. Cavabdehin etiraz dəlilinin ümumiləşdirilmiş şəkildə ifadə olunan məzmunu ondan ibarətdir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilərkən nəzərə alınmış 6 il sosial sığorta stajı, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, habelə 2014-cü ildən 3 ay müddətində məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətdir. Lakin iddiaçı ikinci qrup əlil olduğuna görə, həmin torpağa görə sosial sığorta haqları ödənilməsi qanunazidd olmuşdur. Çünki “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir (Bu norma x xxx 2020-ci il tarixli 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, x xxxx 2020-ci il, № 104) ilə 14.5.6-cı maddə ləğv edilmişdir). Lakin cavabdehin istinad etdiyi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinin istisna hissəsi (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla) isə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 205-VQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə 14-cü maddəyə qeyd hissə kimi əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə, habelə 2014-cü ildən 3 ayında, bu cür ödənişlərin tutulmasını qadağan edən hüquq norması yox idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşə baxmaş məhkəmə kollegiyası da hesab etmişdir ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan sərəncamı qəbul et məkdə haqlı olmamış və iddiaçının vəziyyətini ağırlaşdıran qanunvericilik normalarına istinad edərək pensiya ödənişini dayandırmışdır. Məhkəmə kollegiyası xatırladır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1 və 67.2-ci maddələri). “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinin tələbinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslan dırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (“İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsi). İş materiallarına əlavə olunmuş pensiya işində olan DSMF-nin İsmayıllı rayon şöbəsinin xx xxxx 2019-cu il tarixli sərəncamından görünür ki, həmin sərəncam “İnzibati İcraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinin tələblərinə uyğun deyildir. Yəni həmin inzibati akt əsaslandırılmamış, istinad olunan qanunlar və digər hüquqi aktlar göstərilməmişdir. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalar ının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır). Həmin Qanunun 67.2-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən verilmiş sərəncam qanunsuz və əsassız olmuşdur. Bu isə həmin sərəncamın ləğv edilməsinə əsas verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxmış məhkəmələr cavabdehin üzərinə iddiaçıya əlilliyə görə pensiya ödənişinin davam etdirilməsi barədə öhdəlik qoyarkən də haqlı o lmuşdur. Çünki «İnzibati icraat haqqında» Qanunun 67.3-cü maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, apelyasiya instansiya məhkəməsi şikayəti təmin etməməkdə haqlı olmuşdur və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq qərara aldı: Cavabde hin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-36/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.