Məhkəmə qərarları › İş №2-1(102)-1128/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1128/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1128/2021 22.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarın mübahisələndirilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qa rşı “**********726800 saylı, 2020-ci il 18 mart tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-782/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçıya kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,9 manat məbləğində ƏDV hesablanması barədə 2020-ci il 18 mart tarixli, **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2020-ci il 12 may tarixdə Bakı İnzibati Məhkəməs inə iddia ərizəsi ilə müraciət edərək cavabdehin **********726800 saylı, 2020-ci il 18 mart tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 2020-ci il 04 fevral tarixdə 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi (ƏDV) bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Həmin bəyannamənin təqdim edildiyi hesabat dövrü ərzində o, hər hansı mallara (işlərə, xidmətlərə) görə pul vəsaiti əldə etməmiş və ya avans almamışdır. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyə məbləği çıxarılmış və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. Sözügedən qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səb əbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında heç bir əsas göstərilməmişdir. Vergi orqanı həmin qrafada “bir dövr üzrə analoji qaydada vergi məbləği hesablanmışdır” göstərməklə kifayətlənmişdir. Hesablanan vergi məbləği vergi orqanı tərəfindən vergitutmanın hansı mənbədən, hansı qaydada tutulması göstərilməklə hesablanmalı idi. Bundan başqa, iddiaçı vergi orqanına müraciət edərək, təqdim olunmuş bəyannamənin və digər hesabat sənədlərinin nəzərə alınmasını, əsassız olaraq hesablanmış vergi məbləğinin azaldılmasını, 2020-ci il 18 mart il tarixli qərarın ləğvini xahiş etmişdir. Cavabdehin etirazları:

4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən təqdim olunmuş sonuncu mənfəət vergisi b əyannaməsində ilin sonuna 65.943,89 manat mal qalığı və həmin tarixdən sonra iddiaçı tərəfindən təqdim olunmuş bəyannamələrdə dövriyyə məbləğinin göstərilmədiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda iddiaçının fəaliyyətini dayandırması istifadəsində qalmış malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidən yayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 2017ci il 17 iyul tarixli, **********638300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində müvafiq dövrlər üzrə dəqiqlə şdirilmiş vergi bəyannamələri, idxal olunmuş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üzrə 11.869,90 manat əlavə vergi hesablanmış, bu barədə vergi ödəyicisinə 2017-ci il 07 avqust tarixli, **********211600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bundan sonra, iddiaçı 2020-ci il 04 fevral tarixdə 2017-ci ilin may ayı üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edərək, həmin ay üzrə vergi tutulan əməliyyatlarının olmamasını bəyan etmişdir. Lakin bu dəfə də iddiaçı tərəfindən idxal edilmiş malların saxlanma yeri və mal qalığı barədə ətraflı məlumat, idxal olunmuş malların satış qiymətləri barədə məlumat, araşdırılan dövr üzrə bank və kassa sənədləri, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat və mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədlər təqdim edilmədiyinə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 mart 2020-ci il tarixli **********726800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2017-ci ilin may ayı üzrə 11869.90 manat ƏDV iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2-1(112)- 4486/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin 2020-ci il 18 mart tarixli, **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh iddiaçının 2016-cı ilin sonuna 65.943,89 manat məbləğində mal qalığının olması, yəni əvvəlki hesabat dövrü üzrə mövcudluğu və sonrakı dövr üzrə bəyan olunmamasına dair heç bir sübut təqdim edə bilmədiyindən, cavabdehin mübahisələndirilən 2020-ci il 18 mart tarixli, **********726800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanuna zidd qiymətləndirilməlid ir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin 2020-ci il 18 mart tarixli sözügedən qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu vergi ödəyicisi kimi hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və faiz məbləği) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz.

7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilmə sini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-782/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı eti razda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə Vergi Məcəlləsinin kameral vergi yoxlamalarının aparılması ilə bağlı müddət məsələlərinin tənzimləyən 37.2-ci maddəsinə istinad edərək, mübahisələndirilən qərarın vergi qanunvericiliyi ilə müəyyən edilən 30 iş günü müddətində həyata keçirilmədiyini qeyd etmişdir. Məhkəmə qərarında bildirilmişdir ki, mübahisə predmetini təşkil edən 2020-ci il 18 mart tarixli qərar 2017-ci ilin may ayını əhatə etməsinə baxmayaraq, hesablamanın əsasını iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamədəki məlumatlar təşkil etmiş, lakin qərar 2015-ci il üzrə bəyannamənin təqdim edilməsindən 30 iş günü ərzində qəbul edilməmişdir.

12. Məhkəmənin sözügedən mövqeyi işin hallarının tam və hərtərəfli araşdırılmadan, o cümlədən yanl ış şərh edilməklə yekun nəticəyə gəldiyi bir daha təsdiq edilmişdir. Belə ki, mübahisələndirilən qərar 2015-ci ilin gəlir vergisini deyil, 2017-ci ilin may ayı üzrə ƏDV-ni əhatə edir. Vergi orqanı ödəyici tərəfindən 2015-ci ilin gəlir vergisi üzrə təqdim edilən vergi bəyannaməsinə deyil, məhz vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının ƏDV-si üzrə 2020-ci il 04 fevral tarixdə təqdim edilmiş bəyannaməyə münasibətdə kameral yoxlama həyata keçirmişdir. Vergi ödəyicisi tərəfindən bəyannamənin 2020-ci il 04 fevral tarixdə təqdim edildiyini və kameral qaydada yoxlamanın aparılması üçün qanunvericiliklə 30 iş günü müddətin nəzərdə tutulduğunu qeyd edərək, 2020-ci il 18 mart tarixli qərar prosessual müddət barədə tələblərə əməl edilməklə qəbul edilmişdir. Odur ki, inzibati aktın müddət ötür ülməklə qəbul edilməsi mümkün deyil.

13. Məhkəmənin burada doğru təhlil etmədiyi hal ondan ibarətdir ki, kameral vergi yoxlamasında vergi ödəyicisinin əvvəlki dövrlərdə təqdim etdiyi bəyannamədəki məlumatlardan istifadə olunmasına baxmayaraq, məhkəmə məhz əvvəlki dövrün yoxlanılması barədə qənaətə gəlmişdir. Belə ki, əvvəl də qeyd edildiyi kimi vergi orqanının kameral qərar üzrə hesablamasının əsasını məhz əvvəlki dövrlərdə mal qalığı kimi bəyan edilən məbləğin daha sonra heç bir hesabatda əks etdirilməməsi olmuşdur. Halbuki, vergi ödəyicisi tərəfindən əvvəlki dövr üzrə bəyan edilən mal qalığı növbəti hesabat dövründə ya təqdim edilərək müvafiq qaydada bəyannamədə öz əksini tapmalı, ya Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəlad ə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ilə bağlı rəsmiləşdirilməsi həyata keçirilməli və ya növbəti dövrdə də mal qalığı olaraq təsbit edilməli idi. Lakin hazırki iş üzrə mövcud olan mal qalığı qeyd edilən heç bir hala uyğun əks olunmamasına baxmayaraq, hər iki instansiya məhkəmələri tərəfindən sözügedən hal ümumiyyətlə araşdırılmamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçıları na təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhk əmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Apellyasiya instansiyası məhkəməsi qərarında gəldiyi nəticənin əsası kimi ilk növbədə Vergi Məcəlləsinin 37.2-ci maddəsində kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günü ilə bağlı tələbin pozulduğunu göstərmişdir.

21. Tərəflər təsdiq edirlər ki, iddiaçı tərəfindən 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi vergi orqanına 2020-ci il 4 fevral tarixdə tə qdim olunmuşdur. Mübahisələndirilən qərar isə 2020-ci il 18 mart tarixdə qəbul edilmişdir.

22. Vergi Məcəlləsinin 68.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

23. Beləliklə, bəyannamənin təqdim edildiyi 4 fevral tarixdən sonrakı gündən başlayaraq hesabladıqda (VM-in 68.2-ci maddəsi) martın 18-nə təqvim tarixi ilə 43 gün təşkil edir ki, bunun da 13 günü (8, 9, 15, 16, 22, 23, 29 fe vral; 1, 7, 8, 9, 14, 15 mart) qeyri-iş günlərinə təsadüf edir (VM-in 68.2-ci maddəsi).

24. Apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş 30 iş günü müddətinin digər qayda və üsulla hesablanmalı olduğunu qərarında göstərməmişdir.

25. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi 30 iş günü müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...mübahisələndirilən qərarda bu qərarın qəbul edilməsinə əsas verən hallar konkret olaraq göstərilməsə də, cavabdeh tərəfin təqdim etdiyi sənədlər və verdiyi mülahizələr onu deməyə əsas verir ki, 2020-ci il 18 mart tarixli qərar əslində vergi ödəyicisinin 2015-ci il üzrə təqdim etdiyi “gəlir vergisinin bəyannaməsi”ndə 65943,89 manat dəyərində mal qalığının bəyan edilməsi ilə b ağlı qəbul edilmişdir. Lakin həmin qərarda kameral vergi yoxlamasının keçirildiyi dövr kimi 2017-ci ilin may ayı qeyd olunmuş, sonradan aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin dövrə cavabdehin özünün də qeyd etdiyi kimi iddiaçının verdiyi bəyannamələrdə dövriyyəsinin və vergi tutulan əməliyyatlarının olmadığı göstərilmişdi. Belə olan halda, vergi orqanı 2020-ci il 18 mart tarixli qərarında 2017-ci ilin may ayını göstərsə də, kameral vergi yoxlamasının iddiaçının 2015-ci il üzrə təqdim etdiyi bəyannamədəki məlumatla bağlı olduğu nəzərə alınmaqla həmin bəyannamənin təqdim edildiyi vaxtdan 30 iş günü müddətinin ötürülməsi ilə keçirildiyi müəyyən olunur.”.

26. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinin əksinə cavabdeh haqlı olaraq qeyd edir ki, mübahisələndirilən qərar 2015-ci ilin gəlir vergisini deyil, 2017-ci ilin may ayı üzrə ƏDV-ni əhatə edir. Vergi orqanı vergi ödəyicisi tərəfindən 2015-ci ilin gəlir vergisi üzrə təqdim edilən vergi bəyannaməsinə deyil, məhz vergi ödəyicisi tərəfindən 2017-ci ilin may ayının ƏDV-si üzrə 2020-ci il 4 fevral tarixdə təqdim edilmiş bəyannaməyə münasibətdə kameral yoxlama həyata keçirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, vergi yoxlamasının aparılması zamanı vergi orqanı tərəfindən inzibati icraatın aparılması ilə bağlı digər qüsurlara da yol verilmiş, Vergi Məcəlləsinin 36.2-ci maddəsinin (Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.) və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin (İşin hallarının obyektiv araşdırılması) tələbləri təmin edilməmişdir.

28. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxı mdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) təsir etmiş olsun.

29. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların (Vergi Məcəlləsinin 36.2-ci maddəsi və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi) İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanın qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamış, vergi ödəyicisi üçün əlverişli olan və nəticəyə bilavasitə təsir edə bilən, lakin vergi orqanı tərəfindən aydınlaşdırılmayan halları qərarında göstərməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82 və 87.8ci maddələrinin tələblərinin pozulma sı ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

31. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 17 mart tarixli, 2-1(103)-782/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar