Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1128/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair i nzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(103)118/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı 25 noyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin imtinasının qanunsuz hesab edilməklə, iddiaçının diplomunun tanınması və ona müvafiq ekvivalentlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İnnovasiya sahibkarlığına dövlət dəstəyi nin təşkilinin elmi metodoloji əsasları” mövzusunda Ukrayna Milli Çerniqov Texnologiya Universitetində müdafiə etmiş, Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüş, 28 iyun 2018-ci ildə müvafiq sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət edərək həmin diplomun tanınması və ekvivalentliyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. 2019-cu ilin aprel ayında iddiaçının iştirakı ilə dissertasiya işi Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olunaraq müsbət rəy verilmiş, lakin iddiaçıya məlum olmayan səbəbdən cavabdehin 09 oktyabr 2020-ci il tarixli, 04/08-7/97 saylı məktubunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin heç bir əsas və səbəb göstərilmədən təkrar attestasiya əsasınd a tanınmasından imtina edildiyi bildirilmişdir. İddiaçı 23 oktyabr 2020-ci il tarixində cavabdehə müraciət edərək bunun səbəbi barədə məlumat verilməsini xahiş etmiş, cavabdehin 04/08-7/15 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubunda İqtisad elmləri üzrə ekspert şurasının mənfi rəyi nəzərə alınaraq, dissertasiya işinin bilmədiyi dildə olması, həmçinin ingilis dilində yazdığını bildirdiyi halda, həmin variantı təqdim etmədiyi əsas tutularaq sənədlərin təkrar attestasiya əsasında Azərbaycan Respublikasında tanınmasından imtina edilmişdir. Sənədlərinin tanınması məsələsinə apelyasiya qaydasında baxılarkən 22 fevral 2021-ci il tarixində ərizə ilə müraciət edərək sanitar epidemioloji qaydalara uyğun olaraq iddiaçını qəbul etmələrini xahiş etmiş, lakin cavabdehin 04 mart 2021-ci il tarixli cavab məktubunda xüsusi karantin qaydasında vətəndaşların qəbulunun keçirilmədiyi qeyd olunmuşdur. Apelyasiya qaydasında işə baxılarkən iddiaçı işinin ingilis dilli variantını 29 mart 2021-ci il tarixində 186 vərəq olmaqla rəsmi qaydada cavabdehə göndərmiş, lakin buna baxmayaraq Ali Attestasiya Komissiyasının 06 iyul 2021-ci il tarixli, 04/08-7/67 nömrəli məktubunda Kollegiyanın İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq 29 iyun 2021-ci il tarixli qərarı ilə onun İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin təkrar attestasiya əsasında tanınmasından imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olan dissertasiya işinin hansı meyarlarla yoxlanmasına, bu zaman həmin ixtisasa sahib mütəxəssislərin cəlb olunması barədə nə iddiaçıya məlumat verilmiş, nə də ki, imtina məktubuna bu barədə sənədlər əlavə olunaraq əsaslandırılmışdır. Cavabdehin etirazları:
3. Cavabdeh etirazında göstərmişdir ki, İddiaçı “İnnovasiya sahibkarlığın dövlət tərəfindən təşkillinin və dəstəyinin elmi-metodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukraynada verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra Komissiya) Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydas ında yenidən baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi ilə bağlı Komissiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı barədə xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrinə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır. 10.4-cü bəndinə əsasən Komissiyanın d issertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. Yuxarıda qeyd olunanlarla yanaşı Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın nostrifikasiya və təkrar attestasiya ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə mübahisələndirmə haqqında iddia xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçı Ko missiyanın Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Göründüyü kimi, iddia prosessual qanunvericiliyin müəyyən etdiyi qaydalar çərçivəsində verilməmişdir. Bu səbəbdən iddiaya məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iddiaçının iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədinin tanınmasından imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.4-cü bəndinə görə Komissiyanın dissertasiyanın elmi dəyəri barədə şikayətə dair qəbul etdiyi qərar qətidir. İddia müddətinin ötürüldüyünü və qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “diplomun tanınması və ona müvafiq ekvivalentlik haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinin təmin edilməməsinə dair müvafiq qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
4. Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2-1(112)-4086/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı narazı qaldığı xx.xx.2020-ci il tarixli inzibati aktı və özünün xx.xx.2020-ci il tarixli müraciəti ə sasında onun işinə apellyasiya qaydasında yenidən baxılaraq həmin aktın qüvvədə saxlanılması barədə xx.xx.2021-ci il tarixli inzibati aktdan vaxtında məlumatlı olduğunu etiraf etdiyi halda, hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir.
6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(103)-118/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
9. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Ali Attestasiya Komissiyasının Ekspert Şurasının iclasında müzakirə olan dissertasiya işinin hansı meyarlarla yoxlanma sına, bu zaman həmin ixtisasa sahib mütəxəssislərin cəlb olunması barədə nə iddiaçıya məlumat verilmiş, nə də ki imtina məktubuna bu barədə sənədlər əlavə olunaraq əsaslandırılmışdır. İddiaçı imtina məktubunu gec almış, onun müraciətindən imtina olunacağını düşünməmiş, buna görə də məhkəməyə gec şikayət etmişdir. Lakin şikayət vermə müddətini ötürməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
11. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hər əkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bər pası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsi ndə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildi yindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
16. İPM-in 35.1-ci maddəsinin tələbindən göründüyü kimi, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı Ukrayna Milli Çerniqov Texnologiya Universitetində “İnnov asiya sahibkarlığın dövlət tərəfindən təşkillinin və dəstəyinin elmi-metodik əsasları” mövzusunda müdafiə etdiyi dissertasiya işinə görə Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən verilmiş iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədin təkrar attestasiya əsasında tanınmasından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə imtina edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli müraciəti əsasında onun işinə apellyasiya qaydasında yenidən baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarı ilə sənədin tanınmasından imtina barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərar barədə xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubla məlumatlandırılmışdır.
18. İş materiallarında olan ca vabdehin xx.xx.2021-ci il tarixli 04/08-7/67 nömrəli məktubunda göstərilmişdir ki, Ali Attestasiya Komissiyasının Kollegiyası İqtisad elmləri üzrə ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2021-ci il tarixli qərarı ilə onun İqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərinin təkrar attestasiya əsasında tanınmasından imtina edilməsi haqqında Kollegiyanın xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Qeyd olunan məktubla iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.3-cü bəndinə müvafiq olaraq şikayət əsasında Komissiyada baxılmış və imtina edilmiş işlərə, faktiki və ya hüquqi halların maraqlı şəxsin xeyrin ə dəyişməsi istisna olmaqla, eyni əsaslar üzrə yenidən baxılmır.
19. Beləliklə, iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə baxılaraq xx.xx.2021-ci il tarixli məktubda göstərilən əsaslar təkrarən iddiaçıya izah edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli məktubdan məlumatı olduğu və ona izah verildiyi halda o, yenidən eyni əsasla cavabdehə müraciət etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Buna görə də o, hüququnun pozulduğunu iddia edə bilməz.
20. Beləliklə, iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 3 fevral 2023-cü il tarixli, 2-1(103)-118/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.