Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1128/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı inzibati orqana cərimə tətbiq edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının dövlət qulluqçusu kimi yenidən hesablanması” tələbinə dair inzibati Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)3729/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr h esablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması və bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesabl anması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı (hakim X11) ilə iddia rədd edilmişdir.
4. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2092/2021 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X12 və Hüseyn Aida Əli qızı) ilə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali M əhkəməsinin İnzibati Kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2-1(102)-191/2022 nömrəli qərarı (X1 (məruzəçi), X3 və X2) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)2092/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-1458/2022 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X14 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla, cavabdehə müraciəti daxil olduğu xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli, 2-1(102)-1843/2022 nömrəli qərarı (hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), X6 və Kərimov Səyyad Əli oğlu) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-1458/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(103)-1458/2022 nömrəli qərarı qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndərilmişdir.
10. Cavabdeh 16 fevral 2023-cü il tarixli və 12 aprel 2023-cü il tarixli məktublarında bildirmişdir ki, İddiaçı əmək pensiyası Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 9 iyun 2022-ci il tarixli 2-1 (103)-1468/2022 nömrəli Qərarına əsasən yenidən hesablanıb. Belə ki, Elxan Həşimovun 1 fevral 2017-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 58,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 67,52 manat olmaqla orta aylıq əmək haqqı 415,52 manat təşkil etmişdi r. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 14 il 2 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (415,52 manat) 75 faizi-311,64 manat məbləğində hesablanmalı olduğu halda, 311,56 manat məbləğində müəyyən edilməklə xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə ona 1,04 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyası nın ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il ta m olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar Elxan Həşimovun 14 il 2 ay 24 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 47,22 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 64,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 74,51 manat olmaqla orta aylıq əmək haqqı 458,51 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (415,52 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı sı (458,51 manat) arasındakı fərq məbləğinin (42,99 manat) 47,22 faizi-20,30 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (311,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 331,94 manat məbləğində hesablanmalı olduğu halda, 331,62 manat məbləğində müəyyən edilməklə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay müvafiq kart hesabına köçürülüb. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə ona 5,76 manat əskik pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 96,00 manat, mük afatlarla müavinətlərin cəminə görə əlavəsi 111,76 manat olmaqla orta aylıq əmək haqqısı 687,76 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək adıçəkilən şəxsin vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (458,51 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (687,76 manat) arasındakı fərq məbləğinin (229,25 manat) 47,22 faizi-108,25 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (331,94 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 440,19 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, ona xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7483,23 manat məbləğində əmək pensiyası ö dənilməli olduğu halda, həmin müddət ərzində 8864,10 manat ödənilib. Buna görə də müvafiq məhkəmə qərarına əsasən həmin dövr üzrə adıçəkilən şəxsə 1380,87 manat artıq pul vəsaiti ödənilib. İddiaçı əlillik müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılıb. Adıçəkilən şəxsin təkrar müayinədən keçməsi ilə əlaqədar 8 fevral 2021-ci il tarixində İİ dərəcəli əlilliyi müəyyən olunub. Bununla əlaqədar İddiaçı Mərkəzi Filiala 7 iyun 2021-ci il tarixində daxil olmuş müraciəti əsasında 440,19 manat məbləğində əmək pensiyası 2021ci ilin sentyabr ayında bərpa edilib. Qeyd olunanlara əsasən, ona xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10014,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 9536,41 m anat ödənilib. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 477,91 manat əskik pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində 6,80 manat əskik, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 1380,87 manat artıq, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 477,91 manat əskik pul vəsaiti ödənilib. Nəticədə adıçəkilən şəxsə 896,16 (1380,87-6,80-477,91) manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən əmək pensiyasının tərkibində İddiaçı 44,02 manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 9 iyun 2022-ci il tarixli, 2-1(103)-1458/2022 nömrəli qərarının düzgün icra edilmədiyini və ümumilikdə 161.524,35 manatın ona ödənilməli olduğunu bildirərək cavabdehin cərimə olunmasını xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim X15) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cərimənin təyin edilməsindən imtina edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəmə qərarı düzgün olaraq icra edildiyindən cərimənin təyin edilməsindən imtina edilməlidir.
14. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və cavabdehin cərimə edilməsini xahiş etmi şdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-3729/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər X10 /məruzəçi/, X14 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1906/2021 saylı, 26 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində qeyd edi lir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli olaraq araşdırılmamış, qərardad qəbul edilərkən yalnız cavabdeh təşkilatın irəli sürdüyü fikirlər əsas götürülmüş, həmin fikirlərin doğru olduğu qənaətinə gəlinmiş, iddiaçını pensiyasının apelyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1458/2022 saylı qərarı ilə yenidən düzgün və qüvvədə olan qanunvericiliyə uyğun hesablanıb verilmədiyi nəzərə alınmamışdır.
19. Belə ki, məhkəmə qərarında aydın şəkildə göstərilir ki, iddiaçı Oğuz rayon Maliyyə İdarəsinin aparıcı məsləhətçisi 2007-2008-ci illər ərzində 6 dəfə mükafat və yardım almışdır. Belə olan halda aldığı mükafat və yardımın miqdarı 73, 95 manat (295, 83 manat vəzifə maaşı x 6 mükafat və yardım = 1774, 98 manat: 24 ay = 73, 95 manat), staja görə əlavə 59,16 manat (295,83 x 20%= 59,16) olmaqla cəmi dövlət məvacibinin məbləği 428,94 manat (295,83 manat + 73,95 + 59,16) təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən alınan pensiya məbləğinin 75%-i miqdarında pensiya hesablanmalıdır. Bu zaman iddiaçının pensiyasının məbləği 321,05 manat (428,94 x 75%) olacaqdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. A li Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edi lməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Hazırki iş üzrə iddiaçının mövqeyi ondan ibarətdir ki, cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyindən onun barəsində cərimə tətbiq edilməlidir.
25. Məhkəmə kollegiyası iddiaçının mövqeyini əsassız hesab edərək bildirir ki, cavabdehin hərəkətlərində hər hansı qanun pozuntusu müəyyən edilmədiyindən onun üzərinə cərimənin qoyulması əsaslı sayıla bilməz. Belə ki, cavabdeh inzib ati orqanın üzərinə cərimə o zaman qoyula bilər ki, inzibati orqan qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında üzərinə qoyulmuş öhdəliyi icra etməsin. İnzibati orqanın məhkəmə qərarlarını icra etməməyə görə cərimə təyini ilə əlaqədar hallar həm İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə, həm də “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı ilə tənzimlənir.
26. Plenumun yuxarıda adı çəkilən qərarında qeyd edilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə ic ra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məb ləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. B u mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxın laşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzif əsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin qərarı düzgün icra olunaraq, iddiaçının pensiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə hesablanmış, sonrakı artımlara münasibətdə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinin tələblərinin tətbiq edilməsində haql ı olmuşdur.
30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində bildirmişdir ki, 1992-1993-cü illərin əmək haqqı cavabdeh tərəfindən düzgün hesablanmamışdır.
31. İddiaçının bu dəlilini də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, hazırkı pensiya təyini üçün əsas apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 2-1(103)-1458/2022 saylı qərar olmuşdur ( bu qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1483/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır). Həmin qərarın məzmunundan, eləcə də nəticə hissəsindən anlaşılır ki, iddiaçı 2007-2008-ci illərlə bağlı məsələni mübahisələndirmiş, apelyasiya instansiyası məhkəməsi bu hissədə onun mövqeyini əsaslı hesab edərək iddiaçının İİ qrup əlilliyinə görə dövlət qulluqçusu kimi əmək pensiyası, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Oğuz rayonu üzrə Maliyyə İdarəsində ştat cədvəli üzrə aparıcı məsləhətçi vəzifəsinin 2007-2008-ci illərdə əmək haqqına görə sonrakı artımlar da nəzərə alınmaqla, cavabdehə müraciəti daxil olduğu xx.xx.2020-ci il tarixindən əvvəlki üç il üçün, yəni, xx.xx.2017-ci il tarixindən yenidən hesablanıb ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
32. Beləliklə, göründüyü kimi məhkəmə baxışının predmeti və cavabdeh tərəfindən icra edilən müddət iddiaçının 2007-2008-ci illərdə əmək haqqına görə ödəmələrlə bağlı olmuşdur. Odur ki, cavabdeh tərəfindən iddiaçının 1992-1993-cü illərin əmək haqqının düzgün hesablanm aması ilə bağlı mövqeyinin hüquqi əsası yoxdur.
33. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3729/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.