Məhkəmə qərarları › İş №2-1(102)-1129/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1129/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1129/2019 03.04.2019 ALİ MƏHKƏMƏ İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə İddiаçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı “müraciətin aidiyyatı üzrə təhvil verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31.08.2017-ci il tarixli **********210300, **********138600 və **********113700 saylı məktublara qanunamüvafiq qaydada cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5313/2017 saylı 30 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/17 saylı 13 dekabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmi ş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5313/2017 saylı 30 oktyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-656/18 saylı 04 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2839/17 saylı 13 dekabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1248/18 saylı 10 may 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5313/2017 s aylı 30 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı 15.10.2018-ci il tarixdə Mülki Prosessual Məcəllənin 44.21.4-cü maddəsinə əsaslanaraq vəsatətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və 21(81)3507/2018 saylı işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatından çıxarılaraq digər məhkmə orqanına göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3507/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının vəsatəti rədd edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3507/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3507/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırdığından, o cümlədən işə ilk dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılar kən əsassız olaraq onun iddiası mümkün sayılmadığından hazırkı işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılması yolverilməzdir. X2 Məcəllənin 81, 90, 96.9-cu maddələrinə, Mülki Prosessual Məcəllənin 44.2.4cü maddəsinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndəsi X3 vəkilsiz təmsil olunduqlarından işə onların izahatı alınmadan baxılması mümkün hesa b edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 15.10.2018-ci il tarixdə MPM-nin 44.21.4-cü maddəsinə əsaslanaraq vəsatətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və 2-1(81)3507/2018 saylı işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatından çıxarılaraq digər məhkəmə orqanına göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində bax ılarkən əsassız olaraq onun iddiası mümkün sayılmamış, sonradan yuxarı instansiya məhkəmələri tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı ləğv edilmiş və beləliklə iddiaçının məhkəmə müdafiəsindən istifadə hüququndan məhrum olması faktı təsdiq edilmiş, buna görə də iddiaçı Nəsimi rayon Məhkəməsində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı mənəzi ziyanla bağlı iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə nin 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Göründüuyü kimi iddiaçının istinad etdiyi Mülki Prosessual Məcəllənin 44.2.4-cü maddəyə əsasən iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verməlidir. Hazırkı işdə isə iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı deyil, AR Vergilər Nazirliyinə qarşı verilmişdir. İddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı digər məhkəmədə iddia qaldırması isə işi başqa məhkəmədə baxılmağa verilməsi üçün qanunvericlikdə nəzərdə tutulan əsaslara aid edilmədiyindən vəsatət əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları d üzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiаçı İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2828/18 saylı 11 dekabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar