Məhkəmə qərarları › İş №2-1(102)-1129/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1129/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1129/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə da ir iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 2-1(107)-60/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh vergi orqanının 15 noyabr 2018-ci il tarixli qərarı ilə iddiaçıda 19 noyabr 2018-ci il tarixindən 1 dekabr 2018-ci il tarixinədək operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

2. Keçirilmiş operativ vergi nəzarəti nəticəsində cavabdeh tərəfindən 18 yanvar 2019-cu il tarixli, **********7837 nömrəli və eyni tarixli **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlar çıxarılmışdır.

3. Birinci qərarla iddiaçının Azərba ycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən 6792 manat, ikinci qərarla isə həmin Məcəllənin 58.7-1-ci maddəsinə əsasən 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

4. İddiaçı 28 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində iddiaçının vergi məsuliyyətinə cəlb olunması haqqında qərarlardan şikayət etmişdir.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin (indiki Dövlət Vergi Xidmətinin) xx.xx.2019-cu il tarixli, **********934400 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında qərarı”na əsasən iddiaçı barəsində tərtib edilmiş 31 noyabr 2018-ci il tarixli, VN-16 seriyalı 004387 nömrəli akt və həmin akt əsasında qəbul olunmuş 18 yanvar 2019-cu il tarixli, **********7841 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar” ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı cavabdehə qarşı 30 yanvar 2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 yanvar 2019-cu il tarixli, **********7841 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir.

7. İddiaçı məhkəməyə ünvanlanan 30 yanvar 2019-cu il tarixli ərizədə iddia tələbini belə əsaslandırmışdır ki, 18 yanvar 2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən iddiaçı MMC-də k eçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən nağdsız hesablaşmalarla bağlı qanunvericiliyin pozulması ilə aparılan əməliyyatlara görə 5198 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə **********7841 nömrəli, xx.xx.2019-cu il tarixli qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərardan narazı qalmış və qanun pozuntusuna yol vermədiyini bildirərək qərarın ləğv olunmasını xahiş etmişdir. Vergi orqanı tərəfindən qanunsuz yoxlama keçirilmiş və nəzarət jurnalında qeydiyyat aparılmamışdır. Vergi orqanı iddiaçı barəsində qərar qəbul edərkən auditor rəyini nəzərə almamışdır. Qeyd edilənlərə əsasən cavabdeh orqanın qəbul etdiyi qərar qanunsuzdur və həmin qərar heç bir hüquqi əhə miyyət kəsb etmir. Bu səbəblə də iddiaçı qəbul edilmiş qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir.

8. İddiaçı məhkəməyə ünvanladığı 1 aprel 2019-cu il tarixli digər iddia ərizəsində eyni cavabdehə qarşı iddia tələbi qaldırmış və cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 18 yanvar 2019cu il tarixli, **********7837 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəməyə ünvanlanan digər iddia ərizəsində qeyd edilmişdir ki, 18 yanvar 2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən iddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.11-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmaması səbəbi ilə 6792 manat məbləğində vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2019-cu il tarixli, **********7837 nömrəli qərar tərtib olunmuşdur. İddiaçı qəbul edilən qərarla razılaşmamış və bu səbəblə ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir.

10. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2-1(84)518/2019 nömrəli qərardadı (hakim V.K.Qasımov) ilə iddiaçının “xx.xx.2019-cu il tarixli **********7837 nömrəli qərarın lə ğv edilməsi və yeni qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmamışdır.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin **********7837 nömrəli qərarından şikayət instansiyasına verdiyi şikayəti 6 fevral 2019-cu ildə geri götürdükdən sonrakı 30 gün müddətində, yəni xx.xx.2019-cu ilədək iddia qaldıra biləcəyi halda, bunu 1 aprel 2019-cu ildə etmiş, bununla da iddia müddətini ötürmüşdür.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2019cu il tarixli, 2-1(107)-713/2019 nömrəli qərardadı (hakimlər-V.İ.Məlikov - sədrlik edən və məruzəçi, G.Q.Abbasov və R.R.Rəfiyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məh kəməsinin 19 noyabr 2019-cu il tarixli, 2-1(84)518/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli, 2-1(102)-753/2020 nömrəli qərarı (hakimlər-İ.Ə.Şəfiyev-sədrlik edən və məruzəçi, Z.M.Quliyev və R.S.Nəbizadə) ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 dekabr 2019-cu il tarixli, 2-1(107)-713/2019 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaç ı onun barəsində qəbul edilmiş 18 yanvar 2019-cu il tarixli, **********7837 nömrəli qərardan şikayət instansiyasına şikayət etmişdir. Bu halda onun sözügedən qərarın mübahisələndirilməsi barədə iddia vermə müddətinin axımının başlanğıcı, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan hesablanmalıdır. Lakin iddiaçının həmin qərardan şikayəti üzrə şikayət instansiyası qərar qəbul etməmişdir. Vergilər Nazirliyində iddiaçının şikayəti araşdırılarkən iddiaçının nümayəndəsi xx.xx.2019-cu ildə verdiyi izahatında cavabdehin 18 yanvar 2019-cu il tarixli, **********7837 nömrəli qərarından şikayətinin olmadığını bildirsə də, bu hal inzibati orqanı şikayət üzrə qərar qəbul etməkdən azad edən hal deyil. apellyasiya instansiyası məhkəməsində ikinci ic raat

18. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 sentyabr 2020-ci il tarixli, 2-1(107)-364/2020 nömrəli qərardadı ilə (hakimlər Ə.T.Məcidov-sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2-1(84)-518/2019 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

19. Məhkəmə kollegiyası iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən həmin qərarda qeyd edilən əsaslara istinad edərək işi birinci instansiya məhkəməsinə göndərmişdir. birinci instansiya məhkəməsində ikinci icraat

20. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə dair yazılı etirazında göstərmişdir ki, iddiaçı məhkəmə yə təqdim etdiyi iddia ərizəsində ilkin olaraq yoxlamanın qanunsuz keçirildiyini və yoxlamanın nəticəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli, **********0775 nömrəli qərarına əsasən iddiaçıda 19 noyabr 2018ci il tarixdən 1 dekabr 2018-ci il tarixədək olan müddəti əhatə etməklə, “Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura əsasında alınmasına” nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri təyin edilmişdir. İddiaçı vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən “Ağac və mantardan, nazik yonqarlardan və hörmə üçün materiallardan sair məmulatların istehsalı” (kod 16290) fəaliyyət növü ilə məşğuldur. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 130.1-ci maddəsinin tələbləri pozulduğuna görə (bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı birinin olmamasına görə) ona 6792 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddiaçı yoxlama zamanı nəzarət jurnalına qeydiyyat aparılmadığını və vergi orqanı qərar qəbul edərkən auditor rəyini nəzərə almadığını qeyd etmişdir. 30 noy abr 2018-ci il tarixli, 004387 nömrəli aktdan göründüyü kimi, nəzarət kitabçası operativ vergi nəzarəti zamanı vergi orqanının vəzifəli şəxsinə (yoxlayıcıya) təqdim edilmədiyi üçün qeydiyyatın aparılması mümkün olmamışdır. Eləcə də, vergi ödəyicisinin icra orqanının rəhbəri tələbnaməni almaqdan imtina etmiş və vergi nəzarəti zamanı auditor rəyi təqdim edilməmişdir.

21. Şəki İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarı (hakim İ.H.Cabbarov) ilə iddia təmin edilmiş, cavabdeh orqanın iddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 yanvar 2019-cu il tarixli, **********7837 nömrəli qərarı ləğv edilmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ayrı-ayrı vətəndaşların həyətyan ı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada almış, həmin şəxslər isə vergi ödəyicisi olmadığı üçün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab faktura təqdim etməsi mümkün olmamışdır. Ona görə də, iddiaçı həmin məhsulları (qoz ağacı və onun kök hissəsi) kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin tələblərini pozmamışdır. Vergi orqanı tərəfindən iddiaçı barədə vergi yoxlamasının keçirilməsi üçün qanuni əsas olmadığından, habelə aparılmış qanunsuz yoxlamanın nəticəsində qəbul olunmuş mübahisə predmeti olan qərar ləğv olunmalıdır.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. apellyasiya instansiyası məhkəməsində ü çüncü icraat

24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2021-ci il tarixli, 21(107)-207/2021 nömrəli qərarı (hakimlər R.R.Rəfiyev-sədrlik edən və məruzəçi, V.İ.Məlikov və İ.H.Şükürov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

25. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

26. Cavabdeh qeyd edilən qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1732/2021 nömrəl i qərarı ilə (hakimlər N.İ.Rəsulbəyova-sədrlik edən və məruzəçi, İ.K.Hüseynov və K.N.Bədəlov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 iyun 2021-ci il tarixli, 2- 1(107)-207/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisənin mahiyyətini iddiaçının qoz ağacı və onun kök hissələrini nağd yoxsa nağdsız qaydada alması deyil, qeyd olunan məhsulların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməməsi təşkil edir. Vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə bütün rekvizitlər əks olunmaqla alış aktları və elektron alış aktı tərtib edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının aldığı mallara görə belə aktların tərtib edilməsi müəyyən olunmamışdır. Bu səbəbdən də cavabdeh bu halı pozuntu kimi qiymətləndirərək iddiaçı barəsində maliyyə sanksiyası tətbiq etmişdir. Apellyasiya məhkəməsi isə mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hallarla bağlı tam, hərtərəfli araşdırma aparmamış, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. apellyasiya instansiyası məhkəməsində dördüncü icraat

29. İddiaçının məhkəməyə təqdim etdiyi 1 noyabr 2018-ci il tarixli, HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı”na əsasən iddiaçının nümayəndəsi tərəfindən X1 50 000 manat məbləğində qoz ağacının kök hissələri alınmışdır.

30. Cavabdeh tərəfindən təqdim edilən “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat”a əsasən HXG seriyalı 015250-015300 nömrəli “Malların alış aktı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 5 fevral 2019cu il tarixdə iddiaçıya satılmışdır.

31. Sorğuya cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş 9 fevral 2022-ci il tarixli, 12 nömrəli məktubda qeyd edilmişdir ki, HXG seriyalı, 015251 saylı “Malların alış aktı” müəssisədə çap olunmuş və 5 fevral 2019-cu il tarixli, HFX seriyalı 015417 nömrəli malların təhvil-qəbul aktı ilə iddiaçıya verilmişdir.

32. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən göndərilmiş 18 fevral 2022-ci il tarixli, **********924000 nömrəli məktubda qeyd edilmişdir ki, 1 noyabr 2018-ci il tarixli, HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı” məzmunlu ciddi hesaba t blankı iddiaçının sifarişi əsasında "xxxx" MMC-də çap edilmiş və vergi orqanında olan mənbəyi bəlli baza məlumatlarına əsasən 5 fevral 2019-cu il tarixdə EAAP seriyalı, 968697 nömrəli elektron qaimə ilə iddiaçıya təqdim edilmişdir.

33. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli 2-1(107)-60/2022 nömrəli qərarı (hakimlər E.Ş.Hüseynov-sədrlik edən və məruzəçi, M.A.Əsədli və A.A.Mahmudov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş və iddia təmin olunmamışdır.

34. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi malların alış aktı mötəbər sayıla bilməz. Çünki, iddia çının təqdim etdiyi həmin ciddi hesabat blankı hesab edilən Seriya HXG,15251 nömrəli “Malların alış aktı”nın 1 noyabr 2018-ci il tarixdə tərtib edildiyi qeyd edilsə də, iddiaçı sözügedən malların alış aktını 5 fevral 2019-cu ildə əldə etmişdir. Bu isə həmin alış aktının 1 noyabr 2018-ci il tarixdə deyil, sonralar (05 fevral 2019-cu ildən sonra) tərtib edildiyinə dəlalət edir və onun sübut növü kimi qəbul edilməsi istisna olunur. İş materialları ilə iddiaçının qoz ağacı və onun kök hissələrini vergi orqanında uçotda olmayan ayrı-ayrı şəxslərdən alarkən həmin məhsulların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilmədiyi, iddiaçı tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmişdir.

35. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməs ini, Şəki İnzibati Məhkəməsinin 2 fevral 2021-ci il tarixli, 2-1(116)-283/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

36. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini, iddiaçının qaimədə göstərilən mallara görə vergi ödəməsini nəzərə almamışdır. İddiaçı tərəfindən həmin mallara görə ödənilmiş vergi hesabını araşdırmamış və hüquqi qiymət verməmişdir. İddiaçı tərəfindən 1 noyabr 2018-ci tarixli akt tərtib olunmuş, həmin aktda göstərilmiş mallara görə iddiaçı 4 dekabr 2018-ci il tarixdə ixrac əməliyyatı aparmış və vergi ödənişlərini həyata keçirmişdir. Dövlət Vergi Xidmətinin 13 saylı ərazi İdarəsinin əməkdaşı 5 dekabr 2018-ci il tarixdə iddiaçının nümayəndəsinə zəng edərək onun işlədiyi ünvana gəlmişdir. Həmin ünvanda 30 noyabr 2018-ci il tarixli akt tərtib etmişdir. İddiaçı tərəfindən 4 dekabr 2018-ci il tarixdə ixrac olunan, vergisi ödənilmiş ixrac mallara görə 18 yanvar 2019-cu il tarixli, **********837 nömrəli qərarla maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı məhkəməyə 1 noyabr 2018-ci il tarixli alış aktı təqdim etməsinə baxmayaraq məhkəmə həmin aktda göstərilən mallara görə aparılmış ixrac əməliyyatları ilə bağlı araşdırmanı ətraflı aparmamış, yəni Dövlət Vergi Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğular verməmiş, həmin vergi ödəmələri və ixrac edilməsi barədə rəsmi məlumatlar həmin orqanlar tərəfindən təqdim edilməmişdir. Cavabdeh tərəfindən 30 noyabr 2018-ci tarixli qanunsuz aktın tərtib olunduğu sübut olunduğu halda, məhkəmə qaim ənin 05 fevral 2019-cu il tarixdə tərtib olunması qənaətinə gəlmiş və iddia tələbini təmin etməmişdir. Məhkəmə həmin malların ixrac olunması vaxtı, vergi xidmətinin əməkdaşı tərəfindən aktın mallar ixrac olunduqdan sonra tərtib edilməsi və ixrac olunan mallara görə vergi ödənişinin aparılması ilə bağlı halların araşdırması üçün heç bir prosessual hərəkət aparmamışdır. Apellyasiya məhkəməsi qanunun tələblərini nəzərə almamış, təqdim edilmiş və iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

37. Cavabdeh kassasiya şikayətinə yazılı etirazında göstərmişdir ki, iddiaçı ayrı-ayrı vətəndaşların həyətyanı sahəsindən qoz ağacı və onun kök hissələrini nağd qaydada aldığını qeyd etmişdir. Həmin şəxslər isə vergi ödəyicisi olmadığı üç ün iddiaçıya malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura təqdim edilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı həmin məhsulu kənd təsərrüfatı məhsulu olduğu üçün nağd qaydada ayrı-ayrı şəxslərdən (kəndlilərdən) almış və bu zaman vergi qanunvericiliyinin normalarının tələbini pozmamışdır. İddiaçı tərəfindən öz mövqeyinin əsaslandırılması üçün "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə istinad olunmuşdur. Halbuki vergi orqanı tərəfindən iddiaçıya sanksiyanın tətbiqinin qeyd olunan müddəa ilə hər hansı bir əlaqəsi yoxdur. Mübahisənin predmeti kənd təsərrüfatı məhsullarının nağd yaxud nağdsız qaydada satın alınması deyildir. Mübahisənin predmetini təşkil edən məsələ iddiaçı tərəfindən qe yd olunan məhsulların alınmasının qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirilməməsi olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 130.1 və 71-2-ci maddələrinin tələbinə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallar alış aktları ilə rəsmiləşdirilməlidir. Qeyd olunan hallar Şəki Apellyasiya Məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış və məhkəmə haqlı olaraq cavabdeh vergi orqanının apellyasiya şikayətinin təmin edilməsinə və iddiaçının iddia tələbinin rədd edilməsinə dair 15 mart 2022-ci il tarixli, 2-1(107)- 60/2022 nömrəli qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

38. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qay dada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;... Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3. bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında.... Maddə

71. Vergi ödəyiciləri tərəfindən uçot sənədlərinin tərtib edilməsi və saxlanması 71.1. Vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar.... Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab ed ilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Maddə

130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləy ə əsasən müəyyən edilir.... 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur....

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar təl əb edə bilər.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayət də mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həm in qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

44. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi t ərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

45. Qanunvericiliyin yuxarıda istinad olunan normaları və Ali Məhkəmənin sonuncu qərarında nəzərdə tutulmuş göstərişlər baxımından, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın əsaslığına dair məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

46. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

47. İddiaçı kassasiya şikayətinin dəlillərində cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair aktın malların ixracından sonra tərtib edildiyinə, habelə, məhkəməyə təqdim edilmiş alış aktında göstərilən mallar üzrə ixrac əməliyyatları ilə bağlı araşdırmanın aparılmadığına istinad edir.

48. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdehin mübahisələndirilən 18 yanvar 2019-cu il tarixli, **********7837 nömrəli qərarı ilə iddiaçı barəsində maliyyə sanksiyası onun tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri pozulduğuna görə tətbiq edilmişdir.

49. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə görə, bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər, o cümlədən malların alışını və ya mədaxilini təsdiq edən sənədlər olmadıqda alıcıya münasibətdə maliyyə sanksiyası tətbiq edilir. Həmin normanın tələbinə əsasən alıcıya, təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmçinin nəzərə almaq lazımdır ki, malların alışını və ya mədaxilini təsdiq edən sənədlər vergi qanunvericiliyi ilə müəyyən edilmiş formada və qayda tərtib edilməlidir.

50. Bu Qərarın 38-ci bəndində istinad olunan normaların müddəaları ilə alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları da həmin sənədlə r sırasına aid edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, həmin mallar üzrə iddiaçı tərəfindən ixrac əməliyyatlarının aparılması və bununla bağlı müvafiq vergi ödənişlərinin həyata keçirilməsi iddiaçını malların alışını və ya mədaxilini təsdiq edən sənədləri vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirmək vəzifəsindən azad etmir və malların alışını belə rəsmiləşdirmə qaydalarını pozmaqla həyata keçirmiş iddiaçıya haqq qazandıra bilməz.

52. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən vergi öhdəliyi yaradan əməliyyatların rəsmiləşdirməsi ilə bağlı qaydaların nəzərdə tutulması vergi öhdəliklərinin yerinə yetirilməsi və vergi öhdəliklərinin müəyyən edilməsi zamanı həm vergi orqanları, həm də vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməl olunması və bunu n üzərindən həm də hüquqi müəyyənliyin, eləcə də vergi ödəyicilərinin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

53. Bu Qərarın 38-ci bəndində istinad olunan normalara görə, vergi ödəyicisi olan hər hansı şəxs həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən, həmin şəxsdən vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən, həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vax tlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

54. Yuxarıda istinad olunan normalara görə, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda, alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edil ir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Alış aktları rəsmi uçot sənədləri sayılır.

55. İstinad olunan normaların tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də iddiaçının məsuliyyətə cəlb olunması məhz onun tərəfindən alınmış malların qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq rəsmiləşdirilməməsi, yəni malların alışının müvafiq mötəbər alış aktları ilə təsdiq edilməməsi ilə bağlıdır.

56. İddiaçı tərəfindən müvafiq malların vergi və gömrük prosedurlarına uyğun olaraq ixrac edilməsi onun yuxarıda istinad olunan normalarda (Vergi Məcəlləsinin 58.8.2ci, 71-ci, 71-2-ci, 130-cu və digər maddələrində) təsbit edilmiş tələblərə əməl etməməsinə bəraət qazandıra bilməz. Odur ki, kassasiya şikayətinin qeyd edilən dəlili əsassız sayıldığından, apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən hal qismində qəbul edilə bilməz.

57. Bundan başqa, iddiaçı məhkəməyə təqdim etdiyi 1 noyabr 2018-ci il tarixli, HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı”na istinad edərək malların alınmasının vergi qanunvericiliyinin tələblərinə uyğun rəsmiləşdirildiyini qeyd etsə də, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından həmin HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı”nın "xxxx" MMC tərəfindən çap olunduğu, 5 fevral 2019-cu il tarixli, HFX seriyalı, 015417 nömrəli malların təhvil-qəbul aktı ilə id diaçıya təhvil verildiyi təsdiq olunmuşdur. Başqa sözlə, iddiaçı tərəfindən 5 fevral 2019-cu il tarixdə əldə edilmiş HXG seriyalı, 015251 nömrəli “Malların alış aktı”nın 1 noyabr 2018-ci il tarixdə həyata keçirilmiş alış əməliyyatı zamanı tərtib olunması və imzalanması həqiqəti əks etdirmir. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən 1 noyabr 2018-ci il tarixli “Malların alış aktı”nın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini onun vergi məsuliyyətindən yayınmasına cəhd kimi qiymətləndirir və təqdim edilmiş alış aktının yuxarıda göstərilən səbəblərdən mötəbər sayılmaması barədə apelyasiya məhkəməsinin qənaətini əsaslı hesab edir.

58. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən mübahisəni n müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

60. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasi ya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 mart 2022-ci il tarixli, 21(107)-60/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar