Məhkəmə qərarları › İş №2-1(102)-1129/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1129/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1129/2023 18.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1964-cü il təvəllüdlü; FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. NZ seriyalı ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir.

2. FB-İ seriyalı 083021 nömrəli diploma və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01-121 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və kimya institutuna daxil olmuş, 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə tam kursunu bitirmişdir.

3. İT-İ seriyalı ******* nömrəli xx.xx.1991-cı il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən iddiaçı: - xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “Neft daşları” DQİİ-Neft-qaz üzrə istismar və kəşfiyyat quyularının qazılması üzrə qazmaçı; - xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək Texniki-istehsalat şöbəsində mühəndistexnoloq; - xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək 1145 saylı meydançada qazma ustasının köməkçisi; - xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək İstehsalat xidmət bazasının operativ qrupunda qazma ustasının köməkçisi; - xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək 1146 saylı meydançanın qazma ustas ı; - xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək İstehsalat xidmət bazasının Zığ sahəsindəki təchizat qrupunda anbar müdiri; - xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək 2 saylı rayon mühəndis texnoloji xidmətində mühəndis texnoloq; - xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək 450 saylı dəniz özülündə qazma ustası; - xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Bahar Yatağı” 168 saylı dəniz özülündə qazma ustası; - xx.xx.2014-cü ildən xx.xx.2017-ci ilədək “Neft Daşları istehsalat bölümü 1887 saylı DSÖ-də qazma ustası; - xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək “Neft Daşları” istehsalat bölümü 740 saylı DSÖ-də qazma ustası; - xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək Qaradağ, Kalmaz İstehsalat bölümü, Qaradağ sahəsi ZZ40C2 N1 saylı qurğuda qazma ustası; - xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək Logis tika bölümünün Kəmər endirmə və qəzaların ləğvi sahəsində qazma ustası vəzifəsində işləmiş, xx.xx.2021-ci ildən Qazmaservis istehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası vəzifəsinə keçirilmişdir.

4. SOCAR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışın surətindən müəyyən olunur ki, iddiaçı həqiqətən SOCAR "X1” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərli hesab edilən peşələrdə işləyib. “Neft Daşları" X2 İdarəsi üzrə: xx.xx.1991-xx.xx.1993-cü illər Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi: xx.xx.1993- xx.xx.2003-cü illər Texniki-istehsalat şöbəsində mühəndis-texnoloq; xx.xx.2003- xx.xx.2004-cü illər qazma ustasının köməkçisi; xx.xx.2004-xx.xx.2005-ci illər İstehsalata xidmət ba zasının operativ qrupunda mühəndis: xx.xx.2005-xx.xx.2006-cı illər qazma ustasının köməkçisi; xx.xx.2006-xx.xx.2009-cu illər qazma ustası; xx.xx.2009xx.xx.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; xx.xx.2010-xx.xx.2012-ci illər 2 saylı Rayon-mühəndis texnoloji xidmətində mühəndis texnoloq; xx.xx.2012xx.xx.2014-cü illər qazma ustası; “X1” trestinin “Neft daşları” İstehsalat bölmələri üzrə: xx.xx.2014-xx.xx.2021-ci illər Qazma ustası peşələrində və vəzifələrində işləyib. xx.xx.2021-ci ildən hal-hazıradək “X1” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası vəzifəsində işləyir. Arayış SOCAR “Kompeks qazma işləri” tresti üzrə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 nömrəli qərarı (1 və 2 nömrəli siyahı) nəzərə alınmaql a Əmək kitabçasına əsasən verilmişdir.

5. SOCAR tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR**********081200598X00012 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı həqiqətən SOCAR "X1” trestinin müxtəlif idarələrində əmək şəraiti ağır və zərərl hesab edilən peşələrdə işləyib. “Neft daşları” X2 İdarəsi üzrə: xx.xx.1991-xx.xx.1993-cü illər Neft və Qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi (1100000a-11297); xx.xx.1993-xx.xx.2003-cü illər Texniki-istehalat şöbəsində mühənndistexnoloq (1100000b-22247); xx.xx.2003-xx.xx.2004-cü illər qazma ustasının köməkçisi (1100000b- 23196); xx.xx.2004-xx.xx.2005-ci illər İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis (1100000b-22247); xx.xx.2005-xx.xx.2006-cı illər qazma ustasının köməkçisi (1100000b-2319 6); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarına 1 nömrəli əlavənin X bölməsinə əsasən, xx.xx.2006-cı il tarixinədək olan güzəştli iş stajı 14 il 3 aydır. “Neft Daşları” X2 idarəsi üzrə: xx.xx.2006xx.xx.2009-cu illər qazma ustası; xx.xx.2009-xx.xx.2010-cu illər İstehsalata xidmət bazasının anbar müdiri; xx.xx.2010-xx.xx.2012-ci illər 2 saylı Rayon-mühəndis texnoloji xidmətində-texnoloq; xx.xx.2012-0.02.2014-cü illər Qazma ustası “X1” trestinin “Neft Daşları” İstehsalat bölümü üzrə: xx.xx.2014-xx.xx.2021-ci ilər Qazma ustası peşələrində və vəzifələrində işləyib. xx.xx.2021-ci ildən hal-hazıradək “X1” trestinin Qazmaservis İstehsalat bölümünün Kəmər endirmə sahəsində qazma ustası işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 2 nömrəli qərarına əsasən (siyahı 10.1) güzəştli stajı 12 il 1 aydır.

6. İddiaçı cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-cu il tarixli, **********6 nömrəli imtina məktubunda göstərilmişdir ki, təqdim edilən SOCAR-ın “X1” trestinin iddiaçıya dair 7 dekabr 2021-ci il tarixli SOCAR**********81200598X00043 nömrəli arayışında onun işlədiyi xx.xx.1993 - xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə Texniki istehsalat şöbəsində mühəndis texnoloq və xx.xx.2004 - xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində İstehsalata xidmət bazasının operativ qrupunda mühəndis vəzifələri bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (3 il 8 ay 8 gün (xx.xx.1991- xx.xx.1993-cü il, xx.xx.2003-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 1 ay 21 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991- ci il, xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 3 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı ərizəsində “Əmək Pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinə və ona məxsus əmək kitabçasının yuxarıda qeyd olunan məlumatlarına istinad edərək bildirmişdir ki, onun, əyani təhsillə birlikdə ümumi iş stajı 21 il, 3 ay, 17 gün və 13 il, 3 ay, 17 gün isə zərərli iş stajı mövcuddur. Hesab etmişdir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilməlidir. Eyni zamanda qeyd etmişdir ki, hazırda qüvvədə olan qanunvericiliklə tələb olunan sığorta stajını qanun qüvvəyə mindiyi günədək qazandığına görə, ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş tələblərinə uyğun pensiya təyin edilməlidir.

10. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5954/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia qismən təmin edilərək, iddiaçıya 52 yaşının tamam olduğu, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensi yasının xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı hərbi xidmət illəri daxil olmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə müvafiq olaraq ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı il ə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X Bölmənin “Qazma adlanan İ hissəsi (kod 1100000)- Rəhbərlər və mütəxəssislər (kod 1100000b-18559)buruqların ustaları və onların köməkçiləri (kod 1100000b – 23196) və bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (kod 1100000b—22247).

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5954/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəl illəri

18. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” A zərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara ya şa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan X Bölmənin Qazma adlanan İ hissəsi (kod 1100000) Rəhbərlər və mütəxəssislər (kod 1100000b -18559) buruqların ustaları və onların köməkçiləri (kod 1100000b - 23196) bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) (kod 1100000b - 22247)

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məh kəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də ş ikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əsasən iddiaçının 52 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuşdur və o, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş (2 il 7 gün), 1985-ci ildən 1991-ci ilə kimi Azərbaycan Neft və kimya institutunda təhsil almış (5 il 9 ay 10 gün), əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi “Neft daşları” DQİİ-Neft-qaz üzrə istismar və kəşfiyyat quyularının qazılması üzrə qazmaçı köməkçisi, qazmaçı, Texniki-istehsalat şöbəsinə 2 dərəcəli mühəndis-texnoloq,1145 saylı meydançaya 11-ci dərəcəli qazma ustasının köməkçisi, qazma ustası, İstehsalat xidmət bazasının Zığ sahəsindəki təchizat qrupuna 7ci dərəcəli anbar müdiri, mühəndis texnoloji xidmətinə 12-ci dərəcəli mühəndis texnoloq vəzifələrində (xx.xx.2006-cı il tarixədək 14 il 3 ay 14 gün), xx.xx.2014-cü il tarixdən halhazıra kimi “Neft Daşları istehsalat bölümündə işləyir. 30. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidə n hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur ki, hazırkı iş üzrə işəgötürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 10 ildən çox güzəştli iş stajı mövcud olmuşdur. İşin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pens iyaları haqqında» Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.

31. Bundan başqa, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

32. Eyni zamanda, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

33. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblə rinə uyğun olan qərar qəbul etməlidirlər.

34. Məhkəmə kolegiyası qeyd edir ki, iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubundan iddiaçının ilk dəfə hazırkı tələblə cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyi müəyyən olunur. Eyni zamanda, iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırkı tələblə cavabdeh inzibati orqana hər hansı üzrlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən haqlı olaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya ödəniləcək pensiya xx.xx.2018-ci il tarixdən hesablanaraq, ödənilməlidir.

35. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

36. Apellyasiya instan siyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-224/2023 nömrəli, 3 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar