Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1129/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğv edilməsi; iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidm əti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər Nizami Bələdiyyəsi və X5) çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 21(104)-755/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. **********58-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 2. **********186-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.14 ha torpaq sahəsi üçüncü şəxs X1 xüsusi mülkiyyətindədir.
3. İddiaçı X3 cavabdeh İddiaçı qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin məhkəmə icraatı zamanı alınmış mütəxəssis rəyində qeyd edilmişdir ki, cavabdeh İddiaçı tərəfindən inşa edilmiş 129.80 kv.m tikilinin 117.30 kv.m hissəsi **********58 reyestr nömrəli Çıxarışa əsasən cavabdehin öz mülkiyyətində, 12.50 kv.m hissəsinin isə cavabdehin öz mülkiyyətindən kənar torpaq sahəsində inşa edildiyi aşkarlandı. Cavabdeh tərəfindən, öz mülkiyyətindən kənar torpaq sahəsində 12.50 kv.m inşa etdiyi mübahisəli tikili, iddiaçı X2 **********86 reyestr nömrəli Çıxarışına əsasən, mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinə giriş-çıxış üçün istifadə olunan yolun 12.50 kv.m hissəsində tikildiyi müəyyən edildi.
4. İddiaçı cavabdehə müraciət edərək **********186-10301 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli texniki pasportun ləğv edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli, 21-3/33-12-Q-00xx-xx/2024 saylı imtina məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmiş və aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 321-3/33-12-Q -00xx-xx/2024 saylı imtina aktının ləğv edilməsini, xx.xx.2021-ci il tarixli inzibati aktın ləğvi və mübahisələndirilən xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur və xx.xx.2021-ci il tarixdə həmin fərdi yaşayış evinə dair onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Ona məxsus fərdi yaşayış evinin qarşısında isə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 məxsus Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanında yerləşən fərdi yaşayış evi var. Lakin sənədləşmə zamanı Əsəd Məmmədova məxsus 3 7 saylı evin giriş qapısı talvar, əlavə qapısı isə əsas qapı kimi səhvən göstərilmişdir. Həmçinin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Əsəd Məmmədovun atası mərhum X1 adına verilmiş xx.xx.2007-ci il tarixlı 15078567 qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin ölçüsü 0.01 ha, xx.xx.2021-ci il tarixli Əsəd Məmmədovun adına verilmiş çıxarışda həmin torpaq sahəsinin ölçüsü 0.14 ha olmaqla bütövlükdə mərhum Aqil Məmmədovun adına 68.7 kv.m tikili isə bütövlükdə X2 adına göstərilmiş, Əsəd Məmmədovun adına yenidən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda isə torpaq sahəsinin ölçüsü 0.14 ha qeyd edilmişdir. Göründüyü kimi ünvan 5 ünvanına dair bir neçə müxtəlif tarixlərdə sənədlər tərtib edilmişdir. Həmçinin bir ay fərqlə verilmiş çıxarışların birində daşınmaz əmlak torpaqsız X2 adına qeyd edilsə də, xx.xx.2021-ci il tarixli çıxarışda artıq tikili Əsəd Məmmədovun adına, torpaq sahəsi isə mərhum Aqil Məmmədovun adına göstərilmişdir. Bundan başqa Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair cavabdeh orqan tərəfindən verilmiş texniki pasportda evin əsas giriş qapısı talvar kimi, əlavə qapısı isə səhvən əsas qapı kimi qeyd edilmişdir. Bu səbəblərdən onun mülkiyyət hüquqları pozulduğundan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi, ev 37 ünvanınında yerləşən fərdi yaşayış evinə dair verilmiş çıxarışa düzəliş edilməsi ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətinin icrasından imtina etmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(1 14)-637/2024 nömrəli qərardadı ilə (hakim E.Axundov) iddia tələbi mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə üçüncü şəxs X2 xüsusi mülkiyyətində olan daşınmaz əmlaka dair aparılmış qeydin ləğv edilməsini tələb etdiyindən əvvəlcə özünün həmin əmlaka hüququnun olması, yəni hazırkı tələblə iddianı qaldırmaq üçün özünün subyektiv hüququnun mövcudluğunu sübuta yetirməlidir. Lakin, iddiaçı hazırkı iddia üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbini irəli sürsə də, bununla bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.... iddiaçının mübahisələndirdiyi çıxarış üzrə torpaq sahəsinə onun heç bir hüququ aidiyyəti olmadığından və hər hansı hüququnu pozmadığından həmin torpaq sahəsini və çıxa rışı mübahisələndirməkdə subyektiv hüququ olmamışdır.
10. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-755/2024 nömrəli qərardadı ilə (hakimlər: R.Mamedov – sədrlik edən və məruzəçi, İ.Həsənov və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki,...mütəxəssis rəyi bunu deməyə əsas verir ki, iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan to rpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında özü də bildirmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil. Digər tərəfdən iddiaçının mübahisə predmeti olan əmlaka subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənədin, yəni daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə, vərəsəlik hüququ haqqında, yaşayış evlərinin, torpağın mülkiyyətə dair şəhadətnamə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və s. sənədlərin olması iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən də məhkəməyə təqdim edilməmişdir. Yəni bir növ iddiaçı əmlaka dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir. Beləliklə də, yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir.
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-133/2022 nömrəli qətnaməsi ilə X2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin İddiaçı hesabına sökülməsi və ünvan 6 ünvanda yerləşən fərdi y aşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi cavabdeh İddiaçı həvalə edilməsi qət edilmişdir. Halbuki həmin qərar hüquqi qüvvəyə minməmişdir, İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir və iş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-60/2024 saylı iş üzrə icraatındadır, həmçinin həmin iş üzrə icraat dayandırılmışdır, yekun qərar qəbul edilməmişdir. Gəncə İnzibati Məhkəməsi iddia ərizəsini mümkün hesab etməyərək, iddiaçının subyektiv hüququnu pozmuşdur, belə ki, hazırkı iş üzrə yekun qərar Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan işin nəticələrinə birbaşa təsir edir. Belə ki, məhkəmə özü də qərarında qeyd etmişdir ki, “Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı məxsus 69 saylı yaşayış evinin pilləkən marşları üçüncü şəxs X2 xüsusi mülki yyətində olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır ki, bu da ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının alınmasına səbəb olmuşdur.” Halbuki, məhkəmə üçüncü şəxsin fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının alınmasına səbəb olan pilləkən marşlarını qurmaları barədə qeyd etməklə faktiki olaraq təsdiq etmişdir ki, hüquq və mənafelərin toqquşması vardır.
15. Kassator Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, MPM-in 87.2, 88, 217-ci və İPM-in 29-1, 36.1-ci maddələrinə istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessu al Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfində n tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şi kayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istin ad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolver iləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
27. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, iddiaya mahiyyəti üzrə o zaman baxıla bilər ki, digər şərtlərlə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də ödənilsin.
28. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını n əzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa ma lik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə, aşağıda qeyd olunmuş səbəblərdən hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur.
32. İddia tələbindən göründüyü kimi, iddiaçının hüquqi marağı üçüncü şəxsin adına olan xx.xx.2021-ci il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli 51192 nömrəli te xniki pasportun ləğv edilməsinə yönəlmişdir.
33. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilməmişdir.
34. Bundan başqa iddiaçı apellyasiya məhkəməsinin iclasında verdiyi izahatında özü də bildirmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışda qeyd olunan, üzərində üçüncü şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə onun heç bir bağlılığı mövcud deyil.
35. Eyni zamanda iddiaçı mübahisə predmeti olan əmlaka aid sənədlərin mübahisləndirilməsi üçün subyektiv hüququnun olmasını təsdiq edən hər-hansı hüquqmüəyyənedici sənəd-sübut da təqdim etməmişdir.
36. Belə olan halda, iddiaçı onun torpaq sahəsi ilə üst-üstə düşməyən üçüncü şəxsin adında tərtib edilmiş sənədlərin ləğv edilməsini tələb etməyə subyektiv hüququ olmamışdır. Odur ki, apellyasiya məhkəməsi haqlı olaraq iddia tələbini mümkün saymamışdır.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərardadı hazırkı qərarın 17(a), 19, 20-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 2-1(104)-755/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.