Məhkəmə qərarları › İş №2-1(102)-113/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-113/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-113/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması, reyestrdən çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1561/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2008 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 06.03.2008-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmişdir ki, ünvan saylı yaşayış binasının qarşısında yerləşən sahənin bir hissəsi Nəsimi rayon bələdiyyəsinin balansındadır. Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tiki nti-planlaşdırma idarəsinin 09.08.1995-ci il tarixli, 18/03-8/531 saylı məktubu ilə ünvan saylı binanın qarşısında yararsız torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair 2003-cu ildə Nəsimi Bələdiyyəsi ilə uzunmüddətli icarə müqaviləsi bağlamış və səlahiyyətli qurum tərəfindən tərtib edilmiş eskiz layihə əsasında qeyri-yaşayış sahəsi inşa etmiş, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsinə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 75 nömrəli, 17.04.2015-ci il tarixli sərəncamı ilə icazə verilmişdir. İddiaçı 2003-cü ildə bələdiyyədən icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və texniki pasportun tərtib edilməsi üçün cavabdehə müraciət etsə də, müraciət i təmin edilməmişdir. İddiaçı 21 iyun 2018-ci il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə texniki pasportun və mülkiyyət hüququna dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan -nın qarşısında, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikintiplanlaşdırma idarəsinin 09.08.1995-ci il tarixli, 18/03-8/531 nömrəli məktubuna və Nəsimi Bələdiyyəsi ilə bağlanmış 22.01.2003-cü il tarixli, 03/93 nömrəli müqaviləyə əsasən istifadəsində olan torpaq sahəsində qeyri-yaşayış obyekti tikdirmişdir və bu günə qədər mövcud o lan obyektdən istifadə edir. Tikili 2015-ci ildə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 75 nömrəli sərəncamı ilə rəsmiləşdirilmişdir. Qeyd olunan sənədləri obyektə mülkiyyət hüququnu rəsmiləşdirmək məqsədilə cavabdehə təqdim etmişdir. Lakın cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş qanunamüvafiq hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması və elektron baza məlumatlarına əsasən qeyri-yaşayış binasının yolun kənarında yaşıllıq olan ərazidə yerləşməsi və sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmaması əsası ilə onun müraciətini təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-127/2019 saylı iş) 14 mart 2019-cu il tarixli qərarı ilə iddi a təmin edilərək iddiaçının sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçı bələdiyyədən icarəyə götürdüyü, yəni qanuni əsaslarla istifadəsində olan torpaqda qeyriyaşayış sahəsi inşa etmiş, qeyri-yaşayış sahəsi icra hakimiyyəti tərəfindən istismara qəbul edilmişdir. Qeyri-yaşayış sahəsinin qanunauyğun şəkildə icarəyə götürülmüş sahədə inşa edilməsi və icra hakimiyyəti tərəfindən istismara qəbul edilməsi iddiaçı tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas kimi qanun vericilikdə nəzərdə tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X6 və X2, 2-1(103)-1561/2019 saylı iş) 24 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. İddiaçı 23.10.2019-cu il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 24 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Qarşı tərəfin qeyd etdiyi Bakı şəhər İc ra Hakimiyyəti tərəfindən təsdiqlənmiş qanunamüvafiq hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə olunmaması (sənədlərin surət olması) dedikdə, bütün sənədlərin əsli məhkəməyə təqdim olunmuş, baxılmış və qaytarılmışdır. Məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra həmin sənədlər cavabdehə təqdim ediləcəkdir. Növbəti irad elektron baza məlumatlarına əsasən qeyriyaşayış obyektinin yolun kənarında yaşıllıq olan ərazidə yerləşməsinə gəldikdə, hansı qanunda qeyd olunub ki, yolun kənarında qeyri-yaşayış obyekti tikmək olmaz. Yaşıllıq sahəsinə gəlincə o ağaclar hələ qeyri-yaşayış obyekti tikilməmişdən bir neçə il əvvəl (yəni 1994-cü ildə) iddiaçı tərəfindən əkilmişdir və bunun məsələnin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Növbəti irad təqdim olunmuş layihədə göstərilən otaqların hamısı faktiki ol araq tikilməmişdir, indi söhbət mövcud tikilidən gedir. Həmçinin, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan ərazilərə aid olmamasına gəldikdə həmin torpaq sahəsinin bir hissəsinin Nəsimi rayon bələdiyyəsinə aid olması hələ 2008-ci ildə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-23/2008 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş 06.03.2008-ci il tarixli qətnaməsində təsbit edilmişdir. Eyni zamanda cavabdeh iddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyədən başqa hər hansı başqa bir hüquqi və ya fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət mülkiyyətində olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. əsaslandırma hissəsi: İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qə rar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə texniki pasportun və mülkiyyət hüquq una dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşdə olan sənədlərdən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin 09.08.1995-ci il tarixli, 18/03-8/531 saylı məktubu ilə Bakı şəhəri, 4-cü mkr, H.Seyidzadə küçəsi, 2a saylı binanın qarşısında yararsız torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair 2003-cu ildə Nəsimi rayon bələdiyyəsi ilə uzunmüddətli icarə müqaviləsi bağlamışdır, icarə müqaviləsində torpaq sahəsi 100 kv. m göstərilmişdir. Səlahiyyətli qurum tərəfindən tərtib edilmiş eskiz layihə əsasında qeyri-yaşayış sahəsi inşa edilmiş, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə rəsmiləşdirilməsinə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 75 nömrəli, 17.04.2015-ci il tarixli sərəncamı ilə icazə verilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının ərizəyə əlavə etdiyi sənədlər surətdir və həmin sənədlərin əsilləri idarəyə təqdim edilməmişdir. Bundan əlavə, müvafiq qeyriyaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliyin tələblərinə uyğun olan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq qeyri-yaşayış binası yolun kənarında yaşıllıq olan ərazidə yerləşir. Müvafiq torpaq sahəsi bələdiyyə mülkiyyətinə ayrılmış ə razinin hüdudları xaricində yerləşir. Qeyd olunanlardan əlavə, idarəyə təqdim olunmuş layihədə göstərilən otaqlar faktiki olaraq tikilməmişdir. Bundan başqa, ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi 100 kv.m, tikilinin sahəsi 86,3 kv.m göstərilmişdir. Lakin faktiki olaraq torpağın sahəsinin 208,7 kv.m, tikilinin sahəsinin isə 82,6 kv.m olduğu aşkar edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, inzibati orqan iddiaçı tərəfindən qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqmüəyyənedici sənədləri, o cümlədən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan əraziyə aid olduğuna dair sənədləri əlavə etmədiyinə görə dövlət reyestrində qeydiyyatdan imtina haqlı olmuşdur. Məhkəmə kollegiyası ilk öncə vurğulayır ki, cavabdeh iddiaçıya aid sənədlərin surət olmaqla əsillərini təqdim etməməsini bildirmiş, apellyasiya instansiyası məhkəməsi sənədlərin həqiqiliyi barədə araşdırma aparmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qey diyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmı ş layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Qanunun mənasına görə iddiaçının inşa etdiyi qeyri-yaşayış binasına hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olması zəruridir. İddiaçının bildirməsinə görə tikilinin yerləşdiyi 100 kv.m torpaq sahəsi bələdiyyə tərəfindən onun uzunmüddətli icarəsinə verilmişdir. Cavabdeh isə torpaq sahəsinin bələdiyyə mülkiyyətinə ayrılmış ərazinin hüdudları xaricində yerləşdiyini bəyan edir. Qeyd edilən zidd iyyət məhkəmə tərəfindən araşdırılmamış, tikilinin olduğu torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən icarəyə verilmiş 100 kv.m torpaq sahəsində olmasına aydınlıq gətirilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DT və XK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 100 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə bələdiyyə qərarı və aidiyyəti orqanların rəylərinin mövcud olması araşdırılmamış, bələdiyyənin məhkəmə icraatına cəlb edilməsi müzakirə edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş layihədə göstərilən otaqların faktiki olaraq tikilmədiyini; torpaq sahəsinin 100 kv.m, tikili sahəsinin 86,3 kv.m olduğu halda, faktiki olaraq torpaq sahəsinin 208,7 kv.m, tikili sahəsinin 82,6 kv.m olduğunun müəyyən edildiyi qənaətinə gəlmiş, gəldiyi nəticəni işin faktiki halları ilə araşdırmamışdır. Yəni iddiaçı tərəfindən inşa edilən tikilinin ona icarəyə verilmiş 100 kv.m torpaq sahəsinin daxilində, yaxud xaricində olmasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı ilə bağlı da faktiki və hüquqi qiymətləndirmə aparmamışdır. İşin 7-11-ci səhifələrində olan tikilinin layihəsindən görünür ki, layihə lisenziya almış MMC tərəfindən təsdiq edilmişdir. Layihənin 11-ci səhifəsində Nəsimi R.İ.H. 17.04.2015 qeydi və imza vardır. Lay ihənin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılması məhkəmə tərəfindən araşdırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 75 nömrəli, 17.04.2015-ci il tarixli sərəncamının surətində qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilsin. Sərəncamda eskiz layihəsinin memar tərəfindən təsdiq edilməsi qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 75 nömrəli, 17.04.2015-ci il tarixli sərəncamının müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı kimi özündə ehtiva etməsini məhkəmə rayon icra hakimiyyətini işə cəlb etməklə araşdırıb qiymətləndirməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təkli fləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymət ləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisa di kollegiyasının 2-1(103)-1561/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarıləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar