Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-113/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X6 və X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi, həmin qeydiyyatın aparılmasına əsas olmuş inzibati aktın ləğv edilməsinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qız ının katibliyi, iddiaçı X1 vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, iddiaçı X6 və X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X15 və Cavabdeh3 üçüncü şəxs olmaqla) çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)876/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X11 09 iyul 1965-ci il tarixli qərarı ilə X2 ünvan 1 ünvanı ayılmış, bu barədə, ona 19 iyul 1965-ci il tarixli 38431 saylı order verilmişdir. Həmin mənzilin icarə müqaviləsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən 38/8 nömrəli 23.02.2007-ci il tarixli sərəncam ilə X8 adına dəyişdirilmiş və o, həmin mənzilin icarədarı hesab edilmişdir. 2. ünvan 2 ünvanı mülkiyyət hüququ üzrə xxxxnın adına 14.09.2007-ci il tarixli 11780504 qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 532 nömrəli reyestr kitabının 49021 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 3. xxxx 05 iyul 2011-ci ildə vəfat etmiş, onun vərəsələri Cavabdeh2 vərəsəlik əmlakının 1/3 hissəsinə, X16 vərəsəlik əmlakının 1/3 hissəsinə irs almış, Cavabdeh3 isə müraciət etmədiyi üçün vərəsəlik əmlakının ona çatan 1/3 hissəsi açıq saxlanılmışdır.
4. Göstərilən mənzilin 1/3 hissəsi X8, 1/3 hissəsi Ca vabdeh2 nun, 1/3 hissəsi isə Cavabdeh4 adına qeydə almış, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin X3 2-1(103)-1651/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Abiyeva, hakimlər: M.N.Tağızadə və S.S.Seyidova) iddiaçılar X6 və X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2186/2017 saylı, 26 iyul 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Bakı şəhəri, ünvan 3-nın icarə müqaviləsinin dəyişdirilməsi haqqında” 23 fevral 2007-ci il tari xli 35/8 saylı sərəncamı ləğv edilmişdir. Ali Məhkəmənin 12 dekabr 2018-ci il tarixli qərarı ilə həmin qərardan verilmiş kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçılar, Cavabdeh2 və Cavabdeh3 nın adına aparılmış qeydiyyatın ləğvi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh **********19 saylı, 17 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1651/2018 saylı 04 sentyabr 2018ci il tarixli qərarı ilə onların üzərinə hər hansı öhdəlik qoyulmadığından müraciətin müsbət həlli mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər A zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 na və Cavabdeh3 na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində xxxx evin 16 saylı mənzilinin X7 adına qeydiyyata alınmaqla həmin mənzil barəsində onun adına 14.09.2007-ci ildə ******* N-li çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin 23.02.2007-ci il tarixli 35/8 N-li sərəncamı ləğv edildiyindən, həmin mənzil barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparılmış qeydiyyatın, 14.09.2007-ci ildə verilmiş ******* N-li çıxarışın v ə X13 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlərin adına vərəsəlik qaydasında verilmiş 03.07.2015-ci il tarixli, ******* N-li çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iş üzrə üçüncü şəxs qismində cəlb olunmalarını xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4484/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişlər.
10. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanı Nərimanov rayonu X 11 09 iyul 1965-ci il tarixli qərarı ilə ataları xxxxxna verilmiş, bu barədə, 19 iyul 1965-ci ildə atalarının adına 38431 saylı order yazılmış, orderdə atasının və onlar da daxil olmaqla ailə üzvlərinin adı göstərilmişdir. Həmin vaxt mənzilin ünvanı 11-ci Perevalnaya küçəsi, ev 54, mənzil 16 olmuşdur. Onlar həmin mənzildə yaşamış, ataları X5 1991-ci ildə, anaları X12 isə 2005-ci ildə vəfat etmişdir. Onlar (bacı-qardaş), eləcə də İddiaçı1 ailəsi (həyat yoldaşı və 4 uşağı) həmişə həmin mənzildə valideynlərinin yanında yaşamış, bu gün də həmin mənzildə yaşayırlar. Onlar müəyyən səbəblərdən həmin mənzildən hələ 1989-cu ildən qeydiyyatdan çıxsalar da, həmişə həmin mənzildə yaşamışlar. İddiaçılar yaşadıqları mənzilin sənədlərinin rəhmətlik atalarının adına olan order olduğunu bilmiş, mərhum bacı ları X8 həmin mənzili hansı vaxt, hansı sənədlər əsasında öz adına özəlləşdirməsindən məlumatlı olmamış, yalnız onlara qarşı məhkəmədə iddia qaldırıldıqdan sonra bu barədə məlumatları olmuşlar. Bu səbəbdən də Cavabdeh2 na qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq onun Bakı şəhəri ünvan 3-dan çıxarılmasını istəmişlər. Eyni zamanda, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iddia qaldıraraq, Bakı şəhəri İH MKT Departamentinin 23.02.2007-ci il tarixli 35/8 N-li sərəncamının, yəni mübahisəli mənzilin icarə müqaviləsinin X7 adına dəyişdirilməsi barədə sərəncamın ləğv edilməsini istəmişlər. Eyni zamanda, ərizə ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, həmin işə məhkəmədə baxılıb yekun məhkəmə q ərarı qəbul edilənədək iş üzrə icraatın dayandırılmasını xahiş etmişlər. Binəqədi rayon Məhkəməsinin qərardadı ilə həmin iş üzrə icraat dayandırılmış, Bakı şəhəri İH MKT Departamentinin 23.02.2007-ci il tarixli 35/8 N-li sərəncamının ləğv edilməsi üzrə artıq yekun məhkəmə qərarı çıxarılmış və qanuni qüvvəsini almışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4484/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim:Ş.Ə.Süleymanova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri, ünvan 3-nın X7 adına qeydiyyata alınmaqla həmin mənzil barəsində onun adına 14.09.2007-ci ildə ******* N-li çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri İH MKT Departamentinin 23.02.2007-ci il tarixl i 35/8 N-li sərəncamı ləğv edildiyindən, həmin mənzil barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparılmış qeydiyyatın və həmin mənzil barəsində X7 adına 14.09.2007-ci ildə verilmiş ******* N-li çıxarışın və X13 öldükdən sonra həmin mənzil barəsində onun vərəsələri olan cavabdehlərin adına vərəsəlik qaydasında verilmiş 03.07.2015-ci il tarixli ******* N-li çıxarışın ləğv olunması və mənzilin hüquqi sənədlərinin əvvəlki vəziyyətə qaytarılması vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri İcra Hakimiyyəti MKT Departamentinin 23.02.2007-ci il tarixli 35/8 nömrəli sərəncamı ləğv edildiyindən, həmin sərəncam əsasında 14.09.2007-ci ildə verilmiş ******* nömrəli çıxarış da ləğv edil məlidir.
13. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-876/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və X.A.Cəmilova) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4484/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, xxxx evin, 16 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində X7 adına aparıl mış qeydiyyat və həmin mənzil barəsində onun adına verilmiş 14.09.2007-ci ildə, ******* saylı çıxarışın ləğv olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.
15. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni qəbul etsə də, qərar qəbul edərkən iddia tələbindən kənara çıxmışdır.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
17. Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə aktları ilə cavabdehin üzərinə hər hansı bir tələb qoyulmadığından, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı rəsmi qaydada idarəyə daxil olmadığından cavabdeh orqan tərəfindən müvafiq mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən idarənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi olmamış, bu hal nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də müvafiq iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki iddia qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdır.
18. Bundan əlavə, işin düzgün və ədalətli araşdırılması məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti, Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiz a təyin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
21. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxslərə təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınm az əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyi şdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Cavabdehin imtinasının, eləcə də apelyasiya və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə aktları ilə qeydiyyatın və çıxarışın ləğvi ilə bağlı cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmadığından cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə bağlı olmuşdur.
29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı icraat çərçivəsində mübahisələndirilən, X7 adına mülkiyyət hüququna dair qeydiyyatın aparılmasına və çıxarışın verilməsinə əsas olmuş inzibati akt - Bakı şəhər İcra Hakimiyyəti MKT Departamentinin 23.02.2007-ci il tarixli 35/8 saylı sərəncamı qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən ləğv edilmişdir. Belə olan ha lda, cavabdeh inzibati orqan həmin inzibati akt əsasında aparılmış qeydiyyatı, eləcə də bu qeydiyyat əsasında verilmiş çıxarışı ləğv etməli olduğu halda, bundan imtina etmişdir. Beləliklə də, cavabdeh inzibati orqan olaraq publik hüquqdan irəli gələn vəzifə səlahiyyətlərini yerinə yetirməmişdir. Odur ki, cavabdehin imtinasının qeyri-qanuni hesab edilməsi və iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir.
30. Cavabdehin kassasiya şikayətinin dəlillərindən biri də müvafiq iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki iddia qaydasında ümumi (rayon, şəhər) məhkəmələrində baxılması ilə bağlıdır.
31. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüv vədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunub ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılm ış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
32. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Plenumun qərarını rəhbər tutaraq işə aidiyyəti üzrə inzibati deyil, mülki məhkəmədə baxılması ilə əlaqədar cavabdehin şikayətinin dəlilini əsassız hesab edir.
33. Belə ki, hazırki halda da iddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının ləğv edilməsini və çıxarışın əvvəlki vəziyyətə qaytarılmasını tələb edir ki, aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qan uni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
34. Cavabdeh kassasiya şikayətində həmçinin bildirir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır.
35. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, İPM-də inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin normanın təhlilindən görünür ki, qəbul olunacaq qərarla hər hansı şəxsin maraqlarına toxunacağı ehtimalı yarandığı halda məhkəmə həmin şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.
36. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-876/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarix li qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.