Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-113/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pul təminatları nəzərə alın maqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(107)-355/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2016-cı ilin dekabr ayından cavabdeh tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən prokurorluq orqanlarında 25 il qulluq etmiş və həmin orqanda qulluğunu davam etdirən prokurorluq əməkdaşı kimi aylıq əmək haqqı ilə eyni zamanda ala biləcəyi pensiyanın 50 faizi miqdarında əmək pensiyası təyin edilmişdir.
2. Azər baycan Respublikası Baş Prokurorunun 05.06.2018-ci il tarixli əmri ilə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatması ilə əlaqədar iddiaçının prokurorluq orqanlarında qulluğuna xitam verilmişdir. Həmin vaxtdan əmək pensiyası tam həcmdə ödənilir.
3. İddiaçıya əmək pensiyası onun öz seçiminə uyğun olaraq Füzuli və Tərtər hərbi prokurorluğunda qulluq etdiyi 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına əsasən hesablanmışdır.
4. Həmin dövrdə Azərbaycan Respublikası Müdafiə nazirinin 26.02.1992-ci il tarixli, 38 saylı və Azərbaycan Respublikası Baş Prokurorunun 17.03.1994-ci il tarixli, 215 saylı əmrlərinə əsasən döyüş bölgələrində, o cümlədən iddiaçının işlədiyi Füzuli və Tərtər rayonlarında yerləşən hərbi prokurorluq orqanlarının əməkdaşları na pul təminatı üçqat məbləğdə ödənilmişdir. İddiaçıya əmək pensiyası həmin məbləğlər nəzərə alınmaqla təyin edilmişdir.
5. İddiaçı cavabdehə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınaraq, hər il məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilən maddi yardımın məbləği, 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsini, eləcə də 2016cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin ödənilməsini xahiş etmişdir.
6. Cavabdehə bu barədə ayrı-ayrı ərizələrlə müraciət etməsinə baxmayaraq, həmin müraciətlərinə hər hansı bir cavab almamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Şəki İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklər nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilən maddi yardımın məbləği, 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatının məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəmi hesablanaraq 80% miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun pensiyası hesablanarkən qanunvericiliyin bəzi tələbləri nəzərə alınmamışdır. Belə ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş artımlar pensiya hesablanarkən nəzərə alınmamışdır. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə hər ilin yekununa görə prokurorluq işçilərinə pul mükafatı verilməsi nəzərdə tutulmuş, o cümlədən iddiaçıya da hər ilin yekununda bir aylıq əmək haqqı məbləğində pul mükafatı verilmişdir. Lakin 1992, 1994 və 1997-ci illər üçün həmin məbləğlər iddiaçıya pensiya təyin olunması zamanı hesablamalara daxil edilməmişdir. Qanunvericilikdə baş vermiş dəyişikliklər nəzərə alınmadan pensiyanın daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanı n 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, vətəndaşların pensiya təminatı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. İddiaçıya prokurorluq orqanlarında işlədiyinə görə 2016-cı ildə xidmə t müddətinə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən öz seçiminə uyğun olaraq 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il tarixədək olan dövr ərzində aldığı əmək haqqına əsasən pensiya təyinatı aparılmışdır. 1992-1997-ci illər ərzində iddiaçının aldığı əməkhaqlarına əsasən pensiyanın hesablanması aşağıdakı qaydada olmuşdur: Vəzifə maaşı - 947.50 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 426.37 manat, 3 qat ə/h - 2162 manat, Mükafat - 95.49 manat, cəmi orta ə/h - 3765.36 manat, bunun 80 faizi - 3012.29 manat (pensiyanın aylıq məbləği). Pensiyanın hesablanması 01.10.1992-01.10.1997-ci illəri əhatə etdiyi üçün iddiaçıya 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım nəzərə alınmamışdır. 01.03.2018-ci il tarixdən prokurorluq orqanlarında çalışan işçilərin və zifə maaşları 10 faiz artırılmışdır. Bu səbəbdən vətəndaşın pensiyasının məbləği 01.03.2018-ci il tarixdən artırılmışdır. Hazırda pensiyanın məbləği aşağıdakı qaydadadır: Vəzifə maaşı - 1045 manat, Rütbə - 134 manat, Staj 45 faiz - 470.25 manat, 3 qat ə/h - 3326.07 manat, Mükafat - 105.32 manat, cəmi orta ə/h - 5080.64 manat; 80 faizi - 4064.51 manat (pensiyanın aylıq məbləği).
10. Birinci instansiya məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qərаrı ilə (hаkim İlqar Cabbarov) İddiaçı iddia tələbi qismən təmin edilmiş, hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaqla əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş m addi yardımın məbləği, yəni əmək haqqındakı sonrakı artımların cəminin hesablanaraq 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, eləcə də 2016-cı ilin dekabr ayından başlayaraq ona təyin olunmuş pensiyanın məbləğində yuxarıda göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmuşdur. İddia tələbi qalan hissədə təmin olunmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı prokurorluq orqanlarında işlədiyi dövr üzrə hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində pul təminatı, prokurorluq işçilərinə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haq qının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla, təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin əlavələr qanunun göstərişinə görə verilməli olan ödənişlər olmuşdur və hətta, iddiaçıya işləyərkən həmin ödənişlər verilməmişdirsə belə, o, hazırda həmin əlavələr nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. İddiaçının tələbinin 1992, 1994 və 1997-ci illərin yekununa görə bir aylıq əmək haqqı həcmində verilmiş pul mükafatı məbləğinin pensiya hesablanan gəlirlərə daxil edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçıya 1997-ci ilin dekabr ayında ödənilən birdəfəlik yardım pensiyanın hesablanması 01.10.1992-ci ildən 01.10.1997-ci ilədək olan dövrü əhatə etdiyi üçün nəzərə alın mamalıdır.
12. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
13. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(107)-388/2020 nömrəli qərarı ilə (hakimlər Mirbahəddin Hüseynov-sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Gündüz Abbasov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08.06.2021-ci il tarixli, 2-1(102)-827/2021 nömrəli qərarı ilə (hakimlər Nigar Rəsulbəyovasədrlik edən və məruzəçi, İlqar Hüseynov və Kəmaləddin Bədəlov) kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(107)-388/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
17. Ali Məhkəmə hesab etmişdir ki, apelyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci,1.0.2-ci və 1.0.5-ci maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumun 15.05.2020-ci il tarixli qərarında i fadə olunmuş hüquqi mövqeyi nəzərə almamış, nəticədə maddi hüquq normalarının hazırkı işin hallarına tətbiqində səhvə yol vermişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyinə görə, pensiya təyin edilərkən və ya yenidən hesablanarkən şəxsin xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlər nəzərə alına bilməz. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 2-1(107)-355/2021 nömrəli qərarı ilə (hakimlər Rövşən Rəfiyev-sədrlik edən və məruzəçi, Vəzirxan Məlikov və İmanverdi Şükürov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 24.06.2020-ci il tarixli, 2-1(116)-453/2020 nömrəli qəra rı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir.
19. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə görə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
20. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, prokurorluqda qulluq keçdiyi müddətdə qanunla nəzərdə tutulmuş və verilmiş bütün sabit ödənişlər necə adlandırılmasından asılı olmayaraq prokurorluq əməkdaşının əmək haqqına daxildir. “Əmək peniyaları haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin əmək haqqı ilə heç bir bağlılığının olmaması haqqında məhkəmənin arqumenti məntiqsizdir. Belə ki, “Əmək peniyaları haqqında” Qanunun 20-ci maddəsinə görə prokurorluq işçilərinin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun istənilən 60 ayı ərzind əki əmək haqqının orta aylıq məbləğindən əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 20.Prokurorluq işçilərinin sosial müdafiəsi 20.8. Prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. 20.9. Prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14. Pensiya ya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 21.Prokurorluq işçilərinin maddi təminatı 21.1. Prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 21.4. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu M a d d ə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. M a d d ə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələri ndə nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarınd an çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.8-1. Bu Qanunun 20.1.5-2-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş prokurorluq işçisinin qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər ü zrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020-ci il tarixli qərarına görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığor ta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikd ən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
31. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının pr edmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, mahiyyətcə iddia ərizəsinin dəlillərinə uyğun kassasiya şikayətinin dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı i lə prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardım nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasına və yaranmış fərqin ödənilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, iddianın təmin olunmamış hissəsindən iddiaçı şikayət verməmiş, həmin hissədə məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri həmin hissədə əsassız sayılmalıdır.
34. Kassasiya şikayətinə münasibətdə nəzərə almaq lazımdır ki, prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylı q əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardımın verilməsini nəzərdə tutan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu 29 iyun 2001-ci il tarixdə qəbul edilmişdir.
35. Bu qərarın 23-cü bəndində istinad olunan normaya (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14-cü maddəsinə) görə, pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15.05.2020-ci il tarixli qərarında (bax: hazırkı qərarın 27-ci bəndi) ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödənilmiş olsun.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi Konstitusiya Məhkə məsinin yuxarıda istinad olunan qərarında ifadə olunmuş hüquqi mövqeyi və həmin qərarda şərh olunmuş normaların, habelə əmək pensiyası qanunvericiliyinin məqsədləri baxımından qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2001-ci il tarixdə qəbul edildiyi, iddiaçıya isə məhz onun öz arzusu ilə 1992-1997-ci illərdə aldığı daha yüksək əmək haqqının orta aylıq məbləğindən əmək pensiyası hesablandığı nəzərə alınmalıdır.
38. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya 2016-cı ildə prokurorluq işçisi kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Təyinat zamanı əmək pensiyası iddiaçının seçiminə uyğun olaraq 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il ta rixədək olan dövr ərzində onun aldığı əmək haqqına əsasən hesablanmışdır. Başqa sözlə, iddiaçı ona əmək pensiyasının Füzuli və Tərtər hərbi prokurorluğunda qulluq keçdiyi müddətin 01.10.1992-ci il tarixdən 01.10.1997-ci il tarixinədək ardıcıl gələn 60 ayı ərzində daha yüksək əmək haqqının orta aylıq məbləğindən hesablanmasını arzulamışdır. Cavabdeh tərəfindən ona həmin qaydada pensiya təyin olunmuşdur.
39. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı 01.10.1992-ci il tarixdən 01.10.1997ci il tarixədək olan həmin dövrdə yuxarıda istinad olunan normalarda (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində) nəzərdə tutulmuş əlavələri almamışdır və bu iş üzrə materiallarla təsdiq olunur.
40. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı onun arzus una uyğun olaraq daha yüksək əmək haqqının orta aylıq məbləğindən əmək pensiyasının hesablandığı dövrdə qanunvericlikdə təsbit olunmamış və həmin dövrdə almadığı əlavələr nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etməkdə haqlı sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Bu mənada artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosia l sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir
41. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrın və onlara edilən artımların nəzərə alınması istisna edilir.
42. Beləliklə, iddiaçının kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Kassasiya şi kayəti təmin edilmir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.09.2021-ci il tarixli, 21(107)-355/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.