Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-113/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməs i” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(107)-75/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1979-1980-cı illərdə “N.Nərimanov” adına kolxozda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır.
2. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, 1980-1985-ci illərdə “Çingiz İldırım” adına Politexnik İnstitutunda təhsil almış, təhsilini başa vurduqdan sonra 14 fevral 1986-cı il tarixdən BPO “Radiostroeniya”da gənc mütəxəssis kimi işə başlamışdır. Öz ərizəsi ilə 12 oktyabr 1987-ci il tarixdən işdən azad edildikdən sonra 14 oktyabr 1987-ci il tarixdə “Azərheyvandarlıq texniki xid mət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 1 sentyabr 1997-ci il tarixdən Şəki şəhər X3 dərnək rəhbəri vəzifəsində, 2 sentyabr 2002-ci il tarixdən Oxud kənd orta məktəbində laborant işləmiş, bir müddət sonra həmin məktəbdə dərs tədris etməyə başlamış və hal-hazırda yenidən laborant vəzifəsində işləyir.
3. İddiaçıya 11 fevral 2020-ci il tarixdən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
4. X5 filialının iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Şəki Maddi texniki təchizat və mexanikləşdirilmiş istehsalat birliyinin işçi və qulluqçularının əmr kitabları və zəhmət haqqı cədvəlləri Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Həmçinin həmin tarixli və həmin nömrəli digər məktubda qeyd edilir ki, iddiaçı Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işləmişdir.
5. İddiaçı cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubla bildirmişdir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı 14 il 4 ay, pensiya kapitalı 25800 manatdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının 11 və 12-ci səhifələrdə iddiaçı barəsində olan işəgirmə və işdənçıxma əmrlərinin il üzrə tarixlərində qaralama və düzəlişlər olmuşdur. Qeyd olunan nöqsanlara görə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının hesablanması mümkün olmamışdı r. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı 31 avqust 2020-ci il tarixdə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1979-1980-cı illərdə “N.Nərimanov” adına kolxozda kolxozçu vəzifəsində başlamışdır. O, 1980-1985-ci illərdə “Çingiz İldırım” adına Politexnik İnstitutunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 14 fevral 1986-cı il tarixdən BPO “Radiostroeniya”da gənc mütəxəssis kimi işə başlamışdır. Öz ərizəsi ilə 12 oktyabr 1987-ci il tarixdən işdən azad edildikdən sonra 14 okty abr 1987-ci il tarixdə “Azərheyvandarlıq texniki xidmət” RİB-nin Şəki rayon ixtisaslaşdırılmış şöbəsində mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 01 sentyabr 1997-ci il tarixdən Şəki şəhər X3 dərnək rəhbəri vəzifəsində işləmişdir. Bundan sonra 2 sentyabr 2002-ci il tarixdən Oxud kənd orta məktəbində laborant işləmiş, bir müddət sonra həmin məktəbdə dərs tədris etməyə başlamış və hal-hazırda yenidən laborant vəzifəsində işləyir. İddiaçıya 11 fevral 2020-ci il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. O, cavabdeh orqana ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 nömrəli imtina məktubunda iddiaçının əlilliyə görə əmə k pensiyası alması üçün tələb olunan 14 il 4 ay sosial sığorta stajı və 25800 manat pensiya kapitalının olmamasını əsas gətirərək pensiya təyin etmədiyini bildirmişdir. İddiaçı ümumi əmək stajının 24 il 8 ay olduğunu bildirsə də cavabdeh orqan onun əmək kitabçasında qaralama və düzəlişlərin olduğunu qeyd etmişdir. Qeyd olunan nöqsanlara görə iddiaçının xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajının hesablanması mümkün olmamışdır. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi – “Ümumi xəstəliklə əlaqədar” olmaqla 5 il müddətinə (xx.xx.2025-cü il tarixədək) İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlil lik statusu qazanmışdır. Bundan sonra vətəndaşa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyə görə müavinət təyin olunmuşdur.
9. İddiaçıya əlillik xx.xx.2020-ci il tarixdə təyin edilmiş, iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları xx.xx.2020-ci il tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. 10. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məb ləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərtdən birinə cavab verməyən ərizəçinin İİ qrup əlilliyə görə əmək pensiyası almaq hüququ yaranmır.
11. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.3-cü bəndinə əsasən: 58 il (yaş)-15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü) 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay, 172 ay: 12 ay = 14 il 4 aydır. Belə ki, iddiaçıya əlillik təyin olunarkən 58 yaşı tamam olduğu üçün əlilliyə görə əmək pensiyası təyini üçün 14 il 4 ay sosial sığorta stajı və 25800 manat (58 yaş - 15 = 43 x 4 = 172 / 192 x 144 = 129 x 200 = 25800 manat) pensiya kapitalı tələb olunur.
12. İddiaçının əmək kitabçası (xx.xx.1992-ci - xx.xx.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir. Həmçinin arxiv arayışına əsasən 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddət əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajına daxil etmək mümkün deyildir. Həmin dövrlər daxil edilsə belə indeksləşd irmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edəcəkdir və həmin məbləğ pensiya kapitalına əlavə edildiyi halda belə tələb olunan pensiya kapitalı ödənilməyəcəkdir. Ümumilikdə şəxsin 28 il 1 ay sığorta stajı və 17407.71 manat pensiya kapitalı vardır.
13. İddiaçının təqdim etdiyi İT-İ ******* nömrəli əmək kitabçasının surətində 11-ci və 12-ci qeydlərdə işdən çıxma, işə daxil olma tarixləri və əmrlərinin ilində qaralama-düzəliş olmuşdur. Buna görə də xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan müddət iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmin əmək kitabçasının 10-cu və 11ci qeydlərini təsdiq edən möhür Azərbaycan Kənd təsərrüfatı və Ərzaq Nazirliyinin rəsmi möhürüdür. 1992-ci ildə müstəqil Azərbaycanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ya radılmış və 1993-cü ilədək fəaliyyətini davam etdirmişdir. 1993-cü ildə yenidən Kənd Təsərrüfatı Nazirliyi yaradılmış və fəaliyyətini indiki dövrə qədər davam etdirir. Azərbaycan Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin fəaliyyət dövrü 1992-1993-cü illər olduğu halda, iddiaçının əmək kitabçasında xx.xx.1996-cı il tarixli fəaliyyəti həmin Nazirliyinin möhürü ilə təsdiq olunmuşdur. Buradan aydın olur ki, əmək kitabçasında düzəlişlər edilmiş və gerçəyi əks etdirməyən, əmək stajının müddətinin və pensiya kapitalının məbləğinin artırılması üçün yalan məlumatlar daxil edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(116)-191/2021 nömrəli qərarı ilə (hakim İ.H.Cabbarov) iddia təmin edilmiş, iddiaçıya əlilliyə görə əmək pens iyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Oxud kənd “Nərimanov” adına kolxozda 1979 və 1980-ci illərdə işləməsi X5 filialının xx.xx.2020-ci il tarixli, 210 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır.
16. Mübahisələndirilən digər müddətlə bağlı məhkəmə göstərmişdir ki, əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilmə si, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir.
17. Pensiya kapitalı ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 2 ay sosial sığorta stajını, 10501.86 manat pensiya kapitalını, xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı, fərdi hesabında isə 6905.85 manat pensiya kapitalını mübahisələndirmir. Mübahisələndirilən müddət Oxud kənd “Nərimanov” adına kolxozda 1 il 1 ay staj, 930.91 manat və xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər olan müddət, 10 il 5 ay 1 gün staj, 7813 manat pensiya kapitalıdır. İddiaçının mübahisələndirilməyən 17407.71 manat pensiya kapitalının üzəri nə mübahisələndirilən 930.91 manat və 7813 manatı gəldikdə tələb olunan 25800 manat kapital (26151.62 manat) tamamlanır.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 21(107)-212/2021 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və E.Ş.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(116)-191/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
21. Cavabde h həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1738/2022 nömrəli qərarı ilə (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2-1(107)-212/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozçu işlə diyi dövr faktiki olaraq onun sığorta stajına daxil edilməli olduğundan bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının 1992-2002-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması 1986-cı ildə tərtib edilmiş əmək kitabçası ilə təsdiq olunur. Lakin əmək kitabçasında olan məlumatlardan görünür ki, 11 və 12-ci səhifələrdə iddiaçı barəsində olan işə girmə və işdən çıxma əmrlərinin il üzrə tarixlərində pozuntu aparılmışdır. Cavabdeh bu barədə apellyasiya şikayətində də bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8ci maddəsinin tələbinin əksinə olaraq şikayətin dəlilinə münasibət bildirməmişdir. Əmək kitabçasında iddiaçının fəaliyyətini göstərən həmin dövrə aid məlumatlarda pozuntu aparıldığına görə həmin məlumatların həqiqətə uyğun olub-olmaması araşdı rılmalı, zərurət olarsa arxiv müəssisələrinə, iş yerlərinə, yuxarı tabe orqanlara sorğu edilməlidir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(107)-75/2022 nömrəli qərarı ilə (hakimlər: Ə.T.Məcidov /sədrlik edən və məruzəçi/, G.İ.Cavadova və M.A.Əsədli) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli, 2-1(116)-191/2021 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2 aprel 1992-ci ildən 1 sentyabr 1997-ci ilədək işlədiyi müəssisə ilə bağlı sənədlərin əldə olunması mümkün olmamışdır. Ona görə də, həmin dövr üçün ona pensiya kapitalı hesablanmamalıdır. İddiaçı nın 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək Şəki Şəhər X3 işləməklə 5 il əmək stajı toplaması və həmin 5 ilə görə ona 3705 manat (306x2006-2020-ci illər üçün indeksasiya faizləri=741 manat; 741x5 il=3705 manat) pensiya kapitalı əldə etməsi sübuta yetirilir. İddiaçının 2 aprel 1992-ci ilə qədərki 14 il 2 ay sığorta stajına görə 10501.86 manat pensiya kapitalı, 1 yanvar 2006-cı il tarixdən 1 fevral 2020-ci il tarixədək 13 il 9 ay sığorta stajı, fərdi hesabında isə 6905.85 manat pensiya kapitalı mövcud olmuşdur ki, onun da pensiya kapitalına münasibətdə cəmi 17407.71 manat edir. İddiaçının 1979-1980-ci illərdə Oxud kənd N.Nərimanov adına kolxozda işlədiyi 1 il 1 ay müddəti də nəzərə alsaq indeksləşdirmə əsasında həmin dövr üçün əlavə olunacaq kapital 930.91 manat təşkil edi r ki, onun da üzərinə 17407.71 manatı gəldikdə, cəmi pensiya kapitalı 18.338,62 manat edir. Həmin məbləğin üzərinə 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək əldə olunmuş 3705 manat pensiya kapitalını əlavə etdikdə iddiaçının 22.043,62 manat cəmi pensiya kapitalı yaranır. İddiaçıya 58 yaşı tamam olduğundan əlilliyə görə əmək pensiyası təyini üçün 25.800 manat pensiya kapitalı tələb olunur. Onun malik olduğu pensiya kapitalı isə tələb olunandan 3756.38 manat azdır. Bu hal iddiaçının tələbinin təmin edilməsini istisna edir.
26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayətində iddia ərizəsinin dəlillərini təkrarlamış və əlavə olaraq göstərmişdir ki, inzibati iş materiallarından göründüyü kimi iddiaçının əmək kitabçası (xx.xx.1992-ci - 01,09.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay deyil, 16 il əmək stajı yaranmış olur. Belə ki, 2006-1980=26 il olmaqla cavabdeh orqan tərəfindən nəzərə alınmayan əmək kitabçasına əsasən mövcud müddət xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan müddət 10 il çıxıldıqda (26-10=16) 16 il sığorta stajı olmuş olur.
28. Habelə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi Şəki rayon X1 Təmir və Texniki Xidmət Müəssisəsinin möhürü ilə təsdiq edilm iş 1995-ci ilin yanvar-iyun aylarını əhatə edən paylama cədvəllərində ayrıayrı təyinatlar üzrə və ayrı-ayrı kateqoriyadan olan insanlara verilmiş pullar göstərilmişdir ki, həmin sənədlərin də əldə edilmə mənbəyi məlum deyildir. Həmçinin, iddiaçı tərəfindən həmin qurumun möhürü ilə təsdiq olunmuş digər sənədlər məhkəməyə təqdim edilmişdir ki, onların da alınma mənbəyi bəlli deyildir. Məhkəmə kollegiyası təqdim edilən sübutları sübut hesab etməmiş və araşdırmamışdır. “Sübut” məlumatlar toplusudur. Həmin məlumatlar nədə əks olunmasından asılı olmayaraq (inzibati aktlar, əmr, işdə iştirak edən şəxslərin izahatları və.s) iş üçün halların, habelə işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olub-olmamasını müəyyənləşdirməyə imkan verir.
29. İddiaçının 2 aprel 1992-ci ildən 1 sentya br 1997-ci ilədək işlədiyi dövr üçün ona pensiya kapitalı hesablanmalıdır. Həm inzibati orqan, həm də məhkəmə kollegiyası inzibati icraat zamanı iddiaçıya münasibətdə ədalətli olmamış iddiaçının tələbinə yönəlmiş qanunları düzgün tətbiq etməmişdir. İddiaçının tələbi əlilliyə görə əmək pensiyasının təyin edilməsidir. Hesab edilsə ki, iddiaçı 2 aprel 1992-ci ildən 1 sentyabr 1997-ci ilədək işləməmişdir, buna baxmayaraq münasibətlərin mövcud olduğu qanunvericiliyə əsasən iddiaçıya uşağa qulluq etmə müddəti iş stajına daxil edilməli olmasına baxmayaraq inzibati araşdırma zamanı işin bu hallarına toxunulmamışdır. Belə ki, iddiaçının marağını kəsb edən tələb üzrə onda olan bütün sənədləri (əmək kitabçası, diplom, doğum şəhadətnaməsi, əmrlər və s.) inzibati orqana təqdim etmişdir. Lakin inzibati orqan iddiaçının təhsil aldığı illəri onun iş stajına daxil etməsinə baxmayaraq, iş illərini nəzərə alsalar belə iddiaçının uşağa qayğıya görə müddəti ona iş stajı kimi hesablamamışdır. Habelə, məhkəmə kollegiyası iş üzrə araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçının 2 aprel 1992-ci ilə qədərki 14 il 2 ay sığorta stajına görə 10501.86 manat pensiya kapitalı vardır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək işlədiyi müddəti onun iş stajına daxil etməyinə baxmayaraq əmək kitabçası ilə öz təsdiqini tapmış iddiaçının 2 sentyabr 2002-ci il tarixdən Oxud kənd orta məktəbinin qiyabi məntəqəsində ixtisası üzrə müəllim təyin edildiyi və 1 sentyabr 2003-cü il tarixdən Oxud kənd orta məktəbin laborant təyin edildiyi iddiaçının iş stajı na daxil etməmişdir. Yəni apellyasiya icraatında 2 aprel 1992-ci ilə qədərki 14 il 2 ay, 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək 5 il sığorta stajı müəyyən edilməyinə baxmayaraq 2 sentyabr 2002-ci il tarixidən 1 yanvar 2006-cı il tarixədək iddiaçının iş stajı onun sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə kollegiyası həmin müddətin nəzərə alınmamasının əsaslarını göstərməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
30. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Əmək pensiyaları haqqında” Qanun (2020-ci il11 fevral tarixdə qüvvədə olan redaksiyada): Maddə 6-1. Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 mana t məbləğində müəyyən olunur... Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbə ti şəklində müəyyənləşdirilir. Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxı r və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icra at qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
36. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi və kassasiya şikayətində də təkrar olaraq qeyd etdiyi xüsusat xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək olan iş illərinin nəzərə alınmamasıdır.
37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının 14-17-ci səhifələrində onun işə girmə və işdən çıxma tarixlərində qaralama aparılaraq düzəliş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1738/2022 nömrəli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının fəaliyyətini göstərən həmin dövrə aid məlumatların həqiqətə uyğun olub-olmaması araşdırılmışdır.
38. Apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Rasim Ocaqov adına Şəki şəhər X2 7 fevral 2022-ci il tarixli, 66 nömrəli məktubu ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Şəki şəhəri X3 işləmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.1997-ci ildə xx.xx.2002-ci ilədək işlədiyi dövrü də sosial sığorta stajına daxil etmişdir. Lakin iddiaçı tərəfindən mübahis ələndirilən xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək olan dövr üzrə əmək kitabçasındakı məlumatlar pozularaq düzəliş edildiyindən və həmin məlumatları təsdiq edən hər hansı mötəbər sübutlar əldə edilmədiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməməsi barədə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. İddiaçının digər dəlili isə onun 2 sentyabr 2002-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan iş illərinin sosial sığorta stajına daxil edilməməsidir. Həmin dəlili ilə bağlı iddiaçı qeyd edir ki, apellyasiya icraatında 2 aprel 1992-ci ilə qədərki 14 il 2 ay, 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək 5 il sığorta stajı müəyyən edilməyinə baxmayaraq 2 sentyabr 2002-ci il tarixidən 1 yanvar 2006-cı il tarixədək iddiaçının iş stajı onun sosial sığorta stajına daxil edilməmişdir.
40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, işin mübahisələndirilməyən hallarına görə: - İddiaçının əmək kitabçasına (xx.xx.1992-ci - xx.xx.2002-ci il tarixədək olan müddət nəzərə alınmadan) və diplomuna əsasən xx.xx.2006-cı il tarixədək cəmi 14 il 2 ay sosial sığorta stajı, 10501.86 manat pensiya kapitalı; - xx.xx.2006-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək 13 il 9 ay sığorta stajı və fərdi hesabında 6905.85 manat pensiya kapitalı müəyyənləşdirilmişdir.
41. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları isə ondan ibarətdir ki: - iddiaçının 1979 və 1980-cı illərdə müvafiq olaraq 24 və 165 gün olmaqla kolxozda faktiki işlədiyi dövr onun sığorta stajına daxil edilməli və müvafiq olara q 930.91 manat pensiya kapitalı hesablanmalı; - iddiaçının 1 sentyabr 1997-ci ildən 2 sentyabr 2002-ci il tarixinədək Şəki Şəhər X3 işlədiyi 5 il onun sığorta stajına daxil edilməli və müvafiq olaraq 3705 manat pensiya kapitalı hesablanmalıdır.
42. Qanunvericiliyin normalarına görə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: iddiaçının 58 yaşının tamam olması; onun 14 il 4 ay sosial sığorta stajına malik olması; 25800 manat pensiya kapitalının olması.
43. Apellyasiya instansiya məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçının 58 yaşı tamam olmuş və zəruri sosial sığorta stajına (14 il 2 ay + 13 il 9 ay + 1 il 1 ay + 5 il) malikdir. Lakin onun pensiya kapitalı (10501.86 + 6905.85 + 930.91 + 3705 = 22 043.62 manat) tələb olunan məbləğdən (25800 manatdan) azdır.
44. İddiaçının kassasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi onun təhsil aldığı və işlədiyi illəri sosial sığorta stajına daxil etsə də, uşağa qayğıya görə müddəti ona iş stajı kimi hesablamamışdır.
45. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir.
46. İş materiallarına əsasən, iddiaçının xx.xx.1991-ci il tarixdə Ülviyyə adlı və xx.xx.1992-ci il tarixdə isə Təbriz adlı övladları doğulmuşdur. İddiaçının xx.xx.1992-ci il tarixədək olan iş illəri mübahisələndirilmədiy indən və iddiaçın sosial sığorta stajına daxil edildiyindən, birinci uşağa münasibətdə uşağa qulluq müddəti xx.xx.1992-ci il tarixdən başlamış, ikinci uşağa münasibətdə isə xx.xx.1992-ci il tarixdən başlayaraq xx.xx.1995-ci il tarixədək davam etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının uşağa qulluq etdiyi xx.xx.1992xx.xx.1995-ci il tarixləri arasındakı 3 il 5 ay 9 gün (2686,94) onun sosial sığorta stajına daxil edilsə belə (22043,62+2686,94=24730,56), tələb olunan minimum pensiya kapitalı formalaşmadığından iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilə bilməz.
48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təm in edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 21(107)-75/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.