Məhkəmə qərarları › İş №2-1(102)-113/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-113/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-113/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin azaldılması, iddianın qeyri-mümkünlüyü, hüquqi müdafiə marağının mövcud olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələb inə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)488/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. TSEK tərəfindən xx.xx.1999-cu il təvəllüdlü İddiaçı sağlamlıq imkanlarının anadangəlmə məhdudluğu müəyyən olunmuşdur. İddiaçının atası Əzizbəyov Asif Kamal oğlu xx.xx.2014-cü il tarixdə vəfat etdiyindən, DSMF-nin Sabunçu rayon şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə anası (qanuni nümayəndəsi) Nümayəndə1 və onun ərizəsi əsasında sağlamlıq imkanları məhdud övladına, yəni İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ikinci dər əcə əlilliyi müəyyən edildiyindən, iddiaçıya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi ailə başçısını itirməyə görə əmək pensiyası ödənilmişdir.

2. İddiaçının qanuni nümayəndəsi Nümayəndə1 cavabdehə müraciət edərək iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasından 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ödənilməyən məbləğin ödənilməsini xahiş etmişdir.

3. Cavabdehin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq ona və övladları Brilyantxanım Əzizbəyovaya, İddiaçı, Şahmurad Əzizbəyova və Zümrüd Əzizbəyovaya mərhum əri Asif Əzizbəyovun ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mərhum ərinin AT-İ ******* nömrəli əmək kitabçasına, HƏ ******* nömrəli hərbi biletin surətinə və onlara əlavə edilmiş sənədlərə əsasən xx.xx.2006-cı il tarixinə kimi 21 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinə kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış 738,80 manat pensiya kapitalı nəzərə alınmaqla ona və övladlarına ailə başçısını itirməyə görə əmək pensiy ası təyin edilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır.

4. Cavabdehin iddiaçının qanuni nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq övladı İddiaçı mərhum əri Asif Əzizbəyovun ölümü ilə əlaqədar xx.xx.2014cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar övladının əmək pensiyasının məbləği xx.xx.2021-ci il tarixindən 486,21 manata çatdırılmışdır. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli müayinə aktından çıxarışa əsasən övladı İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ümumi xəstəlik səbəbindən (gözdən əlil) İİ dərəcə əlillik müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən, övladı İddiaçı ailə başçısını itirməyə görə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277,54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 vasitəsi ilə cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57,54 manat pulun ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu ildə anadan olmuş və uşaqlıqdan gözləri zəif gördüyünə görə 18 yaşı tamam olanadək sosial müavinət almış, ona Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018-ci il tarixli qərarına əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən 5 il müddətinə təyin olunmuş ikinci dərəcə əlilliyin təyin olunması tarixinin iddiaçının 18 yaşının tamam old uğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmiş, qərar qanuni qüvvəyə minmişdir. Qərarın qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üçün ailə başçısını itirməyə görə əmək pensiyası ödənilməmişdir. Göstərilən müddətlər üçün əmək pensiyasının ödənilməsi barədə iddiaçının qanuni nümayəndəsi cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2021-ci il tarixli imtinasını onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən iddiaçıya ailə başçını itirməyə görə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277,54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir.

7. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında iddiaçıya ailə başçısını itirməyə görə pensiya ödənişlərinin həyata keçirildiyini bildirərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim: Mehriban Qarayeva) 06 iyul 2022-ci il tarixli, 2-1(112)-3906/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 57,54 manat pulun ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pensiyaçının uçot vərəqindən görünür ki, i ddiaçıya mərhum atası Asif Əzizbəyovun ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın baza hissəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər 220 manat, sığorta hissəsi 57,54 manat, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə baza hissəsi 275 manat, sığorta hissəsi 57,54 manat təşkil etmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi hesablamaya görə iddiaçıya ailə başçısını itirməyə görə 2017-ci il dekabr ayı üzrə 277,54+165 manat, 2018-ci il yanvar ayı üzrə 277,54 manat, fevral ayı üzrə 293,36+15,82 manat, mart-may ayları üzrə 293,36 manat pensiya ödənişi edilmişdir. Halbuki, həmin tarixdən əvvəlki dövrlərdə 332,54 manat məbləğində pensiya ödənilmişdir. xx.xx.2017-ci il tarixdən etibarən həmin məbləğdə pensiya ödən ilməsi həm iddiaçıya məxsus kart hesabından çıxarışdan, həm də pensiya işində olan uçot vərəqəsindən müəyyən olunur. 2017-ci il dekabr, 2018-ci il yanvar-may ayları üzrə pensiya ödənişinin 57,54 manat azaldılması məhz iddiaçının 18 yaşının tamam olduğu, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun dayandırıldığı və 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi əlilliyin təyin edildiyi dövrlərə aiddir. Lakin cavabdeh onu nəzərə almamışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2376/2020 nömrəli qərarı ilə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya beş il müddətinə təyin olunmuş ikinci dərəcə əlilliyin təyin olunması tarixinin onun 18 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən müəyyən edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

11. İş üzrə apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ailə başçısını itirməyə görə iddiaçıya əmək pensiyasından ödənilməyən 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə 55 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, iddia tələbinin dəqiqləş dirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 22 iyun 2023-cü il tarixli, 2-1(103)-488/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə ödənilməyən 55 manatının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının pensiya uçot vərəqi və digər sənədlərə əsasən müəyyən olunur ki, 2017-cı ilin iyul ayının 1-dən xx.xx.2017-ci il tarixinə qədər ödəni lən pensiyanın baza hissəsi 275 manat, sığorta hissəsi 57,54 manat, cəmi, pensiya məbləği 332,57 manat təşkil etmişdir. Daha sonra iş materialları tədqiq olunduqda müəyyən olunur ki, sağlamlıq imkanları məhdud iddiaçının 18 yaşı bitdiyində, TSEK-in xx.xx.2012-ci il tarixli qərarı ilə ona ikinci dərəcə (gözdən) əlillik dərəcəsi verildikdən sonra, İİ qrup əlilliyinə görə ona ailə başçısını itirməyə görə xx.xx.2017-ci il tarixindən nümayəndəsinə (anası Nümayəndə1) ödənilən pensiyanın məbləği 332,54 manatdan 55 manat azaldılaraq 277,54 (332,54-277,54) manatdan 2018ci ilin iddia olunan yanvar-may aylarında da ödənilməyə davam etmişdir. Hazırkı mərhələdə dəqiqləşdirilmiş tələbdən də göründüyü kimi, iddiaçı 2017-ci ilin dekabr və 2018-ci ilin yanvar-may (5 ay) ayları üzrə ona əskik ödənilən həmin 55 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb edir. İddia olunan aylar üzrə cavabdeh iddiaçının ailə başçısını itirməyə görə pensiya məbləğini 55 manat azaldılmasında haqlı olmamış, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmış, lakin iddiaçının mübahisələndirilən dövr üzrə pensiya məbləğinin azaldıldığı hissəsində miqdarının hesablanmasında qeyri-dəqiqliyə yol vermiş və iddiaçıya azaldılmış məbləğlə bağlı tələbinin düzgün dəqiqləşdirilməsində, İPM-in 13.1-ci və 48.1-ci maddələrinin tələbi qaydasında, müvafiq yardım göstərməmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KAS SASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətində qeyd edilmişdir ki, Nümayəndə1 və 4 azyaşlı övladına xx.xx.2014-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. 164083 nömrəli pensiya işindən də göründüyü kimi, ailə başçısını itirməyə görə əmək pensiyası ailə üzvünün hər birinə münasibətdə 55 manat təyin edilmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən Nümayəndə1 tərəfindən təqdim edilmiş, Sabunçu rayon İcra Hakimiyyəti başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin arayışına əsasən Nümayəndə1 işləmədiyi qeyd olunmuşdur. Lakin 2017-ci ilin dekabr ayında daxili audit yoxlamaları zamanı onun 2011-ci il tarixdən aktiv əmək müqaviləsinin olduğu və hazırkı günədək işlədiyi məlum olmuşdur. Bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən Nümayəndə1 ayrılan 55 manat pensiya məbləği qanunvericiliyin tələblərinə əsasən azaldılmışdır. Digər məqam isə “2017ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel, may ayları üzrə ödənişlərin ödənilməsi” barədə iddianın əsl iddiaçı olmayan şəxs tərəfindən qaldırılmasıdır. Belə ki, təyin edilən əmək pensiyasının məbləğindəki azalmalar Nümayəndə1 münasibətdə olsa da, “ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi İddiaçı tərəfindən qaldırılmışdır. Apellyasiya şikayətində qeyd edilsə də, həmin hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən münasibət bildirilməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlill əri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.31-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum m əbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahi sənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

23. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktik i halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

24. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

25. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

26. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdü yü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır.

27. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı cavabdeh tərəfindən onun hüququnun pozulması ehtimalının mövcud olduğu halda cavabdehə qarşı hazırkı iddianı qaldıra bilərdi. Lakin belə bir ehtimalın mövcudluğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur.

28. Belə ki, ailə başçısını itirməyə görə əmək pensiyasının 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral, mart, aprel və may ayları üzrə ödənilməyən 55 manat məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hazırkı iddia qanuni nümayəndəsi Nümayəndə1 vasitəsi ilə İddiaçı tərəfindən qaldırılmışdır. Halbuki, mübahisəyə dair iş üzrə materi allardan müəyyən edilir ki, Nümayəndə1 və övladları Brilyantxanım Əzizbəyovaya, İddiaçı, Şahmurad Əzizbəyova, Zümrüd Əzizbəyovaya mərhum əri Asif Əzizbəyovun ölümü ilə əlaqədar xx.xx.2014-cü il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən Nümayəndə1 tərəfindən təqdim edilmiş, Sabunçu rayon İcra Hakimiyyəti başçısının A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin arayışında Nümayəndə1 işləmədiyi qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən 2017-ci ilin dekabr ayında keçirilmiş daxili audit yoxlamaları zamanı Nümayəndə1 2011-ci il tarixdən aktiv əmək müqaviləsinin olduğu və hazırkı günədək işlədiyi müəyyən edilmiş və bu səbəbdən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği Nümayəndə1 ayrılan 55 manat pensiya məbləği həddində azaldılmışdır.

29. Bu qərarın 17-ci bəndində istinad edilən normalara əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarının, eləcə də onun 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən arvadının yaşından və əmək qabiliyyətindən asılı olmayaraq ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Başqa sözlə, Nümayəndə1 ailə başçısını itirməyə görə əmək pensiyası yalnız vəfat etmiş ərinin 8 yaşına çatmamış uşaqlarına baxdığı və həm də işləmədiyi təqdirdə təyin edilə bilərdi.

30. Hazırkı mübahisəyə münasibətdə Nümayəndə1 işləməsi səbəbindən məhz ona münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğinin 55 manat həddində azaldıldığı n əzərə alınmalı idi.

31. Göründüyü kimi, hazırkı halda ailə başçısını itirməyə görə təyin olunmuş əmək pensiyasının məbləğindən İddiaçı deyil, onun qanuni nümayəndəsi Nümayəndə1 ayrılan 55 manat pensiya məbləği azaldılmışdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə İddiaçı iddia qaldırmaq səlahiyyətinin və ümumi hüquqi müdafiə marağının mövcudluğu iş üzrə materiallardan müəyyən olunmur.

32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, qeyd edilən halları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə koll egiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-488/2023 nömrəli qərarı ləğv edilir. İddia mümkün sayılmır. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar