Məhkəmə qərarları › İş №2-1(102)-1130/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1130/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1130/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 nömrəli Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: maraqlarına toxunan şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 nömrəli Abşeron Ərazi İdarəsinə (ərizəçilər Ərizəçi və Maraqlı şəxs) qarşı “üçüncü şəxs qismində cəlb olunma” tələbinə dair iş üzrə Sumq ayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saray qəsəbəsi ərazisində yerləşən 264,6 kv.metr ölçüdə mansardlı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,20 ha torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qo yulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 05.08.2013-cü il tarixli, 2-1(085)722/2013 saylı qərarı ilə iddia təmin edilmiş, həmin qərar 07.10.2013-cü il tarixdə qanuni qüvvəyə minmişdir. 3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi üzərində Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 05.08.2013-cü il tarixli 2-1(85)-722/2013 saylı qərarına və eskiz layihəyə əsasən X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə 19.10.2013-cü il tarixdə RX seriyalı ******* saylı çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. Ərizəçi və Maraqlı şəxs məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Saray qəsəbə sakinidir. Maraqlı şəxs onun oğludur. Ərizəçi 24 iyul 1998-ci ildə J-1880 nömrəli dövlət aktı ilə Saray qəsəbəsində 0,38 ha ümumi torpaq sahəsi ayrılmışdır. 31 may 2012-ci ildə 4Ə/1251 reyestr nömrəli alqısatqı müqaviləsi ilə 0,12 ha torpaq sahəsi onun iştirakı ilə özgəninkiləşdirilmişdir. Bu zaman ərazinin ona aid olduğu barədə alqı-satqı üçün 1 ay müddətinə arayış da təqdim edilmişdir. Qalan 0,2236 ha torpaq sahəsi 04 may 2016-cı il tarixli **********04 reyestr nömrəli çıxarışla onun adına rəsmiləşdirilmişdir. Sonradan ona məlum olmuşdur ki, məhkəmənin 2-1(085)-722/2013 saylı, 05 avqust 2013-cü il tarixli qərarı ilə Saray qəsəbəsi üzrə icra nümayəndəsinin 30 iyul 1998-ci il tarixli 01 s aylı çıxarışı əsasında (dövlət aktı olmadan) vətəndaş İddiaçı iddiası əsasında onun xeyrinə Saray qəsəbəsində ayrılmış 0,20 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən 264,6 kv.metr ölçüdə olan mansardlı qanunsuz tikilmiş fərdi evə müvafiq mülkiyyət sənədlərinin verilməsi barədə Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmuşdur. Bu öhdəlik qurum tərəfindən icra edilmişdir. Cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrə şikayət edilməmişdir. Vətəndaşa **********36-10301 reyestr nömrəli çıxarışla mülkiyyət hüququ verilmişdir. Bu torpaq sahəsi onun sənədindəki torpaq sahəsi ilə üst-üstə düşür, onun mülkiyyətidir. Onun bu proseslərdən məlumatı olmayıb. Hansı dövlət aktı əsasında çıxarış verildiyini bilmir. 1ci qrup əlilə baxdığı üçün torpaq sahəsi ilə maraqlana bilmir. Buna görə də o, 2013-cü ildə qeyd edilən dövlət aktı üzrə başqa şəxsə etibarnamə verərək eyni ərazidən 12 sot torpaq sahəsi satmışdır. 2016-cı ildə qalan torpaq sahəsinə çıxarış alanda DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən ona bu torpağa başqa şəxsin də sənədi olması barədə heç bir məlumat verilməmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(085)-722/2013 saylı qərardadı ilə (hakim İsmayıl Quliyev) üçüncü şəxs qismində cəlb olunma barədə ərizə təmin edilməmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, ərizəçilər məhkəməyə torpaq sahələrinin üst-üstə düşdüyünü təsdiq edən sənədlər təqdim etməmişdir. Həmçinin ərizəçiyə məxsus torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla həmin torpaqdan faktiki olaraq istifadə edilmir. Eyni zamanda DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən də həmi n torpaq sahələrinin çox az hissədə, 0,085 ha hissədə üst-üstə düşdüyü bildirilmişdir. Bu isə məhkəmənin qeyd edilən qərarı ilə ərizəçinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu istisna edir. Eyni zamanda 2013-cü ildə qəbul edilmiş, ərizəçinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmadığı məhkəmə qərarının ləğv edilməsi hüquqi müəyyənlik prinsipinin pozulması ilə də nəticələnə bilər

8. Qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs şikayət verərək Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2-1(085)- 722/2013 saylı qərardadının ləğv edilməsini, onların 3-cü şəxs qismində cəlb edilmələri barədə ərizələrinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 17.03.2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər – Fuad Məmmədov və Məhəmmədəli Rzayev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(085)722/2013 saylı qərardadının ləğv edilməsi, Ərizəçi və Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati işin Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizəçilərin paylı mülkiyyətində olan 0.2236 ha torpaq sahəsinin 1/3-dən artıq hissəsi yəni, 850 kv m (8 sot yarım) hissəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alı nmış, bu isə ərizəçilərin əhəmiyyətli dərəcədə hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan əlavə torpaq sahələrinin koordinatların hansi hissədə üst-üstə düşməsi məsələsi ilə bağlı cavabdehdən deyil, dövlət yerquruluşu xidməti, yəni Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətindən mütəxəssislər cəlb edilməklə rəy alınmalıdır.

11. Məhkəmə qərardadı iddiaçıya 26.04.2021-ci il tarixində təqdim edilmişdir.

12. İddiaçı həmin qərardaddan 03.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 21(105)-196/2021 nömrəli qərardadının ləğv olunmasını, Ərizəçi və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunmalarına dair ərizələrinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsi mişar daşlarından hörülmüş hasarla əhatə olunmaqla 1998-ci ildə fərdi yaşayış evi tikilmiş, həmin vaxtdan dövlət qeydiyyatına alınmışdır. Ərizəçi, Maraqlı şəxs və digər şəxslər dövlət aktına əsasən ayrılmış torpaq sahəsi onlara yerində tanıtmaqla verilmiş və özlərinin qeyd etdikləri kimi onlara ayrılmış torpaq sahəsindən 0,12 hektar torpaq sahəsini alğı-satqı yolu ilə satmışlar. Beləliklə məlum olur ki, 1998-ci ildən bu günə kimi keçən 23 il ərzində Ərizəçi, Maraqlı şəxs və digər şəxslərin iddiaçıya məxsus fərdi yaşayış evi və hasarını görməmələ ri, keçən müddət ərzində iddia etməmələri heç bir məntiqə uyğun deyil.

14. Bundan başqa, iddiaçının adına RX seriyalı, № 0278545, qeydiyyat nömrəsi ********** olan 19.10.2013-cü il tarixli çıxarışın verilməsini, Ərizəçi, Maraqlı şəxs və digər şəxslərin adları qeyd edilməklə seriya RX, № 0853696, qeydiyyat nömrəsi ********** olan 04.05.2016-cı il tarixində isə çıxarışın verilməsini nəzərə alaraq çıxarış verilməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən mütəxəssislər tərəfindən gedib yerində torpaq sahəsi müayinə edilib, torpaq sahəsi göstərilməklə müayinə aktı tərtib edilib torpaq sahəsi tanıdılır və bu barədə mütəxəssis tərəfindən müayinə aktı tərtib edilməli, sözügedən torpaq sahəsinin xüsusi mülkiyyətdə olması nəzərə alınaraq imtina edilməli idi, lakin göründüyü kimi həmin şəxslərə imti na verilməmişdir.

15. Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli qərarına əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. İndiki halda isə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.10.2013-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və tam icra edilmişdir. Yəni, iddiaçının adı na RX seriyalı ******* nömrəli çıxarış verildiyindən Ərizəçi və Maraqlı şəxs üçüncü şəxs qismində cəlb olunmalarına dair ərizələri mümkün sayılmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və ərizəçilər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildiriş lərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiy yəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

20. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

21. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

23. Konstitusiya Məhkəməsi Plenu munun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhk əməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallarından görünür ki, JN-1880 nömrəli 05.06.1998-ci il tarixli Dövlət Aktına əsasən, 0.3807 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuş, həmin ümumi birgə torpaq sahəsinin 0.12 ha hissəsi Abşeron rayon 1 saylı notar iat kontorunda təsdiq edilmiş 31.05.2012-ci il tarixli 4Ə/1251 saylı reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, X adına özgəninkiləşdirilmişdir. Yerdə qalan 0.2607 ha ümumi birgə torpaq sahəsi 04.05.2016-cı il tarixdə **********04(0.2236 ha) və 09.07.2019-cu il tarixdə **********23 (0.0371 ha) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

28. Bundan başqa, Ərizəçi paylı mülkiyyətində olan 04.05.2016-cı il tarixli, **********04 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0,2236 ha torpaq sahəsinin 0,085 ha hissəsinə İddiaçı adına 19.10.2013-cü il tarixli, **********36-10301 reyestr nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, işə baxılarkən ərizəçilərin paylı mülkiyyətində olan 0.2236 ha torpaq sahəsinin 1/3-dən artıq hissəsi, yəni 850 kv m (8 sot yarım) hissəsi qanuni qüvvəyə m inmiş məhkəmə qərarı əsasında iddiaçının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış, bununla da ərizəçilərin hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur.

29. Hazırkı qərarın 23-cü bəndində göstərilən normanın məzmunundan da göründüyü kimi, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda həmin şəxsləri inzibati icraata üçüncü şəxs qismində cəlb etməlidir.

30. Hazırkı işə baxan birinci instansiya məhkəməsi isə göstərilən halları nəzərə almadan ərizəçiləri üçüncü şəxs qismində inzibata icraata cəlb etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 23-cü bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə uyğun olaraq ərizəçilərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizələrinə yenid ən baxılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir.

31. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan hüquqi mövqeyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məh kəməsi İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 21(105)-196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar