Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1130/2023 22.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-422/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində olan 1090 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
2. Cavabdeh 30 avqust 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinada qeyd olunmuşdur ki, təqdim edilmiş X4 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmiş və ord erin əsli əlavə olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bir hissəsi 1089 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi üçün bölgü sxeminin təqdim edilməsi məqsədəuyğundur. Həmçinin təqdim edilmiş bağ sahəsinə dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş arxiv arayışında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Bundan başqa, texniki baxış zamanı bağ sahəsinin faktiki ölçüsünün 1155 kv.m olduğu aşkar olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli sərəncamına əsasən Allahyarova (Muxtar ova) Firuzə Əlisöhbət qızına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 1155 kv.m torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsinin İddiaçı adına dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli sərəncamına əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi plan 1090 nömrəli bağ ayrılmışdır. Bu barədə Bakı şəhəri X4 və İstismarı Birliyi tərəfindən ona həmin bağ sahəsinə dair 19 nömrəli Order verilmişdir. 18 oktyabr 1988ci il tarixdə nikaha dax il olaraq Allahyarov soyadını götürmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2021-ci il tarixdə İ-194-112 sayla verilmiş Arxiv arayışından da görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü tarixli 53T saylı Sərəncamı ilə yeni yaradılmış 245 saylı bağ-tikinti kooperativinin tərkibi təsdiq edilmiş və X3 həmin siyahıya əlavə edilmişdir. xx.xx.2021ci il tarixdə bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30 avqust 2021-ci il tarixli **********52 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. İmtina mə ktubunda əsas kimi göstərilən səbəblərdən biri bağ sahəsinin bir hissəsinin 1089 saylı bağ sahəsinin ərazisinə uyğun gəldiyi göstərilmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş 22.10 2021-ci il tarixli 1002/1852 nömrəli sorğuya dair 01 noyabr 2021-ci il tarixli **********84 saylı cavabda göstərilir ki, X4 və İstismarı Birliyinin 245 saylı BTK nəzdində Sabunçu rayonu, Ləhiş bağ massivində 1089 saylı bağ sahəsinə dair sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir. Təkrarən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün ərizə ilə xx.xx.2021-ci il tarixdə ********** saylı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Ə mlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 noyabr 2021-ci il tarixli **********66 saylı cavab məktubu ilə ərizəsinin təmin olunmasından yenidən imtina edilmişdir. İmtina məktubunda göstərilir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********52 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Cavabdehin bağ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Bakı İnzibati Məhkəməsinin (hakim O.X.Həsəno v) 2-1(112)-4363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli qərarına əsasında iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 245 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1090 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması, çıxarış və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X4 və X6 bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X1 adına verilmiş order aşkar olunmamışdır. Lakin bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən digər hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunduğundan, orderin hazırkı mərhələdə müəyyən edilməməsi onun ziyanına şərh edilə bilməz. Nəzərə alınmalıdır ki, hətta həmin order mövcud olmasa belə, Bakı şəhər İcra Hakimiyyətinin 29 mart 1993-cü il tarixli 531 nömrəli sərəncamı mülkiyyət hüququnun tanınmasına yetərli sənəd hesab edilir. Cavabdeh tərəfindən mötəbərlıyi şübhə altına alınan Orderin olmaması, müraciətin təminindən imtinanın formal əsası qismində məhkəmə tərəfindən qiymətləndirilir. Həmin orderin verilməsinə əsas olan sərəncamı İdarənin (cavabdehin) arxivində aşkar edilməsə belə, həmin 29 mart 1993cü il tarixli 531 nömrəli sərəncamdan çıxarış Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatında saxlanılmışdır. Həmin sərəncamda və ona əlavə olunmuş üzvlərin siya hısında Ləhiş bağlar sahəsindəki 245 saylı kooperativi tərəfindən X2 bağ sahəsinin ayrılması öz təsdiqini tapmışdır.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim: S.İ.Bəktaşiməruzəçi, K.H.Əkbərov və R.Ə.Səmədov) 17 yanvar 2023-cü il tarixli, 2-1(103)422/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilən imtinanın və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab ol unur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
15. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmi ş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları il ə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının sərəncam əsasında ona istifadəyə verilmiş bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
21. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kol legiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Hazırkı qərarın 14-cü bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
23. İstinad olunan normanın məzmunundan göründüyü kimi, 2007-ci il mayın 22-dək müvafiq icra h akimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün təsbit edilmiş əsaslar sırasına aid edilmişdir. İddiaçıya 1090 nömrəli bağ sahəsi də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 29 mart 1993-cü il tarixli 531 nömrəli sərəncamına əsasən ayrılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-422/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.