Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1131/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı X5 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergi Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergilərin hesablanması barədə qərarın ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qə rarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(105)-99/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X1 fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. O, vergi orqanına müraciət edərək fəaliyyətini 28.03.2018-ci ildən 23.03.2023-cü ilədək dayandırmışdır.
2. Cavabdehin 08.07.2019-cu il tarixli, **********049600 nömrəli qərarı ilə iddiaçı X6 ümumilikdə 10587,85 manat əlavə vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı X7 cavabdeh 2 Saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdiri lməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək vergilərin hesablanması barədə 08.07.2019-cu il tarixli, **********049600 saylı qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.03.2018-ci il tarixdə fəaliyyətini tamamilə dayandırmış və ərizə ilə müvafiq Vergi orqanına müraciət etmişdir. 03.04.2018-ci il tarixində nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması barədə, 04.05.2018-ci il tarixdə isə obyektimin (təsərrüfat subyektinin) ləğv edilməsi barədə müvafiq Vergi orqanına müraciət etmişdir. 28.11.2018-ci il tarixdə **********611300 nömrəli Qərarla sentyabr 2018-ci il üzrə 10587.85 ƏDV bəyannaməsinin təqdim edilməməsi adı ilə analoji vergi hesablanmışdır. 24.04.2019-cu il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş he sabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsə də, vergi orqanı 01.05.2019cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə Qərarla 10587.85 manat borc hesablayaraq şəxsi hesab vərəqəsində ƏDV 2018/09 adı ilə tətbiq etmişdir. Bu barədə dəfələrlə müraciət edərək faktiki olaraq həmin ünvanda fəaliyyətini dayandırdıqdan sonra başqa şəxslərin-fiziki şəxslərin fəaliyyət göstərməsini bildirsə də, müvafiq dövrlərdə onun fəaliyyəti olmadığı, fəaliyyətini dayandırdıqdan sonra başqa fiziki şəxs X4 fəaliyyət göstərdiyini bildirməsinə baxmayaraq, müraciətlərinə baxılmamış və hesablanmış vergi məbləği silinməmişdir.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsasland ırlımışdır ki, iddiaçı vergi orqanına 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etməmişdir. 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından, 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 15.11.2018-ci il tarixli **********010700 məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində ək s etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçıya ünvanlanmış 15.11.2018-ci il tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” 08.07.2019-ci il tarixli **********049600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı 02.09.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim C.Məmmədov).
7. Məhkəmə qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən təkrar bəya nnamə verilməsinə baxmayaraq, həmin bəyannamə bildiriş üzrə verilməyib. Ona görə də hazırki mübahisə üzrə 30 gün keçdikdən sonra alternativ yoxlamanın aparılması qanun pozuntusu hesab edilə bilməz. Vergi ödəyicisinin saxlama ambarı olmadığı təqdirdə, sahibkarlıq fəaliyyətinin 2018-ci ilin mart ayında dondurduğuna görə qalıq malların harada olması ilə bağlı vergi orqanında heç bir məlumat olmamışdır. Belə olduğu tədqirdə vergi orqanı tərəfindən kameral vergi yoxlamasını keçirməklə malların bazar qiyməti üzrə ədvnin hesablanması qanuna uyğundur.
8. Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(105)-99/2021 nömrəli qərarına görə (sədrlik edən və məruzəçi – Zaur Məmmədov, hakimlər – Hökümə Babayeva və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı 02.09.2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Məhkəmə qərarının iddiaçıya hansı tarixdə təqdim edildiyini göstərən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
12. İddiaçı 03.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci i l tarixli, 2-1(105)-99/2021 nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada əsaslandırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir.
14. Belə ki, vergi orqanının qeyd etdiyi 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yaranıbyaranmaması ekspert tərəfindən müəyyən oluna bilərdi. Qeyd olunan bu halların heç biri araşdırılmadan, yalnız formal mülahizələrə əsaslanaraq, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilmişdir.
15. İş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olarkən iddiaçı yenə də ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə bunu nəzərə almamış və nəinki ekspertizanın keçirilməsi, faktiki olaraq mal qalığının həqiqətən mövcud olub-olmamasını araşdırmamışdır. Cavabdeh vergi orqanı isə etiraz olaraq gətirdiyi dəlillər sadəcə qanunvericiliyin maddələrindən ibarətdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin əsassız olduğunu bildirmiş, şikayətin rədd edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(105)-99/2021 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçıda mal qalığı ilə bağlı bütün sübutlar məhkəmə prosesinin gedişində sübut qismində məhkəməyə təqdim edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və cavabdehin vəkili izahat verər ək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə baş ladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.
20. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlə dən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
21. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir
22. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğun u sübut etməlidir.
23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslı lığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Kassasiya şikayətinin hazırkı qərarın 13-cü bəndində göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işə məhkəmələr tərəfindən baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı vergi orqanına 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etməmişdir. 01.01.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatla rına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır
29. Bundan sonra, 15.11.2018-ci il tarixli **********010700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir.
30. Beləliklə, məhkəmələr haqlı olaraq vergi orqanının qərarını əsaslı hesab etmişdir. İddiaçı heç bir mal satışı olmadığını bildirsə də, həmin vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatı təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma apararaq əsaslı nəticəyə gəlmişdir.
31. Hazırkı qərarın 14-15-ci bəndlərində göstərilən kassasiya dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə ekspertizanın keçirilməsi barədə ərizə təqdim edərək məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, həyata k eçirilən vergi yoxlamaları, qanunsuz hesablanmış vergilər iş üzrə ekspertiza keçirilməsi zərurəti yaratmışdır. Bu səbəbdən, iş üzrə ekspertiza təyin edərək təqdim edilmiş sənədlərə əsasən müəyyən edilməlidir ki, sentyabr-2018 vergi dövrü üzrə ƏDV düzgün hesablanmışdırmı, təqdim olunmuş sənədlərə əsasən mal qalığının mövcud olması öz təsdiqini tapırmı?
32. Göründüyü kimi, iddiaçının ərizəsində qeyd etdiyi halları müəyyən etmək üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. İşə baxan məhkəmələr iş materiallarında olan sənədlər əsasında ƏDV-nin düzgün hesablanmasına, mal qalığının mövcudluğuna qiymət vermişdir. Belə olan halda, iş üzrə ekspertiza keçirilməsi işə baxılmasının lüzumsuz olaraq uzadılmasına səbəb olur ki, bu da mübahisənin həllinə mane olacaqdır. Odur ki, məhkəmə haqlı olaraq iş ü zrə ekspertiza təyin etməmişdir.
33. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və hazırkı qərarın 22-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialarda mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanlardan göründüyü kimi, hazırkı iş üzrə cavabdeh vergi orqanı 08.07.2019-cu il tarixli, **********049600 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
34. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
35. Yuxarıda göstərilənlərə əs asən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(105)-99/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.