Məhkəmə qərarları › İş №2-1(102)-1131/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1131/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1131/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) “obyektin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 21(103)-354/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.2 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı özünə məxsus qeyri yaşayış sahəsinin qabağında hər biri 9 kv.m olmaqla 18 kv.m əlavə tikili inşa etmişdir. 3. 2020-ci ilin iyun ayında cavabdeh tərəfindən göstərilən əlavə tikili sökülmüşdür.

4. İddiaçı cavabdehə müraciət edərək, qeyri-yaşayış sahəsinin qabağın da hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m olan əlavə tikilinin bərpa edilməsini və kompensasiyanın ödənilməsini tələb etmişdir.

5. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Azərbaycan Respublikası Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin ünvan 1 saylı yaşayış binasında İddiaçı mülkiyyətində olan (yarımzirzəmi) qeyri-yaşayış sahəsinin təqdim edilmiş eskiz layihə əsasında yenidənqurulmasına icazə verilməsi ilə bağlı müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli 03/03-218 nömrəli məktubunda bildirilmişdir ki, qaldırılan məsələ ilə bağlı əməkdaşları tərəfindən yerində baxış zamanı yenidənqurulması nəzərdə tutulan ərazinin piyadaların hərəkəti hissəsində (səkidə) planlaşdırıldığı məlum olmuşdur. Belə ki, piyadaların hərəkət hissəsində hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması, eləcə də piyadaların gediş gəlişinə maneənin yaradılması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağandır. Eyni zamanda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, eləcə də şəhərsalma və tikintiyə dair qanunvericiliyin tələblərinə uyğun olaraq yenidənqurma və ya tikinti işlərinə yalnız tikinti altı torpaq sahəsinin mülkiyyət, icarə və istifadə hüququnu təsdiq edən sənəd olduqda icazə verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mövcud qanunvericiliyin, habelə şəhərsalma və tikintiyə dair normaların tələblərinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 79 saylı yaşayış binasının yarımzirzəmisində qeyri-yaşayış sahəsinin yenidənqurulmasını məqsədəuyğun hesab etmirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yüngül konstruksiya formasında yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsi dövlət reyestrində qeyd edilməklə çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin ümumi sahəsi 79.2 kv.m-dir. Qeyri-yaşayış sahəsinin qabağında hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikili va rdır. Həmin tikili texniki pasportda öz əksini tapmışdır. 2020-ci ilin iyun ayında Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin rayon ərazisindəki “Məlhəm" Beynəlxalq Hospitalının açılışına gəlməyini bəhanə edərək qeyriyaşayış sahəsinin giriş hissəsinin 18 kv.m hissəsini sökmüşdür. Prezidentin gedişindən sonra bərpa edəcəklərini bildirsələr də bu günə qədər müxtəlif bəhanələrlə verilən vədi yerinə yetirməmişlər. Artırılmış hissənin sökülməsi iddiaçıya xeyli ziyan vurmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qis mində məhkəmə icraatına cəlb edilmişdir.

9. Üçüncü şəxs iddiaya qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinin 18,0 m2 giriş hissəsinin sökülməsi və dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 2/7775-21 nömrəli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli VM-01PA/İ-11/4-2021-00757 nömrəli müraciətlərə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, göstərilən ünvandakı qeyri-yaşayış sahəsinin giriş hissəsində uzun müddət öncə qeyri-qanuni inşa edilmiş artırma rayonun aidiyyəti qurumları tərəfindən görülmüş tədbirlər nəticəsində 2020-ci ilin əvvəllərində sökülərək binanın fasadı ilkin vəziyyətinə qaytarılmışdır. Göstərilənlərlə bağlı İddiaçı daxil olmuş müraciətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2021ci il tarixli XO-02-04-1-11-2021- 00833 nömrəli və xx.xx.2021-ci il tarixli, XO-02-04-1-11/42021- 01741 nömrəli məktublarla baxılmaq üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə göndərilmiş və bu barədə müraciət edən şəxsə məl umat verilmişdir. xx.xx.2021-ci il tarixli məktubda hüquqmüəyyənedici və texniki sənədlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edildikdən sonra sözügedən məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən baxıla biləcəyi qeyd edilmişdir. Məlum olduğu kimi, “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1.08.2018-ci il tarixli 226 nömrəli Fərmanına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə”nin 1.1-ci yarımbəndinə əsasən Baş İdarə Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, statusu mərkəzi icra hakimiyyəti orqanlarının yanında olan dövlət agentliklərinin və dövlət xidmətlərinin statusuna bərabər sayılan, Komitənin strukturuna daxil olan qurumdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”nin 8.16-cı yarımbəndinə əsasən respublika səviyyəsində şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid siste mlə aparılmasını təşkil etmək və bütövlükdə dövlət şəhərsalma kadastrı fondunu yaratmaq və aparmaq vəzifələrini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 1.2-ci yarımbəndinə əsasən dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6751/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan obyektin İddiaçı məxsus olm ası və həmin obyektin cavabdeh tərəfindən sökülməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.1, 29.2, 29.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 157.9, maddi hüquq normaları ilə əsaslandırmışdır.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək məhkəmənin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-354/2023 nömrəli qərarına əsasən (sədrlik edən S.Bektaşi, hakimlər k.Əkbərov, N.Həsənova) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəmə sinin 21(112)-6751/2022 saylı, 08 iyun 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişidir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının istinad etdiyi mülkiyyətində olan qeyriyaşayış sahəsinə bitişik olan hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikiliyə dair texniki pasport daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olub, bilavasitə əmlaka əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir. Bu əsasdan həmin sahənin texniki pasportda göstərilməsi iddiaçıya mülkiyyət hüququnu tələb etməyə əsas vermir. Həmin sənəd əşyanın kimə və hansı əsaslarla məxsus olduğuna dair heç bi r hüquqmüəyyənedici rol oynamır.

16. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Əlavə olaraq qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixdə tərtib olunmuş Texniki Pasportda hər biri 9 kv.m olmaqla ümumilikdə 18 kv.m qeyri-yaşayış sahəsi öz əksini tapmışdır. Apellyasiya instansiyası texniki pasportu hüquqmüəyyənedici sənəd hesab etməmişdir. Halbuki, texniki pasport daşınmaz əmlakın qeydiyyatını təsdiq edən çıxarışın ayrılmaz hissəsidir ki, bununla qeyri-yaşa yış sahəsinin və ya hər-hansı bir daşınmaz əmlaka dair verilən çıxarışların bir növ açıqlamasıdır, ayrılmaz hissəsidir.

18. Kassator kasasiyanın hüquqi mövqeyini AR konstitusiyasının 29.1, 29.2 və AR Mülki Məcəlləsinin 152.1, 157.4, 157.9-cu normaları ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.1 Hər kəsin mülkiyyət hüququ vardır. 29.2 Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.4 Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21. A.R. Mülki Məcəlləsi: Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.9 Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yaln ız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

22. A.R. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündə n, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) də yişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblər inə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla həmin dəlillərlə eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahis ə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olan hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikiliyə dair texniki pasport daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən müvafiq texniki sənəd olub, bilavasitə əmlaka əşya hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış etmir.

29. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli sahənin texniki pasportda göstərilməsi, həmin sahənin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması mənasına gəlmir. Texniki pasport əşyanın kimə və hansı əsaslarla məxsus olmasına dair hüquqmüəyyənedici rol oynamır.

30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı xx.xx.2019-cu il tarixdə tərtib olunmuş texniki pasporta baxış keçirilərkən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 79.2 kv.m olan qeyri-yaşayış sahəsinin cizgisi pasportda qeyd olunsa da, həmin qeyri-yaşayış sahəsinə bitişik olan hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikilinin cizgisi müəyyən olunmamışdır.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin İddiaçı hansı hüquqi əsaslarla məxsus olduğu məhkəmə araşdırması ilə müəyyən olunmadığından, iddiaçı həmin obyektin yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmamışdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq, cavabdehin imtinasının qanunauyğun olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olmaması barədə düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır k i, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.

34. İddiaçının kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən görünən odur ki, iddiaçı tərəfindən ona məxsus olmayan torpaq sahəsində hər biri 9 kv.m olan cəmi 18 kv.m olan binanın fasadına xələl gətirən qanunsuz tikili inşa etmişdir. İddiaçının torpağa və tikiliyə hər hansı bir hüquq müəyyənedici sənədi mövcud deyil.

35. Belə olan halda iddiaçının sökülmüş obyektin bərpa edilməsi üzrə tələbi hazı rkı qərarın “20-21 “ bəndlərində qeyd olunmuş maddi hüquq normalarının tələbləri baxımından təmin edilməsi yolverilməzdir.

36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2023-cü il tarixli, 2-1(103)-354/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar