Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1132/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(107)-73/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1962-ci il 10 oktyabr tarixdə doğulmu ş, 1978-ci il 1 sentyabr tarixdən 1980-ci il 1 aprel tarixədək X4 Birliyinin 69 nömrəli Peşə Texniki Məktəbində baramaaçan qrupunda təhsil almışdır. O, 1980-ci il 1 aprel tarixdən 1996-cı il 17 dekabr tarixədək X4 Birliyinin baramaaçan istehsalatında uc düyən və baramaaçan işləmişdir. Müəssisənin 1996-cı il 17 dekabr tarixli əmrinə əsasən müəssisənin iş fəaliyyətinin dayandırılması ilə əlaqədar öz hesabına məzuniyyətə buraxılmış və 1998-ci il 2 fevral tarixdən işdən azad edilmişdir. İddiaçı 1981-ci il 31 may tarixdə nikaha daxil olmuş və ona “Əkbərova” soyadı verilmişdir. İddiaçının 1980-ci il 19 noyabr tarixdə qızı Nüşabə Əkbərova, 1981-ci il 10 dekabr tarixdə qızı Vüsalə Əkbərova, 1988-ci il 21 iyul tarixdə qızı Brilyant Əkbərova, 1994-cü il 4 yanvar tarixdə qızı Xəyalə Əkbərova və 1996- cı il 13 oktyabr tarixdə qızı Gülnarə Əkbərova doğulmuşdur. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 23 iyul tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajı olmamış, habelə əmək kitabçası ilə güzəşt arayışında uyğunsuzluq vardır. İddiaçı 2018-ci il 5 sentyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 6 il işləməyərək körpə uşaqlarına qulluq etdiyi illərin, 1978-ci il 29 avqust tarixdən 1980-ci il 1 aprel tarixədək baramaaçan qrupunda oxuduğu illərin, 1980-ci il 1 aprel tarixdən 1998-ci il 2 fevral tarixədək X3 uc düyən və baramaaçan işlədiyi illəri n sosial sığorta stajına daxil edilməsi və ona 2017-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, 1978-ci il 28 avqust tarixdən 1980-ci il 1 aprel tarixədək X5 Birliyinin 69 nömrəli Peşə Texniki Məktəbində baramaaçan qrupunda təhsil almış, 1980-ci il 1 aprel tarixdən 1996-cı il 17 dekabr tarixədək X4 Birliyinin baramaaçan istehsalatında uc düyən və baramaaçan işləmişdir. Müəssisənin 1996-cı il 17 dekabr tarixli əmrinə əsasən müəssisənin iş fəaliyyətinin dayandırılması ilə əlaqədar öz hesabına məzuniyyətə buraxılmış və 1998-ci il 2 fevral tarixdən işdən azad edilmişdir. İddiaçı 1981-ci il 31 may tarixdə nikaha daxil olmuş və onun 1980-ci il 19 noyabr tarixdə qızı Nüşabə Əkbərova, 1981-ci il 10 dekabr tarixdə qızı Vüsalə Əkbərova, 1988-ci il 21 iyul tarixdə qızı Brilyant Əkbərova, 1994-cü il 4 yanvar tarixdə qızı Xəyalə Əkbərova və 1996-cı il 13 oktyabr tarixdə qızı Gülnarə Əkbərova doğulmuşdur. Uşaqlar doğulduqdan sonra işləməmiş, körpə uşaqlarına qulluq etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 noyabr tarixli 2-1(84)-1540/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, 1978-ci il 1 sentyabr tarixdən 1980-ci il 1 aprel tarixədək X5 Birliyinin 69 nömrəli Peşə Texniki Məktəbində baramaaçan qrupunda təhsil aldığı, 1980-ci il 1 aprel tarixdən 1996-cı il 17 dekabr tarixədək X3 işlədiyi illərin və 1996-cı il 18 dekabr tarixdən 1999-cu il 13 oktyabr tarixədək körpə uşaqlarına qulluq etdiyi illərin onun sosial sığorta stajına daxil edilməsi və ona 2017-ci il 1 yanvar tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçınınqeyd olunan illərdə oxuması və işləməsi əmək kitabçası, “xxxx” ASC tərəfindən verilmiş 166 nömrəli arayış və əmək haqqı cədvəlləri ilə öz təsdiqini tapır. İddiaçı həmin qərarı mübahisələndirməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(107)-73/2019 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qərardan 2019-cu il 24 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə,Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə istinadən “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsən ətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ” əldə edirlər. Vətəndaşın tələb olunan 20 il sosial sığorta stajı tamamlanmadığından cavabdeh tərəfindən əmək pensiyası təyin olunması üçün ərizəsinə imtina verilmişdir. Vətəndaşın əmək kitabçasında qeyd olunan vəzifə ilə güzəşt arayışı arasında uyğunsuzluq vardır. 1996-cı ildə iddiaçı əmək haqqı almadığı və məcburi dövlət sosial sığorta haqları ödənişləri həyata keçirilmədyi halda, bu dövr sosial sığorta stajına daxil edilmiş, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşləməyərək uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə istinad edərək şikayətin təmin olunm amasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İddiaçının vəkili etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 20 illik ümumi iş stajını tamamlamamışdır; əmək kitabçasında qeyd olunan vəzifə ilə güzəşt arayışı arasında uyğunsuzluq vardır; 1996-cı ildə iddiaçı əmək haqqı almadığı və məcburi dövlət sosial sığorta haqları ödənişləri həyata keçirilmədyi halda, bu dövr sosial sığorta stajına daxil edilmişdir; işləməyərək uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini aş ağıdakı səbəblərə görə əsaslı hesab etmir.
1. İddiaçı 1978-ci il 1 sentyabr tarixdən 1980-ci il 1 aprel tarixədək X4 Birliyinin 69 nömrəli Peşə Texniki Məktəbində baramaaçan qrupunda təhsil almışdır. 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı vaxtda qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrind ə təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktora nturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi). Beləliklə, iddiaçı həmin qanunvericilik aktlarının tələblərinə əsasən peşə-texniki məktəbində təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda, 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin müqəddəm şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
2. İddiaçı 1980-ci il 1 aprel tarixdən X4 Birliyinin baramaaçan istehsalatında 1996-cı il 17 dekabr tarixədək işləmişdir. Bu müddətin 10 ildən artıq hissəsini (1981-ci ilin yanvarından 1993-cü ilin noyabrınadək) baramaaçan vəzifəsində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə işləmişdir (XX. Yüngül sənaye.
5. İpək və baramaaçma istehsalatları. 2210600a-12819 baramaaçanlar). İddiaçının əmək kitabçasında qeyd olunan vəzifə (uc düyən) ilə güzəşt arayışı arasında uyğunsuzluğa gəldikdə, həmin uyğunsuzluq iddiaçının əmək haqqı arayışları ilə aradan qaldırılmışdır. Bunun əksini təsdiq edən sübut işdə yoxdur.
3. İddiaçı körpə uşaqlara qulluq etdiyi müddəti (1996-1999-cu illər) ümumi iş stajı kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən qazanmışdır. Həmin normanın tələbinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq, iş stajına daxil edilir. Bunun sonrakı qanunda nəzərdə tutulmaması şəxsin artıq qazanılmış hüquqlarının məhdudlaşdırılmasının və ya bu hüquqların ümumiyyətlə aradan qaldırılmasının əsası kimi qəbul edilə bilməz. Məhkəmə ko llegiyası eyni əsaslardan çıxış edərək qeyd edir ki, iddiaçının 1996-cı ildə işləmədiyi halda belə (cavabdeh şikayətdə həmin ilin staja daxil edilməsini mübahisələndirir), iddiaçının həmin ildə də körpə uşaqlara qulluq etdiyi nəzərə alındıqda, cavabdehin dəlili vəziyyəti iddiaçının zərərinə dəyişmir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilənləri nəzərə almaqla iş üzrə gəldiyi nəticə ilə razılaşsa da, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun 2012-ci ildə - iddiaçının 50 yaşının tamam olduğu vaxtdan yarandığına dair gəldiyi nəticə ilə razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsi nə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçıya 50 yaşdan pensiya təyin edilməsi üçün o, 20 illik ümumi stajı və 10 illik xüsusi stajı 1997-ci il 1 avqust tarixədək qazanmalı idi. İddiaçı xüsusi stajı həmin tarixədək qazanmış olsa da, 20 illik ümumi stajını (1978-ci il 1 sentyabr tarixdən başlayan fasiləsiz iş stajı nəzərə alınmaqla) 1998-ci il sentyabrın 1-də tamamlamışdır. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 50,5 yaşdan – 2013-cü il aprelin 10-da yaranmışdır. Lakin işin bu halı apellyasiya instansiyası məhkə məsinin gəldiyi nəticəyə təsir etmir. Belə ki, iddiaçı pensiyanın 2017-ci il 1 yanvar tarixdən təyin edilməsini tələb etmiş, iddia da həmin tarix üzrə təmin edilmişdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1(107)-73/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev