Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1132/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 11 saylı ərazi filialına qarşı iş üzrə (Açar sözlər: arxiv arayışında qeyd olunan iş illərinin sosial sığorta stajına əlavə edilməsi; yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 11 saylı regional ərazi filialına qarşı “işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(105)-174/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci il tarixində anadan olmuş, 1967-973-cü illərdə və 19751976-cı illərdə Şamaxı rayonu 1-ci Çaylı kənd X adına kolxozda, 1976-cı ilin sentyabr ayından 1982-ci ilədək Çaylı kənd X adına sovxozda, 1983-1985-ci illərdə və 1986-1990cı illərdə Quşçu kənd Xx adına sovxozda, 199 1-1996-cı illrədə Çaylı kənd X adına sovxozda işləmişdir.
2. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, DSMF isə 15.08.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. İmtina belə əsaslandırılmışdır ki, iddiaçının 1967-ci ilin yanvar ayından 11 may 1973-cü ilədək, 01 avqust 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək Şamaxı rayın 1-ci Çaylı X adına kolxozda, 21 may 1991-ci ildən 31 dekabr 1996-cı il tarixədək X sovxozunda işlədiyi dövr onun əmək kitabçasında əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şamaxı rayon şöbə sinə qarşı imtina cavabının əsassız hesab olunması, 1967-ci ilin yanvar ayından 11 may 1973-cü ilədək, 01 avqust 1975-ci il tarixdən 01 sentyabr 1976-cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı X adına kolxozda, 21 may 1991-ci ildən 31 dekabr 1996-cı il tarixədək X sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 1967-ci ilin yanvar ayından 11 may 1973-cü ilədək, 01 avqust 1975-ci il tarixdən 01 sentyabr 1976cl il tarixədək Şamaxı rayın 1-ci Çaylı X adına kolxozda, 21 may 1991-ci ildən 31 dekabr 1996-cı il tarixədək X sovxozunda işlədiyi müddətin sosial siğorta stajına hesablanmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması barədə qərardad çıxarılmasını m əhkəmədən xahiş etmişdir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13.12.2019-cu il tarixli qərarı ilə qismən təmin edilərək İddiaçı 15 yaşının tamam olduğu dövrdən sonra işlədiyi və dövlət arxivinin arayışları ilə təsdiq olunan dövrlər, onun pensiya təyinatının hesablanması zamanı nəzətə alınmaqla pensiya təyinatına yenidən baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Göstərilən qərar Sumqayıt Apellyasiya Məhkəməsinin 03.06.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1955-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1967-ci ilin yanvar ayından X adına kolxozda başlamışdır. 11 may 1973cü il tarixə kimi və 01 avqust 1975-ci il tarixdın 01 sentyabr 1976-cı il tarixədək orada işləmişdir. Daha sonra o, X sovxozunda fəaliyyətini davam etdirmiş, bu dövr əmək kitabçasında qeyd edilmişdir. 21 may 1991-ci il tarixdən 31 dekabr 1996-cı il tarixədək X adına sovxozda işləmişdir. O, zəruri sənədləri toplayıb əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh ona imtina cavabı verərək göstərilən dövrləri onun sosial sığorta stajına daxil etməmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(118)-1169/2020 nömrəli qərarına əsasən (hakim – Vəfa Əzizova) iddianın qismən təmin edilməsi, iddiaçının 1970-ci ilin yanvar ayından 11 may 1973-cü il tarixədək, 01 avqust 1975-ci il tarixdən 01 sentyabr 1976-cı il tarixədək Şamaxı rayon l Çaylı X adına kolxozda və 21 may 1991-ci il tarixdən 31 dekabr 1996-cı il tarixədək X adına sovxozda işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialının üzərinə qoyulması qərara alınmışdır.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi dövrdə Çaylı kənd X adına kolxozda əmək iştirakı minimumu 180 əmək günü müəyyən edilmişdir. İddiaçını n 19721976-cı illərdə hər ildə 180 əmək günündən artıq işləməsi təsdiq edildiyindən göstərilən illər onun sosial sığorta stajına daxil edilməlidir. 1991-1996-cı illərə gəldikdə məhkəmə qeyd edir ki, həmin müddət əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Bununla yanaşı, qanunverciliyə əsasən əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə bağlana biləcəyinə görə, iddiaçının 15 yaşı tamam olana kimi işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Buna baxmayaraq qalan müddət ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir.
12. Cavabdeh məhkəmə qərarından apellyasiya şikayəti vermişdir. b. Apellyasiy a instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(105)-174/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Zaur Məmmədov, hakimlər – Hökümə Babayeva və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2-1(118)1169/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmə qərarı cavabdehə 29.03.2021-ci il tarixində təqdim edilmişdir.
16. Cavabdeh həmin qərardan 29.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(105)-17 4/2021 nömrəli qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğu üçün qanunvericiliyə uyğun olaraq əmək qabiliyyətli yaş dövrü 15 yaşından başlayır. Bu hal işin mübahisəsiz halıdır. Arayışa əsasən Şamaxı rayonu Çaylı kənd X adına kolxozda minimum əmək günü normasının 180 gün olması nəzərə alınarsa, iddiaçı 1972 və 1973-cü illər üzrə minimum əmək iştirakı normasını yerinə yetirmişdir. 1970 və 1971-ci illər üzrə iddiaçının qazanmış olduğu minimum əmək iştirakı norması 1 il 3 ay 18 gün, ümumilikdə 3 il, 3 ay, 18 gün sosial sığorta stajı təşkil edir.
18. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş arayışa əsasən, iddiaçı 11.05.1973-cü il tarixindən 12.07.1975-ci il tarixinə qədər SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının hərbi xidmətdən qayıtdığı 1975-ci il tarixindən 181 əmək günü Şamaxı rayon İ Çaylı X adına kolxozda işləməsi qeyri-mümkündür. Belə ki, iddiaçının hərbi xidmətdən qayıtdığı 12.07.1975-ci il tarixindən həmin ilin sonuna qədər 5 ay 18 gün, yəni 168 gün müddət mövcuddur ki, həmin ildə 181 əmək gününün işləməsi mümkün deyildir. Bundan əlavə, həmin arayışda iddiaçı 1976-cı il üzrə Şamaxı rayon İ Çaylı X adına kolxozda 596 əmək günü qazanması da mümkün deyildir.
19. Eyni zamanda, iddiaçı 1967-1973, 1975-1976-cı illərdə Şamaxı rayon İ Çaylı X kolxozunda, 1991-1996-cı illərdə X sovxozunda işlədiyini iddia edir. Lakin iş materiallarında olan X2 filialı tərəfindən iddiaçıya verilən 28.02.2019-cu il tarixli, 131 nömrəli arayışlarda, Şamaxı rayonu İ Çaylı X kolxozu, kolxoz kimi deyil, sovxoz kimi qeyd edilmişdir ki, bu hal da ziddiyyətli məqamlara aydınlıq gətirilməsini zəruri etdiyindən, Şamaxı rayon İ Çaylı X kolxozunun və X sovxozunun nə vaxt yaradılması, ləğv edilməsi, hansı illər ərzində fəaliyyət göstərmələri və eləcə də X sovxozu ilə, Şamaxı rayon İ Çaylı X kolxozu arasında hər hansı bir səbəbli əlaqənin olub-olmaması barədə məlumatların qısa müddətdə təqdim edilməsinə dair göstəriş verilməsi barədə X2 filialına müvafiq sorğular göndərilmişdir. Qeyd olunanlara əsasən X1 filialının 131 nömrəli, 28.02.2019-cu il tarixli arayışları həqiqəti əks etdirmir və heç bir halda sübut kimi qiymətləndirilə bilməz və şəxsin sosial sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz.
20. İş materiallarında olan bütün arxiv arayışları iddiaçıya sosial sığorta stajının hesablanması üçün əsas verən sənədlər kimi qəbul edilsə belə, iddiaçının ümumilikdə 23 il 5 ay 19 gün sosial sığorta stajı yaranmış olur. Beləliklə, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nın əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəblərinə görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən hallara ümumiyyətlə hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 7-ci maddələrinin tələblərinə tamamilə zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş k işilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 26. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”: 3.1.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin aray ışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. 28. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
31. İnzibati Prosessual Məcəllə: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcb uretmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 1967-ci ilin yanvar ayından 11 may 1973-cü ilədək, 01 avqust 1975ci il tarixdən 01 sent yabr 1976-cı il tarixədək Şamaxı rayın 1-ci Çaylı X adına kolxozda, 21 may 1991-ci ildən 31 dekabr 1996-cı il tarixədək X sovxozunda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmadığına qiymət verməmiş, iş materiallarında olan arxiv arayışlarını tam araşdırmamış, minimum əmək iştirakı normasının yerinə yetirilmədiyini nəzərə almamışdır.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 25-29-cu bəndlərində göstərilən normaların məzmunundan göründüyü kimi qanunvericilik yalnız əmək kitabçasına əsasən əmək stajının müəyyən edilməsinə dair imperativ norma nəzərdə tutmamış, həmçinin iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik müəyyən sənədlərə əsasən əmək stajının müəyyən edilməsi qaydasını nəzərdə tutduğundan cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv aray ışı ilə təsdiq olunan işlədiyi dövr onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır.
37. Belə olan halda, iddiaçının işlədiyi illərin əmək kitabçasında əks olunmaması əsası ilə onun pensiya hüququnun olmaması barədə inzibati orqanın dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iş illərini təsdiq edən arxiv arayışı təqdim etmişdir və onun həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut olunmamışdır.
39. Cavabdeh həmin arxiv arayışları və əmək kitabçası ilə birlikdə iddiaçının 23 il 5 ay 19 gün sosial sığorta stajının olmasının təsdiq olunduğunu qeyd edir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarına əlavə edilmiş arxiv arayışlarını ətraflı araşdıraraq iddiaçının sığorta stajı barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, məhkəmə öz qərarında q eyd etmişdir ki, “1. iddiaçı 1972 və 1973 illər üzrə minimum əmək iştirakı normasını yerinə yetirmişdir (1972-ci il üzrə 222 gün, 1973-cü il üzrə isə 318 gün). 1970 və 1971-ci illər üzrə iddiaçının qazanmış olduğu minimum əmək iştirakı norması 1 il 3 ay 18 gün təşkil edir (144+102=246:180=1.36). cəmi: 3 il, 3 ay, 18 gün
2. İddiaçı 11.05.1973-cü il tarixdən 12.07.1975-ci il tarixə qədər SSRİ SQ-də müddətli həqiqi hərbi xidmətdə olmuşdur. cəmi: 2 il, 2 ay, 1 gün
3. İddiaçının hərbi xidmətdən qayıtdığı 1975-ci il tarixdən 181 əmək günü Şamaxı rayon İ Çaylı X adına kolxozda işləməsi qeyri-mümkündür. Belə ki, iddiaçının hərbi xidmətdən qayıtdığı 12.07.1975-ci il tarixdən həmin ilin sonuna qədər 5 ay 18 gün, yəni 168 gün müddət mövcuddur ki, həmin ildə 181 əmək gününün işləməsi mümkün deyildir. Məhkəmə kollegiyası cavabdehin bu yanaşması ilə razılaşır. cəmi: 5 ay 18 gün
4. Məhkəmə kollegiyası 1976-1982-ci illər üzrə hesablamanın cavabdeh tərəfindən təqdim olunan qaydasını qəbul etmir. Belə ki, iş materialında həmin dövrlər əmək kitabçasında da əks olunduğu üçün, məhkəmə kollegiyası həmin dövrün əmək kitabçası üzrə hesablanmasını məqsədyönlü hesab edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinə əsasən Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Belə ki, əmək kitabçasından görünür ki, həmin dövr üzrə iddiaçının cəmi 5 il 7 ay deyil, 6 il 4 ay 1 gün əmək stajının olduğu müəyyən edilir. Belə ki, iddiaçı 01.09.1976 -cı il tarixdə Şamaxı rayonu X adına sovxoza fəhlə qəbul edilmiş, 31.12.1982-ci il tarixdə isə sovxoz fəhləliyindən azad edilmişdir. (iş mat, səh 34) cəmi: 6 il 4 ay 1 gün
5. Məhkəmə kollegiyası 1976-1982-ci illər üzrə hesablamanın da cavabdeh tərəfindən təqdim edilən qaydasını qəbul etmir. Belə ki, cavabdeh tərəfindən müəyyən edilmişdir ki, X1 filialı tərəfindən verilmiş 131 saylı 28.02.2019-cu il tarixli arayışına əsasən, 1983-1985-ci illərdə Xx adına sovxozda və 1986-1990-cı illərdə Şamaxı rayonu Quşçu kənd Xx adına sovxozda, 1991-1996-cı illərdə Şamaxı rayonu Çaylı kənd X adına sovxozda işlədiyi qeyd edilmişdir. Əmək haqqı almadığı aylar çıxılsa, iddiaçının cəmi: 12 il, 8 ay ümumi iş stajı olacaqdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməsi əmək kitab çasında da qeyd olunmuşdur. Belə ki, əmək kitabçasından görünür ki, 01.02.1983-cü ildən iddiaçı tikinti briqadasına fəhlə qəbul edilmiş, 03.05.1990cı ildən fəhləlikdən azad edilmişdir (7 il 3 ay, 3 gün) 21.05.1991-ci ildən-01.01.1996-cı ilə kimi iddiaçı sovxozun yanacaq anbarında müdir olmuşdur. (4 il, 7 ay, 11 gün) İş materialına əlavə edilmiş cavabdehin son arxiv arayışından görünür ki, iddiaçı 1996-cı il üzrə tam olaraq işləmişdir. (1 il) 7 il 3 ay, 3 gün+ 4 il, 7 ay, 11 gün+ 1 il=12 il, 10 ay, 14 gün Beləliklə, iddiaçının yuxarıda işlədiyi bütün illər toplandıqda, onun iş stajının 3 il, 3 ay, 18 gün+ 2 il, 2 ay, 1 gün+5 ay 18 gün+6 il 4 ay 1 gün+12 il, 10 ay, 14 gün=25 il, 1 ay, 22 gün olması müəyyən olunur”.
40. Göründüyü kimi, iddiaçının zəruri iş stajının mövcudluğu iş materialları ilə sübut olunsa da, cavabdeh iddiaçıdan həmin iş stajını təsdiq edən əlavə sübutlar (iş illərinin əmək kitabçasında qeyd olunmasını) tələb etmiş, bununla da hazırkı qərarın 30-cu bəndində göstərilən normanın tələbini pozmuşdur.
41. Hazırkı tələblə bağlı işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə cavabdehin həmin arayışdakı məlumatları qəbul etməməsi “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinin məqsədinə uyğun deyil. Belə ki, normanın məzmunundan göründüyü kimi, qanunverici 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajının dövlət arxivinin arayışları əsasında təsdiqini əmək kitabçasındakı məlumatların mötəbərliyinə nəinki bərabərləşdirmişdir, hətta həmin arayışlardakı məlumatların mötəbərliyinə üstünlük vermişdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı).
42. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin oluna bilməz.
43. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(105)-174/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.