Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1132/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişin verilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1963, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödənişin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-404/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Füzuli Rayon Məhkəməsinin 2-27/2007 nömrəli, 22 fevral 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçının əri X3 ölmüş hesab edilmiş, həmçinin həmin qətnamə ilə müəyyən edilmişdir ki, X3 29 aprel 1994-cü ildə Ağdərə rayonunda ermənilərlə aparılan döyüşlərdə xəbərsiz itkin düşmüşdür. 2. 13748 nömrəli vəsiqəyə əsasən iddiaçı şəhid ailəsidir.
3. İddiaçı cavabdehə müraciət edərək 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsini xahiş etmiş, cavabdeh 23 oktyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək g östərmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplantıda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanl arı əməkdaşlarının vərəsələrinə cavabdeh orqan tərəfindən verilir.
4. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X2 vərəsəsinə (vərəsələrinə) 24 may 2007-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirildiyi üçün onun vərəsəsinin (vərəsələrinin) birdəfəlik ödəməni almaq hüququ yoxdur.
5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 05 noyabr 2018-ci il tarixli, xx-xx/1139 nömrəli məktubuna əlavə edilmiş siyahıya əsasən X2 vərəsələrinə 2007-ci ildə 11000 manat sığorta məbləği ödənilmiş, həmin Şirkətin 25 yanvar 2021-ci il tarixli məktubuna əsasən Dövlət Sığorta Şirkətinin elektron informasiya bazasının məlumatlarına əsasən Q.B.Vəliyevin varisinə 24 may 2007-ci ildə 11 000 manat sığorta ödənişi verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 26 noyabr 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11000 (on bir min) manat birdəfəlik ödəmənin verilməsi vəzifəsinin cаvаbdеhə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-ci ildə X3 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1993-cü ildə İsmayıl adlı bir oğlu anadan olmuşdur. X1 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1994-cü ildə orduya çağırılmış, Tərtər rayonu ərazisində dislokasiya olunan N nömrəli hərbi hissənin tərkibində xidmət etmiş, xx.xx.1994-cü ildə Ağdərə rayonunda hərbi borcunu yerinə yetirərkən itkin düşmüşdür. Füz uli Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli qətnaməsinə əsasən X2 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə xx.xx.1961-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olmuş X3 ölmüş elan edilmiş və məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün xx.xx.2007-ci il X2 ölüm günü sayılmışdır. Bununla əlaqədar birdəfəlik ödəmənin verilməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin olunmamışdır.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilmiş müvafiq siyahıya əsasən şəhid hərbi qulluqçu X2 vərəsəsinə (vərəsələrinə) xx.xx.2007-ci il tarixində 11000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia tələbi təmin edilərək iddiaçıya 11000 manat sığorta ödənişinin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əri X3 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyündə uğrunda gedən döyüşlərdə hərbi qulluqçu kimi iştirak edən zaman itkin düşdüyü üçün iddiaçının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqınd a” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının 5-ci, 8-ci bəndlərində nəzərdə tutulmuş ödənişin ödənilməsini tələb etmək hüququ vardır. Cavabdeh 11000 manat sığorta ödənişinin 2007-ci ilin may ayının 24-də X2 vərəsəsinə Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən ödənilməsini etirazının əsası kimi göstərsə də, nə cavabdeh, nə də məhkəmənin sorğusuna baxmayaraq Dövlət Kommersiya Sığorta Şirkəti qeyd edilən ödənişin X2 vərəsəsinə ödənilməsini təsdiq edən ödəniş sənədini (bank ödəniş tapşırığı, ödəniş qəbzi və s.) məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin etirazını əsassız hesab etmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-404/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2922/2021 nömrəli, 05 avqust 2021-ci il tarixli qərarı ləğv olunmuş, iddia tələbi rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Dövlət Sığorta Kommersiya Şirkətinin məhkəmənin 28 dekabr 2021-ci il tarixli sorğusuna cavab məktubundan görünür ki, 22 mart 2007-ci il tarixində şəhid olmuş hərbi qulluqçu X2 vərəsələrinə sığorta hadisəsi ilə əlaqədar Şirkət tərəfindən 11.000 (on bir) manat sığorta məbləği ödənilmiş, lakin sığorta məbləğ inin ödənilməsi ilə əlaqədar ödəniş tapşırığının təqdim edilməsi mümkün olmamışdır. Belə ki, sığorta məbləğinin mərhumun vərəsələrinin hesablarına köçürülməsindən uzun müddət keçdiyindən "xxxx" ASC tərəfindən həmin ödənişlərlə bağlı çıxarışların edilməsi mümkün deyildir. Bildirilmişdir ki, pul köçürülməsi iddiaçıya yuxarıda qeyd olunan tarixdə hesab açılmadan həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X5 30 iyul 2013-cü il tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın” 1 nömrəli Əlavəsinin “Vl.Mühasibat uçotu və hesabatı” bölməsində hesab açılmadan pul köçürmələri sənədlərinin (o cümlədən sürətli ödəniş vasitəsilə) saxlanılma müddəti 5 il müəyyən olunduğundan hərbi qulluqçuların Dövlət İcbari Sığortasına dair ödəniş sənədləri arxivə təhvil verilmiş və məhv edilmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin 15 iyul 2021-ci il tarixli məktubundan görünür ki, normativ-hüquqi aktlara uyğun olaraq hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ödənişinə dair sənədlər dövlət arxivinə təhvil verilmiş və qanunla müəyyən edilmiş müddətdən sonra həmin sənədlər məhv edilmişdir. İş materiallarında olan Füzuli rayon Notariat ofisinin 30 dekabr 2021-ci il tarixli 504 saylı məktubu ilə də təsdiq olunur ki, Füzuli rayonunun Kərimbəyli kəndində yaşamış və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş X2 vərəsəsi olan iddiaçıya birdəfəlik ödəməyə, sığorta ödənişinə dair vərəsəlik şəhadətnamələri verilmişdir. Beləliklə, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 mana t sığorta ödənişinin 24 may 2007-ci ildə X2 vərəsəsi olan iddiaçıya ödənilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti işin faktiki hallarına, eləcə də “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3, 27-ci, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarda xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər o rqanlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2, 15, 19, 24-cü maddələrinə istinad edilməklə əsaslandırılmışdır.
16. Həmçinin kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdeh 11000 manat sığorta ödənişinin 2007-ci ilin may ayının 24-də X2 vərəsəsinə Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən ödənilməsini etirazının əsası kimi göstərsə də, nə cavabdeh, nə də məhkəmənin sorğusuna baxmayaraq Dövlət Kommersiya Sığorta Şirkəti qeyd edilən ödənişin X2 vərəsəsinə ödənilməsini təsdiq edən ödəniş sənədini (bank ödəniş tapşırığı, ödəniş qəbzi və s.) və ya ödənişi alan şəxsin kimliyi barədə məhk əməyə heç bir sənəd və sübut təqdim etməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə da ir iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən mövqeyini belə əsaslandırmışdır ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 manat sığorta ödənişinin 24 may 2007-ci ild ə X2 vərəsəsi olan iddiaçıya ödənilməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapdığından sığorta ödənişinin verilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticə ilə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
24. Belə ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 11.000 manat sığorta ödənişinin X2 vərəsəsinə ödənilməsinə dair işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, ödənişin icra olunduğunu bilavasitə təsdiq edən sübutlara deyil, ehtimallara əsaslanmaqla qərar qəbul edilmişdir.
25. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Füz uli rayon Notariat ofisinin 30 dekabr 2021-ci il tarixli 504 saylı məktubuna istinad etsə də, həmin məktubda qeyd olunan vərəsəlik şəhadətnaməsi (onun məzmunu), əgər həmin şəhadətnamə vərəsəyə və ya vərəsələrə həqiqətən də yuxarıda qeyd olunan məzmunda verilibsə, onun sonrakı taleyi – şəhadətnamədən təyinatı üzrə istifadə olunub-olunmadığı araşdırma predmeti olmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalıdır ki, iddiaçı hazırkı məzmunda tələb irəli sürmək üçün faktiki şərtlərin mövcudluğunu təsdiq edən sübutları təqdim etmişdir. Belə olan halda, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozu lması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 21(103)-404/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edilir. Qərar qətidir.