Məhkəmə qərarları › İş №2-1(102)-1132/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1132/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1132/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi, iddianın mümkünlüyü, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 202 3-cü il tarixli, 2-1(103)704/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamına əsasən, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 nömrəli qətnaməsinin icrası təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 542 nömrəli sərəncamının 3-cü abzasının ləğv edilməsi və Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 162 nömrəli və "xxxx" firmasının xx.xx.2004-cü il tarixli, 19 nömrəli məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 nömrəli s ərəncamının hüquqi qüvvəsinin bərpa edilməsi, həmin sərəncamdan “müvəqqəti” sözünün çıxarılması, Əzizbəyov rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsinin avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov dairəsi–Heydər Əliyev Beynəlxalq hava limanı avtomobil yolunun cən ub hissəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamla "xxxx" firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun təhkim zolağında və hərəkət hissəsində yerləşdiyindən avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 14 may tarixli, 648-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli, 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində müəyyən edilmişdir. Bununla da "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 nömrəli qərarının, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 19-cu maddələrinin tələblərini kobud surətdə pozur. Avtomobil yolunun mühafizə zolağına düşmüş "xxxx" MMC-yə ayrılmış torpaq sahəsi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan ayrılmış və müvafiq qurumla razılaşdırılmamışdır. Belə ki, torpaq sahəsi yolun ox hissəsinə yaxın məsafədə olmaqla yolun mühafizə zolağını zəbt etmişdir.

4. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri olaraq cəlb edilmişdir.

5. Üçüncü şəxsin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1999-cu il tarixli, 765 nömrəli sərəncamına əsasən, "xxxx" firmasının xx.xx.1998-ci il tarixli, 107 nömrəli məktubu və Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.1998-ci il tarixli, 9/DN-5577 nömrəli razılıq məktubu nəzərə alınaraq, Əzizbəyov (Xəzər) r ayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində avtomobil dayanacağı üçün meydança təşkilinə 1 (bir) hektar müvəqqəti torpaq sahəsi ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 263 nömrəli “Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 542 nömrəli sərəncamının 3-cü abzasının etibarsız hesab edilməsi və xx.xx.1999cu il tarixli, 765 nömrəli sərəncamında bəzi dəyişikliklər edilməsi haqqında” sərəncamının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2276/5-419 nömrəli qətnaməsinin icrası təmin edilərək, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 542 nömrəli sərəncamının 3-cü abzası ləğv edilsin. Sərəncamın 2-ci bəndində göstəril ir ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 162 nömrəli və "xxxx" firmasının xx.xx.2004cü il tarixli, 19 nömrəli məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 765 nömrəli sərəncamının hüquqi qüvvəsi bərpa edilsin, həmin sərəncamdan “müvəqqəti” sözü çıxarılsın, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində "xxxx" firmasının hal-hazırda istifadəsində olan torpaq sahəsi avtoqarajın layihələndirilməsi və tikintisi üçün həmin firmaya təhkim edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli və xx.xx.2004-cü il tarixli sərəncamlarına əsasən Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu, Bakı-Aeroport yolu, “Yeganə” kiçik müəssisəsinin qərb hissəsində 1 (bir) hektar torpaq sahəsi "xxxx " firmasının daimi istifadəsinə verilmiş, həmçinin faktiki istifadəsində əlavə 2256,2 kv.m olmaqla, "xxxx" firması cəmi 12256,2 kv.m torpaq sahəsinə malik olmuşdur. xx.xx.2009-cu ildə həmin torpaq sahəsi Heydər Əliyev Beynəlxalq Hava Limanı-Bilgəh qəsəbəsi avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmış, lakin əvəzi hər hansı formada ödənilməmişdir. Buna görə də, iddiaçı "xxxx" firması cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı şəhəri Xəzər rayon Binə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından, əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsinin "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(82)-398/2012 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 765 nömrəli və xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamları əsasında "xxxx" firmasının istifadəsinə verilmiş 1 ha torpaq sahəsinin əvəzinə eyni ölçüdə və keyfiyyətdə torpaq sahəsinin "xxxx" firmasının istifadəsinə verilməsi vəzifəsi Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2-1(103)-1077/2012 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 -1(82)-398/2012 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1(102)-246/2013 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1(103)-1069/2013 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012- ci il tarixli, 2-1(82)-398/2012 nömrəli qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın xx.xx.2014-cü il tarixli, 21(102)-270/2014 nömrəli qərarı ilə iddiaçı "xxxx" firmasının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, 2-1(103)-1069/2013 nömrəli qərarı ləğv edilmişdir. Hazırda iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ekspert rəyi əsasında ödənilməsi tələbinə dair inzibati mübahisəyə dair iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhkəmə prosesini süni şəkildə uzatmaq üçün "xxxx" firmasına 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı əsasında daim i istifadəyə verilmiş 1,22 ha torpaq sahəsi ilə bağlı sərəncamın ləğv edilməsi barədə ərizə vermişdir. Buna görə də, işin icraatı qeyri-müəyyən müddətə təxirə salınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, on illik iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-9239/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamla ‘‘Gülüstan’’ firmasına ayrılmış torpaq sahəsi avtomobil yolunun mühafizə zolağına düşdüyündən mövcud qanunvericiliyin tələblərinə uyğun olmadan verilmiş və müvafiq qurumla razılaşdırılmamışdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən inzibati akt – Bakı Şəhər İcra Hakimiyyəti başçısının 263 nömrəli sərəncamı xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə iclasında iddianın mümkünlüyü məsələsinə baxılaraq inzibati aktın qəbul edilməsindən 18 il müddət keçdikdən sonra mübahisələndirilməsinin səbəbləri araşdırılmışdır. İcraat zamanı üçüncü şəxsin nümayəndəsi xx.xx.2009-cu ildə torpaq sahəsinin avtomobil yolunun çəkilməsi ilə əlaqədar olaraq dövlət ehtiyacları üçün geri alınmasına baxmayaraq onun əvəzinin ödənilmədiyini, buna görə də, iddiaçı "xxxx" firmasının cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, "xxxx" ASC-yə və Bakı şəhəri Xəzər rayon Binə bələdiyyəsinə qarşı torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından, həmin torpaq sahəsinin əvəzinə itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik torpaq sahəsinin "xxxx" firmasının daimi istifadəsinə verilməsinə dair Ali Məhkəməyədək məhkəmə mübahisələrinin olduğunu və hazırda iddiaçı inzibati orqanın proses iştirakçısı kimi sərəncamdan ən azı 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(82)-398/2012 nömrəli qərarını mübahisələndird iyi tarixdən məlumatlı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi mübahisə edilən inzibati aktın mövcudluğu barədə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisəyə dair iş Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduğu vaxtdan məlumatlı olması ilə bağlı mövqeyini əsaslandırmağa çalışsa da, iş materiallarından göründüyü kimi, iddiaçı bu sərəncamın mövcudluğundan məlumatlı olmuşdur. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 18 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına sə bəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetirilməmiş, iş materiallarına əsasən iddia müddətinin buraxılması 1 ildən artıq olduğundan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə, həmçinin də prosessual qənaət prinsipinə əsaslanaraq məhkəmə müddətin üzrlü hesab edilməsi üçün iddiaçıya ərizə verilməsi təklifini irəli sürməyi məqsədəmüvafiq hesab etməmişdir. Hazırkı iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Səadət Bəktaşi /sədrlik edən və məruzəçi/, Mirzəli Abbasov və Kamran Əkbərov) 07 fevral 2023cü il tarixli, 2-1(103)-704/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. İddiaçının kassasiya şikayətinin dəlilləri onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1

3. Üçüncü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilik də nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azad lığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim o lunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassı zdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırı lmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin də lillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli, 263 nömrəli sərəncamın ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

23. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

24. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

25. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair n ormalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

26. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

27. Hazırkı mübahisə üzrə mübahisələndirilən sərəncama münasibətdə nəzərə almaq lazımdır ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

28. Belə ki, iş üzrə materiallardan görünür ki, hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mübahisələndirilən sərəncam isə xx.xx.2004-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə baxılaraq, qəbul edilməsindən 18 il müddət keçdikdən sonra inzibati aktın mübahisələndirilməsinin səbəbləri araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçının həmin sərəncam barədə ən azından hazırkı iş üzrə üçüncü şəxsin iddia tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1(82)-398/2012 nömrəli qərarını mübahisələndirdiyi tarixdən məlumatı olmuşdur. Lakin qeyd olunan sərəncam barədə məlumatlı olduğu halda, iddiaçı prosessual qanunvericiliklə müəyyən olunmuş müddətdə sərəncama qarşı hüquqi müdafiə vasitələrindən istifadə etməmişdir.

29. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

30. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibə tlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

31. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid alt ına almaqda haqlı sayıla bilməzlər.

32. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarı da göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 fevral 2023-cü il tarixli, 21(103)-704/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar