Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1132/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı (üçüncü şəxs X3) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3487/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən evin sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m sahəsi olan yaşayış otaqları və sahəsi 12,5 və 6,6 kv.m yardımçı otaqlardan ibarət hissəsinə Təhməz Səfəralı oğlunun adına ilkin hüquqi qeydiyyata alınması barədə sərəncam və qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Bakı şəhər Tİ və MİHQ-nə həvalə olunmuşdur.
2. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 573 saylı xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi rəhbər tutularaq Bibiheybət qəsəbəsi, Məktəb küçəsi, 13 saylı ünvanda yerləşən sahəsi 16,6 kv.m, 11,2 kv.m və 12,6 kv.m olan yaşayış otaqları, sahəsi 12,5 kv.m və 6,6 kv.m yardımçı sahə mərhum Təhməz Səfəralı oğlunun adına sənədləşdirilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli 9 otaqlı 134 kv.m yaşayış, - kv.m qeyri-yaşayış, 62.4 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı - 3 otaq (y/s - 40,4kv.m., üm/s - 59,5kv.m.) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən veril miş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən X3 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mülkiyyətindəki fərdi yaşayış evində qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə iddiaçının tələbini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərin hər hansı biri təqdim edildikdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birin
6. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Yusubova (Səfərova) Turanə Mail qızının Bakı şəhəri Səbail rayonu Bibi He ybət qəsəbəsi, Məktəbli küçəsi 13 saylı yaşayış evindən qeydiyyatdan çıxarılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində istifadədə olan 0,05 ha torpaq sahəsində yerləşən 13 saylı evin bir hissəsi ümumi mülkiyyət hüququ əsasında ona məxsusdur. MH seriyalı, ******* saylı, **********46-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışda həmin fərdi yaşayış evinin 3 otağının (y/s - 40,4 kv.m., üm/s - 59,5 kv.m.) tam mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 1904 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yusubova (Səfərova) Turanə Mail qızı 2012-ci il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. Onun qeydiyyata alınmasının əsası ona məlum deyil. O, həmin ünvanda yaşayan və qeydiyyatda olan ailələrin üzvü deyil. Yusubova (Səfərova) Turanə Mail qızının qeyd edilən ünvana qanuni əsasları olmadan qeydiyyata alınması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Onun müraciəti təmin olunmamış və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdehin imtina məktubu qanunsuz və əsassızdır.
8. Üçüncü şəxs iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, sözügedən mənzil əvvəllər onun babasının mülkiyyətində olmuş, orada mərhum valideyinləri də yaşamışdır. Orada doğulmuş və indiyə kimi orada yaşayır. Mənzil 12 otaqlıdır. 4 otaqda iddiaçı və onun ailə üzvləri yaşayır. Qalan otaqlarda o və digər şəxslər yaşayırlar.
9. Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-6994/2023 nömrəli qərarı ilə (hakim A.Almazova) iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən ünvanda texniki pasportda öz əksini tapmasa da, faktiki olaraq iki ayrı tikili mövcuddur. Üçüncü şəxs X3 qeyd edilən ünvanda (digər otaqda) faktiki olaraq yaşayır və kommunal xidmətlərdən istifadə edir və hazırki iş üzrə məhkəmə onun həmin yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs olmadığını müəyyən etməyə səlahiyyətli deyil. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin üçüncü şəxs X3 həmin ünvandakı tikilidə faktiki yaşadığı üçün və “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmaması barədə qüvvədə olan məhkəmə aktı olmadığından cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.
11. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3487/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, S.Bəhrəmzadə və M.Tağızadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüq uqi mövqeyi ilə razılaşmış.
14. Apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4, 30.5, 30.6-cı maddələrinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına istinad etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozaraq verilmiş tələb üzrə işə baxmamışdır. Belə ki, iddiaçı üçüncü şəxs Yusubova (Səfərova) Turanə Mail qızının 2012ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibi Heybət qəsəbəsi, Məktəbli küçəsində iddiaçının istifadəsində olan 0,05 ha torpaq sahəsində yerləşən 13 saylı evə qanunsuz qeydiyyata alınmasını mübahisələndirmişdir. Onun həmin ünvana qeydiyyata alınmasına mülkiyyətçilər tərəfindən razılıq verilməmişdir, o, saxta sənədlər təqdim etməklə qeydiyyata alınmışdır. Kassator həmçinin hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəlləsinin 11.1, 12.1-ci maddələrinin tələbləri pozularaq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdi r. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə
2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür... Maddə
9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikd ə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında....
19. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olu nduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən hədd ə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlük də mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxsin onun mülkiyyətində olan yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına yönəlmişdir.
28. Kassatorun əsas dəlili ondan ibarətdir ki, üçüncü şəxs 2012-ci ildə iddiaçıya məxsus evə qanunsuz qeydiyyata alınmışdır.
29. Şəxsin qeydiyyatdan çıxarılmasının əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər.
30. Mübahisə ilə bağlı işin araşdırılmış hallarından görünür ki, ünvan 3 ünvanda texniki pasportda öz əksini tapmasa da, faktiki olaraq iki ayrı tikili mövcuddur və üçüncü şəxs hazırda həmin ünvanda faktiki olaraq yaşayır və kommunal xidmətlərdən istifadə edir. Eyni zamanda apellyasiya məhkəməsi tərəfində müəyyən edilmişdir ki, üçüncü şəxs iddiaçının əmisinin nəticəsidir və sözügedən evdə üçüncü şəxsin ailə üzvləri də (X2 və X4) qeydiyyatda olmuşlar.
31. Konstitusiya Məhkəməsinin hazırkı qərarın 21-ci bəndinə qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyinə əsasən:...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.
32. Lakin iş materiallarında üçüncü şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı məhkəmə qətnaməsinin olması müəyyən edilməmişdir. Bu səbəbdən, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarıda qeyd edilən Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir.
33. Belə olan halda, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı üçüncü şəxsin sözügedən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi ilə bağlı məsələnin mülki məhkəmə icraatı qaydasında həllinə nail olduğu halda, hazırkı tələblə yenidən cavabdeh inzibati orqana müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 18, 19(a), və 21-ci bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 21(103)-3487/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.