Məhkəmə qərarları › İş №2-1(102)-1133/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1133/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1133/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1133/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-634 /2018 saylı qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 1976-1982, 1985, 1989-1990-cı illərdə Balakən rayon Mahamalar kənd “*****” adına kolxozda işlədiyini, onun qeyd olunan illərdə işləməsinin Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xxxx 2017-ci il tarixli 330 nömrəli arxiv arayışı ilə təsdiq olunduğunu, əlilliyə görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini, sonuncu, xxxx 2018-ci il tarixli məktubla kolxozda işləməsi əmək kitabçası ilə təsdiq edi lmədiyindən, həmin illərin iş stajına daxil edilməsinin qanuna uyğun olmadığına istinad etməklə, müraciətdən imtina etdiyini bildirərək, 1976-1982, 1985, 1989-1990-cı illərdə Balakən rayon Mahamalar kənd “Musabəyov” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xxxx 2018-ci il tаrixli, 2-1(84)-1527/2018 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 1976-1982, 1985, 1989-1990-cı illərdə Balakən rayon Mahamalar kənd “****” adına kolxozda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hаkim – R.Məcidov). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tar ixli, 2-1(107)-634/2018 saylı qərarı ilə (sədrlik edən E.Ş.Hüseynov, hakimlər A.A.Mahmudov və M.R.Hüseynov) cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tаrixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, M.H acıyevanın şöbəyə təqdim etdiyi Arxiv arayışına əsasən kolxozdakı iş stajı cəmi 17 il 5 ay təşkil etmiş, 1976-1997-ci illərdə 22 il kolxozda işləməsinə baxmayaraq, 1976-1982, 1985, 1989-1990-cı illərdə minimum a/gün normalarını yerinə yetirməməsi olmuş, lakin məhkəmənin qərarı ilə həmin illər tam nəzərə alınmış, belə olduqda onun stajı cəmi 22 il təşkil etmiş, xxxx 1993-cü ildən qüvvəyə minmiş ”Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əməkdə iştirakı minimumunun üzürlü səbəb olmadan yerinə yetirməmişdirsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normalarına görə faktiki müddət nəzərə alınır, Qanuna istinad etdikdə X1 cəmi iş stajının 22 il deyil, 17 il 5 ay olduğu müəyyən edilmiş, ona görə də, ona əlilliyə görə əmək pensiyası təyin etmək qanunauyğun olmamışdır. Tərəflərin izahatları İddiaçı və cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən i clasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-634/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X1 rayon şö bəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayarkən ona istinad etmişdir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır, iddiaçı 1976-1982, 1985, 1989-1990-cı illərdə Balakən rayon Mahamalar kənd “****” adına kolxozda işləmiş, iddiaçının işləməsi faktı iş materiallarındakı Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xxxx 2017-ci il tarixli, 330 nömrəli arxiv arayışı ilə təsdiq olunur, arxiv arayışı isə iş stajını təsdiq edən sənəd olduğundan, iddiaçının işlədiyi illər onun sosial sığorta stajına daxil edilməlidir, cavabdeh apellyasiya şikayətində iddiaçının 1976-1982, 1985, 1989-1990-cı illərdə minimum adam gün normalarını yerinə yetirmədiyini qeyd etsə də, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 2-ci hissəsinin tələbinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əməkdə iştirakı minimumunun üzürlü səbəb olmadan yerinə yetirməmişdirsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normalarına görə faktiki müddət nəzərə alınır, arxiv arayışından və iş materiallarından iddiaçının kolxoz üzvü kimi kolxozda əmək iştirakı minimumunu üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən olunmamış, əksinə, arxiv arayışına əsasən iddiaçı həmin illərdə fasiləsiz olaraq kolxoz üzvü olmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və iş materiallarının səthi araşdırılması nəticəsində gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin 2-ci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əməkdə iştirakı minimumunun üzürlü səbəb olmadan yerinə yetirməmişdirsə 1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normalarına görə faktiki müddət nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il xxxx yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il xxxx başlayaraq 2021-ci il xxxx, qadınların yaş həddi 2017-ci il xxxx başlayaraq 2027-ci il xxxx hər il 6 ay artırılır. İddiaçının 1959-cu il xxxx tarixdə doğulduğu nəzərə alındıqda, onun 61,5 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın ın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçı öz tələbinin əsası kimi 1976-1982, 1985, 1989-1990-cı illərdə kolxozda işlədiyinə istinad edir. 1964-cü il xxxx tarixdə qəbul edilmiş və 1965-ci il xxxx tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il xxxx tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün p ensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il xxxx tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il xxx qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respubli kası Qanununda (2007-ci il xxx tarixli, ***** nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1965-ci ildən sonrakı dövrə (1976-1982, 1985, 1989-1990-cı illərə) dair təqdim etdiyi arxiv arayışında minimum əmək iştirakı normasına dair məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə arayışda göstərilən illər üzrə iddiaçının ictimai təsərrüfatda əmək iştirakı günlərinin hər bir il üzrə məcmusunun tam (illik) staj kimi qəbul etməsinin səbəblərini göstərməmiş, gəldiyi nəticənin yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olduğunu əsaslandırmamışdır. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kif ayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etm ədikdə Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İş üzrə əlavə sübutların əldə edilməsi və qiymətləndirilməsi, şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsi, hərtərəfi məhkəmə tədqiqatı aparılması zərurətini nəzərə alan məhkəmə kollegiyası hazırkı halda kassasiya şikayətinin tam təmin edilməsini mümkün saymır. İşə kassasiya qaydasında məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində yol verildiyindən, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)634/2018 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-634/2018 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin kassasiya şikayəti kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar