Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1133/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X3 rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əhəmiyyətli sayda sübutların araşdırılmasının zəruriliyini nəzərə alaraq işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, iddiaçı X4, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı X4 Cavabdeh1nə qarşı (Qobustan rayon bələdiyyəsi üçüncü şəxs olmaqla) “cavabdehin 18 iyun 2019-cu il tarixli xxxx saylı sərəncamının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)48/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh1 18 iyun 2018-cu il tarixli, xxxx saylı Sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyəti başçısının 27 oktyabr 2015-ci il tarixli 099 nömrəli tikintiyə icazə verən sərəncamının ləğv edilməsi, Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə X7 tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün q anuna müvafiq tədbirlərin görülməsi Cavabdeh1 başçısının Memarlıq və Tikinti Şöbəsinin müdiri - baş memar Məzahir Əliyevə tapşırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
2. İddiаçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, xxxx saylı Sərəncamının ləğv edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qobustan rayon İHB-nın xxxx saylı sərəncamı əsassızdır. Belə ki, yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin 05.08.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB-nın 27.10.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lay ihə əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı layihə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərinin yerləşdiyi ərazi göstərilməklə tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı 27.10.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin tor paq sahəsi iddiaçıdan alına bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı, Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki, yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tutulmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tutulmuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. L akin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. Qobustan rayon İH Başçısının xxxx saylı sərəncamı qanunsuzdur, ona görə ki; 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliyində çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsinə daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintini davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Əslində, Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsində tikintiyə başlamaq müddətini nəzərdə tutulan tələblər pozulmamışdır. ”Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.13 və digər bəndlərində İHB-nin əvvəl verdiyi sərəncamı ləğv etmək səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıql arını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
4. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti aparıldığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərin tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmiş, dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşa ərazinin əvvəlki vəziyyətə gətirilməsi tövsiyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi təklif edilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan rayon məhkəməsinə müraciət olunmuşdur. Qobustan rayon məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş 27 oktyabr 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün 18 iyun 2019-ci il tarixli xxxx nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır.
5. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia təmin edilmiş, Cavabdeh1 18 iyun 2018-cu il tarixli, xxx x saylı Sərəncamı ləğv edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə dair hüquq verən sənədləri dövlət qeydiyyatına aldırmadan tikintiyə icazə verilməsi ilə bağlı müraciət edərək, müəyyən risk almışdır. Belə ki, hazırkı mübahisə ilə əlaqəli olan Qobustan bələdiyyəsində iddiaçının olduğu qanunsuz tikilinin sökülməsi ilə bağlı məhkəmə mübahisəsi mövcuddur və yaranmış mübahisənin tam həlli torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan əsaslıdır. Lakin qanunvericiliyə əsasən cavabdeh inzibati orqanın qərarlarına maraqlı şəxsin etimadı qorunduğuna görə, mübahisələndirilən sərəncamın cavabdehin istinad etdiyi, iddiaçının qanunsuz hərəkətləri əsası ilə ləğv edilməsi yolverilməzdir.
7. Cavabdeh birinci instansiya məhkəməsini n qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-48/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.
9. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının torpaq sahəsinə dair hüquq verən sənədləri olmadan tikinti işləri aparmasını və yaranmış mübahisənin tam həllinin torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan asılı olduğunu qeyd etsə də, həmin istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçı barədə 27.10.2015-ci il tarixli 099 saylı sərəncamın qəbul olunması üçün əsas olmuş ilkin sənədlərin məhkəməyə təqdim edilməsini tələb etməmiş və bununla da səhv hüquqi nəticəyə gəlmişdir.
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri:
11. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı qanunsuz və ə sassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin bütün halları tam araşdırılmış, tərəflərə öz sübutlarını təqdim etmək üçün şərait yaradılmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qanuni qərarının ləğv edilməsi iş üzrə süründürməçiliyə, tikinti işlərinin aylarla uzadılmasına və nəticədə iddiaçının hüquqlarının pozulmasına xidmət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Kasasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Resp ublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatını n davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məc əllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Ma ddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında mübahisə cavabdeh tərəfindən 18 iyun 2019-cu il tarixli, xxxx saylı sərəncamının verilməsi ilə yaranmışdır.
21. İşə apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən iddianın faktiki əsasları araşdırılmış və müəyyən edilmişdir ki, hazırki iş üzrə cavabdehin imtinasının əsas dəlilləri Qobustan şəhərinin Baş planında adı çəkilən ərazinin avtovağzal, bazar kompleksi və mehmanxana tikintisi üçün nəzərdə tutulması, tikinti aparılan ərazinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində olmaması, vətəndaşa sahibkarlıq obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin onun tikinti apardığı ərazidən 70 metr cənubda yerləşməsi, iddiaçı tərəfindən qanunsuz zəbt etdiyi torpaq sahəsində tikinti işləri aparılması, 27.10.2015-ci il tarixli 099 saylı Sərəncamın təyinatı üzrə aparılmadığına görə ləğv edilməsi olmuşdur. Qeyd edilən dəlillərin araşdırılması üçün ekspertiza t əyin edilməli (mütəxəssis rəyi verilməli) olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin istiqamətdə araşdırma aparılmamışdır.
22. Həmçinin, apelyasiya instansiyası məhkəməsi əlavə araşdırma apararaq qeyd etmişdir ki, cavabdeh özünün 27.10.2015-ci il tarixli 099 saylı sərəncamını ləğv edən 18 iyun 2019-cu il tarixli xxxx saylı sərəncamında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə istinad etmişdir.
23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyy əti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;... 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.2-ci maddəsinə əsasən, maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda qanuni inzibati akt ləğv oluna bilər.
25. Məhkəmə araşdırması ilə 95.1.1-ci maddədə göstərilən hal təsdiqlənsə, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 68.2.2-ci maddəsinə əsasən, maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) lazımi qaydada istifadə etmədiyi müəyyən edilə bilər..
26. Birinci instansiya məhkəməsi isə işin hallarını tam və hərtərəfli araşdırmadan belə nəti cəyə gəlmişdir ki, hazırkı işdə mübahisələndirilən sərəncamla 68.2-ci maddədə qeyd edilən əsasların olması inzibati orqan tərəfindən sübut olunmur.
27. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə dair hüquq verən sənədləri olmadan tikinti işləri aparmasını və yaranmış mübahisənin tam həllinin torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan asılı olduğunu birinci instansiya məhkəməsi qərarında qeyd etsə də, həmin istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçı barəsində 27.10.2015-ci il tarixli 099 saylı sərəncamın qəbul olunması üçün əsas olmuş ilkin sənədlərin məhkəməyə təqdim edilməsini tələb etməmiş və bununla da səhv hüquqi nəticəyə gəlmişdir.
28. Eyni zamanda iş materiallarına əlavə edilmiş Cavabdeh1 mək tubundan görünür ki, torpaq sahəsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mühafizə zolağına düşür və həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi icazəsi olmadan tikinti işlərinin aparılmasının qeyri-mümkün olması barədə A.T.Sərkarova məlumat verilmişdir.(iş mat. səh-15) Belə olduğu təqdirdə, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı-ŞamaxıYevlax avtomobil yolunun mühafizə zolağına düşməsi halı təsdiqləndiyi təqdirdə, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının Azərbaycan X1 qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməlidir.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən apelyasiya instansiya sı məhkəməsi haqlı olaraq iş üzrə araşdırmanın davam etdirilməsini zəruri hesab etmiş və əhəmiyyətli sayda sübutların araşdırılmalı olduğunu əsas tutaraq, qərarın ləğv edilməklə işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanunidir. Çünki Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi bir qayda olaraq, işə mahiyyəti üzrə baxaraq həll edir. Əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
31. Apelyasiya instansiyasının qəra rdadında sadalanmış xüsusatlar, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyətli olan və birinci instansiyası məhkəməsi tərəfindən araşdırılması zəruri xüsusatlardır və İPM-nin 87.7-cü maddəsinə əsasən qərarın ləğv olunub işin birinci instansiya məhkəməsinə qaytarılmasını tələb edən dərəcədə əhəmiyyətli sayda və geniş həcmdədir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğundur.
33. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-48/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.