Məhkəmə qərarları › İş №2-1(102)-1133/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1133/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1133/2022 26.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:tikinti ilə bağlı məlumatlandırma icraatı qaydalarının hüquqi nəticələrinin qanunsuz hesab edilməsi, iddianın mümkünlük şərti, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci ildə anadan olub; FİN-2DSMOH6) cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7) qarşı "cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi" tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-288/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Binəqədi qəsəbə Bələdiyyəsinə əmlak və torpaq vergisi ödəməsinə dair qəbzlərdən, ev kitabında olan məlumatlardan, habelə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəsi tərəfindən 24 aprel 2008-ci il tarixdə verilmiş qeydiyyat vərəqəsindən müəyyən olunur ki, iddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və müntəzəm olaraq əmlak və torpaq vergisi ödəyir.

2. Cavabdehin iddiaçıya ünvanlanmış 27 iyun 2019-cu il tarixli məktubuna əlavə edi lmiş sənədlərə əsasən Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısının X5 ünvanladığı 1 mart 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılmalı, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməlidir. Mövcud məlumatlandırma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadı ğı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir.

3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 3 ünvanında yerləşən 0,0165 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 862 nömrəli reyestr kitabının 81688 nömrəli vərəqində 5 fevral 2019-cu il tarixdə qeydiyyata alınmışdır. 4. "xxxx" MMC-nin 438 nömrəli, 15 iyul 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, ev 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evin in Azərbaycan Respublikası Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsinin 24 aprel 2008-ci il tarixli təsdiq edilmiş ev kitabında və “X3” qeyd olunan ölçülərlə üst-üstə düşməməsi müəyyən olunur, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, ev 3 ünvanında İddiaçı məxsus fərdi yaşayış evi ilə qonşusu həmin küçənin 2 D ünvanında X5 məxsus torpaq sahəsində inşa edilmiş yarım tikili arasında ara məsafəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun deyildir, ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evi ilə qonşusu həmin küçənin 24 D ünvanında X5 məxsus torpaq sahəsində inşa edilmiş yarım tikili ilə ara məsafəsinin normaya uyğun olmaması, təhlükəsiz istismar baxımından “İnşaat Norma və Qaydaları”nın 2.0.09-84 və 2.08.02-85-in, təbii işıqlandırma baxımından insolyasiya SniP N23-05-95-nin tələblərinə uyğun deyildir, bununla yanaşı FHN-nin 5 avqust 2019-cu il tarixli, 37/A-00124 nömrəli məktubunda “Yanğın təhlükəsizliyi haqqında” qanunun 25-ci maddəsi və Dövlət yanğın nəzarəti Xidmətinin Əsasnaməsinin 9.3-cü bəndi rəhbər tutularaq qeyd olunan ünvanda qonşu tərəfindən tikinti norma və qaydalarına əməl olunmadan tikinti işlərinin aparılması müəyyən edilmişdir.

5. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3899/2019 nömrəli, 14 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “yarımtikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində i craat

6. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X7 tərəfindən ünvan 3 ünvanda apardığı tikintiyə dair hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əsasən X4 ünvan 5 ünvanda apardığı tikinti işlərinə dair ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən irad verilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 7 ünvanında uzun illərdir ki, ailəsi ilə birlikdə yaşayır. İddiaçının evinin qabaq hissəsi öz həyətinə və yola, arxa hissəsi isə qonşu həyətə düşür. X2 iddiaçının pəncərəsinin düz qarşısında təxminən 20- 25 sm məsafə ilə yeni 2 mərtəbəli ev tikmiş, bununla iddiaçının evinə düşən gün işiğının və havalandırmanın qarşısını tamamilə kəsmişdir. Bundan əlavə C.Bayramovun inşa etdiyi ev qanuna zidd olmaqla yanaşı yanğın təhlükəsizliyi qaydalarına da ziddir. Aparılan tikinti şəhərsalma və tikinti normalarına ziddir. C.Bayramov Binəqədi rayon İcra Hakimiyyəti əsasında aparılan tikintiyə verilmiş razılıq ilə İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Binəqədi rayon İcra Hakimiyyəti hərəkətsizlik etməklə, yəni məlumatlandırma icraatı qaydalarına zidd olaraq X4 ərizəsinə qanunun tələbləri qaydasında imtina verməli olduğu halda buna göz yumulmuşdur. Belə ki, Binəqədi RİH tərəfindən məlumatlandırma icraatı qaydalarına müvafiq olaraq tikinti layihəsinin şəh ərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması hallarının və tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borclu olduğu halda bunları etməmiş, nəticədə icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməli olduğu halda bunu etməmişdir.

8. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək qeyd edilmişdir ki, X1 rayon İcra Hakimiyyət inə ərizə ilə müraciət edərək ünvan 8 ünvanında mülkiyyətində olan torpaq sahəsində təqdim edilmiş layihə əsasında fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatının tətbiq olunmasını xahiş etmişdir. C.Bayramovun ərizəsinə əlavə etdiyi sənədlərdən məlum olmuşdur ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən xx.xx.2019-cu ildə verilmiş hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən X4 mülkiyyətindədir. Həmin torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqələri kateqoriyasına aiddir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş C.Bayramova ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikasının Şəhər salma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə ("xxxx" MMC-nin işi) əsasında aparılması və tikinti işləri aparılan zaman ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməsi şərtləri daxilində razılaşdırıldığı bildirilmişdir. İddiaçı hazırda qonşuluq prinsipləri əsasında vətəndaş Canəli Bayramov tərəfindən tikilmiş tikilinin sökülməsi vəzifəsinin rayon icra hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. Cavabdehin Canəli Bayramova ünvanladığı xx.xx.2019-cu il tarixli məktubu digər növ hakimiyyət tədbiri olduğundan inzibati akt hesab olunur. Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən həmin müddət buraxılmışdır. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-3740/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 1, 3A evinin yerləşdiyi torpağa dair mülkiyyət, istifadə və ya icarə hüququnun, evin tik intisinə dair müvafiq sənədlər mövcud deyil. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Buna görə də iddia mümkün sayılmamalıdır.

11. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2020 nömrəli, 5 fevral 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 4 noyabr 2019-cu il tarixli qərardadı qismən iddia tələbinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X7 tərəfindən aparılan tikinti işləri ilə əlaqədar məlu matlandırma icraatı prosedur qaydalarına müvafiq hərəkətsizliyinin qanunsuz hesab edilməsi hissəsində ləğv edilmiş və inzibati iş həmin hissədə müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

13. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)1551/2020 nömrəli, 6 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

15. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X7 tərəfindən ünvan 3 ünvanda apardığı tikintiyə dair Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsin in tələblərinə əsasən pozulmuş məlumatlandırma icraatı qaydalarının hüquqi nəticəsinin qanunsuz hesab edilməsi və Binəqədi rayon İcra Hakimiyyətinə X7 tərəfindən verilmiş tikinti işlərinə dair ərizəsinə imtina verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-950/2021 nömrəli, 15 iyul 2021-ci il tarixli qərarı ilə (hakim M.T.Hacıbəyova) iddianın rədd edilməsi qərara alınmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsində tikinti aparılması ilə bağlı müraciəti tikinti işlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılması, tikinti işl əri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanması, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməsi şərti ilə razılaşdırılmışdır. Göstərilənlərə əsasən cavabdehin hərəkətlərində üçüncü şəxsə münasibətdə məlumatlandırma icraatının tətbiqi zamanı iddiaçının dinlənilməməsi və ona məlumat verilməməsi, üçüncü şəxsin müraciəti əsasında məlumatlandırma icraatının tətbiq edilməsi ilə qanun pozuntularına yol verilməsi müəyyən edilmir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-288/2022 nömrəli, 4 ma rt 2022-ci il tarixli qərarına əsasən (hakimlər: /S.İ.Bəktaşi sədrlik edən və məruzəçi, A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi, yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin X7 tərəfindən ünvan 3 ünvanda apardığı tikintiyə dair hərəkətsizliyi qanunsuz hesab edilməsi və Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə əsasən X4 ünvan 5 ünvanda apardığı tikinti işlərinə dair ərizəsinə irad verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Binəqədi qəsəbə bələdiyyəsinə əmlak və torpaq vergisi ödəməsinə dair qəbzlərdən, ev kitabında olan məlumatlardan, habelə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının qəsəbə üzrə nümayəndəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş qeydiyyat vərəqəsindən müəyyən olunur ki, iddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və müntəzəm olaraq əmlak və torpaq vergisi ödəyir. Göründüyü kimi iddiaçı yaşadığı evin mülkiyyətçisi olmasa da, evə istifadə hüququna malikdir.

21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 4 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin qeyrimümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 4 mart 2022-ci il tarixli qərar ının ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3-cü şəxs X7 artıq fərdi yaşayış evini tikib yekunlaşdırmışdır. Bundan əlavə Rayon İcra Hakimiyyətinə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən ara məsafəni gözləyə bilmədikdə sərhədi boyu qonşuların razılıq ərizələri təqdim edilmişdir. Məhkəmə işinin əsasını bu hal tam müəyyən edir ki, İcra Hakimiyyəti qonşuların razılıq ərizələrinə əsasən X5 fərdi yaşayış evinin tikintisinə icazə vermişdir. Qaldı ki, İddiaçı qeyd etdiyi kimi ona məxsus evin mülkiyyətçisi olmasını sübut edə bilmir və həmin dövrdə də onun kimliyi bəlli olmadığından razılığı tələb edilməmişdir.

24. Üçüncü şəxsin kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun mülkiyyət hüququnu pozmuşdur (Konstitusiyanın İ və 29-cu maddələri). İddiaçının məhkəmədə mübahisə qaldırmağa subyektiv hüququnun olmasını araşdırmamışdır.

25. İddiaçı qanunsuz mənzilini ona məxsus torpaq sahəsini 0.6 metr məsafədə zəbt etməklə inşa etmişdir. Lakin iddiaçının ona məxsus torpaq sahəsini zəbt etməsi barədə səsləndirdiyi fikirlərini məhkəmə heç araşdırmağa belə cəhd etməmiş və bu barədə iclas protokoluna da heç bir qeyd etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, əgər iddiaçı ona məxsus torpaq sahəsinə 0.6 metr girməsəydi Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə tam əməl edilmiş olardı və məhkəmə də iş üzrə cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə tikinti işlərinə dair onun ərizəsinə irad verilməsi vəzifəsini qoymazdı. Məhkəmə Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinin tələbləri iddiaçı tərəfindən pozulmasına əhəmiyyət verməmişdir.

26. O, iddiaçının mənzilinin arxasında evini inşa etmiş, divarlarının arası 45-50 smdir. onun zəbt edilmiş torpaq sahəsini də əlavə etsə iddiaçının evinin divarı ilə onun evinin divarı arasında məsafə 1.1 m olduğu halda iddiaçının sağ və sol qonşularının mənzilləri iddiaçının mənzilinə bitişik inşa edilmişdir. Belə nəticəyə gəlir ki, sağ və sol tərəfdən iddiaçının mənzilinə havalanma lazım deyil. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazında bildirilmişdir ki, 3-cü şəxs tərəfindən qeyd edilən evin tikintisi yekunlaşdırılmamış, tikinti işlərinə başladığ ı ilk gündən etiraz edilərək, tikintinin dayandırılması tələb edilmişdir. Lakin 3-cü şəxs ara məsafəsinin gözlənilmədiyi halda sərhəd boyu qonşulardan razılıq ərizəsinin alındığını qeyd etsə də, tikintinin əsas məhdudiyyətlər yaratdığı əsas qonşunun (iddiaçının) razılığını əldə etməmişdir. Alınmış razılıqlar isə evin tikintisi zamanı ara məsafəsinin saxlanılmalı olduğu şəxslər (qonşular) olmamışdır. 3-cü şəxsin razılıq aldığı digər qonşulara gəldikdə isə həmin qonşuların da razılıq verdikləri evə münasibətdə mülkiyyətçi olmadıqları müəyyən olunur.

28. Cavabdeh tərəfindən kassasiya şikayətinin tələb hissəsində edilən xahiş iddia tələbinin qeyri-mümkün hesab edilməsi ilə əlaqədar olmuşdur ki, mümkünlülük məsələsinə daha öncə məhkəmə tərəfindən qiymət verilmişdir.

29. Bundan əlavə qeyd edilir ki, uzun sürən məhkəmə baxışlarında cavabdeh Binəqədi RİH-i məhkəmə baxışlarında iştirak etməmiş, apellyasiya qərarından sonra vermiş olduğu kassasiya şikayətini isə özünün cavabdeh olduğu halla bağlı deyil, 3- cü şəxsin hüquq və mənafelərinə münasibətdə verilmişdir. Qaldırılmış iddia tələbinin mahiyyəti 3-cü şəxs tərəfindən məlumatlandırma icraatı qaydaları daxilində aparmış olduğu tikinti işlərinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmadığı halda Binəqədi RİH-nin hərəkətsizliyi (iradın bildirilməməsi) nəticəsində qanunsuz tikinti işlərinin başlanılmasına səbəb ol muşdur.

30. Göründüyü kimi, cavabdeh tərəfindən kassasiya şikayətində məhkəmə qərarının ləğv edilməsi barədə istinad etdiyi maddi hüquq normaları və vermiş olduğu kassasiya tələbləri əsassız olmuşdur.

31. İddiaçı üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazında bildirmişdir ki, şikayətdə maddi hüquq normasının pozulması (MM 152.1.) qeyd edilmişdir. Bununla əlaqədar qeyd edirik ki, 3-cü şəxs Canəli Bayramovun mülkiyyət hüquqları pozulmamış, torpaq sahəsini əldə edərkən çıxarışda qeyd edilən ölçülərdə qəbul etmiş və faktiki istifadəsindədir. İddiaçının istifadəsində olan və üzərində olan evdə pasport qeydiyyatında olduğu ev AR Mülki Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən iddiaçının mülkiyyəti hesab edilir. 3-cü şəxs mülkiyyət hüquqlarının pozulduğunu iddia etd iyi təqdirdə bu hüquqların kim tərəfindən və hansı formada pozulduğunu qeyd etməklə tələb hüquqları olmuşdur ki, belə bir tələbə dair iddiaçıya hər hansı iddiası olmamışdır. Məhkəmə tərəfindən qəbul edilmiş qərar Canəli Bayramovun mülkiyyət hüquqlarından qanunun və fiziki şəxslərin hüquqlarının pozulması ilə əlaqədar olmuşdur.

32. Şikayətdə iddiaçının subyektiv hüququnun olmamasına istinad edilmişdir. Bununla əlaqədar qeyd edirik ki, subyektiv hüquq 1-ci instansiya məhkəməsi tərəfindən iddia tələbimizin mümkün sayılmaması barədə qərarında göstərdiyi əsaslardan olmuşdur ki, buna da apellyasiya qaydasında münasibət bildirilmişdir. Əlavə olaraq qeyd edirik ki, iddiaçı istifadəsində olan evdə pasport qeydiyyatında olmaqla həmin evə dövlət tərəfindən tanınan və AR Mülki Məcəlləsinin 158-ci madd əsində nəzərdə tutulan mülkiyyət hüquqlarına malikdir.

33. Şikayətdə iddiaçıya məxsus mənzilin ona məxsus torpaq sahəsində 0,6 metr məsafədə zəbt edilməklə tikildiyi qeyd edilir. Bununla əlaqədar qeyd edirik ki, 3-cü şəxs Canəli Bayramov tərəfindən heç bir məhkəmədə ona məxsus torpaq sahəsinin 0,6 m məsafədə zəbt edildiyini bildirməmiş, bu fikirləri barədə məhkəmə iclas protokoluna qeydlər verməmişdir. İddiaçı uzun illərdir yaşadığı, Canəli Bayramovun sonradan əldə etdiyi torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi məntiqsizdir. Canəli Bayramov həmin torpaq sahəsini alqı-satqı müqaviləsində göstərilən ölçülər əsasında razılaşdırmaqla almışdır. 3-cü şəxs Canəli Bayramovun (ona məxsus torpaq sahəsinin zəbt edilməsi) bu kimi əsassız və məntiqsiz fikirləri məhkəmə qərarının kassasiya qay dasında ləğv edilməsi və təkrar apellyasiya araşdırması aparılmaqla əsassız yerə işin uzadılması xarakteri daşıyır.

34. Şikayətdə iddiaçı tərəfindən Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması qeyd edilmişdir. Bununla əlaqədar qeyd edirik ki, iddiaçı tərəfindən ev hazır (tikilmiş) vəziyyətdə həmin evin tikintisi zamanı Tikinti və Şəhərsalma məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması halları mövcud olmamışdır. Belə ki, iddiaçıya məxsus evin tikilməsi zamanı 3-cü şəxsə məxsus olan torpaq sahəsi də daxil olmaqla digər qonşuluqdakı torpaq sahələri eyni (satıcıya) şəxsə məxsus olmuş, sonradan həmin torpaq sahəsinin ev daxil olan hissəsi iddiaçıya satılmışdır. Bundan sonra həmin torpaq sahəsinin digər hissəsi 3-cü şəxs Canəli Bayramova satılmışdır. Belə olan təqdirdə iddiaçının mənzil inşa etməməsi, həmin torpaq sahəsini ev tikili vəziyyətdə əldə etməsi halında iddiaçı tərəfindən Tikinti və Şəhərsalma məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması* mümkünsüz olmuşdur. 3-cü şəxs Canəli Bayramov tərəfindən tikinti aparmaq məqsədilə torpaq sahəsi əldə edilən zaman tikintinin ara məsafələri torpağa münasibətdə nəzərə alınmalı olmuşdur. Kassasiya şikayətində pozuntu kimi göstərilmiş bu xüsusatların əsası yoxdur.

35. Şikayətdə iddiaçının evinin divarının digər qonşuların divarları ilə bitişik olması, lakin onun evinin divarı ilə 45-50 (faktiki 20-25 sm-dir) sm olması halında iddiaçının digər qonşular tərəfindən evinin havalandırmasının lazım olmadığı göstərilmişdir. Bununla əlaqədar qeyd edirik ki, Tikinti və Şəhərsalma məcəlləsinin 69-c u maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının evinin divarlarına bitişik inşa edilmiş evin tikintisi qonşuluq prinsiplərinə uyğun qarşılıqlı razılaşma əsasında inşa edilmişdir. Bu razılaşma zamanı qonşular tikintinin yanğın təhlükəsizliyi qaydalarına uyğun inşa edilməsini nəzərə almışdır. Lakin 3-cü şəxs Canəli Bayramov tərəfindən inşa edilən evin tikintisi yanğın təhlükəsizliyi qaydalarına zidd inşa edilmişdir. Bu barədə iş materiallarında rəylər də mövcuddur. TƏTBİQ EDİLƏN HÜQUQ

36. Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istif adədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: - 69.5.2-1. Bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi. Maddə 75.1. Barəsində icazə tələb olunan tiki nti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Maddə 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

37. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiy mətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 38. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəz ərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayətləri vaxtında verilmişdir. Kassasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

42. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şə rtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

43. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

44. Hazırkı mübahisə üzrə iddia tələbi cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və üçüncü şəxsin apardığı tikinti işlərinə dair ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən irad bildirilməsi barədədir.

45. Yəni iddiaçı üçüncü şəxsin adına cavabdeh tərəfindən razılıq verilmiş mənzillə bağlı sənədlərin ləğv edilməsini xahiş edir.

46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. 47. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının müvafiq olaraq 1. 1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

48. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququ n digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

50. İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi, döngə 3A-da qeydiyyatda olduğunu və yaşadığını bildirib üçüncü şəxsin inşa etdiyi yaşayış binasının ara məsafəsinə əməl etmədiyini, bu səbəbdən cavabdehin ona irad bildirməli olmasını göstərmişdir.

51. İddiaçı yaşadığı mənzilin, habelə mənzilin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasına dair məhkəmələrə hər hansı sübut təqdim etməmİşdir. Məhkəmə araşdırmaları ilə də iddiaçının yaşadığı mənzil və mənzilin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olması sübuta yetməmişdir.

52. Nəzərə alınmalıdır ki, iddiaçının üçüncü şəxsə qarşı tikilinin sökülməsi barədə i ddiası o, subyektiv hüquqa malik olmadığından məhkəmə qətnaməsi ilə təmin edilməmişdir.

53. Belə olan halda iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamalıdır.

54. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

55. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun hə yata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

56. Yuxarıda sadalanan normalara, Ali Məhkəmə Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçının özünün yaşadığı mənzilə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından, onun üçüncü şəxslə bağlı tikiliyə dair məlumatlandırma icraatı qaydalarının hüquqi nəticələrinin qanunsuz s ayılması barədə subyektiv hüququ olmadığından iddianın təmin edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır.

57. Bəhs edilənlərə əsasən kassasiya şikayətləri təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-288/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı iddiası mümkün sayılmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar