Məhkəmə qərarları › İş №2-1(102)-1133/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1133/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1133/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək üçüncü şəxslər X13, X9, X11, X5 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-1444/2023 nömrəli qərardadından iddiaçının kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə müraciət edərək, X13, X9, X11, X5 onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh iddiaçıya ünvanladığı 16 may 2022-ci il tarixli məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinad edərək, iddiaçının qeyd etdiyi şəxslərin qeydiyyatdan çıxarılması üçün aidiyyət i üzrə məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nizami rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək, X10, X7, X8, X5 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı öz ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan rayonu işğal edildikdən sonra Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazıradək o, ünvan 1 ünvanında fərdi ev tik məklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşdür. 1993-cü ilin oktyabr ayından hal-hazıradək tərəfindən tikilmiş və ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami rayon Məhkəməsindən bildiriş gələrək məhkəməyə dəvət edilmiş və bu zaman ona məlum olmuşdur ki, X13 öz ailə üzvləri ilə birlikdə həmin evə pasport qeydiyyatına götürülmüş və iddia qaldıraraq həmin evə köçmək istəyir. İddiaçı da buna qəti etiraz etmişdir. V. Muradovun iddiası Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, ev 17, mənzil 2 ünvana köçürülməsi barədə olmuşdur. Halbuki, onun evi mənzil deyil, fərdi evdir. Məhkəmə araşdırması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, X10 qeydiyyata götürülməsi barədə Nizami rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. Həmin sərəncam Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993cü il tarixli, 2273 saylı sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Guya ki, Nizami rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamı V.İ.Muradovun Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması haqqındadır. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı sərəncamı tamamilə saxtalaşdırılıb. Həmin sərəncamın X12 heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncam Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilinin vətəndaş X2 adına sənədləşdirilməsi haqqındadır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)-9452/2022 nömrəli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, 2 saylı mənzilin nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla ona məxsus olması barədə sənədləri cavabdehə təqdim etməmiş və həmin sənədlərin mövcud olması barədə məlumat bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-1444/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və S.İ.Bəktaşi) birinci instansiya məhkəməsinin 23 noyabr 2022ci il tarixli, 2-1(112)-9452/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətlərinin dəlilləri

11. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa əsaslan ır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏB HÜQUQ

13. İnzibati Prosessual Məcəllə (İPM)... Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlüyü Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hal larda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.... Maddə 58.

7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıra raq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri məzmun və mahiyyətcə iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinə uyğun olaraq lazımi qaydada yoxlanılmış və araşdırılmışdır. Ona görə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetər li hesab olunur və apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

21. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, “məhkəmələr inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərtin onun mümkün olması olduğunu nəzərə almalıdırlar. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını n əzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.”

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsi anlamında iddianın mümkün sayılması üçün inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması imkanı mövcud olmalıdır. Bu baxımdan şəxs ən azından pozulduğunu iddia etdiyi hüquqa və ya qanunla qorunan marağa malik olmalı, hüquqa müdaxilə aşkar şəkildə baş verməl i və birmənalı nəzərə çarpmalıdır. İddiaçının pozulması ehtimal olunan subyektiv hüququ Konstitusiyadan, ümumi (publik) hüquq sahəsinə aid olan qanunlardan və ya qanun qüvvəli aktlardan irəli gəlməlidir.

24. Qeyd edilməlidir ki, inzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda iddiaçının məhkəmə qaydasında hüquqi müdafiə marağı və iddia qaldırmaq səlahiyyəti mövcud olur. Hazırkı mübahisəyə münasibətdə həmin mümkünlük şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

25. Hazırkı iş üzrə iddia tələbinin mahiyyətini üçüncü şəxslər X13, X9, X11, X5 iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması təşkil edir.

26. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan v ə ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. Nəzərə almaq lazımdır ki, qeyd olunan ev üzərində iddiaçının mülkiyyət hüququnu, icarə (və ya kirayə) hüququnu, ümumiyyətlə həmin evdən onun qanuni əsaslarla istifadə hüququnu təsdiq edən hər hansı sənəd iş üzrə materiallarda mövcud deyil. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır.

28. Həmçinin bu nunla bağlı Nizami rayon Məhkəməsinin 07 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı (hazırkı iş üzrə üçüncü şəxs) X10 cavabdehlər X3 və X1 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edildiyi, iddiaçının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, 17 saylı evin 2-ci mənzilinə köçürülməsinin qət edildiyi də nəzərə alınmalıdır.

29. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının həmin ev üzərində hüququnun pozulması və onun hüquqları sferasına müdaxilə imkanı da istisna olunur.

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisəyə dair işin müəyyən olunmuş hallarına və İPM-in tələblərinə uyğundur. Odur ki, iddiaçının kassasiya şikayət i təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 21(103)-1444/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar