Məhkəmə qərarları › İş №2-1(102)-1133/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1133/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1133/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəyişdirilmiş layihə üzrə istismarına icazə verilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əlioğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzi l Tikinti Kooperativi) “qeyri-yaşayış sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-349/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu, Xırdalan Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Bələdiyyə tərəfindən 3200 kv.m torpaq sahəsi tikinti məqsədilə 99 il müddətinə MMC-nin icarəsinə verilmişdir.

2. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 1178 nömrəli sərəncamına əsasən, X2 ("xxxx" MMC-nin nümayəndəsi) Xırdalan Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə ayrılmış Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 0,32 ha torpaq sahəsində 3 bloklu, 12 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmişdir.

3. Həmin torpaq sahəsində "xxxx" MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının eskiz layihəsi xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. 4. "xxxx" MMC ilə mənzil tələbatçıları arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə əsasən tikilməkdə olan yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,47 kv.m olan birotaqlı 144 nömrəli, sahəsi 50,84 kv.m olan birotaqlı 145 nömrəli, həmçinin, sahəsi 60,03 kv.m olan birotaqlı 146 nömrəli mənzillər iddiaçıya satılmışdır. 2009-2012-ci il tarixli maliyyə arayışlarına əsasən həmin mənzillərin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. 5. "xxxx" MMC ilə bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən, tikilməkdə olan binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 24.03 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçıya satılmışdır.

6. Yaşayış binasının yalnız iddiaçıya mənzillərin satıldığı 3-cü blokunun, 2-ci mərtəbəsi ilə bağlı ilkin layihəyə xx.xx.2016-cı il tarixdə dəyişiklik edilərək, əvvəl 3 ədəd bir otaqlı mənzil kimi göstərilmiş yaşayış sahələri qeyri-yaşayış sahəsi kimi qeyd edilmiş və sözügedən dəyişiklik Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır.

7. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 021 nömrəli “Çoxmənzilli yaşayış binası kompleksinin istismarına icazə” sənədinə əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2019-cu il tarixdən 3 girişli, zirzəmili, 12 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir.

8. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24.03 kv.m qeyri-yaşayış sahə si və həmin blokun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla iddiaçının müraciətindən imtina edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə yaşayış sahəsi kimi qeyd olunduğu müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdə qeyriyaşayış sahəsi kimi qeyd olunsa da, faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğu müəyyən edilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24,03 kv.m və İİ mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(118)-2053/2022 nömrəli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması:

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında, "xxxx" MTK-nın inşa etdiyi binadan təxminən 7-8 il əvvəl qeyri-yaşayış sahəsi almış, qeyd edilən qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin sahənin layihəsi hazırlanmış və Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Baş Memarı tərəfindən təsdiq edilmiş, razılaşdırılmışdır.

12. Həmin qeyri-yaşayış sahəsinin sənədləşməsində hər hansı narazılığın yaranmaması üçün xx.xx.2017-ci il tarixdə onunla "xxxx" MTK ilə aralarında qeyri-yaşayış tələbatçıları arasında notarial qaydada təsdiq edilmiş müqavilə imzalanmışdır. Həmin müqavilədən də görünür ki, qeyri-yaşayış sahəsi binanın İ və İİ mərtəbəsində və zirzəmisində yerləşir. Qeyri-yaşayış s ahəsinin İ mərtəbədə yerləşən hissəsinin sahəsi 24,03 kv.m İİ mərtəbədə yerləşən hissəsinin sahəsi 172,03 kv.m təşkil edir. Müqavilənin qeyd hissəsində göstərilir ki, İİ mərtəbədə yerləşən 172.03 kv.m sahəsi ümumi mənzil sahəsindən azalaraq qeyri-yaşayış sahəsinə çevrilmişdir. İddiaçıya məxsus olan həmin qeyri-yaşayış sahələri biri-digəri ilə əlaqəli olmaqla digər sahələrdən divarla ayrılmış və üçüncü şəxslərin istifadəsi (ümumi istifadə) üçün nəzərdə tutulmamışdır. 13. "xxxx" MTK tərəfindən təqdim edilmiş maliyyə arayışından da görünür ki, qeyriyaşayış sahələrinin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.

14. İddiaçı daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu imtina etmişdir. Hesab edir ki, cavabde hin imtinası qanunsuz və əsassızdır, öhdəliyin icrasından yayınmaq məqsədi daşıyır və onun hüquqlarını pozur. Belə ki, iddiaçı "xxxx" MMC-dən həmin sahələri ilkin vəziyyətdə alarkən qeyri-yaşayış sahəsi kimi əldə etmiş və bununla bağlı ilkin hüquqmüəyyənedici sənədlər də faktı təsdiqləyir. Həmçinin, imtina barədə bildirişdə guya 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin ümumi istifadədə olması da həqiqəti əks etdirmir və bunu həmin sahəyə yerində baxış keçirməklə müəyyən etmək də mümkündür. Bundan başqa, bildirişdə qeyri-yaşayış sahəsinin arxiv əsaslarında saxlanılan müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilmiş eskiz layihədə yaşayış sahəsi kimi qeyd olunduğu göstərilməsi də əsassızdır ki, çünki məhz Abşeron Rayon İcra Hakimiyyətinin Memarlı q və Tikinti Şöbəsi tərəfindən təqdim etdiyim layihə təsdiq edilmiş və müvafiq imza və ştampla “Razılaşdırılmışdır” qeydi aparılmışdır. Cavabdehin etirazları:

15. Cavabdehin yazılı etirazının dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən "xxxx" MTK tərəfindən tikilmiş binanın İİİ blokunun İ mərtəbəsində 24.03 kv.m və İİ mərtəbəsində yerləşən 172.03 kv.m qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Birinci i nstansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yaşayış binası "xxxx" MTK-ya məxsus olmuşdur. 18. “Viləşçay-İnşaat MTK ilə qeyri-yaşayış tələbatçıları arasında 02 iyun 2017-ci il tarixli müqavilə ilə Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanda yerləşmiş "xxxx" MMC tərəfindən tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi iddiaçıya verilmişdir. Göstərilən qeyri-yaşayış sahəsi binanın İ və İİ mərtəbəsində və zirzəmisində yerləşir. İİ mərtəbədə yerləşən 172.03 kv.m mənzil sahəsi ümumi mənzil sahəsindən azalaraq qeyri yaşayış sahəsinə çevrilmişdir.

19. Həmçinin iş materiallarından görünür ki, qeyri-yaşayış sahəsinin layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Baş Memarı tərəfindən təsdiq e dilmiş və razılaşdırılmışdır.

20. Göründüyü kimi, iddiaçı zəruri sənədləri cavabdeh inzibati orqana təqdim etmişdir.

21. Məhkəmə tərəfindən mübahisə predmeti təşkil edən daşınmaz əmlaka yerində baxış keçirilmiş, müəyyən edilmişdir ki, mübahisəli əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilir, ayrıca girişi vardır, mərtəbələr arasında olan pilləkən ümumi istifadədə deyildir və iddiaçıya məxsus əmlakın tərkib hissəsidir.

22. Cavabdeh inzibati orqan həmin əmlakın ümumi istifadədə olması ilə bağlı hər hansı bir dəlil göstərə bilməmişdir.

23. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı zəruri sənədləri təqdim etsə də, cavabdeh inzibati orqan əsassız imtina etmiş və iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlə t reyestrində qeydə alınmaması onun qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-349/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2053/2022 nömrəli qərarı qismən - iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında “Viləşçay-İnşaat" MTK tərəfindən tikilmiş binanın 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyy ət hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin binanın ilkin layihəsində üç ədəd birotaqlı mənzil, yəni yaşayış sahəsi kimi göstərildiyini və faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olduğunu bildirərək iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apelyasiya şikayətində həmin dəlilə istinad etmişdir.

27. İddiaçı cavabdehin həmin dəlilini qəbul etməyərək iddia ərizəsinin dəlillərində sözügedən sahələr i üçüncü şəxs “Viləşçay-İnşaat" MMC-dən məhz qeyri-yaşayış sahəsi kimi əldə etdiyini bildirmişdir.

28. İşdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24.03 kv.m qeyri-yaşayış sahəsi; 2) və həmin blokun 2-ci mərtəbəsində yerləşən 172.03 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması. 29. 1-ci tələbə münasibətdə cavabdehin imtina məktubu, etiraz və şikayətinin əsas dəlili qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə ümumi istifadədə olan sahə olmasıdır.

30. İşin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, sözügedən yaşayış binasının 2008-ci il tarixli eskiz layihəs inə əsasən binanın 1-ci mərtəbəsi zirzəmi və qeyri-yaşayış sahələrindən ibarət olmaqla, üçüncü şəxs tərəfindən iddiaçıya satılmış 24.03 kv.m-lik sahə də qeyri-yaşayış sahəsi olmuşdur və hal-hazırda da qeyri-yaşayış sahəsidir.

31. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən aprel 2022-ci il tarixli müayinə (baxış) aktında "xxxx" MMC tərəfindən iddiaçıya satılmış qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahəsinin 24.03 kv.m olduğu göstərilmişdir. Aktdan görünür ki, qeyri-yaşayış sahəsi 12 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Həmin sahədən 2-ci mərtəbəyə qalxmaq üçün dəhliz və pilləkən sahəsi kimi istifadə olunur.

32. Cavabdeh müayinə aktına istinadən, imtina məktubunda 24.03 kv m qeyri yaşayış sahəsinin ümumi istifadədə olan sahə olduğunu qeyd etsə də, məhkəmə araşdırması zamanı qeyd edilən hal öz təsdiqini tapmadı.

33. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahə yerində müayinə edilmiş və müayinə nəticəsində müəyyən edilmişdir ki, mübahisəli sahə faktiki olaraq qeyri-yaşayış sahəsi kimi (diş klinikası) istifadə edilir, sahənin 1-ci mərtəbəsindən pilləkən vasitəsilə ikinci mərtəbəyə çıxış vardır, yaşayış binasına giriş-çıxışın qeyri-yaşayış sahəsinin giriş-çıxışına heç bir aidiyyəti və maneçiliyi yoxdur. Mərtəbələr arasında olan həmin pilləkən isə ümumi istifadədə deyil, iddiaçıya məxsus əmlakın tərkib hissəsidir.

34. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8. 0.10-cu və 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir.

35. İşin yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən olunan mübahisəsiz hallarından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının altındakı 3200 kv.m torpaq sahəsi Xırdalan bələdiyyəsi ilə "xx xx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 1178 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində cəmiyyət tərəfindən 3 bloklu, 12 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş, yaşayış binasının layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, daha sonra yaşayış binası inşa edilmiş, nəhayət binanın inşası başa çatdırıldıqdan sonra binanın müvafiq normativ tələblərə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edilərək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmiş dir.

36. Həmin yaşayış binasının 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24,03 kv.m qeyri-yaşayış sahəsi 2015-ci ildə iddiaçıya satılmış və sahənin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir.

37. Göründüyü kimi, hazırda iş materiallarında "xxxx" MMC-nin torpaq sahəsi üzərində icarə hüququnu təsdiq edən sənəd, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, tikintiyə icazə qərarı və istismara icazə sənədi mövcuddur. Odur ki, qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdən irəli gələn hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilir.

38. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən qeyri-yaşayış sahəsi üzərində hüququ həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu nun 8.0.6-cı maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarına və sahənin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışına əsaslanır. İstinad olunan həmin normada mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.6cı maddəsində də nəzərdə tutulmuşdur. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini n olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, 1-ci tələb üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab etmişdir ki, binanın 3-cü blokunun 1-ci mərtəbəsində yerləşən 24,03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə haqlı olmuşdur.

41. Kollegiya, ikinci, yəni yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, yaşayış binasının ilkin layihəsində sözügedən sahə 3 ədəd ayrı-ayrı mənzillərdən ibarət yaşayış sahəsi kimi qeyd olunmuş, sonradan layihəyə dəyişiklik edilsə də, həmin dəyişiklik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmamış və cavabdeh orqana təqdim edilməmişdir. 42. "xxxx" MMC ilə mənzil tələbatçıları arasında bağlanmış xx.xx.2009-cu il tarixli və xx.xx.2012-ci il tarixli müqavilələrə əsasən tikilməkdə olan yaş ayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 49,47 kv.m olan birotaqlı 144 nömrəli, sahəsi 50,84 kv.m olan birotaqlı 145 nömrəli, həmçinin, sahəsi 60,03 kv.m olan birotaqlı 146 nömrəli mənzillər iddiaçıya satılmışdır. 2009-2012-ci il tarixli maliyyə arayışlarına əsasən həmin mənzillərin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, 20092012-ci illərdə iddiaçı tərəfindən binanın 3-cü blokunun 2-ci mərtəbəsindən 3 ədəd birotaqlı mənzil alınmışdır.

43. Yaşayış binasının eskiz layihəsi 2008-ci ildə tərtib edilərək xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə yanaşı, qanunvericiliyin tələbinə müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə də razılaşdırılmış, daha sonra yaşayış binasının yalnız id diaçıya mənzillərin satıldığı 3-cü blokunun, 2-ci mərtəbəsi ilə bağlı ilkin layihəyə xx.xx.2016-cı il tarixdə dəyişiklik edilərək, əvvəl 3 ədəd bir otaqlı mənzil kimi göstərilmiş yaşayış sahələri qeyriyaşayış sahəsi kimi qeyd edilmiş və sözügedən dəyişiklik qanunvericiliyin tələbinə zidd olaraq yalnız Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır.

44. Qanunverici çoxmənzilli yaşayış binası da daxil olmaqla, ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəs i tərəfindən təkrar ekspertizadan keçirilməli olmasını müəyyən etmişdir.

45. Qanunvericiliyin qeyd olunan tələbi baxımından hazırkı halda yaşayış binasının layihəsinə 2016-cı ildə edilmiş dəyişikliyin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olub-olmaması, eləcə də dəyişiklikdən sonra tikinti layihəsinin təkrar ekspertizadan keçirilib-keçirilməməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən FHN Tikintidə X3 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsinə sorğu ilə müraciət edilmişdir.

46. Məhkəmənin sorğusuna cavab olaraq həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yaşayış binasının layihəsinə edilmiş dəyişik binanın ümumi konstruktiv sxeminə və dayanıqlığına təsir edir və həmin dəyişikliklə əlaqədar ekspertizaya heç bir sənəd daxil olmamış və təkrar ekspertizadan keçirilməmişdir.

47. Həmçinin, sorğuya cavaba əlavə edilən sənəddən görünür ki, yaşayış binasının yalnız ilkin layihəsi X1 Baş İdarəsində ekspertizadan keçirilmiş və həmin idarə tərəfindən işçi layihəyə müvafiq şərtlər daxilində iradların olmaması ilə bağlı xx.xx.2009-cu il tarixli, 10888 nömrəli rəy verilmişdir.

48. Habelə, cavabdeh inzibati orqan da kollegiyanın sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktubu ilə layihəyə edilmiş dəyişikliklə bağlı arxiv əsaslarında məlumat aşkar edilmədiyini bildirmişdir.

49. Göründüyü kimi, binanın 3-cü blokunun 2-ci mərtəbəsi ilə bağlı layihəyə edilmiş dəyişiklik konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olmuş, belə olan halda qanunvericilik layihəyə edilmiş dəyişikliyin təkrar ekspertizadan keçirilməli o lmasını imperativ olaraq müəyyən etsə də, dəyişiklik təkrar ekspertizadan keçirilməmişdir.

50. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, binanın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 172,03 kv.m olan sahə iddiaçıya satılan zaman yaşayış sahəsi olmuş, bu sahə sonradan binanın ilkin layihəsinə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən dəyişiklik edilmədən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Belə olan halda isə kollegiya hesab etmişdir ki, ilkin olaraq iddiaçıya 3 ədəd mənzil kimi satılmış sahələrin cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi kimi reyestrdə qeydə almaqdan imtinası qanuni olmuşdur.

51. Eyni zamanda, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı hüquq münasibətləri isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin İİİ Fəsli ilə tənzimlənir. Belə ki, Mənzil Məcəllənin yuxarıda qeyd edilən 20-ci və 21-ci maddələrinin qarşılıqlı təhlilindən müəyyən edilir ki, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə yol verildiyi hallarda belə keçirilmə yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Sahənin mülkiyyətçisi keçirilməni həyata keçirən orqana bununla bağlı müvafiq sənədləri təqdim edir, bundan sonra həmin orqan müəyyən edilmiş müddət ərzində sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar qəbul edir. Keçirilmə haqqında qəbul edilmiş müsbət qərar sahənin keçirilməsini təsdiq edir və yalnız həmin sənəd sahənin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsas hesab edilir.

52. Bu baxımdan, hazırda iddiaçının ona satılmış çoxmənzilli yaşayış binasının 3-cü bl okunun 2-ci mərtəbəsində yerləşən 3 ədəd birotaqlı mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı yuxarıda qeyd edilən prosedur qaydada aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququ vardır.

53. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın dəyişdirilən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

54. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.

55. Bundan başqa, şikayət qeyd olunur ki, iddiaçı MTK-dan daşınmaz əmlakı qeyriyaşayış sahəsi kimi almış və qanunvericilikdə olan tələbləri riayət etmək iddiaçının öhdəliklərinə aid deyildir, onun bu tələblərə dair ümumiyyətlə müraciət etmək hüququ yoxdur. Bu normaya istinad etmək mülkiyyətçinin hüquqlarına zidd olmaqla konstitusion hüququnun pozulması kimi qiymətləndirilməlidir.

56. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iddiaçının ziyanına olan sorğu ilə müraciət edərək FHN-nin “yaşayış binasının layihəsinə edilmiş dəyişik binanın ümumi konstruktiv sxeminə və dayanıqlığına təsir edir” qeyd edilən natamam və ikibaşlı cavabına (təsirin nədə ifadə olunduğu və mülkiyyətçinin hansı hərəkətlərinin bu dayanıqlılığa təsir etdiyi aydın deyil) əsaslanaraq iddiaçının hüquqlarının pozulmasına səbəb olan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

57. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

58. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi (xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyada) Maddə

74. Tikintisinə icazə tələb olunan tikinti obyektləri 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.... Maddə.

87. Ekspertizanın məqsədi Ekspertizanın məqsədi tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Maddə

88. Ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələri 88.1. Bu Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş obyektlərin layihələri istisna olmaqla, aşağıdakı tikinti layihələrinin ekspertizadan keçirilməsi məcburidir: 88.1.1. tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələri - həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından;... 88.2. Ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir. Maddə

89. Ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələri 89.1. Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir:... 89.1.3. mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihə ləri;... 89.2. Bu Məcəllənin 89.1.3 və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir.

59. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçi nin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddia tələbinin təmin edilməyə n hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

62. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

63. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin 24.03 kv.m qeyri-yaşayış sahəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən gəldiyi nəticənin əsası kimi haqlı olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu və 8.0.10.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir.

64. Apellyasiya instansiyası məhkəməsi, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə istinadla qeyd etmişdir ki, iddiaçının tələbi hüquqmüəyyənedici sənədə - "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının qərarına və sahənin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə dair maliyyə arayışına əsaslanır. İstinad olunan həmin normada mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ( qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.6-cı maddəsində də nəzərdə tutulmuşdur.

65. Apellyasiya instansiyası məhkəməsi iddianın həmin hissəsi ilə bağlı qənaətində haqlı olmuş, cavabdeh də həmin nəticəni mübahisələndirməmişdir.

66. Tələbin ikinci hissəsinə, yəni yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması tələbinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yaşayış binasının eskiz layihəsi 2008-ci ildə tərtib edilərək xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöb əsi ilə yanaşı, qanunvericiliyin tələbinə müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə də razılaşdırılmış, daha sonra yaşayış binasının yalnız iddiaçıya mənzillərin satıldığı 3-cü blokunun, 2-ci mərtəbəsi ilə bağlı ilkin layihəyə xx.xx.2016-cı il tarixdə dəyişiklik edilərək, əvvəl 3 ədəd bir otaqlı mənzil kimi göstərilmiş yaşayış sahələri qeyri-yaşayış sahəsi kimi qeyd edilmiş və sözügedən dəyişiklik qanunvericiliyin tələbinə zidd olaraq yalnız Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır.

67. Bu qənaətin əsası kimi apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunverici çoxmənzilli yaşayış binası da daxil olmaqla, ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər e dildikdə həmin layihələrin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması baxımından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsi tərəfindən təkrar ekspertizadan keçirilməli olmasını müəyyən etmişdir.

68. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, məhkəmənin özünün də müəyyən etdiyi kimi, yaşayış binasının eskiz layihəsi 2008-ci ildə tərtib edilərək xx.xx.2009-cu il tarixdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə yanaşı, qanunvericiliyin tələbinə müvafiq qaydada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə də razılaşdırılmışdır. Başqa sözlə, binanın ümumi ilkin layihəsinin ekspertizadan keç irildiyi mübahisə olunmur.

69. Şəhərsalma və Tikinti Məcəlləsinin 88.2-ci maddəsinin tələbinə görə, ekspertizadan keçirilmiş tikinti layihələrinə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edildikdə, həmin layihələr bu Məcəllənin 88.1.1 və 88.1.2-ci maddələrində nəzərdə tutulmuş mənada təkrar ekspertizadan keçirilir.

70. Həmin Məcəllənin 89.1, 89.1.3-cü maddələrinə əsasən, mövcud tikinti obyektlərinə və (və ya) onların hissələrinə həmin obyektlərin konstruktiv və digər təhlükəsizlik göstəricilərinə təsir etməyən və icazə verilmiş tikintinin parametrlərini keçməyən dəyişikliklərin edilməsi barədə tikinti layihələri ekspertizadan keçirilmir.

71. Normaların tələbindən göründüyü kimi, ekspertizadan keçirilmiş tikinti layihələri o halda təkrar ekspertizadan keçirilir ki, həmin l ayihələrə konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişikliklər edilmiş olsun, yaxud bu dəyişikliklər icazə verilmiş tikintinin parametrlərini keçmiş olsun.

72. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının layihəsinə 2016-cı ildə edilmiş dəyişikliyin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olub-olmaması, eləcə də dəyişiklikdən sonra tikinti layihəsinin təkrar ekspertizadan keçirilib-keçirilməməsi ilə bağlı məhkəmə kollegiyası tərəfindən FHN Tikintidə X3 Agentliyinin nəzdində fəaliyyət göstərən X1 Baş İdarəsinə sorğu ilə müraciət edilmiş, məhkəmənin sorğusuna cavab olaraq həmin idarədən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yaşayış binasının layihəsinə edilmiş dəyişiklik binanın ümumi konstruktiv sxeminə və dayanıqlığına təs ir edir və həmin dəyişikliklə əlaqədar ekspertizaya heç bir sənəd daxil olmamış və təkrar eskpertizadan keçirilməmişdir.

73. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məktuba istinadını iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, əvvəla, həmin məktub nəinki ekspertiza tədqiqatına, hətta ümumiyyətlə hər hansı tədqiqata əsaslanmır (məktubda bununla bağlı hər hansı istinad yoxdur) və həmin məzmunda məktub yaşayış binasının layihəsinə 2016-cı ildə edilmiş dəyişikliyin konstruktiv və dayanıqlığa təsir edə biləcək dəyişiklik olub-olmadığı barədə ekspertiza tədqiqatının nəticələrini əks etdirən sənədi əvəz edə bilməz.

74. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, layihəyə edilmiş dəyişiklik, ümumilikdə həmin layihəni ilkin olaraq təsdiq etmiş səlahiyyətli icra hakimiyyəti orqan tərəfindən təsdiq edilmişdir və Şəhərsalma və Tikinti Məcəlləsinin 88.2ci maddəsində nəzərdə tutulmuş əsasların müəyyən edildiyi və ya həmin dəyişikliyin ekspertizadan keçirilməli olub-olmadığına şübhələr olduğu hallarda layihəni təsdiq edən icra hakimiyyəti orqanının özü həmin layihəni ekspertiza tədqiqatına göndərə bilərdi. Belə ki, həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, bu Məcəllənin 89.1.3 və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, müvafiq icra hakimiyyəti orqanı şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir.

75. Hazırkı halda, dəyişikliyin səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunduğu, həmçinin tikinti obyektinin istismarına səla hiyyətli icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi nəzərə alındıqda, belə əsasların və ya halların müəyyən edilmədiyi qəbul olunmalıdır.

76. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci və 21-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmadığı, bu baxımdan, hazırda iddiaçının ona satılmış çoxmənzilli yaşayış binasının 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 3 ədəd birotaqlı mənzillərin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı həmin normalarda təsbit edilən prosedur qaydada aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququnun olduğuna dair apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini də idd ianın rədd edilməsinin əsası kimi qəbul etmir.

77. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı həmin normalar yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.

78. Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

79. Apellyasiya instansiyası məhkəməsi təsdiq edir ki, yaşayış binasının layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış, daha sonra yaşayış binası inşa edilmiş, nəhayət binanın inşası başa çatdırıldıqdan sonra binanın müvafiq normativ tələblərə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edilərək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdən yaşayış binasının istismarına icazə verilmişdir.

80. Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.

81. Yuxarıda qeyd olunan dəyişikliklərin layihəyə 2016-cı ild ə əlavə edildiyi və həmin dəyişikliklərin səlahiyyəti icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunduğu mübahisəsizdir.

82. Belə olan halda, dəyişikliklərin layihəyə əlavə edildiyi 2016-cı ildə iddia olunan sahələr yaşayış sahəsi deyil, inşa prosesində olan tikinti obyekti idi. Başqa sözlə, layihəsi, deməli həm də təyinatı dəyişdirilən sahə və ya sahələr dəyişikliyin baş verdiyi həmin vaxtda Mənzil Məcəlləsinin obyekti, həmin sahələrlə bağlı yaranan münasibətlər isə həmin Məcəllənin normalarının nizamasalma predmeti deyildi.

83. Digər tərəfdən, layihədəki həmin dəyişikliklərin (sahənin təyinatının dəyişdirilməsinin) səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərə alındıqda, artıq qeyri-yaşayış sahəsi kimi istismarına eyni icra hakimiyyəti orqanı tərəfindən icazə ver ilmiş sahə ilə bağlı yenidən həmin orqana müraciət olunmasını şərtləndirən hər hansı normativ tələb də yoxdur.

84. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda istinad edilən normalarından irəli gələn hazırkı məzmunda tələb hüququ olduğundan, apellyasiya instansiyası məhkəməsi həmin normaları iddianın rədd edilən hissəsinə münasibətdə tətbiq etməməkdə haqlı olmamışdır.

85. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-349/2023 nömrəli qərarı iddianın rədd edilən hissəsinə münasibətdə ləğv edilir. Cavabdehin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən, "xxxx" MTK tərəf indən inşa edilmiş binanın İİİ blokunun İİ mərtəbəsində yerləşən 172,03 kv.m qeyri-yaşayış sahəsi üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar