Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1134/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı 01.09.1993-cü il tarixdən 29.06.1996-cı il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kolle giyasının 2-1(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü iddiaçı Iddiaçı 01.09.1993-cü il tarixdə Gəncə Sənaye Pedoqoji Texnikumuna daxil olmuş, “Təsviri incəsənət və rəsmxətin tədrisi” ixtisası üzrə tam kursu bitirmiş və ona Dövlət İxtisas Komissiyasının 29.06.1996-cı il tarixli qərarı ilə adına Xx-x seriyalı ***** nömrəli diplom verilmişdir. İddiaçıya 11.01.2018-ci il tarixdən 2-ci qrup əlillik təyin olunmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının tələb olunan pensiya kapitalı olmadığında n ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.09.1993-cü il tarixdən 29.06.1996-cı il tarixədək Gəncə Sənaye Pedoqoji Texnikumunda təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1679/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə iddiaçının 01.09.1993-cü il tarixdən 29.06.1996-cı il tarixədək Gəncə Sənaye Pedoqoji Texnikumunda təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1679/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1679/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, təhsil müddətinin sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olduğu dövrdə yox, 1993-1996-cı illərdə əldə etdiyindən bu hüquq onun qazanılmış hüququdur və şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə hə min dövr artıq onun əmək stajı hesab edilir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Bu Qanunun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri müəyyən olunur. Həmin maddədə vətəndaşın təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 90-96.9-cu maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarının ləğv ediməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə raz ılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçı **.**.****-cü il təvəllüdlü olmaqla 01.09.1993-cü il tarixdən 29.06.1996-cı il tarixədək Gəncə Sənaye Pedoqoji Texnikumunda əyani təhsil aldığı aldığı müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyumasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş və apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Halbuki, müvafiq illərin iş stajına daxil edilməsi ilə bağlı iddia tələblərinə baxılması zamanı ilk növbədə müvafiq iddia ilə məhkəməyə müraciət edən şəxsin pensiya hüququnun olub-olmaması yoxlanılmalıdır. Belə ki, sosial sığorta stajı şəxsə müvafiq pensiyanın təyin edilməsi üçün tələb olunan şərtdir və şəxsin pensiya alma q hüququ yoxdursa müvafiq dövrün (hazırkı halda təhsil aldığı illərin) onun sosial sığorta stajına daxil edilməsindən imtina həmin şəxsin hər hansı hüququnun pozulması ilə nəticələnmədiyindən bu qəbildən olan iddialar mümkün sayılmamalıdır. Başqa sözlə, müvafiq dövrün sosial sığorta stajına daxil edilməsinə dair iddia tələbləri üzrə işə baxılarkən ilk növbədə iddiaçının pensiya hüququnun olması müəyyən edilməli, bundan sonra müvafiq dövrün sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verilməlidir. Lakin iş üzrə qərar qəbul edən aşağı instansiya məhkəmələri iddiaçının pensiya hüququnun olmasını müəyyən etmədən onun təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi məsələsinə qiymət verərək iddianı təmin etmişlər. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Hazırkı iş üzrə cavabehin iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtinasının əsasını iddiaçının lazımi pensiya kapitalının olmaması təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Belə olan halda işə baxan apellyasiya instansiya məhkəməsi ilk növbədə iddiaçıya 2-ci qrup əlil kimi əmək pensiyasının təyin edilməsi üçün nə qədər sosial sığorta stajı və pensiya kapitalı tələb olunduğunu aydınlaşdırmalı idi. Belə ki, cavabdeh öz imtinasında iddiaçının lazımi pensiya kapitalının olmadığını qeyd etsə də, iddiaçının faktiki olaraq nə qədər pensiya kapitalının olmasını, hansı məbləğdə pensiya kapitalının çatmadığını qeyd etməmişdir. Həmçinin məhkəmə cavabdeh tərəfindən pensiya kapitalının hesablanması zamanı hansı dövrün onu sosial sığorta stajı kimi nəzərə alınması məsələsini aydınlaşdırmalı, iddiaçını n iş stajını təsdiq edən sənədləri tələb etməli və cavabdehin imtinasının qanuniliyinə qiymət verməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsasında cavabdehin imtinasının qanunsuz olmasını hesab edən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasi ya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-34/19 saylı 09 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1134/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1134/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver