Məhkəmə qərarları › İş №2-1(102)-1134/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1134/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1134/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təy inatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-671/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur.

2. O, xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası almış, həmin tarixdə onun əlillik müddəti bitdiyindən pensiya ödənişi dayandırılmış, ona yaşa görə sosial müavinət təyin edilmişdir. Bundan sonra o, ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh 21 sentyabr 2021-ci il tarixli məktubunda “Sosial müavinətlər haqqında” Qa nunun 1.0.2-ci maddəsinin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci, 8.2ci maddələrinin, habelə “İnzibati icraat haqqında” Qanunun 72.1 və 73-cü maddələrinin məzmunu və iddiaçıya 1 aprel 2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilməsi barədə məlumat vermişdir.

4. Cavabdeh iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtinasını işin hər hansı faktiki halları ilə əsaslandırmamış, məktubunda pensiya təyin edilməsindən imtinanın səbəbini bildirməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən şahid ifadələri əsasında xəstəliklə bağlı 2-ci qrup əlil kimi 2021-ci ilin mart ayınadək əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdən əlillik pensiyası kəsilmiş və ona 130 manat məbləğində sosial müavinət təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elektron bazasında göstərilmişdir ki, 25 il iş staja malikdir, həmçinin, uşaqlıqdan əlil övladı Yusif Sadıxova qulluq etdiyi üçün ona yaşa görə əmək pensiyası 5 il tez verilməlidir. Hazırda onun 61 yaşı vardır.

7. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 24-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişd ir. İddiaçıya müvafiq şahid ifadələri əsasında tərtib olunmuş protokol əsasında əmək stajı hesablanmış və nəzərə alınmışdır. Təyin olunmuş əmək pensiyası əlillik müddətinin qurtarması əsası ilə xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. xx.xx.2021-ci il tarixdən qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. xx.xx.1960-ci il təvəllüdlü iddiaçının ümumi əsaslarla yaşa görə əmək pensiyasına çıxacağı tarix xx.xx.2024-cü il kimi müəyyən edilir. Beləliklə, Qanunun tələbinə əsasən iddiaçı ümumi əsaslarla yaşa görə əmək pensiyası yaşına çatmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla və sağlaml ıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun həmin maddəsi şərtləri daxilində xx.xx.1960-ci il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyasına çıxacağı tarix xx.xx.2019-cu il kimi müəyyən edilir. Bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində iddiaçı sosial sığorta stajını təsdiq edən müvafiq sənədləri müraciət zamanı təqdim etməlidir. İddiaçı müraciət zamanı sosial sığorta stajını təsdiq edən sənədləri təqdim etməmişdir. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ var dır. İddiaçının əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmə hüququ əlilliyin dayandırılması və müvafiq qaydada sosial sığorta stajını təsdiq edən sənədlərin təqdim olunmaması əsası ilə yoxdur.

8. Cavabdehin imtinasına görə iddiaçının 25 il sığorta stajı, yaxud lazımi həddə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmamışdır.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməs i qeyd etmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 59 yaşının tamam olduğu vaxtdan - xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ vardır. Lakin iddiaçının həmin dövrdə əlilliyə görə pensiya aldığı nəzərə alınmaqla ona əlillik müddəti bitdiyi bitdiyi xx.xx.2021-ci il tarixdən (həmin tarixdə əlillik müddəti bitdiyindən əlillik pensiyası dayandırılmışdır) yaşa görə əmək pensiyası təyin edilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-671/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3187/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayəti imtina məktubunun, cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etirazın və apelyasiya şikayətinin məzmunu ilə oxşardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyu lun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.2 Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizik i şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.4 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də daxil edilir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Maddə

19. Mötəbərlik prezu mpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası. Maddə 4.1.7. Qəyyumun sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti sığorta stajına daxil edilir. 20. xx.xx.2006-cı il tarixədək qüvvədə qüvvədə olmuş Azər baycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə. - Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (b.1); - İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvə lləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir(b.3).

21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həc mdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışı nın predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

26. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsini n araşdırmaları yetərli hesab olunur.

27. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla yan aşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. 30. 2004-cü ildən iddiaçıya 2-ci qrup əlil kimi əmək pensiyası təyin edilmiş, 2021ci ilin mart ayınadək həmin pensiyanı almışdır, xx.xx.2021-ci il tarixində əlillik müddəti bitdiyindən pensiya ödənişi dayandırılmışdır. Cavabdehə görə iddiaçının 25 il sığorta stajı, yaxud tələb olunan həddə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığından ona əlilliyə görə pensiya təyin edilməmişdir.

31. Bununla belə cavabdeh iddiaçıya sosial müavinət təyin etmişdir. 32. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir və Qanunun 7.0.2-ci maddəsinə görə yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.

33. Yəni iddiaçıya yaşa görə sosial müavinət təyin edən cavabdeh onun pensiya yaşına çatmasını təsdiq etmişdir.

34. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtinasını cavabdeh onun 25 il sığorta stajına malik olmaması ilə əsaslandırmışdır.

35. Cavabdeh tərəfindən təqdim olunmuş iddiaya dair etirazda qeyd edilir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 24-cü maddəsinə əsasən xx.xx.2004-cü il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya müvafiq şahid ifadələri əsasında tərtib olunmuş protokol əsasında əmək stajı hesablanmış və nəzərə alınmışdır.

36. İlk öncə xüsusi olaraq vurğulanmalıdır ki, 2004-cü ildə iddiaç ıya əlilliyə görə pensiya təyin edilərkən cavabdeh 2004-cü ilə qədər iddiaçının 20 il ümumi stajı olmasını qəbul etmişdir.

37. Buna baxmayaraq hazırkı işdə cavabdeh həmin dövrü qəbul etmir.

38. Halbuki “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur.

39. Etimadın qorunması hüququna istinad edilməsini qeyri-mümkün sayan Qanunun 67.6-cı maddəsində olan hallar isə işdə mövcud olmamışdır, cavabdeh də bununla bağlı hər hansı dəlil irəli sürməmişdir.

40. Qalan 5 il stajla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin özünün də təsdiq etdiyi kimi, iddiaçı sağlamlıq imkanları məhdud uşağına ən azından xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilədək qulluq etmiş, cavabdeh hələ əlilliyə görə pe nsiya təyin edərkən bu 5 il dövrü də nəzərə almaqla iddiaçının 25 il sığorta stajı olmasını qəbul etmişdir. 5 il dövr iddiaçının kolxozda işlədiyi dövrlə üst-üstə düşməmişdir.

41. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının ümumi stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxs lərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yolverilməzdir.

42. Bəhs olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(106)-671/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar