Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1135/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRARDAD GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlu, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 20.06.2015-ci ildən 20.06.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-42/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qər arından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə 10 aprel 2019-cu il tarixdə, Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 20.06.2015-ci ildən 20.06.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1693/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, iddiaçıya 20.06.2015-ci ildən 20.06.2018-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-42/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: G.Q.Abbasov, hakimlər: R.R.Rəfiyev və M.R.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1693/2018 saylı, 31 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh hazırda kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kolle giyasının 2-1(107)-42/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 10 aprel 2019-cu il tarixdə baxılacağına dair cavabdehə və onun vəkilinə məhkəmə bildirişi göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, apelyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti etibarnamə üzrə nümayəndə Davudov Tahir tərəfindən imzalansa da, həmin şəxsin səlahiyyətlərini təsdiq edən sənədlər şikayətə əlavə edilməmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilən nöqsanların aradan qaldırılması, kassasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədlə rin təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin təyin edilmiş vaxta qədər göstərilən nöqsanlar cavabdeh tərəfindən aradan qaldırılmamış və zəruri sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 26.2-ci maddəsinə əsasən, dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Rəhbəri ilə və ya həmin rəhbər tərəfindən səla hiyyət verilmiş işçisi ilə təmsil olunmuş inzibati orqan da dövlətin adından prosessual hərəkətləri həyata keçirə bilər. - 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin h üquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası İPM-nin: - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Sadalanan normalardan göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçini n kassasiya şikayətinin onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanması da aiddir. Hazırkı halda cavabdehin kassasiya şikayəti onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, kassasiya şikayətini vəkil və inzibati orqanın nümayəndəsi imzalasa da, vəkilə şikayəti imzalamaq səlahiyyətini verən hər hansı etibarnamə kassasiya şikayətinə əlavə edilməmiş, eləcə də şikayəti inzibati orqanın adınadan imzalayan şəxsin belə bir səlahiyyətinin olub - olmaması barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət, onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından mümkün hesa b edilə bilməz. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməlidir. Qeyd olunmalıdır ki, belə olan halda, apelyasiya məhkəməsinin qərarı cavabdehə münasibətdə qanuni qüvvəyə minir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-42/2019 saylı, 09 yanvar 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1135/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1135/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver