Məhkəmə qərarları › İş №2-1(102)-1135/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1135/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1135/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibli yi, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 18.1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-102/2021 nömrəli, 02 mart 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 02.01.2002-ci il tarixli 14 saylı qərarının surətindən görünür ki, A.Salahzadə küçəsi döngə 9, dalan 3-də yerləşən 0.3960 ha torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə iddiaçıya satılmışdır.

2. İddiaçı cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv. m. torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

3. Cavabdeh 15 avqust 2019-cu il tarixli, **********12 saylı məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir. Bundan əlavə, elektron kadastr məl umatına əsasən sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Abşeron rayon ərazisinə aid olduğundan aidiyyəti üzrə müraciət edilməsi məqsədəmüvafiqdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməklə ünvan 1 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinə, onun yerləşdiyi 3960.0 kv m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2-1(120)-1570 saylı qərardadı ilə (hakim: E.Ə.Əliyev) işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

6. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1067/2020 saylı, 12 may 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və Ü.A.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2-1(120)-1570 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh kimi DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin cəlb edilməsini, ünvan 2 ünvanında yerləşən 18.1 kv. m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv. m torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 3 ünvanında yerləşən 18.1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Evin texniki pasportunda da evin yerləşdiyi torpaq sahəsinin 3960.0 kv.m olduğu qeyd olunmuşdur. İddiaçı həmin 3960.0 kv.m torpaq sahəsi ilə birlikdə evin vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh 08 aprel 2019-cu il tarixdə imtina cavabı vermişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim:V.E.Əzizova) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 18.1 kv.m. yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin və həmin evin yerləşdiyi 3960.0 kv.m. torpaq sahəsi üzərində vahid əmlak kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı qüvvədədir, cavabdeh inzibati orqana isə həmin qərarı mübahisələndirmək səlahiyyəti verilməmişdir. Məhkəmə ara şdırması zamanı sözügedən torpaq sahəsinin sovxozun təhkimçiliyində olması və bələdiyyə mülkiyyətində olmaması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-102/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1118/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiy a məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, araşdırılmalar zamanı müəyyən olunmuşdur ki, əvvəllər Abşeron rayonunun idarəçiliyində olmuş Bilgəh Zəfəran sovxozunun istifadəsindəki torpaq sahələrində xüsusi hallar nəzərə alınmaqla islahat aparılmış və Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri bələdiyyə mülkiyyətinə veri lməmişdir. Lakin, arxiv əsaslarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, sözügedən 0.3960 ha torpaq sahəsi səlahiyyətsiz şəxs - Bakı şəhəri X1 qərarından 02 yanvar 2002-ci il tarixli çıxarışa əsasən İddiaçı satılmışdır. Torpaq sahəsinin satışı qanunvericiliyin tələblərinə zidd həyata keçirilmiş, habelə sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ərizəyə əlavə edilməmişdir.

16. Daha sonra qeyd edilir ki, araşdırılmalar zamanı torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilmədiyi, torpaq sahəsinin satışı həyata keçirilərkən xüsusi mülkiyyətə verilən torpaq normalarına əməl edilmədiyi, mübahisəli 0.3960 ha torpaq sahəsinin ümumiyyətlə Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilmədi yi, həmin torpaq sahəsinə bələdiyyənin sərəncam hüququnun qanunla təsbit olunmadığı müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

19. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati ərazilə ri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;... 21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanu nuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olara q müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0.05 hektaradək, 9-12-ci zonalar üzrə - 0.06 hektaradək, Naxçıvan, Gəncə, S umqayıt, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0.07 hektaradək, digər rayon mərkəzlərində - 0.08 hektaradək, qəsəbə və kəndlərdə - 0.12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün – 0.12 hektaradək;

22. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları n əzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

23. Azərbaycan Respublikası Prezidentinin 201 5-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyat a keçirir; 2.0.7. dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır;

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri o lduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmi şdir.

26. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Belə ki, cavabdeh şikayətində bildirir ki, araşdırılma zamanı müəyyən olunmuşdur ki, əvvəllər Abşeron rayonunun idarəçiliyində olmuş Bilgəh Zəfəran sovxozunun istifadəsindəki torpaq sahələrində xüsusi hallar nəzərə alınmaqla islahat aparılmış və Abşeron rayonunun idarəçiliyində olan Zəfəran sovxozunun torpaq sahələri bələdiyyə mülkiyyətinə verilməmişdir. Lakin, arxiv əsaslarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, sözügedən 0.3960 ha torpaq sahəsi səlahiyyətsiz şəxs - Bakı şəhəri X1 qərarından 02 yanvar 2002-ci il tarixli çıxarışa əsasən iddiaçıya satılmışdır. Torpaq sahəsinin satışı qanunvericiliyin tələblərinə zidd həyata keçirilmiş, habelə torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ərizəyə əlavə edilməmişdir.

29. Cavabdeh eyni dəlilləri apelyasiya şikayətində də irəli sürməsinə baxmayaraq məhkəmə bu dəlillərə hüquqi qiymət verməmişdir. Halbuki, qeyd edilən dəlillərə hüquqi qiymət verilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir.

30. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan işlər üzrə bələdiyyə qərarının qəbul edilməsindən sonra iddiaçıya ayrılan torpaq sahəsinin qan unvericiliyin tələblərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilibkeçirilməməsi (o cümlədən naturada müəyyən edilməsi), iddiaçıya verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması və təyinatının müəyyən edilməsi, torpağın alqısatqısına dair aktın qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilib-edilməməsi (səlahiyyətli şəxslər tərəfindən imzalanması, möhürlənməsi) istiqamətində araşdırma aparılmalıdır. Yəni, təkcə bələdiyyə qərarının mövcudluğu torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına əsas verməməlidir.

31. Bundan əlavə, qanunvericiliyin tələbinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin müqavi lədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Lakin belə bir müqavilə iş materiallarında mövcud deyildir.

32. Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələbinə görə, torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Lakin iş materiallarında belə bir rəy mövcud deyil.

33. Ümumiyyətlə, iş materiallarında iddi açının iddia etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeyd alınmasına əsas verən hüquqmüəyyənedici sənədlər mövcud deyil.

34. İddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətin aid olub - olmaması məsələsi də ətraflı araşdırılmamışdır. İş materiallarında olan 30 oktyabr 2019-cu il tarixli ekspert rəyi bu halın ayınlaşdırılması üçün mötəbər sübut hesab edilə bilməz.

35. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməklə, mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olması sualına aydınlıq gətirə bilərdi. Belə ki, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsi və aparılması həmin orqanın xidməti vəzifəsinə aiddir.

36. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının müəyyən edilməsi ilə bağlı səlahiyyətli orqana - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu ilə müraciət etməli, həmin sorğuya aldığı cavab əsasında işin hallarına müvafiq hüquq normaları baxımından qiymət verməlidir.

37. Eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müəyyən edilmişdir. Həmin maddəyə əsasən müvafiq inzibati - ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq e htiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla hədləri bələdiyyələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisi üçün zonalardan asılı olaraq 0.04 ha-dan 0.06 ha-dək müəyyən edilmişdir. Lakin göründüyü kimi, iddiaçıya verilən torpaq sahəsi bu ölçülərdən təxminən 10 dəfə çoxdur, yəni, 0.396 ha-dır. Apelyasiya instansiyası məhkəməsi bu halı da aydınlaşdırmadan qərar qəbul etmiş, normadan artıq torpaq sahəsinin verilməsi səbəbini müəyyən etməmişdir.

38. Qeyd olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan halları öz xidməti vəzifəsinə uyğun olaraq araşdıraraq iş üzrə qərar qəbul etməlidir.

39. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qərar ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(105)-102/2021 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar